Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Kəfənim əynimdə, öz cənazəmdəyəm

Kəfənim əynimdə, öz cənazəmdəyəm

Xəyalən gələcəyə səfər etdim. Zamanı çox irəliyə, hətta həyatımın ən son dəqiqələrinə apardım. Budur, ölüm ayağındayam. Heç nə məni maraqlandırmır, nə ailə hayındayam, nə bu möhtəşəm evimin, nə problemlərimin. Ancaq öz canımın hayındayam. Halbuki, necə böyük istəklərim vardı, indi mənim üçün heç bir şey ifadə etmirlər. Qovuşmağı həsrətlə gözlədiyim sevdiyim belə artıq məni maraqlandırmır. Çox qəribədir, özümdən də çox istədiyimi düşünürdüm, amma indi sadəcə məni nələr gözləyir irəlidə irəlidə, bundan sonra nə olacaq, sadəcə onu bilmək istəyirəm, onun həyəcanını yaşayıram. Səfərimdə bir az da yol qət etdim. Budur, bu da mənim ölümüm. Ölmüşəm, əynimdə kəfən, öz cənazəmdəyəm. Baxıram ətrafa heyrətlə. Böyük bir izdiham var. Ardımca  göz yaşları tökən insanlara baxıram. Pərişan ailəmi, yasıma gələn o qədər insanı görürəm. Bu izdihamın içində gəzirəm. Lakin tənhayam. Hər zaman yanında olacağam deyən dostlarım, ailəm bəs niyə məni görmürlər? Harayıma çatmırlar? Mənə yaxın idilər, amma indi məni tərk ediblər, içlərində gəzirəm, amma görmürlər məni və birdən bu izdihamdan uzaqlaşıram. Ətraf qaranlıqdır, dünyada güclü gördüyüm insanlar, sevdiklərim, ailəm, dostum, yoldaşım, heç biri yoxdur və tənhayam. Dünyadan özümlə götürə bildiyim şey sadəcə ağ kəfənimdi. Evim, malım-mülküm, dəyərli əşyalarım - hamısını geridə qoymuşam.

Kəfənim əynimdə, öz cənazəmdəyəm

Bütün həyat funksiyalarım dayanıb, bir saniyə əvvəl canlı olan bədənim bir saniyə sonra hərəkətsiz orada uzanıb. Bir azdan ölü bədənimi kəfənə sarıyıb tabuta qoyacaqlar, məzarım qazılacaq, torpağa atılacaq və üzəri örtüləcək. Həmişə səninləyəm deyən mənə ən doğma olan anam belə bir neçə saat ağlayıb sonra geri qayıdacaqlar, illər keçəcək ağıllarına belə gəlməyəcəm. Bəlkə də ara-sıra doğum günlərimdə ya da ölüm il dönümlərində şıltaq hərəkətlərimi yadlarına salıb ah çəkəcəklər. Bəs mənim aqibətim necə olacaq? Artıq bundan sonra ölmədən əvvəlki həyatımın bir saniyəsinə belə geri qayıtmaq imkanım olmayacaq. Dünyada çox qiymət verdiyim bədənim qəbirdə çürüyüb torpaq olarkən mənimlə birlikdə gələn yalnız Allaha olan imanım, gözləyəcəyim tək şey isə Allahın rəhməti olacaq. 

Kəfənim əynimdə, öz cənazəmdəyəm

Bəlkə də gənc bir qadının “rəngarəng həyat” mövzuları durarkən, niyə belə ağır mövzunu xəyal etməsi qınaq obyektinə çevrilə bilər. Amma mən hər zaman düşünmüşəm, bir insanın ölməzdən əvvəl ölmüş kimi olması, görəsən, necə olar deyə. Hər adamın nail olacağı bir hədəf, bir zirvə nöqtəsi və son nöqtəsi vardır. Hər həyat sahibinin də əldə edəcəyi son nöqtə ölümdür. Hər nəfs ölümü dadacaq. Sonra Bizə tərəf qayıdacaqsınız” (Ənkəbut surəsi, 57) ayəsi ilə bildirildiyi kimi hər birimiz bir gün ölüm anını yaşayacağıq. Bilirəm, çoxunuz ölümdən  bəhs etməyimi, ölüm haqqında düşünməyimi istəmirsiniz. İnsan ruhunda sevilməyən, istənilməyən şeyləri düşünməmək, yox qəbul etmək kimi bir meyillillik var. Amma bu qaçışdan başqa bir şey deyil.

Bəli, bu sadəcə qaçışdır... İndiyə qədər yaşayan bütün insanların öldüyü kimi, biz də öləcəyik. Bəs niyə bu qədər qəti və dəqiq olduğu halda insan bu həqiqəti özündən uzaq görmək istəyir?

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaq. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.” (Cumə surəsi, 8)

Məncə, hər kəs ölmədən əvvəl xəyalən ölüb öz bədəninin ölümünə baxmalı, bu keçici dünyada sonsuza qədər qalacaqmış kimi sahib çıxdığı və bütün arzularına tabe olduğu bədəninin aqibətini düşünməlidir. Bilməlidir ki, o sonsuzluğa məhkumdur. Öləcək, bədən torpağın altında çürüyüb gedəcək, ruh isə Allah Qatına yüksələcək və hesab verəcək. Bu hesab necə olacaq, bunu düşünməlidir, bunun məsuliyyətini dərk etməlidir. Bəli, ölümü düşünmək insanın gözlərindəki qəflət pərdəsini qaldırır, Allah qarşısında məsuliyyətini artırır, dünyaya gəliş məqsədində iradəsini möhkəmləndirir.

Səslərin sayı: 6
18
2559
loading...
Şərhlər
Offline
H.M
Maraqli yazidir, tewekkurler.
6 yanvar 2015 01:55
Offline
Xanim_Xatun
Başlıq çox agir yazilib...

Başlıq çox agir yazilib...
6 yanvar 2015 01:53
Offline
♥NiLuFeR♥
Gözəl mövzudur,ölməkdən heç qorxmuram,heç kəs dünyanı tutub getməyəcək
17 iyun 2014 14:08
Offline
yagmur atasoy
Olum her an aklimda.Unutmam imkansiz.insan hicbirzaman olumu unutmamali.Sen unuta bilirsin ama o,seni unutmaz.......Bende bazilari gibi sadece gunahlarimdan dolayi olumden korkuyorum.ve hergun RABBIMe gunahlarimi affetmesini diliyorum.Cok tesekkurler haber icin.
7 iyun 2014 21:13
Offline
Seninle Bir Omur
Men olumden qorxmuram eslinde.Sadece gunahlarimla uzlese bilerem ya yox onu dusunurem yeni ordaki imtahandan kece bilerem onu yaxsi bilmirem
19 may 2014 21:24
Offline
Gülbəniz
Her gun hetta her saat olumumu fikirlesirem desem daha dogru olar ve bu mene bir cox gunahlardan cekinmeyime sebeb olur.Allah her birimizin axiretini xeyirli elesin amin insAllah
19 may 2014 14:44
Offline
konul abdullayeva
Olum barede hemiwe fikirlewirem. Ne qeder fikirlewsek de heyat ewqi gucludur. Men eslinde olumden qorxuram, olumden yox, gunahlarimdan. Cox maraqli yazidir.
19 may 2014 00:35
Offline
AFET
Mraqlidir cox sagolun,Hec qorxmuram olumden hec ohaxdada fikirlesmirem alnimiza ne yazlibsa oda olacaq.
18 may 2014 23:10
Offline
Ruhəngiz
Nuridə xanım,xəbərə görə sizə təşəkkür edirəm.
Əslinə qalsa ölümdən qorxmaq lazım deyil.Çünki bu danılmaz,qaçılmaz bir həqiqətdir.Əlhəmdulillah.ALLAH günahlarımızı bağışlasın,ibadətlərimizi qəbul eləsin.Amin.Bacardıqca yaxşılıq edək,yardım gözləyənlərə ALLAHIN iznilə yardımçı olaq.Heç kimin haqqına girməyək.Bəlkə o zaman ölümümüz yüngülləşər
18 may 2014 11:38
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Qəribə
Təşəkkürlər,Nüridə xanım give_ros
18 may 2014 02:40
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
leman
Cox Dogru yazmisiz çox sagolun men oz olumumu çox canlandirmuwam Heqiqeten o dunyamiz ucun caliwmaliyiq
18 may 2014 01:58
Offline
MİRiyeva
Mənim xəbərimə oxşadı.. məndə bu haqda yazmışdım.
Ölümü düşünmək insanın əlini həyatdan soyutmur, insanı məsuliyyətlə yaşamağa vadar eləyir
18 may 2014 01:28
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
GülnaR
Çox ibratəmiz yazıdır Nüridə xanım,təşəkkürlər,oxuyub oyanırıq arabir....
18 may 2014 00:50
Offline
QARA QIZ
Çox düzgün bir mövzudur
17 may 2014 22:47
Offline
ღМоя большой любовьღ(Ailəli)
Çoox çoox gözəl xəbər idi Nuridə xanım, çox bəyəndim sanki ürəyimdəkiləri qeyd etmisiz recourse
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
17 may 2014 22:29
Offline
Ellada Babayeva
Məndə bəzən fikrləşirəm xəyalə dalıram.Ölümdən qorxmuram.
Bütün həyat funksiyalarım dayanıb, bir saniyə əvvəl canlı olan bədənim bir saniyə sonra hərəkətsiz orada uzanıb. Bir azdan ölü bədənimi kəfənə sarıyıb tabuta qoyacaqlar, məzarım qazılacaq, torpağa atılacaq və üzəri örtüləcək.

Bu cür hekayələr oxumuşam.Oxuyanda canıma üşütmə gələrdi.Amma artıq bu hallar olmur məndə.Necə düz aydın yazmışız.Çox sağ olun. i_am_so_
17 may 2014 21:44
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ceylan Mumoğlu
Bu cür yazıları oxumaqdan bezmirəm. Həqiqəti dediyi üçün.
Belə xəyalları da ancaq cesur insanlar xəyal edə bilər.
Bəyəndim yazınızı Nuridə xanım. Allah bizi doğru yola yönəltsin, ağıl və hikmət verdiyi bəndələrinin yoluna.
17 may 2014 21:24
Offline
Fatma xanım
Düz deyirrsiz mən ölümdən çox qorxuram amma bu qaçılmazlıq olacağını gözləyirəm ,
17 may 2014 21:03
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )