Bakıda hava +6°
USD 1.7447 AZN
EUR 1.8399 AZN

Fonetika - Səslər

Azərbaycan dili Azərbaycan Konstitusiyasının 21-ci maddəsi ilə Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmuşdur.

Azərbaycan dilinin ilkin bölməsi fonetikadır. Fonetika yunan sözüdür, “fone” – səs və “tika” – elm sözlərinin birləşməsindən yaranıb. Fonetikada danışıq səsləri, hərflər, vurğu, ahəng qanunu və heca öyrənilir. 

Səs və hərflər dilin ən kiçik dil vahidləridir. 

Danışıq zamanı istifadə edilən səslər danışıq səsləri adlanır. Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan əlavə ağ ciyər, nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi bədən üzvlərimiz də danışıq səslərinin yaranmasında iştirak edir. Ən fəal danışıq üzvü isə dildir. İnsanın dili olmasa, o danışa bilməz. Danışıq səsləri şifahi nitqin vahidləridir. Yazılı nitqdə isə onlar müəyəyn işarələrlə qeyd edilir ki, bu işarələr də hərf deyilir. Demək, hərf danışıq səsinin yazıdakı qrafik şərti işarəsidir. 

Səslərlə hərflər arasında müəyyən fərqlər var.

Səslər tələffüz olunur və eşidilir.

Hərflər isə yazılır və görülür (oxunur).

Səsləri hərflərdən fərqləndirmək üçün transkripsiyadan [] istifadə edilir.

Tələffüz zamanı səslər hava axınının maneəyə rast gəlib-gəlmədiyinə görə 2 yerə bölünürlər: sait səslər və samit səslər.

Sait səslər: Bu səsləri tələffüz edərkən ağız boşluğu heç bir maneəyə rast gəlmir. Onlar avazlı olur və heca yaradır. Bir sıra hallarda isə uzun tələffüz olunurlar. Bundan əlavə sait səslər musiqili səslərdir.

Əlifbamızda 9 sait səs var və onlar əmələgəlmə yerinə görə 3 qrupa bölünürlər.

Dilin üfüqi vəziyyətinə görə yaranan sait səslər: (Bunlara dilin arxa və ön tərəfində yaranan sait səslər də deyirlər).

İncə saitlər (dilönü saitlər): [`e`], [`ə`], [`i`], [`ö`], [`ü`]. 

Qalın saitlər (dilarxası saitlər): [`a`], [`ı`], [`o`], [`u`].

Dilin şaquli vəziyyətinə görə yaranan sait səslər: (Bunlara alt çənənin vəziyyətinə görə yaranan sait səslər də deyirlər).

Açıq saitlər: [`a`], [`ə`], [`o`], [`ö`], [`e`].

Qapalı saitlər: [`ı`], [`i`], [`u`], [`ü`].

Açıq saitləri tələffüz edərkən alt çənə və dil nisbətən aşağı enir, ağız boşluğu nisbətən genəlir.

Qapalı saitləri tələffüz edərkən isə alt çənə və dil nisbətən yuxarı qalxır və ağız boşluğu daralır.

Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə yaranan saitlər:

Dodaqlanan saitlər: [`o`], [`ö`], [`u`], [`ü`].

Dodaqlanmayan saitlər: [`a`], [`e`], [`ə`], [`ı`], [`i`].

Dodaqlanan saitləri tələffüz edərkən dodaqlar dairəvi vəziyyət alır.

Dodaqlanmayan saitləri tələffüz edərkən isə dodaqlar sərbəst qalır.

Samit səslər: Əlifbamızda 23 samit səs var. Bu səsləri tələffüz edərkən ağız boşluğu maneəyə

rast gəlir və həmin səslər o maneəni dəf edərək yaranır. Samit səslər küylü və avazlı olurlar. Onlar heca əmələ gətirmirlər, sadəcə olaraq hecanın formalaşmasında böyük rol oynayırlar. Eləcə də onlarda uzun tələffüz olunma kimi bir xüsusiyyət də yoxdur.

Samit səslərin yaranmasında səs telləri fərqli cür iştirak edir. Bu xüsusiyyətinə görə samit səslər kar və cingiltili olmaqla iki yerə ayrılırlar.

 

Fonetika - Səslər

Kar samitlər küydən, cingiltili samitlər isə həm küydən, həm də avazdan ibarət olur. Bəzi dərsliklərdə kar samitlərin yaranmasında səs tellərinin iştirak edilmədiyi yazılır. Amma bu tamamilə yanlış bir düşüncədir. Çünki səs teli olmasa ümumiyyətlə, ağzımızdan heç bir səs çıxa bilməz. Təsəvvür edin ki, simi olmadan bir saz çalmalısınız. Bu da eynilə bu hala bənzəyir.

Kar samitlər: 11 kar samit var: [`ç`], [`f`], [`h`], [`x`], [`k`], [`p`], [`s`], [`ş`], [`t`], [`k``] [`x`]. 

Cingiltili samitlər: 14 cingiltili samit var: [`c`], [`v`], [`ğ`], [`g`], [`b`], [`z`], [`j`], [`d`], [`q`], [`y`], [`l`], [`m`], [`n`], [`r`].

Kar və cingiltili samitlər bir biri ilə müəyyən bir qarşılıqlılıq təşkil edirlər. Bunu belə göstərmək də olar:

Cing:  [`j`], [`v`], [`ğ`], [`g`], [`b`], [`z`], [`c`], [`d`], [`-`], [`q`], [`l`], [`m`], [`n`], [`r`], [`y`].

Kar:    [`ş`], [`f`], [`x`], [`k`], [`p`], [`s`], [`ç`], [`t`], [`h`], [`k``], [`-`], [`-`], [`-`],  [`-`],  [`x`].

Gördüyünüz kimi [`x``] və [`k``] səslərinin yazıda xüsusi bir işarəsi yoxdur. Bunlar sözlərdəki yerinə görə asanlıqla tapıla bilir. Məsələn, kartof – [`k`artof`],  çörək – [`çörəx``]

[`h`] kar samitinin cingiltili qarşılığı yoxdur. Fikir versəniz, görərsiniz ki, bu samit tələffüz zamanı ağız boşluğunda heç bi maneəyə rast gəlinmir. Amma sırf heca yarada bilmədiyinə görə o samitlər cərgəsindədir. Axı qeyd edildi ki, hecanı sait səslər yaradır.

[`l`], [`m`], [`n`], [`r`] samitlərinin kar qarşılığı olmadığından onlar sonor samitlər adlanır. Sonor samitlərin özü də 2 yerə ayrılır:

- Burun sonoru:  [`m`], [`n`].

- Ağız sonoru: [`l`], [`r`].

Səslərin sayı: 9
27
31971
Şərhlər
Offline
JamesTiemyEL
кульно.... красиво... и не только


-----
тут
27 yanvar 2017 23:18
Offline
ilhame ibrahimova
Fonetik tehlil zamani bunlari bilmek lazimdi.-sozun ses terkibi,ses terkibine gore sait ve samitlerin novu,sozun aheng qanununa tabe olub olmamasi,sozdeki hecalarin sayi.
13 oktyabr 2015 23:22
Offline
H.M
Cox sevdiyim fenn...tewekkurler.
22 mart 2015 14:57
Offline
S.S.E.
Mekteb illerim yadima dusdu......
8 fevral 2015 18:18
Offline
Realist
Ay Agat, sənə təşəkkür edirəm. Çx gözəl və ətraflı xəbər hazırlamısan. Diqqətlə oxudum və biliyimi təkrarlamış oldum. Mənə lazımdır bu xəbərlər, çünki qızım böyüdükcə, lazım olacaq. Növbəti hissəni də oxuyacam, bir azdan. give_ros
23 may 2014 12:21
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Gulhane qobustanli
Tesekkurler xebere gore.
22 may 2014 15:24
Offline
teleaparici
Cox sagolun.
21 may 2014 16:51
Offline
AFET
Lazimli xeberdi cox sagolun.
19 may 2014 19:41
Offline
Agat_Kris
Nigar,
Şərhlərə baxın zəhmət olmasa. Kompyuterimdəki brauzerlə əlaqəli problemlər yaşanıb deyə mətndə silinmələr olub.

Elbette.Siz xeber hazirlamisiz.Men seir yaziram.Bura elave edib xeber hazirlamaq isteyiem.Amma alinmir.Hazirlaya bilmedim.

http://qadin.net/index.php?newsid=28057
burada xəbər göndərmə qaydası geniş şəkildə izah edilib. Faydalana bilərsiniz. smile
19 may 2014 18:36
imza: Pozitiv olun!
Offline
Nigar
Mətndə bəzi çatişmazlıqlar var.Bilmirəm müəllifin gözündən yayınıb,yoxsa çapda səhvə yol verilib.1.Saitlər başlıqlı cədvəldə düzgün verilsə də,onun aşağısında incə və qalın saitlər sadalanarkən "i" və "u" saiti göstərilməyib.2.Qapalı saitlər sadalanarkən "i" və "u" saiti göstərilməyib.3.Dodaqlanan saitlər göstərilərkən "u",dodaqlanmayan saitlər göstərilərkən "i" saiti ixtisara düşüb.4."Əlifbamızda 15 samit səs var" cümləsi məni təəccübləndirdi.Ona görə ki,Azərbaycan əlifbasında 32 hərfin 9-u saitdirsə,deməli 23-ü samitdir. Səsə qaldıqda 25sait səs var.5.Kar samitlər sadalanarkən "s" samiti,cingiltili samitlər sadalanarkən "b" samiti ixtisara düşüb. Kar və cingiltili samitləri qarşılıqları ilə göstərərkən "z" və "p" samiti ortalıqda qalıb.Çünki,"s" və "b" hərflərini göstərməmisiniz.
19 may 2014 16:48
Offline
teleaparici
Elbette.Sizde xeber alinib.Men seir yaziram,xeber olaraq elave etmek isteyirem.Amma elave ede bilmirem.
19 may 2014 16:46
Offline
Agat_Kris
elifbamizda 15 samit yox 23 samit var.

Onların hamısı sistem səhvidir. Onu bilməyəcək bir deyiləm smile nasazlıqlar tezliklə düzəldiləcəkdir.
19 may 2014 16:36
imza: Pozitiv olun!
Offline
teleaparici
Elifbamizda 15 samit yox 23 samit var.
19 may 2014 16:33
Offline
Deniz N-va
Men turkiyede oxumusam deeye bilmirem bu fonetikanin turkcesi ne? air_kiss
19 may 2014 14:50
Offline
Happiness-lady
Xebere gore tesekkurler,5-ci sinifde oxudugum vaxtlar yadima dusdu.
19 may 2014 14:16
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
♥NiLuFeR♥
Xəbərə görə təşəkkürlər give_ros
19 may 2014 14:14
Offline
Qəribə
Xəbərə görə çox sağ ol Aqat xanim,tesekkur edirem. give_ros
19 may 2014 13:57
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
Elə mən də ona görə yazmışam ki, "düşməyib". Bilirəm ki, texniki səhvdir.

yəni demək istəyirdim ki, kor-koranə yazmıram dərsləri bura.Bu cəhətdən taaam rahat ola bilərsiniz. səhv isə mənim kompyuterimlə əlaqəli imiş. Bir daha belə diqqətli olduğuna görə sənə təşəkkür edirəm. give_ros
19 may 2014 13:10
imza: Pozitiv olun!
Offline
Sonay Quluzade
Agat_♥,
Elə mən də ona görə yazmışam ki, "düşməyib". Bilirəm ki, texniki səhvdir.
19 may 2014 13:01
Offline
Agat_Kris
Azərbaycan dilinin qrammatikasını yetərincə bilirəm, üstəlik oğlum keçir deyə təzədən bir də başlamışıq.

Azərbaycan dilinin qrammatikasını çooox gözəl bilirəm mən çünki işləməsəm də mən bir müəlliməyəm və illərlər də dərs demişəm bu bölmə üzrə. Azərbaycan təhsil sisteminin orta məktəb səviyyəsinə lazım olduğu qrammatik qaydaları da çox gözəl bilirəm. Sadəcə olaraq brauzerimdə problem yarandığına görə xəbərlərimdəki yazıların yarısı silinib. Bu artıq ikinci belə silinmiş xəbərimdi. Öz-özünə silinib deyə xəbərimiz olmayıb. Xəbəri belə diqqətlə əziyyət çəkib, vaxtını sərf edib oxuduğuna görə çoox təşəkkür edirəm. Bu onu göstərir ki, mənim xəbərlərimə xüsusi bir diqqətlə yanaşırsınız. Bu məni çox sevindirdi. Bu saat düzəlcəyəm onu da.
19 may 2014 12:56
imza: Pozitiv olun!
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör