Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

İnsan və fərd

Həqiqətin, ya da gerçəkliyin olub-olmadığı sualı kitablar, rahiblər, filosoflar və ya alimlər tərəfindən əsla cavablana bilməyən suallardır. Sizdən başqa heç kim və heç bir şey bu sualı cavablandıra bilməz, elə buna görə də özünüzü tanımanığınız lazımdır. Özünü anlamaq müdrikliyin başlanğıcıdır.

"Dəyişmək istəmirəm" deyə bilərsiniz. Çox insan dəyişmək istəməz, xüsusilə ictimai və iqtisadi baxımdan etibarda olanlar və ya hər hansı inanclara sahib olub özlərini və hadisələri olduğu kimi, ya da bir az dəyişdirilmiş halıyla qəbul etməkdə razı olanlar.
Ya da  "Özümdə köklü bir dəyişikliyin zəruri olduğunu görürəm, amma bunu necə edə bilərəm? Xahiş edirəm, mənə yol göstərin, o yolla addımlamağıma kömək olun" deyə bilərsiniz. Bunu söyləyirsinizsə, sizi maraqlandıran dəyişmənin özü deyil, əslində diqqətinizi çəkən yalnız dəyişməni reallaşdıra bilmək üçün bir üsul, bir sistem axtarırsınız deməkdir.
 

İnsan və fərd

"Dəyişmək istəyirəm, mənə bunu necə edəcəyimi söyləyin" deyən adam çox səmimi, çox ciddi imiş kimi görünər, amma bu belə deyil. Daxili dünyasına nizam verəcəyini ümid edən bir nüfuzdur. Amma nüfuzun daxili dünyaya nizam gətirməsi mümkündürmü? Xaricdən zorla qəbul etdirilən nizam daim nizamsızlıq yaratmağa məhkumdur.
                                                                  Özümüzü tanımaq - Sadəlik və təvazökarlıq.
İndi özümüzü anlamağa haradan başlayacağıq ?
Özümü ancaq bir şeylə əlaqə qurarkən izləyə bilərik. Çünki həyatın özü əlaqədən ibarətdir. Bir küncdə oturub özüm haqqında düşünmənyin faydası yoxdur. Tək başıma var ola bilmərəm. Ancaq insanlarla, obyektlə və fikirlərlə əlaqə quraraq var ola bilərəm və ancaq daxili dünyama aid şeyləri xarici dünyadakı şeylərlə və insanlarla olan əlaqəmi araşdıraraq özümü başa düşə bilərəm.
Başa düşmək zehni bir proses deyil. Özünüz haqqında məlumat əldə etmək və özünüz haqqında bir şeylər öyrənmək fərqli şeylərdir. Çünki haqqınızda yığdığınız məlumat daim keçmişə aiddir. Bir şeyi başa düşmək üçün onunla yaşamağınız, onu müşahidə  etməyiniz, bütün məzmununu, təbiətini, quruluşunu, hərəkətlərini bilməyiniz şərtdir. Heç özünüzlə yaşamağı sınadınızmı? Əgər sınasanız, özünüzün sabit bir hal olmadığını, təzə, canlı bir varlıq olduğunuzu anlamağa başlayarsınız. Canlı bir varlıq olmaqla yanaşı yaşamaq üçün zehininizin də canlı olması lazımdır.
Əgər işə  "Özümü tanıyıram" deyərək başlasanız, özünüz haqqında yeni şeylər öyrənməyi buraxmış sayılacaqsınız və ya "Haqqımda öyrəniləcək çox bir şey yoxdur, çünki mən bir xatirələr, fikirlər, təcrübələr və ənənələr toplamalıyam" desəniz, o zaman da özünüzlə əlaqədar həqiqətləri öyrənməyi buraxmış olarsınız.
 

İnsan və fərd

 Şərtləndirilmiş olduğunuzun fərqindəsinizmi? Yəqin özünüzə ilk verdiyiniz sual şərtləndirmədən necə xilas ola bilməkdir. "Şərtlənmədən xilas olmalıyam" desəniz, bir başqa şərtləndirmə növünün tələsinə düşə bilərsiniz.
Ətrafınızdakı hər kəs qüsursuz bir şəkildə xoşbəxtdirsə, yoldaşınız sizi sevirsə, siz də onu sevirsinizsə, gözəl bir eviniz, gözəl övladlarınız və kifayət qədər pulunuz varsa, şərtlənmiş olduğunuzun heç də fərqində olmarsınız. Amma narahat edici bir vəziyyət olunca - yoldaşınız başqa birinə baxanda və ya siz pul itirincə ya da müharibə və ya başqa bir acı və ya narahatlıq təhdidi altında qalınca - o zaman şərtləndiyinizi anlayarsınız. Narahat edici bir vəziyyətlə mübarizə aparmağa çalışarkən və ya özünüzü hər hansı bir daxili və ya xarici təhdidə qarşı qorumağa çalışarkən şərtlənmiş olduğunuzun ayrı-seçkiliyini başa düşərsiniz.
Yaxşı, bəs nə edəcəyik? Çoxumuzun etdiyi kimi  bu narahatlığı qəbul edib onunla birlikdəmi yaşayacağıq? Kürək ağrısıyla yaşamağa öyrəşdiyimiz kimi ona da öyrəşəcəyik?
Hamımız hadisələrə dözməyi, öyrəşməyi və günahı içində olduğumuz vəziyyətin üstümüzdən atmağa meyilliyik. "Ah, hər şey olması lazım olduğu kimi olsaydı, fərqli olardım" və ya "Mənə fürsət verin ki, etmək istədiklərimi reallaşdırım" ya da "Həyatın ədalətsizliyi altında əzilirəm" deyərik. Rahatsızlıqlarımız üçün başqalarını, ətrafımızı və ya iqtisadi şərtləri günahlandırarıq.
İnsan narahatlığa öyrəşdisə, zehni korlaşıb deməkdir. Eynilə insanın ətrafındakı gözəlliyə artıq onu fərq etməyəcək qədər öyrəşməsi kimi. 
Şərtlənmənizdəki təhlükəni yalnız zehni bir anlayış olaraq görsəniz, bu mövzuda heç bir şey edə bilmərsiniz. Bir təhlükəni yalnız bir fikir olaraq görmək  fikirlə hərəkət arasında bir qarşıdurma yaradır və o qarşıdurma da bütün enerjinizi alır. Ancaq şərtlənmə və gətirdiyi təhlükəni o anda bir uçurumu görər kimi gördüyünüz zaman hərəkətə keçərsiniz. Elə isə görmək hərəkətə keçməkdir. Elə isə hərəkətə keçin və həyatınızı dəyişdirin. Çünki bu, sizin öz əlinizdədir.
 

Səslərin sayı: 8
13
1312
loading...
Şərhlər
Offline
Ibrahimova Gulya♥S♥
Çox sağ olun xanımlar oxuyub fikir bildirdiyiniz üçün give_ros
19 may 2014 22:33
Offline
AFET
Maraqli movzudur cox sagolun.
18 may 2014 23:04
Offline
Xəyalə Murad
Bu xəbəri oxuyanda dərindən düşündüm. Özümü yaxşı tanıyıram. Bacarıqlarımı və bacarmadıqlarımı da ayırd edirəm. Bəyəndiyim xasiyyətim və bəyənmədiyim xasiyyətim var. LAkin dəyişmək istəmirəm. Dəyişilməyi düşünmürəm. xasiyyətlər içində özünə ən xoş olanını seç ən pis xasiyyətini onunla əvəzlə desələr, bir an düşünmədən dəyişdirmək və ya yeniləmək istədiyim xasiyyətim yoxdur deyərdim. pis yaxşı hər nə varsa xasiyyətimdə bu mənə köməkçidi. Hansısa birindən imtina etməyim çox şeyi dəyişdirə bilər. Mənsə heç nəyi dəyişmək istəmirəm. Davamlı olsun Gülya
18 may 2014 12:52
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Deniz N-va
Maraqqlidir ureyim tessekkurrrrrrrrrr canimin ici eline saglik bully music
18 may 2014 11:11
Offline
Qəribə
Çox gözəl bir mövzudur. İnsan daim dəyişikliklərə hazır olmalı və güclü iradəyə sahib olmalıdır.
Təşəkkürlər give_ros
18 may 2014 02:38
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
GülnaR
Əxlaqı təmiz,insanlıı olan şəxslər həmiə dəyişilməyə can atır,amma cəmiyyətdə pis nümunə olub dəyişilməsi lazım olanlar heç nə etməyib sürünməyə məhkum olurlar
18 may 2014 01:15
Offline
Ellada Babayeva
Elə isə hərəkətə keçin və həyatınızı dəyişdirin. Çünki bu, sizin öz əlinizdədir.

Düzdü dəyişmək öz əlimizdədi təbii.Yazınızı oxuyanda pis bir vərdişləri olan insan yadıma düşdü.Hansı ki,özü dəyişməyə can atmayıb başqasından bunu tələb edirdi.Xəbərə görə təşəkkürlər.
17 may 2014 22:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Gözəl və dəyərli mövzudu hamı papağını qabağına qoyub fikirləşməlidi
17 may 2014 21:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Agat_Kris
Çox gözəl bir mövzudur. İnsan daim dəyişikliklərə hazır olmalı və güclü iradəyə sahib olmalıdır.
17 may 2014 20:50
imza: Pozitiv olun!
Offline
Ruhəngiz
Özümüzü ancaq bir şeylə əlaqə qurarkən izləyə bilərik. Çünki həyatın özü əlaqədən ibarətdir.
Çox doğru fikirdir.Maraqlı mövzuya görə təşəkkürlər,Gulya.
17 may 2014 20:47
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Aida M-ova
Çalışırıq dəyişək yaxşıya doğru dash əlimizdən gələnidə , gəlmiyənidə etməyə çalışırıq inşəAllah yaxşı olar ..təşəkkürlər maraqlı mövzuya görə give_ros
17 may 2014 20:45
Offline
Agats_fan
Ela maraqli idi tesekkurler xebere gore give_ros
17 may 2014 17:33
Offline
Ceylan Mumoğlu
Çox gözəl mövzuya toxunmusuz Gulya xanım.
Hələ qədim filosoflardan Sokrat yazıb: "Özünü tanı!"
Özünü bilməyən Allahını da bilməz kimi fikirləri də eşidirik. Qurani Kərimi oxumaqla, anlamaqla özünü tanımaq mümkündür deyir ata-babalarımız.
Hazır dəng gəlmişkən, yeni ədəbiyyat oxuyuram. Alfred Adlerdən "İnsan təbiətini tanıma"
Sizlətə də tövsiyyə edirəm.
Xəbərəgörə təşəkkürlər smile
17 may 2014 17:23
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış