Sizinlə eşitdiyim və yaşadığım bir anı bölüşmək istəyirəm. Bir ana övladına necə qarğış edə bilər? Bu sual neçə gündür ki, məni düşündürür. Doqquz ay bətnində daşıyır, boya-başa çatdırır, özü ac qalır, övladını yedizdirir, o ağlayanda tez yanına qaçır, ona laylay deyir, böyüyəndə isə ona qarğış edir. Övladın günahı olmadan qarğışlandı. Heç xəbəri belə yoxdur ki, doğma anası ona qarğış edib. Görəsən, mənim yerimə övladı bu qarğışı eşitsə idi nə edərdi?
O, balaca ikən yıxılanda onu sakitləşdirən ana sən deyildinmi? İndi isə qarğış edirsən. O, sənin yeganə övladındır. Bunu heç düşündünmü? Ona nəsə olsa, sən nə edəcəksən? İşləyir, alın təri ilə pul qazanır, anası ac qalmasın deyə. Sadə bir şeyə görə ona qarğış etməyə dəyərmi? Qəzəblə deyilən qarğışın real olacağını düşünmədinmi? "Qarğışın iki başı var" deyə eşitmişəm. Qarğışdan qorxmaq lazımdır. Çünki qarğışın ahı göyə gedir.
“Səni evə sağ qayıtmayasan, yarı yolda səni maşın vursun”. Bir ana bu sözləri övladına necə deyə bilər axı? İlk olaraq sən anasan. Heçmi ürəyin sızlamadı?
Bu sözləri öz qulaqlarımla eşidəndə nə hisslər keçirdiyimi sizlərə deyə bilmərəm. "Elə deməyin günahdı" dedim, amma yenə də o sözləri eşitdim: “Görüm onu evə sağ qayıtmasın, yarı yolda onu maşın vursun”. Bir neçə dəfə təkrarlanan sözlər ürəyimə qəribə bir ağrı verirdi, ananın yerinə mənim ürəyim ağrıyırdı. Ağlıma belə gəlməzdi ki, bir ana övladına, öz doğmaca övladına qarğış etsin. Bir neçə gündü bu sözlər mənim qulağımda cingildəyir. Bəlkə də ana öz qarğışını unudub, amma mən unuda bilmirəm.
Bir çox insanlar övlad həsrəti çəkir, neçə il övlad gözləyir, sən isə öz övladını qarğışınla öldürmək istəyirsən. Heçmi ürəyində Allah qorxusu yoxdur? Allahın qəzəbinə səbəb olmaqdan heçmi qorxmadın? Birdən övladına nəsə olsa, heçmi vicdan əzabı çəkməyəcəksən? Axşam işdən evə gec gələndə "Oğlum haradadır?" deyə fikirləşməyəcəksənmi? Onun telefonuna zəng çatmayanda heçmi ürəyin sızlamayacaq? Sən anasan, qarğış edəndə ürəyin sızlamadı, mənim ürəyim sızladı, həm də çox.
Siz bir ananın qarğışını eşitsəniz, nə edərsiniz? Mənə çox pis təsir etdi. Ananın qarğışını ürəyimdə saxlaya bilmədim, bacarmadım. İndiyə kimi də ürəyim sızlayır. Axı ana öz doğma övladına necə qarğış edə bilər?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İntiharların 15 ümumi səbəbləri (2)
Sabahın HAVASI
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Can Yamanla Demet AYRILDI
Səmada uçan NAMƏLUM OBYEKT insanları vahimələndirdi - FOTO
Gürcüstandakı həmvətənlərimiz prezident seçkilərində səs verə biləcəklər
HAVA necə olacaq? 21 İyun
Ən çox sevdiyim hobbi
Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb
Bakıda yeni böyük ajiotaj
Hamilə olduğunu doğuşdan 4 saat əvvəl bildi - FOTO
Qəribə və nadir heyvanlar (4)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Paytaxtda güclü külək olacaq
Bakıda yeni metro stansiyası
305 kq arıqladı və ...
Hande və Murad bir-birini sildi
Hamilə qadınlardan gözlənilməz hərəkət
Yas mərasimində qovurma bişirsək, yaxşı olar, yoxsa aş?
Gecə geyimləri
Günün ulduz falı - 08.10.2013
Şəkil çərçivəsi düzəldək
Havalar soyuyur, yağış yağacaq
Məşhurın FOTOsu müzakirəyə səbəb oldu
Payız dekorasiyası
Avqustda ilan sancmaları artıb
Şahzadə Beatrisin arzusu ürəyində qaldı-SƏBƏB
Günün Ramazan təqvimi (3 iyul)
Üz dərisinə qulluq
Qısa qol köynəklər
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Günün ulduz falı
Murad Bozdan TOY AÇIQLAMASI-FOTO
Azərbaycanda sərt karantin günlərində kimlərin işləyəcəyi məlum oldu
Pensiyalar artacaq
Ağ dəriyə qovuşmaq artıq asandır
YAP-dan manat açıqlaması
Avtobuslarla bağlı yeni qadağa
Prezidentin köməkçisi erməni lobbisinin işğalçılığa “töhfələrini” ifşa etdi
"Şirin fantaziya" tortu (foto-resept)
Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
Birotaqlı mənzildə 130 pişik saxlayırmış
Uşaq ensiklopediyası(16)
Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular
Messi: "Əvvəlki səhvləri etməyəcəm"
İlham Əliyev “Milan Expo 2015” sərgisində
Günün qoroskopu: Pozitiv gündür!
Xanımlarımızın kompleksləri
Azərbaycanda internet: niyə ehtiyat variant yoxdur?
- ŞƏRHLƏR