Qarpız - bu nəhəng giləmeyvə vətəni hesab olunan Kalaxari səhrasında insan əli dəymədən yetişir.
Qarpızın "mədəni tarixi" hələ uzaq keçmişdə Misir ehramlarında təsvir edilmişdir. Misir rəssamları öz əsərlərində qarpıza xüsusi yer ayırırdılar. Bu giləmeyvəni fironların qəbrinə qoyurdular ki, o biri dünyada onları aclıqdan qurtarsın.
Çinlilər isə bu xeyirli məhsula indiyənədək ehtiramla yanaşır, onun şərəfinə "qarpız bayramı" keçirirlər.
Yay mövsümünü və qarpızı bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İsti günlərdə bu zolaqlı giləmeyvə insan orqanizminə faydası ilə bərabər, həzz dəqiqələri də bəxş edir.
Dünyanın ən iri giləmeyvəsi - Çar qarpızının məti yarısı fruktoza olmaq şərtilə 12% şəkərdən ibarətdir. Fruktoza qlükozadan fərqli olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara da heç bir mənfi təsir göstərmir.
Qarpız həm də vitamin qaynağıdır. Tərkibində B1, B2, C, PP vitaminləri, fol turşusu, pektin maddələri, maqnezium, dəmir, nikel, kalium vardır. Tumları isə insan orqanizmi üçün vacib sayılan D vitamini ilə zəngindir.
Qarpızın tərkibində sellüloz həzmi normallaşdırır, xolin, C və P vitamini isə ürək-damar sisteminin fəaliyyətini tənzimləyir. Fol turşusu amin turşularının sintezində iştirak edərək sklerozun qarşısını məharətlə ala bilir.
Enerji hasil etmək üçün lazımlı olan B vitamini qarpızda bol miqdardadır. Qarpızın tərkibindəki antioksidantlar astma, xərçəng, artrit və prostat xərçəngi riskinin azaldılmasında köməkçi hesab olunur.
Qarpız sidikqovucudur, onun tərkibindəki maddələr böyrəklərdəki duz kristallarını əridir. Şirəsi isə toksinləri orqanizmdən yuyub aparmaqla qaraciyərə kömək edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Artıq çəkidən əziyyət çəkənlər üçün qarpız əsl möcüzədir. Bu ləzzətli giləmeyvədə kalorinin az olmasına baxmayaraq, qarpız tez bir zamanda insanda toxluq hissi yaradır. Həm ishal zamanı, həm də onu yatırmaq üçün qarpızın məti və şirəsi çox faydalıdır. Tumlarından isə qurdqovucu vasitə kimi istifadə edilir. Bunun üçün 100 qram əzilmiş qarpız tumunu 1 litr suda 45 dəqiqə zəif odda qaynadıb, süzgəcdən süzüb gün ərzində 3 dəfə 1 stəkan içmək məsləhətdir.
Qarpız suyunu bal və zəncəfillə qarışdırıb içdikdə bəlğəmi yox edər. Onun qabığından hazırlanan mürəbbə sinə və mədə ağrılarını aradan götürür.
Kolit zamanı (yoğun bağırsağın iltihabı) qarpız qabığından hazırlanan dəmləmə çox yararlıdır. Bədənin xolesterindən azad olunmasına yardımçı olan giləmeyvə yüksək qan təzyiqini də aşağı salmağa qadirdir.
Qarpız üzərində çat və əziklər olmamalıdır. Bu zədələnmiş yerlərdən giləmeyvəyə təhlükəli mikroblar düşür ki, bu da insan orqanizmində ağır bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.
Qarpızın saplağı sarı və bir qədər qurumuş olmalıdır. Saplaqsız qarpız almayın. Üzərində sarı ləkələrin olması isə onu sübut edir ki, qarpız təbii şəraitdə yetişib. Əgər bu ləkə çox iri olarsa , deməli, giləmeyvəyə günəş şüası dəyməyib.
Alarkən orta ölçülü (5-7 kq) qarpızlara üstünlük verin. Evdə onu soyuq suya qoyun. Yaxşı dəymiş qarpız suyun üzərində üzəcək, dəyməmiş isə batacaq.
Kəsilmiş qarpız soyducuda 1 gündən artıq saxlanmamalıdır. Şirəsindən əmələ gələn turşumuş qoxu qarpızın xarab olmasının göstəricisidir.
XƏBƏR LENTİ
Körpələrdə soyuqdəymə
Ukrayna hökuməti bütün ölkə ərazisində yüksək hazırlıq rejiminə keçir
Bəzi qadınlar niyə tənhadır?
Mobil proqram qadının həyatını xilas edib
Azərbaycan tarixindən yüz şəxsiyyət-55
Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
​Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar verəcək
Facebook-da daha bir yenilik
"Mercedes" toyuq kimi olduğunu sübut etdi.
Dahilərdən gözəl sözlər - 4
Qadın.netlilərin pis vərdişləri
Günün ulduz falı - 21.09.2013
Prezidentdən yeni Sərəncam
Şahinlərimizə qurban kəsildi
Mayın 17-də QASIRДћA OLACAQ
Uşaqlarımıza qayğı göstərək
Bürclərin sevdiyi yeməklər
Türkiyə ilk yerli smartfon istehsal etdi
Kənan Işıkdan 6 il sonra xəbər var
Abituriyentlərin nəzərinə!
Uşaqlar üçün saç modelləri
Rusiya tam böhrana girir
Makiyajdan əvvəl dərini necə canlandırmalı?
Ayrılığın yaratdığı fiziki ağrılar
Aleyna Tilki istirahətindən danışdı-FOTO
Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ
Romantikanı sevməyən qadın varmı?
"Vogue" dərgisində QALMAQAL-FOTO
Bu ölkə kosmosa 20 peyk göndərdi - Rekord
Manat rublu boğacaq
Rəqs etməyin 4 faydası
Beyons yenidən böyük səhnədə-FOTO/VİDEO
Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb
Qarabağda müharibə qızışa bilər
10 nəfər qəbul imtahanında 600-dən çox bal toplaya bilib
Bu üsulla kəpəkdən xilas olun
Ali məktəbdə müəllim və tələbələrə qadağa
Vatsapda MÜHÜM YENİLİK
Gürcüstan-Tbilisi (5)
Atomdakı qüsursuz nizam
Qarpız alaq, almayaq?
İsrail 74 məscidi viran qoydu
Azərbaycanda zəlzələ oldu
Erməni əsirliyindən qaytarılan Bayram Kərimovun atası: “Oğlumla danışmasam da...”
Bakıda hava yağmurlu olacaq
Qadın.Netlilərin evlilik təklifləri (2-ci hissə)
İnsanlar nə üçün tez məğlub olur?
Özcan Deniz yenidən evlənir
Film qəhrəmanları gündəlik həyatda
HAVA necə olacaq?- 19 MART
- ŞƏRHLƏR