Bəzən insanlar özlərini həyatın axışına buraxırlar. Əsən külək onları hansı istiqamətə sovursa, o istiqamətə doğru da gedirlər. Siz də bu cür insanlar qrupuna aid olduğunuzu düşünürsünüzsə, bu xəbəri oxumağınızda fayda var. Həyat yolunuzun “kapitanı” ola bilmək üçün yüzlərlə suallara cavab tapmaq lazım gəlir. Lakin mən sizə cəmi 5 sadə sual təqdim edirəm. Hansı ki, məhz onlara verəcəyiniz cavablar sayəsində öz həyatınızın “kapitanı” ola biləcəksiniz.
1. Qorxu dolu bir həyat yaşayıram?
Çox zaman həyatımızdakı qərarları məhz qorxularımıza nəzərən vermiş oluruq. İstəyimizə və arzularımıza görə deyil. Məsələn, pulsuzluqdan o qədər qorxuruq ki, sevmədiyimiz, hətta günü gündən-geriyə doğru addım atdığımız işimizdən imtina etməyə cəsarət tapmırıq. Halbuki, qorxumuzu boğaraq istəyimizə, arzularımıza uyğun olan qərarları vermiş olsaq, həyat da bizə öz gözəl surprizlərini bəxş etmiş olar. Məsələn, bir yol ayrıcındasınız. Biri daha əvvəl heç keçmədiyiniz yoldur. Ora sizə çox maraqlı olmaqla yanaşı, tam arzuladığınız kimi həyat bəxş edə bilər. Digər yol isə adət etdiyiniz, hər gün təkrar keçdiyiniz yoldur. Çox zaman insan hər hansı bir qorxuya əsasən atacağı addımı yüz dəfə ölçür. Əgər siz qorxu dolu bir həyata sahib olduğunuzu dərk etsəniz, bilin ki, indən belə atacağınız addım sizin əlinizdədir.
2. İçində olduğum bu vəziyyəti dəyişdirə bilərəmmi?
Bu suala cavabınız “bəli” olarsa, bütün gücünüzü bu vəziyyəti dəyişdirməyə sərf edin. Yox əgər cavabınız “xeyir” olarsa, onda heç bir cəhdə ehtiyac yoxdur. Sadəcə, var olan vəziyyətlə barışmaq yetərlidir. Lakin unutmayın ki, baş verən hər bir şey biz insanların xeyri üçündür və heç nə səbəbsiz deyil.
3. Bu günə kimi etdiyim səhvlər nələrdir?
Həyatımızda etdiyimiz səhvlərdən dərs almaq və bu dərslər sayəsində yetişmək çox gözəldir. Həyat özü də bir “məktəbdir”. Etdiyimiz ilk səhvlər normaldır. Bir gözəl ifadə var: Ən böyük səhv səhv etmək deyil, səhv edib ondan nəticə çıxartmamaqdır.
Eynşteynin fikrincə, ”Heç zaman səhv etməmiş insan, yenilik etməmiş insandır”. “Səhv etməkdən qorxmayın”. “Səhvsiz insan yoxdur. İnsanlıq səhvini qəbul etmək və düzəltməklə olur.”
Siz də bu günə kimi etdiyiniz bütün səhvləri özünüzdən soruşun. Lakin bu zaman eqonuz sizin haqlı olduğunuzu hiss etdirəcək. Səhvi sizin deyil, başqasının etdiyini “pıçıldayacaq”. Eqonuzun dediklərinə qulaq asmayın. Ən ədəbli insan səhvlərini rədd edən deyil, qəbul edib onları bir daha təkrarlamayandır. Bunu unutmayın.
4. Nələri həqiqətən sevirəm və nələri heç sevmirəm?
Əslində necə də sadə sualdır. Elə deyilmi? Bu sualı heç yemək bişirərkən özünüzə vermisinizmi? “Mən yemək bişirməyi sevirəmmi? Yoxsa məcburam, ya da ailəmə bacardığımı göstərmək üçünmü bişirirəm?” Əslində sevməyərək bişirdiyiniz yeməyin dadı və ləzzəti də olmur. Bilməyərəkdən ona neqativ hisslər aşılamış olursunuz. Bu məntiq hər bir işdə qarşımıza çıxır.
Sevməyərək etdiyimiz heç bir işdə uğur əldə edə bilmərik. Hər şey bir kənara, sevmədiyimiz bir işi görmək bizim özümüzü bədbəxt hiss etməyimizə səbəb olur. Əlbəttə belə bir vəziyyətdə öz öhdəliyinizdə olan işləri unutmamalı və heç bir işə özünüzü məcbur etməməlisiniz. Uzun müddət sevmədiyiniz bir şi görməyə məcbur deyilsiniz.
5. Niyə də olmasın?
Əlbəttə, yuxarda qeyd etdiklərim sizin öz əlinizdədir. Onları reallaşdırmaq sizin əlinizdədir. Amma sizə çox sadə sual təqdim edim. Niyə də olmasın? Misal olaraq deyək. "Əgər gitara çalmağı öyrənsəm, nəticə olaraq yaxşı olacaq, yoxsa pis?" kimi sadə sual. Ya da "Yola getmədiyim insandan ayrılsam, nəticəsi yaxşı olar, yoxsa pis?" kimi ciddi suallarla qarşı-qarşıya qala bilərsiniz.
Nəticə olaraq məlumdur ki, bu sual sizin gələcək addımınıza kömək ola biləcək bir sualdır. O sizə cavabı demir. Siz cavabı dərk edirsiniz. Əgər nə etmək lazım olduğunu bilmirsinizsə, onda sizdə qorxu hissi yüksələcək. Qorxu isə irəliyə addım atmaqda bizim ilk maneəmizdir. Nə etməyiniz gərək olduğunu beyninizdə həll edin və nə olursa olsun verdiyiniz qərardan əmin olun. Qorxu hissinin baş qaldırmağına imkan verməyin. Hər mövzuda qərar verməyiniz üçün inamlı olmaq çox işinizə yaraya bilər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yeni makiyaj trendi: Draping
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Merilin Monronun sırğaları fantastik qiymətə satıldı
Cəbhədə irimiqyaslı təlimlər
95 yaşlı milyarder evləndi-FOTO
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Murad Bozdan NİŞAN AÇIQLAMSI
Dünyanın "ən"ləri
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
İman edən alimlər-2
Erməni müğənni Azərbaycan mahnısı oxudu
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
Doğuşdan sonra qəbizlik
İş axtaranlara şad xəbər
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Tiflisə səyahətin ucuz və rahat yolları
Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ
Bilik var adamı kor edər, bilik də var...
7 yaşlı qız alimləri pərt etdi
“Dilmanc”dan yenilik
"Sevgi Qatarı" hər kəsin diqqətini çəkdi-FOTO
Bananlı, portağallı içki
Cavabsız suallar...
Aleyna Tilki istirahət FOTOsu paylaşdı
Açıq havada idman etmək
Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Payızın trend saç rəngi
Uşaqların mənfi davranışlarını necə yox etməli?
Bleyk yeni trend yaratdı-FOTO
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Hava necə olacaq?
Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı
Göydən kül yağdı
Soyuq havalar üçün manikür modelləri
Bürclərin romantiklik dərəcəsi (1)
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Bir-birindən maraqlı 8 fakt
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Saçlarınıza zərər verməyin
Günün qoroskopu: çətin anlardan mütləq çıxış yolu tapacaqsınız
Hələlik sadə əməliyyatlardır
"Milan" satıldı - 1,5 milyarda
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Hamiləlik və doğuş
Diri toyuqların satışı məhdudlaşdırılacaq
- ŞƏRHLƏR