“Dədə Qorqud” Fondu Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu “Vətən övladı” ordeni ilə təltif edib (ölümündən sonra).
Yəhudi Xəbərlər Agentliyi (YXA) “Yəhudi Albert Aqarunov – Vətən övladı” adlı məqalə dərc edib. Məqalədə bildirilir ki, “Dədə Qorqud” Fondu Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu “Vətən övladı” ordeni ilə təltif edib (ölümündən sonra). Məqalədə deyilir ki, tankçı Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Albert Aqarunov şücaətinə görə Azərbaycanın ali hərbi mükafatı ilə təltif edilib. Ölkəmizdə həyatını Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda fəda etmiş yəhudi gənci xatırlayır və xatirəsini hörmətlə anırlar. Bütün Azərbaycanda faşizm üzərində Qələbə Gününün və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd edildiyi bu may günlərində Bakıdakı Muğam Mərkəzində “Vətən övladı” ordeninin Albertin böyük qardaşı Rant Aqarunova təqdim olunması mərasimi keçirilib. Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) Azərbaycandakı nümayəndəliyinin başçısı Semyon İxiilov Yəhudi Xəbərlər Agentliyinə bildirib: “Muğam Mərkəzindəki mərasimdən əvvəl biz Bakıdakı Şəhidlər Xiyabanında olduq, Albert Aqarunovun döyüş yoldaşları ilə birlikdə Milli Qəhrəmanın xatirəsini yad etdik”.
Muğam Mərkəzində Baş nazirin müavini Əli Həsənov kiçik qardaşı Albertin layiq görüldüyü “Vətən övladı” ordenini Rant Aqarunova təqdim edib. Mərasimdə “Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Semyon İxiilov, Albert Aqarunovun xidmət etdiyi tank batalyonunun döyüşçüləri iştirak ediblər. Bir nömrəli “Vətən övladı” ordeni ilə Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov təltif olunub. Semyon İxiilov Yəhudi Xəbərlər Agentliyinə bildirib “Albert Aqarunovun ölümündən sonra təltif olunduğu orden yeddi nömrəli ordendir. Bu fakt Azərbaycanda Milli Qəhrəman Albert Aqarunovun nurlu xatirəsinə necə hörmət göstərildiyinin daha bir sübutudur”. Qeyd edək ki, Azərbaycanın “Vətən övladı” ordeni İsraildə Albert Aqarunovun böyük qardaşının ailəsində saxlanacaq.
Mənbə:Anspress.com
XƏBƏR LENTİ
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Hərbi ekspert: “Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” - VİDEO
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Analar bu dəbi yaymağa başladılar
Göz ətrafına qulluq
Hadisənin 5 gözəllik sirri
Miomaya qarşı əlac
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
2020 Nyu-York moda həftəsi
Avropaya getmək artıq daha asan olacaq
Günün ulduz falı - 08.12.2013
Doğuş sonrası depressiya
Dünyanı böyük sürpriz gözləyir
Rusiya üçün bədbin proqnoz
Səlcuq Bayraktardan Şuşa təbriki: “Şükürlər olsun Rəbbimizə”
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Facebook istifadəçiləri – ehtiyatlı olun
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Bu qəzet səhvən nazir nömrəsini yayımladı
Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü
Bu günün tarixi (03.09.2014)
Bakıda "çolaq" işıqfor
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Leysan qiymətlərə də təsir etdi
2014-cü ilin ev dizaynları
Bütün yaz dəbli görünməyiniz üçün nümunələr
Hava haqqında
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Dövlət qulluqçularına xoş xəbər
Şokoladlı konfet (foto resept)
Toydan sonra ilk işi bu oldu - FOTO
Kişi olmaq daha yaxşı imiş
Dünyanın ən uzun pilləkənlərı (2)
160 cütlük 02.02.2020-ci ildə nikaha girdi - İLK
Hər bir işdə bir xeyir varmış
İxtisas seçimi başladı
Dodaq yemə vərdişi
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxdu, 1nəfər öldü
Sitrus meyvələrinin şahı
Abdullah Gül Bakıya gəlir
Bakının mərkəzində nəhəng park salınır
Yerə asteroid yaxınlaşır
Dərman qəbul edərkən diqqətli olun!
Üçgözlü ilan
Tənbəlliyə qarşı təsirli həb
Hazal Kayadan gözlənilməz addım
Azərbaycanda hava şəraiti yenidən dəyişəcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Hava haqqında
- ŞƏRHLƏR