Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
21:01PERI eleykum salam canlar necesiz 20:38Sima salam geceniz xeyir
39320

Ledi Marqaret Kavendiş

Ledi Marqaret Kavendiş
Kavendişlər sülaləsindən olan, Nyukasl hersoqunun həyat yoldaşı Ledi Marqaret (1623-15 dekabr 1673) 17-ci yüzilliyin elmi fikirlərini nəşr etməklə məşhurlaşdırmağı bacaran yazıçılardan olub. Ledi Marqaret özünün rəngli, qeyri-adi və yeni elmi düşüncələrini xalqa çatdıra bilmək cəhdləri ilə tanınmışdır. Onun yaşadığı dövrdə elmlə məşğul olanlara təbiət fəlsəfəçisi deyirdilər. Marqaret şeir, proza, dram, fəlsəfi əsərlər və esselər yazıb. Eyni zamanda qadınların təhsil alması və elmi çalışmalara qatılmasının vacibliyi düşüncəsinin müdafiəçisi olub.
Marqaret İngiltərənin Kolçester yaxınlarında yaşayan zəngin bir ailənin səkkiz uşağının ən kiçiyi olub. Ailədəki yaşlı qadınlardan ilk təhsil alaraq çox kiçik yaşlarından yazmağa marağı oyanıb.
Ledi Marqaret Kavendiş
Marqaret gəncliyində kraliça Henrietta Mariyanın nədiməsi (saray xanımı, kraliça yanında kübar qızlara verilən ad) olub. 1644-cü ildə krallıq məğlubiyyətə uğradığı zaman Marqaret kraliça və xidmətçiləri ilə birlikdə Fransaya qaçır. 1645 ci ildə tanınmış sülalədən olan Uilyam Kavendişlə ailə qurur. Birlikdə Parisdən Anversə gedirlər. Marqaret orada Nyukasldan olan digər qaçqınlarla birlikdə elmi salon yığıncaqlarına qatılmağa başlayır. Tomas Hobbs, Rene Dekart, Pyer Qassendi belə yığıncaqların önəmli simaları idilər.
Marqaret 1651-ci ildə İngiltərəyə gedir və sonrakı il təbiət fəlsəfəsi üzrə əsərini yazmağa başlayır. Monarxiyanın bərpasından sonra Kavendiş ailəsi ölkəsinə dönür və Marqaret 1663-cü ildə "Philosophical and physical" ("Fəlsəfə və fizika") əsərini yayımlayır. 1666-cı ildə "Observations upon Natural Philosophy" ("Təbiət fəlsəfəsi üzrə təcrübələr") adlı əsərini nəşr etdirir. Bu əsərində bəzi elmi mühakimələrini çatdırır. Həmin ildə "Toza dönmüş dünya" romanını yazır. Romanda baş qəhrəman xanım Cənub qütbündə yaşayır və bir gün paralel bir dünyaya düşür. Bu dünyada işıldayan ulduzlar və danışan heyvanlar yaşayırmış. Marqaret heyvanları qorumaq ideyasının ilkin yaradıcılarından hesab edilir və heyvanlar üzərində təcrübələr aparılmasının qəti əleyhinə olduğnu vurğulayır. 
1660-cı ildə İngiltərə Elmlər Akademiyası qurulur. Bildiyimiz kimi, həmin illərdə təhsilli qadınlar barmaqla sayılacaq qədər az idi. Yeni elmi cəmiyyətin üzvlərinin əksəriyyəti kişilər idi. Qadınlar klassik akademiya təhsilindən uzaq idilər və bu istiqamətdə təşəbbüs göstərənlərə lağ edirdilər.
Ledi Marqaret Kavendiş
Marqaret elmi cəmiyyət tərəfindən tanınmağı hər şeydən çox istəyirdi. 1667-ci ildə o, Akademiyaya çağırılan ilk qadın kimi şəxsi zəfərini əldə etmiş olur. Marqaret dostları Robert Boyle və Robert Huk tərəfindən həyata keçirilən bir təcrübə proqramını izləyir. Lakin daha sonra Akademiya rəsmi olaraq qadınlara qadağan edilir. Bu qadağa 1945-ci ilədək davam edir. 
Bundan sonrakı illərdə Marqaretin fəaliyyəti zəifləyir. Özü özünün həkimi kimi davranması nəticəsində sağlamlığı pozulan Ledi Kavendiş 1673-cü ildə vəfat edir. 
Ledi Kavendiş yazdığı yazılarına görə iftixar duymuş və təhsilinin əksikliyi üçün sıxıntı hiss etməmişdi. O, xalqa səslənmək və tanınmaq istəyirdi. 19-cu yüzillikdə bəlkə də elə buna görə ona "çılğın Marqaret" mənası verən "Mad Maqde" ləqəbi vermişdilər. Marqaretin ölümündən sonra həyat yoldaşı onun əziz xatirəsinə bir kitab nəşr etdirdi. Kitabda çox sayda elm adamından Marqaretin fərqli düşüncələrinə görə minnətdarlıq məktubları yer alıb. 
Marqaret cəmi 23 kitab nəşr etdirmişdi. O, həm də atom nəzəriyyəsi ilə əlaqəli oyunlar və şeirlər də yazmışdı. Aristotel fəlsəfəsi və Harveyin qan dövranı nəzəriyyəsinə dair şərhlər bildirmişdi. Cəmiyyətdə həyatın hər sahəsində kişilərin yer almasına qarşı qətiyyətlə çıxmışdı. 
Ledi Marqaret Kavendişin xatirələri bir qadın tərəfindən yazılmış ilk sekulyar avtobioqrafiya kimi görülməkdədir.
Səslərin sayı: 7
23
3128
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Agat_Kris,
Əslində mən sizinlə razı deyiləm çünki elə məqamlar var ki, orada heç də qadınlara yol açı deyil və buraya elm də daxildir ki belə hallar var.

Razı olmamaq fərdi xarakterə bağlı bir şeydir. Fakt budur ki, müasir zamanda qadınların əlində dəyərli vasitələr daha çoxdur. Kimsənin əlini qolunu zorla bağlayıb elmi işlərlə məşğul ola bilməzsən kimi qadağa qoyulmayıb. Qadınlar qeybətə ayırdıqları zamanı araşdırmalara və özinkişafa daha çox ayırsalar, Azərbaycan üçün böyük inkişaf ola bilər gələcəkdə.
30 oktyabr 2016 13:44
Offline
Agat_Kris
müasir zəmanimizdə qadınlara yol açıqdır, bircə qalıb tənbəllik etməyib çalışmaq, araşdırmaq, yaratmaq

Əslində mən sizinlə razı deyiləm çünki elə məqamlar var ki, orada heç də qadınlara yol açı deyil və buraya elm də daxildir ki belə hallar var.
4 noyabr 2014 00:09
imza: Pozitiv olun!
Offline
Elvira Melek
Tanımırdım bu xanımı
22 iyun 2014 21:15
Offline
Fatma xanım
Elə xanımlara baxıbhəmişə həsəd aparıram
13 may 2014 10:45
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ceylan Mumoğlu
Realist (A-N),
AFET ,
Agats_fan,
Zeyneb-Esger,
Selvi,
Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm, xanımlar smile
13 may 2014 01:14
Offline
Selvi
Ceylan xanım bu dəyərli yazıya görə sizə səxsən təşəkkür edirəm. Sayənizdə bu xanımı tanıdım. Bu xanım haqqında hec bir xəbərə sahib deyildim . Məlumatlandırdığınız üçün təşəkkürlər. Sayənizdə Ledi xanımı tanıyıb, iradəsinə, gücünə heyran qaldım, çox maraqlı oldu mənim üçün. Belə xəbərləriniz davamlı olsun...
13 may 2014 00:38
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Zeyneb-Esger
Tanimirdim hec bir melumatimda yox idi melumat ucun cox sag ol
13 may 2014 00:16
Offline
Agats_fan
Men bu xanimi gorende dedim qatildi sarcasti bacim baxıb dedi ki, elm adami olub wassat uzaq gorenniyim gucludu lol melumat ucun sonsuz tesekkurler give_ros
12 may 2014 22:15
Offline
AFET
Maraqli xeberdi menimde bu xanum haqqinda hec bir melumatim yoxuydu tesekkurler.
12 may 2014 20:46
Offline
Realist
Çox maraqlı oldu. Tanımırdım, tanıtdınız. Təşəkkür edirəm, Ceylan xanım. give_ros
12 may 2014 18:55
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Ceylan Mumoğlu
قلب  Ro-Xe-Sa قلب,
Indi ki zamanimizda cox qadinlar inkisaf edir, oxuyur, oyrenir ve mehsurlasir, amma o dovrlerde cox hemde cox cetin olardiki qadinlar ireli getsin, istedadini subut etsin, xalqin yolunda calisşın. Qürur duyulasi xanimdir, başqa millətin xanımı olsa belə qürur duydum.

Həqiqətən haqlısan, müasir zəmanimizdə qadınlara yol açıqdır, bircə qalıb tənbəllik etməyib çalışmaq, araşdırmaq, yaratmaq laughing
12 may 2014 18:40
Offline
أحبك
Ceylan xanim menim Marqaret haqqinda hec bir melumatim yox idi , sayenizde xeberinizi oxudum ve oyrendim.Hemde 50 il omur sürmüş o qadina hesed apardim, nece esr bundan qabaq qadinda olan ferasetine, istedadina hesed apardim. Indi ki zamanimizda cox qadinlar inkisaf edir, oxuyur, oyrenir ve mehsurlasir, amma o dovrlerde cox hemde cox cetin olardiki qadinlar ireli getsin, istedadini subut etsin, xalqin yolunda calisşın. Qürur duyulasi xanimdir, başqa millətin xanımı olsa belə qürur duydum. Ceylan xanim tesekkur edirem, bizi bele maraqli xeberle melumatlandirdiginiz ucun. InsALLAH basqa xanimlarlada tanis edeceksiniz yazmisiniz, sizinde bele xeberlere maraginiza heyran qalmaq olar. kiss
12 may 2014 18:33
imza: فراق
Offline
Ellada Babayeva
Bundan sonrakı illərdə Marqaretin fəaliyyəti zəifləyir. Özü özünün həkimi kimi davranması nəticəsində sağlamlığı pozulan Ledi Kavendiş 1673-cü ildə vəfat edir.

Şəkillərdən gözəl,ağıllı xanımdır deyə bilərəm.23 kitab yazmaq hər adamın işi deyil.
12 may 2014 16:31
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ruhəngiz
Maraqlı xəbərdir,çox sağ olun,Ceylan xanım.Bu xanım haqqında ilk dəfədir ki oxudum.
12 may 2014 16:30
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Online
Xəyalə Murad
Çalışacam digər istedadlı xanımlarla da sizləri tanış edim, elə araşdırıb tərcümə etdikcə özümə də maraqlı gəlir

Həqiqətən maraqlı olur. Mən bir xəbəri hazırlayanda nə qədər məlumat oxumuş oluram. Artıq bilik baş yarmaz. Öyrənmək öyrəndiklərimizi baylaşmaq gözəldir. Bu gün bu məlumatı öyrəndikdən sonra davamını da oxumaq axtarmaq istədim.
12 may 2014 15:55
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
Bir qadının istedadlı olduğuna dair daha bir sübutdur. Çox sağolun ki, bizə tanıtdız.

Çalışacam digər istedadlı xanımlarla da sizləri tanış edim, elə araşdırıb tərcümə etdikcə özümə də maraqlı gəlir smile
12 may 2014 15:04
Offline
Qəribə
Çox sağolun ki, bizə tanıtdız.Tesekkur edirem. give_ros
12 may 2014 14:50
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Online
Xəyalə Murad
Bu xanım haqqında nəinki siz bilmirdiz, ümumiyyətlə Ana dilimizdə məlumatlar yox imiş.

Ümumiyyətlə bu cür vacib məlumatlar çox zaman Azərbaycan dilində olmur. Bu cür malımatı əldə etmək üçün mütləq xarici dilmək lazımdı. Məncə çox lazım olacaq. Bir qadının istedadlı olduğuna dair daha bir sübutdur. Çox sağolun ki, bizə tanıtdız.
12 may 2014 14:33
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
R.G.AL-SU,
Haqqında və etdiklərindən bixəbər idim

Xəyalə Murad,
Mən bu xanım haqda heç bir məlumata sahib deyildim. Sayənizdə oxudum

Bu xanım haqqında nəinki siz bilmirdiz, ümumiyyətlə Ana dilimizdə məlumatlar yox imiş.
Yaxın ətrafınıza, tarix və incəsənətlə bağlı təhsil alan tələbələrə referat , kurs işi kimi istifadə mənbəsi kimi göstərə bilərsiz. Təki araşdırma və tərcümələrimiz işə yarasın, faydalı olsun smile
Agat_♥,
Mahmudzade,
Təşəkkürlər, əziz tələbələr blum
12 may 2014 14:20
Online
Xəyalə Murad
Mən bu xanım haqda heç bir məlumata sahib deyildim. Sayənizdə oxudum, bildim və yalan deməyəcəm nə qədər onu Mad Maqde adlandırsalar da mən o xanımla qürür duydum. Əhsən ona ki, həmin dövrdə bu qədər iradəli və inamlı olub. Gördüyü işə yazdığı fikirlərə görə heç zaman peşman olmayıb. Çox sağolun Ceylan xanım.
12 may 2014 14:13
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!