Milli.Az EL TV-yə istinadən bildirir ki, ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Mingəçevirdə silsilə tədbirlər təşkil edilib. İlk olaraq, şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimayyət nümayəndələri ulu öndərin abidəsi önünə gələrək, önünə tər güllər düzüblər. Sonra tədbir iştirakçıları əsaslı təmir edilən 10 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar. Bildirək ki, məktəb 900 şagird yerlikdir. Əsaslı təmir olunan təhsil ocağının sinif otaqlarında, fənn kabinələrində və laboratoriyalarda hər cür şərait yaradılıb. Məktəb zəruri avadanlıqlarla təmin olunub. Əsaslı şəkildə təmir-bərpa edilən 10 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait də razılıqla qarşılanıb. Tərbiyə müəssisəsinin musiqi və idman zalı müasir standartlara tam cavab verir. Uşaqların daha səmərəli istirahəti üçün bağçada müasir hovuz da inşa olunub. Daha sonra şəhərdə özəl təlim-tərbiyə müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Əsaslı təmir olunan “Güllü bağ” istirahət parkına baş çəkilib. Uzun müddət baxımsızlıq səbəbindən yararsız halda qalan bu ərazidə əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün oturacaqlar və fəvvarə quraşdırılıb, yaşıllıqlar salınıb. Ardınca tədbir iştirakçıları Müşfiq Mirzəyev adına “Dostluq” parkında təşkil olunan Gül bayramına qatılıblar. Şəhərin ali və orta məktəblərinin, idarə və müəssisə nümayəndələrinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar nümayiş olunub. Ümummilli liderin güllərlə bəzədilmiş portreti və digər kompozisiyalar hər kəsin marağına səbəb olub. Uşaq Yaradıcılıq Mərkəzinin təqdim etdiyi musiqi nümunələri maraqla qarşılanıb. Mingəçevirdə bayram tədbirləri yerli incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
XƏBƏR LENTİ
Almalı vatruşka (foto-resept)
Qara rəngli qar yağdı - FOTO
İran prezidentini belə görmüşdünüz?
Bakını yaşıllaşdırmaq üçün xaricdən gətirilən bitkilər zərərlidirmi?
Arıqladan dadlı detoks
Dəridəki çuxurlar üçün maska
"Qadınların yanınamı gedirsən? Qamçını unutma!" - Nitsşe
Gözəl bədənə sahib olmaq istəyənlər üçün 5 idman növü
Qadın geyimlərinin dəyişən dəbi
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
11 yaşlı psixoloq
Hər il 300 ton qızıl zibilliyə atılır
Qarabağdan danışdılar
Millimizin səbəti "tapıldı"
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Amine Gülşe Mesut üçün Bakıya gəldi-FOTO
Koronavirusun mənşəyi ilə bağlı AÇIQLAMA
İnternetdən ayrılmadan edə biləcəkləriniz
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
Ata nəsihəti
Qadin.Net - 6 YAŞ
Pazllar ("Fiksiklər")
"Sovetski", "Xutor" və "Papanin"də nə olacaq?
2020-ci ilin 6 dəbli rəngi
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA - FOTO
Gözəl rəsm əsərləri
Dünyanın ən uğursuz EVLİLİK TƏKLİFİ-VİDEO
Uşaq vaxtı öyrədiləcək 8 məqam
Britni Spirs yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Möhtəşəm yay ayaqqabları
Unikal enerjili avtomobil
Qafqaz Müsəlmanları İdarəsi qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini bildirib
Prezident İlham Əliyev ötən gecəki aksiyadan danışdı-VİDEO
Qırmızı mərci sıyığı (foto resept)
Sevgililər günündə makiyaj necə olmalıdır?
Lənətlənmiş ada - Bura gələnlər yoxa çıxır
Paytaxtdan köç başladı
Barak Obama kəskin tənqid edildi
İlklər
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
Qapımızı bəzəyək?
Dünya okeanının temperaturu rekord həddə çatdı
Beynindən qurd çıxarıldı-FOTO
Dua Lipanın mahnısı Aleyna Tilkinin mahnısına bənzədildi-VİDEO
Düşmən silahlıları hərbçilərimizi atəşə tutdular
Dəri kurtkalar
365 min dollara kompüter satıldı
Dünya suyun altında qala bilər-Qorxunc proses başladı/FOTO
Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO
- ŞƏRHLƏR