Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
13:41Ayla Ayla Peri necesen? Sima Surayye hani? 12:40PERI salam millet hardasiz 10:20Xəyalə Murad Sabahınız xeyirli olsun Əziz Qadin.Netlilər!
39323

Yaşıl çay necə içilməlidir?

Yaşıl çay necə içilməlidir?

Yaşıl çay həm pəhriz saxlayanların, həm də sağlam bəslənənlərin imtina edə bilmədiyi bir içkidir. Maddələr mübadiləsini sürətləndirməsi və yağ yandırmasıyla əlaqədar onu pəhrizimizdən əksik etmirik. Ancaq yaşıl çaydan tam mənasıyla faydalanmaq və daha ləzzətli bir şəkildə istifadə etmək üçün yaşıl çayı dəmləmə qaydasını bilmək lazımdır. Yaşıl çayın necə dəmlənməsi və necə içilməsi barədə araşdırma apardıq.
Yaşıl çayın pəhrizlərdə istifadə edilməsinin səbəbi tərkibində olan kate maddəsindən qaynaqlanır. Kate maddələr mübadiləsinin sürətini artıraraq yağların yandırılmasına kömək edir. Yaşıl çaydakı kate maddəsindən tam faydalanmaq üçün yaşıl çayı dəmləyərkən bəzi qaydalara diqqət etmək lazımdır.

Yaşıl çay necə içilməlidir?

Yaşıl çay necə dəmlənir?

Bir fincan üçün yarım çay qaşığı qədər yaşıl çaydan istifadə edilməlidir. Fincan başına daha çox yaşıl çay əlavə etsəniz, yaşıl çayın dadının olduqca acı olduğunu görəcəksiniz.
Yaşıl çayı dəmləyərkən diqqət yetirilməsi lazım olan başqa məsələ isə yaşıl çayı əsla suyla birlikdə qaynatmamaqdır. Yaşıl çayı doğru bir şəkildə dəmləmək üçün əvvəl suyu qaynatmalı, sonra qaynamış suya çayı əlavə etməlisiniz. Qaynamış suya əlavə edilən yaşıl çayın 5 dəqiqə dəmlənməsi kifayətdir. 5 dəqiqədən çox dəmləsəniz, çayın xüsusiyyətini itirmiş olarsınız.

Yaşıl çay necə içilməlidir?

Yaşıl çayı necə dadlandırmaq olar?

5 dəqiqə qaydasına riayət etməyinizə baxmayaraq yaşıl çayın dadı acı gəlirsə, ərik və üzüm kimi quru meyvələri yaşıl çayın içinə ataraq dadlandırılmasını təmin edə bilərsiniz. Diqqət yetirməniz lazım olan bir başqa məsələ: çayın xüsusiyyətini pozmamaq üçün yaşıl çaya şəkər, süni dadlandırıcı və bal kimi qidaları əlavə etməyin. Yaşıl çayın içinə atacağınız bir parça limonla həm çayınızı ləzzətləndirə, həm də çayın yağ yandırıcı təsirini gücləndirə bilərsiniz.

Səslərin sayı: 7
39
12676
loading...
Şərhlər
Offline
Iceberg
cox icende tezyiqi salir
15 may 2016 01:46
imza: shafaabdulla.blogspot.com
Online
Xəyalə Murad
Yaşıl çay həvəskarı deyiləm. Nadir hallarda içirəm. Ancaq bu nadir halları minimum bir həftəyə azaltmışam.
13 may 2016 09:20
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Asi
Yasil cay sevmirem/bidefe dadina baxmaq istedim demledim duzu elede beyenmedim/pehiz saxlayanlar ucun cox gozeldir/xebere gore tesekkurler
15 noyabr 2014 09:24
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
איסון ממדוב.
Hec icmemisem amma gerekki bir defe icib dadini yoxlaym
15 noyabr 2014 09:18
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Nəzrin
Men demlemirem paket caydan istifade edirem tesekkurler
28 oktyabr 2014 16:15
Offline
Deniz N-va
Yasillllllllll cayyyyy hmmmmmmmm fellow
2 avqust 2014 12:15
Offline
Gunel
Men de istifade edecem.teşekkürler faydali xebere göre.
1 iyul 2014 18:30
Offline
10 iyun 2014 15:35
Offline
yagmur atasoy
Bende yesil cay iciyorum.dadi cok guzel.super bir haber.Cok tesekkurler Zehra arkadasim.
9 iyun 2014 20:10
Offline
Coco
Anamla ikimiz yasil cayin heyraniyiq melumat ucun cox sag olun give_ros
9 iyun 2014 18:06
Offline
Ulker.Agamali
Zehra baci cox maraqli xeber hazirlamisiniz,beyendim,burda yazilan nuyanslara hec fikir vermirdim,faydali xususiyyetinden yararlanmaq ucun duzgun istifade vacibdir,oyrenmis olduq ki yasil cayin da duzgun hazirlanma qaydasi necedir
9 iyun 2014 17:32
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
AFET
Hec istifade etmirem yasil cay,faydali xeber ucun cox sagolun.
24 may 2014 23:46
Offline
Sevgi
Yashil cayi her gun icirem...Teshekkurler xebere gore... give_ros
24 may 2014 18:08
Offline
Agat_Kris
Həyif deyil.Mən tökmürəm.

insi o keofeini az istəyənlər üçündü da. hec mən də tökmürəm))
21 may 2014 13:49
imza: Pozitiv olun!
Offline
Ellada Babayeva
Agat_♥,
Həyif deyil.Mən tökmürəm. request
21 may 2014 00:30
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Deniz N-va
Yasil cayi sevirem ve icirem aileme de verirem biggrin
20 may 2014 22:38
Offline
sohret eliyeva
Yasil cayi cox beyenirem hemde faydasini gorurem tsk give_ros
20 may 2014 22:09
Offline
Agat_Kris
Amma dəmləyəndə təzədən boşaldıb dəmləmirəm.Düz başa düşdümsə.

elə yoxee dəmləyəndən sonra başından birazca tökürsən yerə fiso :)
20 may 2014 18:59
imza: Pozitiv olun!
Offline
Elnure Quliyeva
Indiye qeder istifade etmemisem ama faydasini oxuduqca istifade etmek fikrine dusurem cox saqolun melumata gore
20 may 2014 16:28
Offline
Zehra Bedirxanli
Serhleriniz ucun her birinize tesekkur edirem.
20 may 2014 16:18
imza: QADİN.NET
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış