Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-cı ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. 27 mart 1997-ci il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib. 13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb. 20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib. 3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. 10 may 2003-cü il - Heydər Əliyevin Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb.
XƏBƏR LENTİ
Dostları sayəsində dünyanı gəzdi
Müəllimliyə seçim mərhələsinin nəticələri - Açıqlandı
Dəri rəngləri niyə fərqlidir?
Sevginin kimyası
İzləyicilərin narazılığına səbəb olan FOTO paylaşdılar
Əsgərlər üçün də qurbanlar kəsilib
Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq
Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? - AÇIQLAMA
Edis və Soner arasında 30 minlik məhkəmə işi
Böyük sirr açıldı: qadınların kişilərdən çox yaşamasının səbəbi bilindi
Özcan Deniz yeni serialına start verdi
Yer üzünün ən gözəl qızları - FOTO
Putindən sürpriz təklif
Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi
0-7 yaşına qədər körpənin inkişaf cədvəli
BÜRCLƏR bizə nə vəd edir?-25 dekabr
Gəlin toyuna İtləri Çağırdı-FOTO
Ölkənin əsas magistral yollarından birində hərəkət məhdudlaşdırılır
Qısqanclıq hissinin yaranma səbəbi
Bürclər necə üzr istəyir?
Gözəl qadın, ağıllı qadın
Finalda "Aslan"ın rəqibi bəlli oldu
Qatıqlı şirniyyat (foto resept)
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
Uşaqlar üçün çətir modelləri
Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
Dəri ləkələrini aradan qaldıran üsul
Zamanla ayaqlaşmaq lazımdır
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İnsanlar uzun illər yatacaqlar - SENSASİYALI ARAŞDIRMA
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bədən yaşınızı hesablayın… TEST
Yaşıl pomidor salatı (foto-resept)
Qaçış - gözəllik və həyat hərəkətdədir...
Teoman yenə xəstəliyə tutuldu
Hicablı xanımlar üçün ziyafət geyimləri
Verdiyi sualla oğrunu çaş-baş qoydu - VİDEO
50 nəfər əlilə mənzil verilib
Zaqatala və Balakəni dolu vurdu
Demet Akalın səhər yeməyinə verdiyi pulla GÜNDƏMDƏDİR_FOTO
Mehriban Əliyeva "2015-ci ilin adamı" elan olundu
Cey Lo paylaşdığı FOTO sayəsində sevənlərini təəccübləndirdi
Azərbaycanda yeni dövlət qurumu yaradıla bilər
Toxunmuş tərəvəzlər
Oktyabrın son günləri üçün hava proqnozu
Badamlı, çiyələkli keks (foto-resept)
Yuxu yozmaları - R
Ən gənc tələbə
Möhtəşəm açılışdan möhtəşəm görüntülər
"Sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər"
- ŞƏRHLƏR