Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçmiş Bakı yod zavodunun Sabunçu istehsalat sahəsinin ərazisində (Ramana qəsəbəsi) "Eco Land" adlı yeni park istifadəyə verilib. Trend-in məlumatına görə, parkın açılışında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Parka baxış keçirdikdən sonra K.Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, bu park 2012-ci ilin may ayına qədər keçmiş yod zavodunun ərazisi idi və burada yod istehsalı üçün müəyyən komponentlərdən istifadə olunurdu: "Yod zavodu fəaliyyətini dayandırdıqdan sonra bu ərazidə olan radioaktiv maddələr əhalinin səhhətinə pis təsir edirdi". Nazir qeyd edib ki, keçmiş Bakı yod zavodunun daha bir istehsalat sahəsi Suraxanı ərazisində yerləşir. Eləcə də Neftçala rayonunda yod zavodu var. K.Heydərovun sözlərinə görə, Prezident İlham Əliyevin xüsusi tapşırığına və sərəncamına əsasən, FHN 2012-ci ilin mayında bu ərazinin təmizlənməsi işinə başladı: "2012-ci ilin sentyabrında burada olan bütün zərərli torpaq Pirəküşkül qəsəbəsində xüsusi hazırlanmış yerlərə daşındı. Ondan sonra bu ərazidə park salınması qərara alındı. Təmizləmə işlərində FHN Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri ilə birgə ərazidə radiasiyanın miqdarını ölçdü və ərazi radioaktiv maddələrdən ideal surətdə təmizlənərək zərərsiz əraziyə çevrildi". 6,5 hektar ərazisi olan bu parkda uşaqların əyləncəsi üçün qurğular, idman qurğuları və fəvvarə quraşdırılıb. Nazir qeyd edib ki, Suraxanı istehsalat sahəsinin ərazisi 28 hektar idi. Ora sənaye zonası olduğu üçün park salınması nəzərdə tutulmayıb: "Yəqin ki, orada meşə zolaqları salınacaq".
Mənbə:Trend.az
XƏBƏR LENTİ
Dünya üçün çox pis xəbər
Hazal Kaya ANA OLACAQ!
Mehriban Əliyevadan müraciət
Bu geyimlər koronavirusdan qoruyur
Koronavirusla bağlı SON STATİSTİKA
2075-ci ildə bəşəriyyət məhv ola bilır
Uşaqlarda yalanın səbəbləri
Prezident İlham Əliyev: "Müstəqil Azərbaycan öz tarixini yazır"
İlham Əliyevdən Ermənistanla bağlı tvit
Həkimlərin bayram xəbərdarlığı
Çiyələkli dondurma (foto resept)
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü: 118 yeni yoluxma faktı - RƏSMİ
Bakıya gələcək "Formula 1" pilotları
Futboldan zəhləsi gedən qadınlar, sizin üçün!
Arpa, buğda ucuzlaşıb, xiyar, pomidor bahalaşıb
İspan dili 14-cü dərs
Azərbaycanda daşqın təhlükəsi - XƏBƏRDARLIQ
“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO
Badamcıq vəzisi şişi
Gecələr nə yemək olmaz?
İranda prezidentin köməkçisi də koronavirusa yoluxub
Azərbaycanda daha 6 nəfər koronavirusdan vəfat etdi – 338 yeni yoluxma+FOTO
Uşaq bezlərində təhlükə aşkarlandı
Şokolad haqqında bilmədiyiniz faktlar
Facebook kölgədə qalacaq?
Arıqlamanın gizli silahı
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Olimpiya Stadionunda təmir işlərinin gedişi ilə tanış olublar
Operatordan qəribə addım - VİDEO
Zəlilər haqqında nələr bilirik?
Saç tipinə görə daraq seçimi
İrəm Dərici sevgilisindən ayrıldı
Ayaqların kökdürsə
Qubada zəlzələ olub
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Azərbaycan həkimlərindən insanlıq dərsi...
Qarışqalarla mübarizənin ən asan üsulu
TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ
Sürüşmə zonasında azərbaycanlılar da var
İş geyimləri (fotosessiya)
Türkiyənin keçmiş müdafiə naziri fikir bildirdi
Gözəllik üçün bu əziyyətə dəyərmi?
Köklü kartof salatı (foto-resept)
Eldar Mansurov
Azərbaycan polislərinə müjdə
General müharibə istəyir
Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO
Aşpazlığın sirləri
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Yeni il ağacı şirniyyatı (foto-resept)
Hava haqqında