Biz hamımız insan olaraq eyni olmadığımız kimi, ana kimi də fərqliyik. Psixoloqlar anaları bir neçə tipə ayırıblar. Necə ana olduğunuzu bilmək istəyirsiniz? O zaman buyurun.
Həddən artıq qayğıkeş ana
Belələri hətta böyük yaşlı uşaqların belə burnunu silir, onu nə yediyi, nə içdiyi haqda sorğu-suala tutur. Öz uşağının sağlamlığı üçün bütün mümkün olan və olmayan vasitələrdən istifadə edir. Belə analar gün rejiminə ciddi əməl edir, uşağı yedirtməyi və müalicə etməyi sevir, uşaq vaxtından övladının sərbəst olmaq cəhdlərinin qarşısını alır. Belə anaların övladları sağlam böyüyür, lakin müstəqil qərar qəbul etməyə, öz hərəkətlərinə görə cavab verməyə, sərbəst nəsə etməyə çətinlik çəkir.
Psixoloqlar belə analara uşaqla daha çox söhbət etməyi, hansısa hadisə barədə fikrini soruşmağı, nədən xoşu gəlib-gəlmədiyini, kiminlə dostluq etmək istəməsi haqda danışmağı, hansı filmi daha çox bəyəndiyi haqda soruşmağı məsləhət görürlər. Bir sözlə, uşağın təkcə mədəsinin deyil, həm də daxili aləmi olduğunu unutmayın.
Qorxaq ana
Belə analar hətta professionalların qərarına belə şübhə ilə yanaşır, övladlarına zərər verəcəklərindən qorxurlar. Onlar həkimlərə, müəllimlərə inanmır. Lakin müxtəlif internet-forumlara, sadə insanların fikrinə etibar edirlər. Çox zaman evdə uşaq dünyaya gətirirlər. Uşaqları ev təhsili alır, internetdən gptürdükləri metodikalardan istifadə edirlər. Bir çoxları uşaqlarına peyvənd belə etdirmirlər.
Belə anaların övladları uşaq vaxtından daimi qadağalarla, qoyulmuş sərhədlər çərçivəsində böyüyürlər. Onlarda özünəinam hissi olmur, anaları kimi dünyaya və insanlara qorxaq nəzərlərlə baxırlar. Belə insanlara psixoloqa müraciət etmək məsləhət görülür.
Rəfiqə-ana
Rəfiqə-ana uşağı ilə birlikdə velosiped, xizək sürür, hətta ağaca belə çıxır. O, övladının rəfiqələrinin sevimlisidir. Belə anaların evində həmişə yaradıcı dağınıqlıq olur. Belə anaların övladları sevinc və xoşbəxtlik atmosferində böyüyür, insanlarla rahat ünsiyyət qurur. Ancaq belə anaların övladları o qədər də tez ipə-sapa yatmır, ananın xahişini tez bir zamanda yerinə yetirmir. Psixoloqlar belə analara daha nizam-intizamlı olmağı, işləri digər ailə üzvləri arasında bölüşdürməyi tövsiyə edirlər. Məsələn, ataya uşağın dərsləri ilə məşğul olmağı, nənəyə onu dərnək və ya idman məşqlərinə aparmağı tapşırın.
Əlaçı ana
Belə analar üçün hər şey ideal vəziyyətdə olmalıdır. Onların uşaqları ən yaxşı kurslara gedir, ingilis dilini öyrənir, ən yaxşı müəllimdən musiqi dərsləri alır, ən yaxşı uşaq bağçasına və məktəbə gedir. Onların övladları öz yaşıdlarına nisbətən daha tez gəzməli, yazmalı, oxumalı, xarici dil öyrənməlidir. Təəssüf ki, belə analar uşaqların hissləri haqda düşünmürlər. Görəsən uşaq ideal olmaq istəyirmi? Daim qaçaqaçda olmaq, istirahətə vaxt tapmamaq uşağı yorur. İldən-ilə ananın tələblərinə cavab vermək onun üçün çətinləşir.
Əlaçı analar öz uşaqlarını başqaları ilə müqayisə etməkdən vaz keçməli, ona sərbəst böyüməyə imkan verməlidir. Övladınız boksla məşğul olmaq istəyirsə, onu musiqi alətində ifa etməyə və rəqsə getməyə məcbur etməyin. Onun öz həyatını yaşamasına və istədiyi işlərlə məşğul olmasına imkan verin.
İşgüzar ana
Belə analar təkcə bayram, istirahət günü bilmədən səhərdən-axşama kimi işləyən analar deyil. İşləməsə də bütün günü öz məşğuliyyəti, müxtəlif görüşləri ucbatından öz övladına vaxt ayıra bilməyən analar da əməkdar ana tipinə aiddir. Uşaqla ya nənə, ya da dayə məşğul olur. Belə analar uşaqla parka getsə, gözü saatda qalır, çünki onun rəfiqələri ilə görüşü və ya vacib işi var.
Analar, dayanın, balanıza nəzər salın. Nənə və ya dayə ananı əvəz edə bilməz! Sizsiz o özünü lazımsız, atılmış hiss edir. Övladınıza vaxt ayırın. Onunla oynayın, danışın, onu qucaqlayın, əzizləyin. Bu, təkcə ona deyil, sizə də lazımdır.
Soyuqqanlı ana
Ciddi, soyuqqanlı, uşağına nə zaman lazım olacağını bilən ana tipidir. Nə özü övladına qarşı olan hisslərini büruzə verir, nə də uşağa ona olan hisslərini aşkar etməyə imkan yaradır. Aramızda az da olsa belə analar var. Onların övladları çəkingən, utancaq, özünə inamsız olur. Böyüdükdə yanlarında ana olmadıqda özlərini itirir, çaşırlar.
Belə analara çətin də olsa xasiyyətlərini dəyişmək məsləhətdir. Belə tərbiyə metodu uşaqları xoşbəxt etmir. Biz isə ilk növbədə uşaqlarımızın xoşbəxt və sağlam böyüməsini istəyirik. Övladınıza seçim imkanı verin və seçimini bəyəndiyinizi ona bildirin.
XƏBƏR LENTİ
Gənc xanımlar üçün geyimlər
Bu simptomları varsa, dərhal həkimə müraciət edin
Bakıda ev tikərkən sənəd, yoxsa "uçastkovunun payı"?
Ketrin Zeta-Cons 14 yaşlı qızı ilə
Plastik əməliyyatlar Məryəmi belə dəyişdi - fotolar
HAVA necə olacaq?
Fransız senatordan Bakıdakı siyasətçilərə çağırış
Mehmet Ali Erbildən xəbər var-FOTO
Türkiyədə Təhlükəsizlik Şurasının iclası başlayıb
Ruhu yaşından böyük
Bakı telefonlarında internet olacaq
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Yas mərasimləri bu qaydalarla keçirilməlidir
ABŞ-dan Qarabağ döyüşləri ilə bağlı açıqlama
Bilmək faydalıdır
Başqası üçün sən
Günün ulduz falı
Koronavirusu dünyaya yayan Uhandan şok görüntülər - FOTO
Əhalinin sayı açıqlandı
Füzuli və Cəbrayılda daha 64 erməni hərbçinin meyiti tapıldı
Cennifer Lopez hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktrisa məsxərəyə qoyuldu-FOTO
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Adi ərzaqların qeyri-adiliyi
Qozlu bükmə (foto resept)
Görməniz lazım olan yerlər (2)
Qıvırcıq saçlar üçün baxım tövsiyələri
"Qadın.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (2)
Emili izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu il ən çox pul qazanan müğənnilər - SİYAHI
Hava haqqında
“Taxt-tac oyunları”nın məşhur aktyoru vəfat edib
Dünyanın ən qədim şalvarı tapıldı
Gülben Ergenin keçmiş yoldaşı AÇIQLAMA verdi
İnstaqramda Yenilik
Noxudlu burger (foto resept)
Ebru Polat ərə gedir
Kakao işçi yaddaşı yaxşılaşdırır
Xoşbəxtəm, çünki... - I hissə
Cazibədar ziyafət donları
Lana Del Reydən limonla saça qulluq
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı MÜHÜM QƏRAR
Qızıl və gümüş ucuzlaşıb
Bakıda dünya çempionatı olacaq
3D Yataq dəstləri(2)
Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi qatılıb
Evdə yaradıcı iş otaqları
Hava limanlarında maraqlı dizaynlar
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Avropanın ən həyacanlı əyləncə parkı açıld
- ŞƏRHLƏR