Qladiator latın sözü “qladius” sözündən götürülüb və qılınc deməkdir. Qədim Romada bir-birlərinə, vəhşi heyvanlara qarşı vuruşdurmaq üçün hazırlanan daha çevik, güclü qullara deyilirdi.
Qladiatorların döyüşü öz başlanğıcını qədim etruskların dəfn mərasimlərindən götürüb. Romalılar etruskların milli adət-ənənələrinin bir qoluna əsaslanaraq döyüş növünü yaradıblar. Qədim Yunan tarixçisi Tit Livinin yazdığına görə qladiatorların ilkin döyüşü bizim eradan əvvəl 264-cü ildə Romada Brut Perenin dəfnində olub. Romalılar bu oyunu ―Axirət oyunları adlandırırdılar. Rəsmi adı ―munu , yəni ―borc, ölənlərin qarşısında dirilərin borcu.
Zaman keçdikcə, etruskların ənənəsi burada da davam etdirildi. Nəhayət, b.e.ə. I əsrdə əyləncəli və tərbiyələndirici əhəmiyyətə malik tamaşaya çevrildi. Daha sonra əyalət canişinləri, sərkərdələr, həmçinin, imperatorlar yeni rütbə əldə etdikdə təşkil olunan bayram şənlikləri sırasında qladiatorlar döyüşü də yer aldı. Hətta oyunların keçirilməsi üçün amfiteatrlar inşa edilməyə başlandı.
Getdikcə arenalarda döyüşənlərin sayı mütəmadi olaraq artırdı. Onların çoxluğu siyasi nüfuzun göstəricisi idi. Belə ki, bizim eradan əvvəl 49-cu ildə Yuli Sezar imperator seçiləndə 320 cüt döyüşçünü meydana çıxartdı. Döyüş artıq kütləvi hal aldı. Qəribəsi o idi ki, yerli əhalinin də qladiator döyüşlərinə marağı var idi. Kütlənin çox az qisminin ədalətsiz sandığı oyunların keçirilməsinə Romada baş verən Spartak üsyanı da mane ola bilmədi. Əvvəllər döyüşün təşəbbüskarı yalnız hakim dairənin nümayəndələri idi. Sonralar zadəganlar və elit təbəqənin mənsubları da qladiator döyüşlərinin maraqlı tərəfi kimi çıxış edirdilər.
Müxtəlif zaman kəsiklərində bu qanlı səhnələr gah yarış, gah da əməlli-başlı ölüm-qalım məsələsi kimi qabardılıb. Oktavian Avqustun təşkil etdiyi döyüşlərdə 10000-ə yaxın insan iştirak edib. Troyanın təşəbbüskarı olduğu yarış 123 gün davam edib. Neronun dövründə arenaya adlı-sanlı matron və senatorlar çıxırdı. Domisian isə qadınlar və cırtdanlar arasında döyüş təşkil edirdi. Bəzi imperatorlar ayrı-ayrı qladiatorlara başçılıq edirdi. Kommod bu oyunlara o qədər aludə olub ki, özü də bir neçə dəfə iştirakçı rolunda arenaya çıxıb. Çox keçmir, oyunlara baxmaq sadə xalqdan tutmuş zadəganlara və hakim dairənin mənsublarınadək hamının məşğuliyyətinə çevrilir. Eramızın birinci əsrində demək olar ki, hər şəhərdə ən azından bir amfiteatr var idi.
Qladiator döyüşlərini hətta Roma imperiyasından asılı olan hökmdarlar da təşkil edirdi. 3-cü əsrin sonlarına yaxın bu oyunlar çətin bir sınaqla üzləşir. Xristian kilsəsi belə tamaşaların əleyhinə çıxır. Böyük Konstantin qladiator vuruşmalarına qadağa qoyan ilk imperator kimi tarixə düşüb. Son olaraq döyüşlərin ləğv edilməsi Qərbi Roma imperatoru Qonoriyanın 404-cü sərəncamında qeyd edilib. Bundan sonra qladiatorların əksəriyyəti orduya göndərildi. Beləcə, Roma ordusu yeni bir güc qazanırdı. Qullar, könüllü döyüşə atılan kasıblar hətta cəngavərlər, çılğın zadəgan gəncləri də qladiator adı almaq uğrunda vurşmağa hazır idilər. Onlar hər şeyə dözəcəklərinə and içir, dəfələrlə sınanırdılar. Eranın ilk yüzilliklərində Roma oprdusunun qüdrətinin məhz qladiatorlar hesabına artdığını ehtimal edən tarixçilər yəqin ki, yanılmayıblar.
Bu ərəfədə böyük şəhərlərdə qladiatorlar hazırlayan məktəblər də meydana gəldi. Ciddi nizam-intizama malik məktəblərdə hazırlanan döyüşçülərin hər biri cüzi səhvə görə cəzalandırılırdı. Lakin onların fiziki hazırlığına və düzgün qidalanmasına nəzarət edilirdi. Əlbəttə ki, bu da siyasi addım idi. Çünki son nəticədə qladiatorlar ordunun vuran qolu hesab olunurdu.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Manatla bağlı proqnoz
Şəhid əsgərimiz təltif edildi
Azərbaycan əhalisinin sayı artdı
Fıstıqlı, bananlı dondurma (foto-resept)
Elektron ticarət 1 trilyon dollara çatacaq
Bakıda "qara bazar"dan 300 min manatdan çox valyuta götürüldü
Bu yay dəhşətli isti olacaq
Türkiyə ilə Azərbaycanın birgə istehsalı olan “Qızıl Qatar” filmi ekranlara çıxacaq
Koronavirusla bağlı son vəziyyət açıqlandı
Günün qoroskopu: Pozitiv olun!
Bürclərin sevgiliykən ortaya çıxan xüsusiyyətləri
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
1950-ci ildən günümüzə qədər makiyajın dəyişimi
Nazirlik Vətən Müharibəsində çoxsaylı xəsarətlər alan qazimizlə bağlı hərəkətə keçdi
Pisliklər Allah tərəfindəndirmi?
Qan qrupumuz xasiyyətimizə təsir edir
Şambali (foto resept)
"Zeytun bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Stressə qidalarla qalib gəlin!
"Verilişlərin keyfiyyəti aşağıdır, amma..."
Nazirlik 18 milyard sərvəti olan şeyxi cərimələyə bilər
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Reperin konserti 28 SANİYƏ çəkdi-SƏBƏB
Çoxuşaqlı ailələr bunu bilməlidir
Britni Spirsin halı lap pisləşib-FOTO
Ştrudi Rus şirniyyatı
Çox ağıllı insanların ən çox diqqət çəkən 6 özəlliyi
Hava haqqında
Qrip zamanı bunu əsla etməyin - Nazirlikdən XƏBƏRDARLIQ
Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş
Qanunda yoxdur, amma sürücülər buna görə xərcə düşə bilər
Boris Conson oğluna onu müalicə edən həkimlərin adını qoyub
Vladimir Putin Bakı qərarını verdi
İtən telefonları "Google"da tapmaq mümkün olacaq
Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏДћ
Sabahın HAVAsı
Qaynana və qaynatayla münasibət
Şahzadə və sevgilisi bal ayını Türkiyədə keçirmək istəyir
Tək rəng dekorasiya
Dəblə geyinmək sağlamlığa ziyandır
Ermənistan Rusiyadan niyə uzaqlaşır?
iWatch-ın satılacağı vaxt açıqlandı
Yağışlı havada darıxmamaq üçün...
Fahriye Evcenin estetik sirri ortaya çıxdı
İlin ən yaxşı müğənniləri onlar oldu-SİYAHI
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Daxili Qoşunlarda aparılan yoxlamaların nəticələri açıqlandı
Pakistanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 515 nəfərə çatıb
Dünyanın ən böyük pitbulu
- ŞƏRHLƏR