Bütün yolboyu heç kim danışmadı. Başqa vaxt olsaydı, səs-küydən qulaq tutulardı. İndi isə... Namiq də susurdu. Ərköyünlüyündən əsər-əlamət qalmamışdı. Samirgilin qapısına çatdılar. Hamı bir-birinin üzünə baxdı. Müəllim irəli keçib astadan qapını döydü.
Qapını Samirin anası açdı. Həyatın hər üzünü görmüş qadın gözəlliyini itirməmişdi. Amma gözlərindəki kədəri, ağrını-acını heç nə gizlədə bilməzdi. Hamı ilə salamlaşdı. Üzünü müəllimə tutub:
- O daha oxumaq istəmir, – dedi.
Bu zaman kimsə dilləndi:
- Samiri görmək istəyirik – deyəsən, Namiq idi. Bəlkə də bununla günahını bir qədər azaltmaq istəyirdi.
Ana əlacsız:
- Yaxşı, keçin içəri – dedi.
Müəllim minnətdarlıqla Namiqə baxdı. Uşaqlar sakitcə içəri keçdilər. Samir divanda oturmuşdu. Dərslikləri, dəftərləri qarşısına tökmüşdü. Hiss olunurdu ki, nə edəcəyini bilmir. Əlbəttə, ona da məktəblə, uşaqlarla vidalaşmaq çətin idi. Başını qaldırıb sinif yoldaşlarına baxdı. Bu baxışdan nələr oxunmurdu: ittiham, qəzəb, töhmət, bir az da yalvarış var idi bu baxışlarda. Sınıq bir ömrün, yarımçıq bir taleyin nağılı əks olunmuşdu bu baxışlarda. Bir də ki, bu baxışlara kim dözə bilərdi?!
Ana narahat idi. Gah oğluna, gah uşaqlara, gah da müəllimə baxırdı. Bu gəlişin səbəbi anaya hələ də aydın deyildi. Övladının yenidən sınacağından, yenidən sındıralacağından qorxurdu. Axı bu zamana qədər nələr görməmişdi?!
Birdən Samir:
- Ana, uşaqlara çay verməyəcəksən?
- Niyə vermirəm, ay bala? Bu saat.
Ana mətbəxə keçdi. Namiq bunu gözləyirmiş kimi bir gözü mətbəxin qapısında tez dilləndi:
- Samir, biz istəyirik ki, yenə bizim sinif yoldaşımız olasan.
Namiqin bu sözünə bənd imiş kimi uşaqlar:
- Bizimlə oxuyasan.
- Mənimlə oturarsan.
- Maşın şəkillərimi sənə də göstərəcəyəm.
- Partamdakı bayrağı sən də öz partana qoya bilərsən.
- Bizimlə bir qrupda olarsan.
Uşaqlar hamısı bir ağızdan danışırdılar. Artıq kimin nə dediyi aydın deyildi. Samir çaşqın halda gah onun, gah bunun üzünə baxırdı. Mətbəxdən səsə gələn ana qapının ağzında dayanmışdı. Gülümsəyirdi. Təşəkkür dolu baxışlarla müəllimə baxdı. Onun da üzündə təbəssüm var idi. Sanki müəllimin üstündən ağır bir yük götürülmüşdü. Çünki bu qapıya gəlsə də, nə deyəcəyinə, necə danışacağına qərar verməmişdi. Onu bu çətin vəziyyətdən qurtardıqları üçün öz şagirdlərinə daha çox minnətdar idi.
Uşaqlar isə öz aləmlərində idilər. Samirə nə isə göstərir, dərsə gəlmədiyi gün hansı mövzuların keçirildiyini, evə verilən tapşırıqları izah edirdilər. Bir-birinə imkan vermədən elə hey danışırdılar. Hətta hamıdan az danışmağı ilə seçilən Gülnar da dil-boğaza qoymurdu. Başqa vaxt olsaydı, bəlkə də müəllim uşaqlara acıqlanar, bir az sakit olmalarını tapşırardı. İndi isə bu səs-küy onu narahat etmirdi.
- Hə, bu da çaylar! - Samirin anası əlində çay dolu sini ilə içəri girdi. Oğlunun gülümsəməsi sanki ananı yenidən həyata qaytarmışdı.
Ana çay süfrəsi açdı. Uşaqlar birtəhər yerləşdilər. Gülə-gülə məktəbdəki hadisələrdən danışırdılar. Samir də bütün incikliyi unutmuş, onlara qoşulmuşdu.
Daha sonra Samirin albomuna, uşaqlıq şəkillərinə baxdılar. Ana məmnuniyyətlə oğlunun uşaqlığından, dəcəl olmasından danışırdı.
Samirgildən çıxanda artıq hava qaralmışdı. Vaxtın necə keçdiyindən heç kəsin xəbəri olmamışdı.
Səhər isə...
Səhər isə Samir yenə də V b sinfinin şagirdi idi. Birinci partada Nəzrinin yanında əyləşmişdi. Nəzrin dərs əlaçısı idi. Samirə başa düşmədiyi mövzuların izahına, geri qalanda yazını dəftərə köçürməyinə kömək edirdi. İndi kimsənin onunla işi yox idi, heç Namiqin də. Əksinə, başqa sinfin uşaqları Samirə söz deyəndə hamıdan əvvəl Namiq onun müdafiəsinə qalxırdı:
- Samirlə işiniz olmasın. Axı o da bizdən biridir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpənizin bu sözləri söyləməsi şərtdir!
Heykəltaraş ruhlu Bugatti Veyron
Camaat bələdiyyə sədrinə qarşı: "Elə küçədə, maşının üstündə..."
Paytaxtda duman tıxac yaratdı
Emosiyalar həyatı bəzəyir
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Yüksək reytinq = Daha çox qazanc!
Kriştianu Ronaldu: "Ən güclü futbolçu özüməm"
Unudulmaz günün bəyaz donu
Azərbaycanda gəlinlərin həyatı niyə əzaba dönür?
Toyuq ətli lahmacun (foto resept)
Məşhur konqresmendən Obamaya Azərbaycanla bağlı çağırış
Məşhur cütlüyün Vyetnam səfəri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı
Ellada Babayeva ilə müsahibə
Tərz sahibi olmağın yolları
Ölü qadının uşağı oldu
Azərbaycanlı məktəbli ermənini yerə sərdi - FOTO
Payız depressiyası və ondan xilas yolları
Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ
Qocalıqda yorğalıq: futboldan doymayanlar
Borca görə qaz, su və işıq kəsilə bilərmi? - VİDEO
Pendirli-kəsmikli piroq (foto resept)
Görüş təsdiqləndi
Günün qoroskopu: dözümlü və səbrli olun
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Kolbasa alarkən nəyə diqqət etməli?
Erməniləri faş edən tapıntı
"Telegram"ın işində qüsurlar yarandı
Məşhur aktyor yaponiyalı qızla evləndi-FOTO
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Christophe Guinetin əl işləri
Ermənistanda Rusiya hərbi bazalarının sayı artır
Mən nə qədər qoca olsam da...
Qeyri-adi fincanlar
Bu şəxs oyuncaqla evləndi-FOTO
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Hava necə olacaq?
Meghan Marklenin hamiləlik tərzi
Bu gün 2014-cü ilin ən kədərli günüdür
Dünyanın ən məşhur köpəyi öldü
Doğum çantası
Troya muzeyi dünyanın diqqətində
Sertap Erenerin bu davranışı xoş qarşılanmadı-FOTO
Birinci Sinifə Gedəcək Uşaqların Valideynlərinin Nəzərinə
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Doğum evində uşaqlar səhv düşdü
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
İmkan verin, bir az da yatım...
MTV ən yaxşı videoklipləri seçdi-FOTO
- ŞƏRHLƏR