Tarixi sənədlərin və hadisələrin müasir xronoloji sistemi o dərəcədə ənənəvi xarakter alıb ki, çox zaman tarixdə müxtəlif zaman sistemlərinin olması haqqında məlumat unudulur. Müasir dövrümüzdən və 400-500 il əvvəldən danışarkən, biz zamandan əvvəl «bizim eramız», min il əvvəldən danışarkən isə «eramızdan əvvəl» ifadəsini işlədirik. Lakin “bizim padşahın ilində” ifadəsini heç cür təqvimdə yerləşdirə bilmir, uzun axtarışlar və hesablamalardan sonra bu padşahın ilini təqvimlə müəyyən edə bilirik. Xristian təqvimindən əvvəl işlədilən Yuli Sezarın təqvimi qərb dünyasında işlədilən ən uzunömürlü təqvim sayılır. Xristian təqviminin hesablanması xristian-monax Dionisiy tərəfindən həyata keçirilmişdir. İsa Məsihin doğum ilini Romanın əsasının qoyulmasından sonra 754-cü ildən götürən Dionisinin sistemi ilk dəfə İtaliyada, sonra isə Fransa və Almaniyada istifadə olunmağa başlandı. Mənbələrin yaranma tarixinin müəyyənləşdirilməsinin mürəkkəbliyi ilk növbədə müxtəlif region və ölkələrin müxtəlif astronomik hesablama metodlarından və təqvim sistemlərindən istifadə etməsi idi. Məhz buna görə tarix elmində xronoliji sistemlərin öyrənilməsi və bir sistemdən digərinə keçidin hesablanması tədqiqatçılar üçün əhəmiyyət kəsb edən əməliyyatdır.
Çox zaman tarixi hadisə və mənbələrin yazılma tarixini müəyyənləşdirmək üçün xronoloqlar hər konkret il üçün ayrıca xronoloji cədvəl hazırlayırlar. Xristian dünyasında Qərb və Şərq təqvimi fərqləndiyi kimi, islam dünyasında da hicri təqviminin yaranması, hicri təqvimindən başqa sistemlərə keçmə üsulları, hicri təqviminin hesablanması problemi mövcuddur. Hicri təqviminə görə il 12 aya bölünür və 354 (355) gündən ibarətdir. Qriqoryan təqvimi ilə hicri təqvimi arasında 10 (11) gün fərq mövcüddür. Bu təqvimlərin birindən o birinə keçən zaman bu günlər nəzərə alınır.
Hicri təqvimindən qriqoryan təqviminə keçmək üçün bir neçə sistemdən istifadə edilir. Bunların ən sadəsi aşağıdakıdır:
H=Q-622+(Q-622/32)
H-burada hicri, Q isə qriqoryan təqvimidir.
Qriqoryan təqvimindən hicri təqviminə keçərkən aşağıdakı düsturdan istifadə olunur:
Q=H+622-(H/33)
Tarixdə mənbə və hadisələrin tarixiləşdirilməsi bəzən müəyyən inzibati-idarə sistemləri əsasında aparılır və belə hallarda tarixi hadisə və sənədin dəqiq ilini müəyyənləşdirmək mümkün olmur. Məs: 312-ci ildə Roma imperatoru Konstantin vergilərin yığılması üçün iddia sistemi təsis etmişdir. 15 ildən ibarət bu sistemin əhatə etdiyi mənbə və sənədlər normal qəbul edilən təqvim ilinə görə deyil, sistemin siklinə uyğun tarixləşdirilmişdir. Bu sənəd və mənbələrin dəqiq ilinin müəyyən edilməsi üçün xronoloqlar 312-ci ili başlanğıc il kimi götürərək, mənbədə verilən ildən onu çıxıb 15-ə bölürdülər. Mənbə və hadisələrin tarixinin dəqiqləşdirilməsində ortaya çıxan bir problem də illərin müxtəlif region və ölkələrdə müxtəlif aylardan başlanmasıdır. Məs: yunan və Konstantinopol təqviminə görə il sentyabrın 1-də başlanırdı. İmperiya və Sezar dövründə təqvim b.e. 312-ci ilində sentyabrın 24-də, 313-cü ilində isə yanvarın 1-də başlamışdır.
Qədim təqvimlərdə ilin mart ayında başlanmasına daha çox təsadüf olunur. “Mart təqvimi”nin yaranması da məhz bu ənənə ilə bağlıdır. Müsəlman hicri təqvimində də il məhz mart ayından başlanır. Çox zaman ay təqvimi adlanan bu təqvim ayın bütün nöqtələrdə hərəkətini izləyərək, onun ayın yenidən eyni gündə hansı nöqtədə olmasını qeydə alır. Bu sikl 15 ildən bir baş verir və bu cür hesablama b.e.VI əsrindən başlanır. Tarixdə qeydə alınmış təqvim sistemlərindən biri də günəş təqvimidir. Bu sistem 28 ildən ibarətdir və ayın günlərinin həftənin günləri ilə mümkün əlaqəsinə əsaslanır. Siklin sonunda başlanğıcda olduğu gün qeydə alınır.Hal-hazırda isttifadə etdiyimiz və qriqorian adlanan təqvim qədim günəş təqvimi ilə müqayisədə, 10 gün fərq qeydə alınmaqla qəbul olunub. Bu təqvim romalıların bir ili 365 gün qəbul etməsinin, uzun ilin xüsusiyyətlərini nəzərə almaq və roma təqvimindən 10 gün çıxmaq şərtilə qəbul edilmişdir. Papanın elan etdiyi dekretə əsasən 1582-ci il oktyabrın 4-ü 1582-ci il oktyabrın 15-i kimi qəbul edilmişdir.
Təqvim sistemində baş verən bu ciddi dəyişikliklər XYIII əsr tarixi ədəbiyyatında qədim və yeni stil kimi qeydə alınır.Təqvim sistemindəki dəyişikliklərin təkcə tarix üçün deyil,cəmiyyət üçün də mühüm problemlər yaratmasına baxmayaraq,yeni dövrdə bir sıra sosial-siyasi axınların təsiri altında Avropada təqvim sistemində dəyişikliklər baş vermişdir. Məsələn, Böyük Fransa burjua inqilabı dövründə Fransada ayların adları belə dəyişdirilmişdir. Sözsüz ki, həmin dövrü tədqiq edən tarixçibu faktları nəzərə almalıdır.Beləliklə, tarixi mənbə və hadisələrin dəqiq yaranma və baş vermə tarixinin müəyənləşdirilməsi, mövcud saxtalaşdırmaların aradan qalıdırılması üçün tarixçi həm də xronoloq olmalı, təqvim sistemləri, onların hesablanması və bir-birlərinə keçid mexanizmini bilməlidir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Moda tarixində mif və reallıq
Ledi Qaqa yeni filmə çəkilir
Novruz çərşənbələrinin vaxtı açıqlandı
Bülent Ersoy qatıldığı hər verilişdən nə qədər qazanacaq?
Qızlara nə qədər pul xərcləməli
Dərzi xanımlara iş otağı nümunələri
Məşhur aktyor mahnı bəstələyir?
Harri və Meqana daha bir ev bağışlandı - Foto
Körpələrə vurulan peyvəndlər
Xəmirdə plov (foto-resept)
Özünüzə yaxşı baxmaq üçün...
Günün ulduz falı
"Körpə gəzintidə" filmi gerçək oldu
Demet Akalın izləyicisini belə sudurdu-FOTO
Günün qoroskopu: Mübahisə etməyin!
“Diriliş Ertoğrul”da İNANILMAZ SÜRPİZ- FOTO
Rahatlığı ilə seçilən 3 ayaqqabı
Hollandiyada incə stilli avtovağzal
“Survivor” namizədləri açıqlandı - FOTO
Öz dünyası olan bu uşaqları yaşadan həyat eşqidir
Şaftalı keksi (foto resept)
Viktoriyanın fotoşopsuz şəkilləri
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi - VİDEO
Xoşbəxt ailə qaydaları
"Hədiyyə paketi"salatı (foto resept)
Bahar gəlinlikləri
Təmiz evin 4 sirri
“Azərbaycan inanılmaz azad ölkədir”
Kitabları mobillə oxuya bilərsiniz
Sabahın HAVAsı
Prezident Vilnüs sammitində iştirak edəcək
Bengünün xına gecəsindən ilk FOTOlar
Tubaya əkizi qədər bənzəyir - FOTO
Doğum günü tortları
Kim ki yüz il yaşamırsa...
İbrahim Tatlısəs onu unudan müğənnilərdən danışdı-FOTO
Venesiya kinofestivalının qalibləri məlum oldu - SİYAHI
Şəkil çəkmək asan iş deyil
Geyim tərzinizi özünüz seçin
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Sement kisələrindən gəlinlik tikdi FOTO
Erməni təcavüzü nəticəsində daha bir mülki sakin öldü: Yaralıların sayı 33-ə çatdı - RƏSMİ
Manatın ucuzlaşmasından kimlər itirəcək?
Kəndlərimizdə inkubator cücələri bir-birini yeyir
Aparıcı övladlığa uşaq götürəcək
Evliliyinizi "yaxşı"dan "mükəmmələ" çevirəcək 3 yol
Qadınlarda menopauza və müalicəsi
Günün ulduz falı
Yol polisi Azərbaycanda uşaqlarla bağlı təhlükəsizlik aylığına start verir
Meşələrdə yaşayan qəribə insanlar
- ŞƏRHLƏR