Bakı Dövlət Universitetində maaşlar artırıldı.
Son illər Bakı Dövlət Universiteti əməkdaşlarının əmək şəraitinin və rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
BDU-nun mətbuat və informasiya xidmətindən ANS PRESS-ə verilən məlumata görə, prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə”2010-cu il 10 fevral tarixli Fərmanının və Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli Qərarının icrasını təmin etmək və BDU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə yaradılmış komissiyanın rəyini nəzərə alaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin 01 fevral 2013-cü ildən etibarən aylıq vəzifə maaşları artırılıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın müvafiq bəndinə uyğun olaraq, BDU rektoru maaşların differensasiyalı artımı ilə baglı 31 mart 2014-cü il tarixində əmr verib. Əmrə əsasən, BDU professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurasının sədri və fakültə Həmkarlar Təşkilatı sədrinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı 01 aprel 2014-cü il tarixindən etibarən cari ilin sonunadək 100 manat artırılıb. Növbəti il eyni göstəricilər əsas götürməklə kafedra əməkdaşları arasında yenidən seçim aparılacaq. Eyni zamanda, BDU-da idarəetmənin daha da optimallaşdırılması və inzibati-idarəetmə struktur rəhbərlərinin stimullaşdırılması məqsədilə rektorun başqa bir əmrinə əsasən struktur rəhbərlərinin maaşlarında da müəyyən artımlar edilib. Artım ümumilikdə universitetin 400-dən artıq əməkdaşına şamil edilib.
XƏBƏR LENTİ
Möcüzəvi bal
Uşağın böyüməsi və inkişafı
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Birce Akalay
Baykal gölü ikiyə ayrıldı
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
"LACOSTE"dən çantalar
Şardan hazırlanan bəzəklər
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı
Qadınlar üçün 12 qızıl qayda
İşğaldan azad edilmiş Kəlbəcərin kəndindən görüntülər - VİDEO
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Qocalma əleyhinə preparat hazırlandı
Bu günün hava proqnozu
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Dünyada ilk- printerdən maşın çıxdı
Piyada keçidindən istifadə etməyənlər cəzalanacaqlar
Urmiya gölü niyə quruyur?
Gözəlliyin karyerada rolu
Minimalist manikür nümunələri
Səyahət üçün ən gözəl yerlər
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Musiqidən danışaq
Eser Yenenlerden hamiləlik pozu-FOTO
“Telegram”da videozəng funksiyası təqdim olundu
Zeyn Maliki ölümlə hədələdilər-FOTO
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Bakının üstünü alan duman nədir?
Şokoladlı keks (foto resept)
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
Azərbaycanda zəlzələ
Çağla Şikelin Üzü Şişdi-SƏBƏB
Zəhər zərərsizləşdirən quşlar
Tavada albalı piroqu (foto-resept)
Tərəvəzli noxud şorbası
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Dırnaq yemək vərdişi
Cennifer Lopez sirri açdı-FOTO
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Günün ulduz falı
Latviyaya səyahət
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Türkan Şorayda gözəl addım-FOTO
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
- ŞƏRHLƏR