Yanacaq istehlakının son illər kəskin artması hökuməti bir sıra sərt addımlar atmağa sövq etdi
Yanacaq bahalaşdı, avtomobil kreditlərinin şərtləri ağırlaşdırıldı, Aİ-95 markalı yanacağın ölkə daxilində istehsalı dayandırılaraq idxalına başlandı, yanacaq idxalına tətbiq edilən vergi və rüsumlar müvəqqəti aradan qaldırıldı. Üstəgəl, avtomobil idxalına tətbiq edilən Avro-4 ekoloji norması çox köhnə və ekoloji cəhətdən havanı çirkləndirən avtomobillərin ölkəyə axınını xeyli dərəcədə məhdudlaşdırdı. Bütün bu addımların səbəbi bir tərəfdən avtomobillərin sürətli artımını yavaşıtmaq, digər tərəfdən yanacaq istehlakını azaltmaqdır.
Statistik təhlil göstərir ki, ölkədə həm avtomobillərin sayı, həm də yanacaq istehlakı hər il orta hesabla 10 faiz artır. 2007-ci ildə benzin istehlakı 785 min ton idisə, 2013-cü ildə 1,3 milyon tona qalxıb. Bu müddətdə istehlakın həcmi 67 faiz artıb. Həmin dövrdə bütün növdən avtomobillərin artımı 61 faiz olub: avtobuslar, yük maşınları qarışıq avtomobillərin sayı 773 mindən (2007) 1,246 milyona (2013) çatıb. Hətta hökumətin məhdudlaşdırıcı tədbirləri avtomobillərin artımını ciddi əngəlləyə bilməyəcək. İndiki artım tempi ilə yaxın 10 ildə ölkədə müxtəlif təyinatlı avtomobillərin sayı 2 dəfəyədək artaraq 2,5-3 milyon ədəd civarında olacaq.
Avtomobillər artdıqca yanacağa tələbat da artacaq. Bu isə xüsusən də avtomobillərin daha çox cəmləşdiyi Bakıda ekoloji fəlakət ehtimalını artıracaq. Bir tərəfdən yaşıllıqların dağıdılması, avtomobil parkının köhnə olması, digər tərəfdən də getdikcə artan tıxaclar havaya buraxılan zərərli maddələrin həcmini artıracaq.
Bunun üçün hökumət ciddi addımlar atmalıdır. Bu addımlar nədən ibarət ola bilər?
İqtisadçı ekspert Samir Əliyev “"Media forum"” saytına deyib ki, ilk növbədə avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir: “Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, ekologiya üçün zərərli köhnə avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır.
Çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstanda belə bir rejim tətbiq edilir.
Qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır”.
Samir Əliyevin fikrincə, dünyada elektromobillərin istehsalına son illər diqqət artıb: “Enerji asılılığını azaltmaq və ekoloji çirklənmənin qarşısını almaq siyasəti hökumətləri alternativ nəqliyyat vasitələrinə üz tutmağa vadar edib. Bir çox ölkədə elektromobillərin istehsalını və alışını stimullaşdırmaq üçün müxtəlif səviyyəli proqramlar qəbul olunub. Bu proqramların əsas 3 məqsədi var: ölkənin enerji müstəqilliyini artırmaq, atmosferə CO2 tullantısının buraxılmasından yaranan istixana effektini azaltmaq və yeni növ nəqliyyatla işləyən müəssisələrin rəqabət qabiliyyətini artırmaq.
Latviyada ötən il 3 illik proqram qəbul edilib, onun icrası üçün 30 milyon avro ayrılıb. Estoniya, Rusiya, Ukraynada da oxşar proqramlar həyata keçirilir. Məsələn, Estoniyada 2014-cü ilin əvvəli üçün dövlətin köməyi ilə 750-yə qədər elektromobil əldə edilib.
Elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür. Bir sıra Avropa ölkəsində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəştidir. Britaniya, Fransa, İspaniya və digər ölkələrdə elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edilir. Almaniyada elektromobil sahibi nəqliyyat vergisindən azaddır və alışda da xüsusi güzəştləri var. Hətta Norveç kimi neft ölkəsi də elektromobil idxalına diqqət yetirir. Elektromobillərin satışının ən effektiv sxemi məhz bu ölkədədir. Burada dövlət subsidiyası almaq, pulsuz parklanma, enerjidoldurma məntəqələrinin bir sıra vergi və rüsumdan azad olması, ictimai nəqliyyat zolağından istifadə hüququ kimi üstünlüklər var. Adambaşına düşən elektromobillərin sayına görə Norveç dünya lideridir. Hökumətin verdiyi məlumata görə, ölkədə belə nəqliyyat vasitələrinin sayı 15 minə çatıb. Rusiyada elektromobil üzrə idxal rüsumları 0 dərəcəyə endirib.
Elektromobillərin sayına görə dünya lideri isə ABŞ-dır. Dünyada satılan hər ikinci elektromobil bu ölkənin payına düşür. 2015-ci ilədək bu ölkədə elektromobillərin sayını 1 milyona çatdırmaq planlaşdırılır. Hazırda bu cür maşınların sayı 200 mindir. Yaponiya da 2020-ci ilə kimi elektromobillərin payını 20 faizə çatdırmağı planlaşdırır.
Ümumilikdə 2025-ci ilə kimi avtomobil parkının ABŞ-da 6-10, Qərbi Avropada 6-10, Yaponiyada, Çində 11-15, Hindistanda 6-10, Braziliyada 6-10, Rusiyada 1-5 faizinin yeni nəqliyyat vasitəsi ilə əvəzlənməsi nəzərdə tutulub.
Elektromobillərin satışını stimullaşdırmağın şərtlərindən biri də “yanacaqdoldurma” məntəqələrinin olmasıdır. ABŞ-da 21000, Britaniya və Almaniyada 3000, Fransada 2000, Yaponiyada 5000, Niderlandda 4000, Rusiyada 50-yə yaxın (ilin 1-ci yarısı üçün daha 150-sini açmaq nəzərdə tutulur), Estoniyada 163 enerjidoldurma stansiyası fəaliyyət göstərir.
Elektromobilin üstünlükləri çoxdur: 100 kilometr məsafədə enerji sərfiyyatı 1-2 avro təşkil edir. Ekologiyanı çirkləndirmir, səssiz işləyir və s.
Təbii ki, çatışmazlıqları da var. Ancaq yeni mexanizm getdikcə təkmilləşdirilir, çatışmazlıqlar aradan qaldırılır.
Xarici ölkələrin təcrübəsini diqqətə çatdırmaqda məqsədim bu təşəbbüslərin nə qədər vacib, faydalı olduğunu vurğulamaqdır. Azərbaycan hökumət elektromobil idxalını stimullaşdırmaq üçün xüsusi dövlət proqramı qəbul etməlidir. Proqram ölkəyə elektromobil gətirilməsini stimullaşdırmaqla yanaşı enerjidoldurma stansiyaları infrastrukturunun yaradılmasını da nəzərdə tutmalıdır. Xüsusilə də paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün belə proqramın qəbulu zəruridir. Bu, həm də vətəndaşlarımızın sağlamlığı üçün vacibdir. Ölkənin maliyyə potensialı bu ideyanı reallaşdırmağa imkan verir. Məncə, bu barədə düşünməyə dəyər”.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Beyonsun heykəli hazırlandı-FOTO
Ledi Qaqa yenə geyimi ilə təəccübləndirdi-FOTO
Maaşın nə günahı?
Fitoterapiya nədir?
Mikellanın Səsverməsinə bu qədər xərclədilər
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Rusiya növbəti təyyarələrini İrəvana göndərdi
Ziyafət geyimləri
"iPone-7" üçün 23 gün küçədə yaşadı
Bu günün hava proqnozu
Pərdə - plyonka "sezonu" bitir
Dəvə sümüyündən velosiped -FOTO
Qızarmış ciyər (foto-resept)
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Qış aylarında dəri baxımı
Şərqdə ilk opera bəstələyən azərbaycanlı xanımın doğum günüdür
Qadın siyasəti
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Beyazın yeni işi TƏƏCCÜBLƏNDİRDİ
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
Qızıl və gümüş ucuzlaşıb
Paşinyanın gizləndiyi yer məlum oldu
Təlqinlə bədəni gücləndirin
Hamiləlikdə dəri dəyişkənliyi
Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
Növbəti əfv siyahısı hazırlanır
Balıq yedikdən sonra süd içmək olarmı?
"İşğal olunmuş torpaqların geri qaytarılmasına ümidlər artıb"
İlin adamı seçildi
Bakının kənar küçələri də "sevinəcək"
Azərbaycanda zəlzələ oldu
Hava haqqında
Astroloq 2020-ci illə bağlı proqnoz verdi
Cins şalvarlar
Armud şirəsinin faydaları
Günün qoroskopu: özünüzə vaxt ayırın
Hisə verilmiş ətdən salat (foto resept)
İki məşhur sevgili oldu
Körpə ilə tətilə çıxmaq
Pendirli qızartma (foto-resept)
Messidən möhtəşəm dönüş
İndoneziya qorxuya düşdü
Nepalda yenidən güclü zəlzələ oldu
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Qoyun ili üçün "Quzu tortu"(foto resept)
Evdə limon bitkisinin becərilməsi qaydaları
İlham Əliyevlə Serj Sarkisyanın görüşü gözlənilir