Mayın 10-u Heydər Əliyev sarayının qarşısında yenə izdiham yaşanacaq. Çünki ölkədə 8-ci dəfə keçiriləcək gül bayramına hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Hər il olduğu kimi bu il də rəngarəng və fərqli dizayna malik gül çələngləri park ərazisini bəzəyib. Bayramın keçiriləcəyi ərazi isə xeyli genişləndirilib.
Bu dəfəki gül bayramına hazırlıq işləri Heydər Əliyev sarayının arxasından Füzuli heykəlinə qədər, yəni qış parkı daxil olmaqla aparılır. Artıq park ərazisi Hollandiyadan gətirilən 10 minlərlə gül dibçəkləri ilə bəzədədilib.
Uzunluğu təqribən 1 km olan sahəyə tək Hollandiyadan deyil, həm də Türkiyədən gətirilən güllər əkilib. Bu dəfə rəngarəng dibçəklərdə olan və güllərlə bəzədilən kvadrat şəkilli talvarlar diqqət mərkəzində olacaq. Bu fərqli dizaynın müəllifi isə əslən Hollandiyadan olan Bart Van der Elskendir. Onun sözlərinə görə gül bayramına hazırlıq işləri üçün 25 işçi qüvvəsi ilə Bakıya gəliblər. Həmin işçilər həm Heydər Əliyev sarayının, həm də qış parkının qarşısındakı ərazidə çiçəklərə xüsusi dizayn verməklə məşğuldurlar.
İşlərin baş dizayneri burdakı dekorasiyaya milyondan çox güldən istifadə edildiyini bildirib: "Təxminən 4 milyondan çox gül gətirmişik. Hər dəfə şəhərin meri məndən qeyri adi bir dizayn dekorasiya istəyirdi və mən bu dəfə rəngələnmiş və dibçəklərdə olan bu güllərdən ibarət tunelləri hazırladım. 8 rəngədən istifadə etmişik. İnanıram ki, bu dekorasiya işlərimizdə paytaxt sakinləri tərəfindən bəyəniləcək".
Ötən il olduğu kimi bu il də Azərbaycanın qədim mədəniyyət və arxitektura nümunləri olan Qız Qalası, Atəşgah, Şirvanşahlar sarayı və digər abidələrin maketi park ərazisini bəzəyəcək.
XƏBƏR LENTİ
Mövzular üzrə avatarlar(3)
Dünyanın sonu gələ bilər
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
"Time 100" Qırmızı Xalça
Heyvanların qəribəlikləri
Sinif rəhbəri vəzifəsi ləğv edilir? - RƏSMİ AÇIQLAMA
Aleyna Tilkinin bədxərc olduğu üzə çıxdı
İrandan şok açıqlama
Yoldaşını müayinə edən həkim qızı haqqında Həqiqəti Öyrəndi-FOTO
"Qarabağ probleminin sülh yolu ilə həlli imkanları hələ qalmaqdadır"
Günün qoroskopu: hadisələri əsla tələsdirməyin
Qara nöqtələr üçün 3 maska
Koronavirusa qalib gəlməyin yeganə yolu açıqlanıb
Çox pul xərcləmədən gözəl görünməyin yolları
2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ? - VİDEO
Rəngarəng pərdə modelləri
Dollar əhvalatı
General Zakir Həsənov: "Şəhidlərin qisası birə on qat alınıb"
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Barış Falay
Xərçəng olduğunu düşünürdü, əslində isə...-FOTO
Kağız parçalarından hazırlanmış əl işləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Türkiyədə seçki başladı
Zeynəb Xanlarova Nyu Yorkda
20 Yanvarı izləyən rus veteran: "Öz xalqımın adından utandım"
Diqqət çəkmək istəyən İrem Derici pəncərədən hoppanıb-FOTO
Sabahın HAVAsı
"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz tədbirləri açıqlandı
Can verənlərin gözünə ölüm mələyi eyni şəkildə görünür?
Möhtəşəm ziyafət donları
Prezident İlham Əliyev İranda rəsmi səfərdədir
Piyləri artıran… fruktoza
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Xoşbəxtlik gətirməyən münasibətin səbəbləri
Şeyma Subaşıdan yeni FOTO
Üzlərində çil olsun deyə
Emin yeni klipini təqdim etdi-VİDEO
Sabah bu ərazilərdə SU OLMAYACAQ!
Məşhur simaların nikah müqavilələrində AДћLAGƏLMƏZ BƏNDLƏR
Mehriban Əliyeva Londonda "Bu gün burada" adlı sərginin açılışında iştirak edib
"Real Madrid"ə pis xəbər
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Mini alman piroqu
Məşhur italiyalı aktyor vəfat etdi
Yayda sağlam arıqlamağın yolları
Stil yaratmaq üçün tövsiyələr
"Arşın mal alan" Marionet teatrının səhnəsində
- ŞƏRHLƏR