Bakıda hava 12°
USD AZN
EUR AZN
10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41130

O da bizdən biridir

O da bizdən biridir

Sentyabrın əvvəlləri idi. Sinfə yeni şagird gəlmişdi. Anası ilə lövhənin qarşısında dayanmışdı. Sinifdəki uşaqlar onu təəccüblə və bir az da maraqla nəzərdən keçirirdilər. Həm zahiri görkəmi, həm də danışığı fərqli idi. Gözündə eynək var idi. Danışanda kəkələyir, gəzəndə bir ayağını çəkirdi. Bəlkə də uşaqların diqqətini çəkən də elə bu idi. Müəllimin suallarına çox çətinliklə cavab verirdi. Uşağın hər cavabından sonra anası dərindən ah çəkirdi. Lakin müdaxilə etmirdi. Müəllim suallarını yekunlaşdırıb ananı yola saldı və üzünü uşaqlara tutdu:

- Samir yeni sinif yoldaşınızdır və sizinlə birlikdə oxuyacaq.

Sonra isə:

- Samir, keç, İlqarənin yanında əyləş.

Bu zaman İlqarə:

- Müəllim, mənimlə niyə? Mən istəmirəm.

- Yaxşı, qoy Vasiflə otursun.

- Yox, mən də istəmirəm.

Heç kim onunla oturmaq istəmirdi. Nəhayət, müəllim Gülnar adlı şagirdi birtəhər yola gətirib Samiri onunla bir partada əyləşdirdi.

Ən çətin  günlər isə bundan sonra başladı. Samir lövhəyə çıxanda ona lağ edir, ələ salırdılar. Samir də sinif yoldaşları ilə yola getmir, dərsdə yerli-yersiz hərəkətlər edir, müəllimləri əsəbləşdirirdi. Heç bir səbəb olmadan dərsi pozurdu. Sinif yoldaşları ilə dalaşırdı. Hər gün valideynlər Samirdən şikayətə gəlir, onun övladları ilə bir sinifdə oxumasını istəmirdilər. Uşaqlar da elə hey Samirə sataşır, sakit dayanmağa qoymurdular.

Bir gün isə... 

O da bizdən biridir

...Nadir əlaçı şagirdlərdən idi, həm də bir az ərköyün idi. Ailədəki ərköyünlüyü sinifdə də özünü büruzə verirdi. Dəfələrlə valideynlə söhbət edilsə də bir nəticə verməmişdi. Samirin sinifdə hərəkətləri onu da hövsələdən çıxardırdı.

Bir gün isə dərs danışan Namiqi Samir yerindən əsəbiləşdirir, müxtəlif sözlər deyir. Əslinə qalsa, bu işdə uşaqların da günahı az deyildi. Samirin xasiyyətinin bu cəhətindən istifadə edirdilər. Lövhədə dərs danışan Namiq isə buna dözməyərək elə müəllimin yanındaca Samirin üstünə atılır və sinifdə hay-küy qopur. Müəllim dalaşan şagirdləri birtəhər aralayır. Samiri danlamaq istəyir. Bu zaman eynəyi sınmış, üst-başı toza bulaşmış Samir ağlaya-ağlaya:

-  Mən də atamın yanına gedəcəyəm. Onsuz da heç kim məni istəmir.

Müəllim nə deyəcəyini bilmirdi. Axı Samirin atası...

Samir də hamı kimi doğulmuşdu - sağlam, gümrah. Onun da hamı kimi anası da var idi, atası da. Amma bir gün qəfil qəza onu bu xoşbəxtliklərdən məhrum etdi. Atası avtomobil qəzasında həlak oldu, anası ağır yaralandı. O isə əlil oldu. Başından aldığı ağır zərbə Samirin həm danışığını, həm də hərəkətlərini dəyişdi. İndi belə bir vəziyyətdə o çoxdan bəri ürəyində gəzdirdiyi, anasına belə demədiyi arzusunu dilə gətirdi:

- Mən də  atamın yanına gedəcəyəm. Onsuz da heç kim məni istəmir.

Doğrudan da, çətin bir vəziyyət yaranmışdı. Qəfil vurulan zəng sanki aranı sakitləşdirdi. Samir icazə alıb evə getdi.

Səhərisi gün müəllim artıq qəti qərara gəlmişdi. Samirin valideyni ilə danışacaq, onun bu sinifdə oxumağının mümkünsüz olduğunu başa salacaqdı. 

O da bizdən biridir

Hamı sinifdə idi, təkcə Samirdən başqa. Şagirdlərin üzündə bir məmnunluq hiss olunurdu. Namiq özünü isə bir qalib kimi aparırdı. Sanki bütün dünyanın problemi təkcə Samirin varlığı idi. Həyatın hər ağrısını, acısını görmüş körpə bir qəlbin varlığı idi. Sinfin bu halı müəllimi daha da əsəbiləşdirirdi. Onsuz bütün gecəni yatmayıb fikirləşmiş, gəldiyi qərarı da ürək ağrısı ilə qəbul etmişdi. Ona görə şagirdlərini – doğma balası qədər sevdiyi əzizlərini heç cür bağışlaya bilmirdi. Üzünü sinfə tutub könülsüz:

- Dünən nə öyrənmişdik? – soruşdu.

Yerdən əl qaldıran olsa da müəllim heç kimi ayağa qaldırmadı. Çünki dərs keçmək iqtidarında deyildi. Birdən:

- Uşaqlar, siz istəyərdiniz ki, Samir evdə otursun, onun sinif yoldaşları, dostları, sevimli məktəbi olmasın? O da sizin kimi qaçmaq, oynamaq, oxumaq üçün doğulmuşdu. Axı siz bilirsiniz ki, Samirin evdə qalmağı, özünə qapılmağı onun sonu deməkdir. Niyə ona qarşı bu qədər amansızsınız?

Uşaqlar başlarını aşağı salmışdılar. Heç kim danışmırdı. Birdən arxa partada oturan Gülnar ayağa qalxdı. Gözləri dolmuşdu:

- Axı  o da bizdən biridir.

Daha danışa bilmədi. Artıq sözə ehtiyac yox idi.

Dərsdən sonra bütün sinif Samirgilə yollandı. Onu yenidən məktəbdə, öz aralarında görmək istəyirdilər.

(Ardı var)

Səslərin sayı: 11
26
2250
loading...
Şərhlər
Offline
Farida_Asadova
Allah bütün xəstələrə şəfa versin..Amin..
10 yanvar 2015 07:51
Offline
❤qanadsiz_melek❤
cray Çox tesir etdi mene gerek hec kim hec kimin qusurundan istifade etmesin!Allah hamini ozune gore yaradib cray
5 iyun 2014 14:39
Offline
AFET
Cox tesirli hekayedir,ardini gozluyurem tesekkurler.
9 may 2014 23:41
Offline
HAPPY SMİLE :)
Çox maraqli idi indi 2ci hisseni oxuyacam give_ros
8 may 2014 17:09
Offline
Realist
Nə əcəbsə, bu hissəni indi oxuyuram. Keçək, o bir hissəyə...Tam fikrimi orda bildirəcəm. Gəldiyim qənaətə əsaslanıb....
8 may 2014 13:00
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Deniz N-va
cray Baci sadece aglayacam sagol
7 may 2014 16:01
Offline
Ellada Babayeva
Mən ardını oxuduqdan sonra fikrimi deyəcəm.Ardı maraqlıdı..Belə müəllimələr var.Hekayəni oxuyanda məktəb illərim yadıma düşdü. cray
6 may 2014 23:52
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
qenire atasova
Maraqlı xəbərdir.
6 may 2014 20:38
Offline
Şəri Babayeva
Maraqlıdı,kövrəldim cray Ümid edirəm yaxşı olar..Ardını səbirsizliklə gözləyirəm.
6 may 2014 17:05
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
PƏRVANƏ ƏLİYEVA......
Offff cox pis oldum ..Onsuzda son vaxtlar adi bir sozden tez kovrelib aqliyiram..Bu hekayede meni emelli kovreltdi..En coxda Samirin(( Mən də atamın yanına gedəcəyəm. Onsuz da heç kim məni istəmir.) cumlesi lap mene pis tesir eledi..Ardini gozluyecem sebirsizlikle,,Gorum Samir ushaqlarin gelishine nece reaksiya verecey..Teshakkur edirem bacim..
6 may 2014 14:41
Offline
AYKA
Marali hekayedir ister istemmez insani dusunmeye vadar edir
6 may 2014 12:36
Offline
♥NiLuFeR♥
Hekayəni oxudum,kövrəldim cray Davamını səbirsizliklə gözləyirəm
6 may 2014 12:30
Offline
Efsane Orucova
Tesirli hekayedir davamini sebirsizlikle gozleyirem.
6 may 2014 12:30
Offline
Gulum
Yaxınlarımdan birinin müeyyen qusurlara malik evladı var ki onu hemişe yaıdlarından ayırıb amma qelben o qeder saf birisidir ki ne etmeli Allahın qederidir inşallah sonları yaxşı olar
6 may 2014 12:23
Offline
Ulker.Agamali
İller keçdikcə fiziki qüsurlu insanlara olan münasibet dəyişir,əvvellər bilmeyerekden əle salınırdısa,onlar görəndə pıç-pıç olunurdusa indi daha humanist münasibet gösterilir.Düşunurem ki.burada kütləvi informasya vasitelerini böyük zəhməti olub!
Ekoloji problemlerin baş qaldırdığı bir dövürdə yaşayırıq,fiziki qusurlu uşaqların da tez-tez doğumunun şahidine çevirilmişik! Tebiyəti də korlayan inasndı,bele uşaqların doğumuna da sebeb olan insandı qəzalara da sebeb olan insandır! Bele olduğu halda öz işinin nəticəsinə gülməkdənsə,bunun yaranmamağı üçün işə başlamaq lazım deyilmi?
6 may 2014 12:04
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
yagmur agayeva
Allahin huzur dolu guzel selami olsun hepinize.
Cok guzel bir hikaye, cook duykulandim ((((( devamini beklerim insallah.
Paylasim icin cook tesekkurler saygi sevgiler abla.
6 may 2014 11:07
Offline
Sonay Quluzade
Maraqlı olduğu qədər də, təəssüf doğurucu bir hekayədir, bir parça uşaqların bu qədər qəddar olması çox pisdir. Allah bütün xəstələrə səfa versin, müəyyən problemi olanlara isə o problemi ürək rahatlığı ilə qəbul eləcək qədər iman versin.
Çox gözəl bir hekayəni paylaşdığınız üçün sizə dərin təşəkkür edirəm.
6 may 2014 10:47
Offline
GülnaR
Yəqin Samir artıq yoxdur həyatda.....kaş elə olmayaydı,novbəti hissəni oxuyub bilərik inşaAllah
6 may 2014 10:35
Offline
Ruhəngiz
Çox kövrəldici hekayədir.Təşəkkürlər,Səbinə bacım.Ardını gözləyək,görəsən hadisələr necə cərəyan edəcək?
6 may 2014 09:13
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
איסון ממדוב.
Cox gozel hekayedi
6 may 2014 03:16
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )