“Mən fəxr edirəm ki, anamın adıni daşıyan gəmi dünya dənizləri və okeanlarında üzəcək!”
Bu sözləri Azərbaycan musiqi sənətinin korifeyi Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov bu gün Yalovadakı tərsanədə “Palmalı” Şirkətlər Qrupunun “Şövkət Ələkbərova” adlı yeni tankerini suya endirmə mərasimində söyləyib. “Şövkət Ələkbərova” tankeri RST22M layihəsinə uyğun olaraq 7 min ton yükgötürmə qabiliyyətinə malikdir.
“Palmalı” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə gəmiyə Azərbaycanın xalq artistinin adı verilib. RST22M, RST22, 005RST01 və RST12 tipli gəmi layihələri ilə hazırlanan gəminin texniki xüsusiyyətlərinə gəldikdə, qeyd etmək lazımdır ki, hərəkət mexanizmini tənzimləyən və sükanı tam surətdə döndərməyə malik sütunu, DP sistemində artıq uzununa kəsiyinin olmaması, yükləmə nasosunun tətbiqi, yük çənlərində qəbulun olmaması və geniş gövdəsi olması xüsusiyyətlərinə görə fərqlənir.
Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. RST22M layihəli gəminin ümumi uzunluğu 139,95 metr, eni isə 16,6 metr, bortun hündürlüyü 6,0 metrə bərabərdir. Gəmi “Volqa-Don maks” tankeri sinfinə aiddir. “Armada” tankeri ilə müqayisədə yeni layihə gücləndirilmiş dəniz funksiyasına malikdir, dəniz şəraitində 750 ton dedveyt yük götürür, yükgötürmə qabiliyyətini çaylardan keçərkən daha da artıra bilir.
Gəmi yenilənmiş beynəlxalq tələblərə tam cavab verməklə yanaşı, həm də bitki yağlarının daşınmasında batmamağa təminat verir. Layihə hazırlanarkən Rusiya və dünya neft şirkətlərinin tələbləri nəzərə alınıb, layihəyə (ECO-S) tipli Rusiyanın gəmi reqistrinin ekoloji məhdudiyyət sinfi də əlavə olunub.
Gəminin suya endirilməsi mərasimində görkəmli müğənni Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov, “Palmalı” Şirkətlər Qrupunun vitse prezidenti Marif Mənsimov, şirkətin rəhbərləri və əməkdaşları, yerli və xarici qonaqlar iştirak ediblər. Bəşir Səfərov “Palmalı” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova minnətdarlığını bildirib. Qeyd edək ki, “Palmalı” şirkətinin gəmilərinin əksəriyyəti görkəmli Azərbaycan şəxsiyyətlərinin adını daşıyır. Məlum olduğu kimi məşhur müğənni Şövkət Ələkbərova sağlığında dünyanın 20-dən çox ölkəsində qastrollarda olub. O özünün gözəl səsi, ifası ilə Avropada, Asiya ölkələri və Afrikada insanları valeh edə bilib. İndi isə onun adını daşıyan tanker dünyanı gəzəcək. “Palmalı” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOKAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır, həmçinin digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.
Mənbə: Anspress.com
XƏBƏR LENTİ
Ən qanqaraldıcı elmi kəşflər açıqlanıb
2013-ci ilin dəbli yay şalvarları
Ən son tüninqli BMW X5
Günün qoroskopu: Xoş xəbər eşidəcəksiniz!
Real həyat əsasında çəkilmiş filmlər
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
Limonlu kakaolu keks (foto resept)
Kişilərin diqqətini çəkməyin 5 yolu
İrəvanda işıq pulunun artırılması əleyhinə aksiya keçirilir
“Koronavirusun yeni növü qorxulu deyil” - AÇIQLAMA
Saçımızda təbii gül
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Bu günün hava proqnozu
Qadınların sevimli payız aksesuarları
Bu geyimlər qarderobunuzda mütləq olmalıdır
Gözəl və fərqli toy, nişan tortları
Tarixi yaradan insan!
Bəyaz "Bəyaz Şou"dan danışdı-FOTO
Sızanaqlar üçün sarıkök maskası
Münasibətdə mesajlaşmanın əhəmiyyəti
İnteryer dizaynında yeni dəb - fotopərdələr
"ASAN xidmət"in səlahiyyətləri artırıldı
Saatlar geri çəkildi, fen qadağan olundu
Dövlət rəmzləri
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Prezident qəbul keçirdi
İsmayıllıda zona birinciliyi
Ölkəmizdə daşqın gözlənilirmi?
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Ali məktəblərdə imtahanların vaxtı dəyişdirildi
"Bir aşk iki hayat" təqdim edildi-VİDEO/FOTO
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
HAVA necə olacaq?-30 İyul
18 qadından 22 uşağı var
Lotereyada 273 milyon dollar uddu
Sürücülər üçün: Cəriməni tez ödəyənə 50 faiz güzəşt
47 yaşlı Defne Samyerli Gənc Görünməsinin Sirrini AÇIQLADI-FOTO
"Qarabağda hücumları daha iri miqyasda təkrar etməyə stimul yaranıb"
Ağdamda güclü atışma
On aylıq uşaq saçları ilə hər kəsi heyrətləndirib - FOTO
WhatsApp-dan gözlənilən yenilik
Məşhur döyüşçü dünyasını dəyişdi
Məşhur saytın rəhbəri işdən çıxarıldı
Məzəli pinqvin
Leyla Əliyeva sahibsiz itlər haqqında...
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Obamanın çətin seçimi
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Onkoloji xəstələrin müalicəsi ödənişli, yaxud ödənişsiz edilməlidir?
Xalqımın toy kimi bir adəti var