"Hərbi xidmətə gedənlərin sayı 4-5 dəfə artmalıdır. Fərarilik birdəfəlik ləğv olunmalıdır. Fərari oğlana qız vermək olmaz. Biz bu ənənənin əsasını qoymalıyıq". Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul" mövzusunda keçirilən konfransda deyib.
Azərbaycan xalqının böyük qəhrəmanlar, yüksək rütbəli hərbi kadrlar yetişdirdiyini deyən Əli Həsənovun fikrincə, bu, xalqın genində var. Ona görə də gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetirilməlidir: "Ölkənin 20 faizi işğal altında ikən ölkənin gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə almalı, xüsusən hərbi təhsil almalı, ölkəni işğaldan azad etməyə daim hazır olmalıdır. Bizim güclü ordumuz var və torpaqlarımızı azad etmək iqtidarındadır. Buna baxmayaraq, hər bir gənc də öz növbəsində buna hazır olmalıdır".
Əli Həsənov hesab edir ki, hərbi güc, hərbi qüdrət önə çəkilməlidir. Baş nazirin müavini ulu öndər Heydər Əliyev tərəfindən 20-ci əsrin 70-ci illərində bu məsələyə xüsüsi önəm verildiyini xatırladıb: "Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı, hərbi kadrların yetişdirilməsi, Azərbaycanın hərbi potensialın yaradılması üçün böyük işlər gördü. Əgər ulu öndər Heydər Əliyev gənclərimizin hərbi təhsil məsələlərinə xüsusi diqqət yetirməsəydi, indiki Azərbaycan olmazdı".
Ə.Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan Ordusunua kifayət qədər diqqət və qayğı göstərir: "Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən an işğal olunmuş torpaqları azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilər".
O, həmçinin bildirib ki, Dağlıq Qarabağ probleminin həllində nə ATƏT-in Minsk qrupundan, nə də digər dövlətlərdən heç nə gözləmir: "Onlar boş-boş vədlər verirlər. Ermənilərə havadarlıq edirlər. Məndə belə bir fikir formalaşıb ki, bu problem həll olunmayacaq. Nə etsə, cənab İlham Əliyev edəcək".
Lakin, Əli Həsənovun fikrincə, Azərbaycan bundan arxayınlaşmamalı, gənclər arasında fərariliyi yox etməlidir: "Gəncləri hərbiyə, orduya yönəltməliyik. Sovet dövründə olduğu kimi orduya, hərbiyə hörmət edilməlidir. Bu var, lakin lazımi səviyyədə deyil. Torpağı işğal altında olan millətin, xalqın gəncləri arasında fərarilik olmamalıdır!"
Baş nazirin müavini qeyd edib ki, işğal altında olan rayonların gəncləri arasında hərbi məktəblərə getmək istəyənlərin az olması bir problemdir. Bu, araşdırılmalı və bu istiqamətdə iş görülməlidir: "Düşmən o zaman sülhə getməyə razı olacaq ki, qarşısında həm iqtisadi, həm hərbi cəhətdən güclü dövlət görsün".
Konfransda təhsil naziri Mikayıl Cabbarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, işğal altında olan rayonlardan seçilmiş millət vəkilləri, həmin rayonların icra başçıları, hərbi təhsil alan məcburi köçkün gənclər və digərləri iştirak edirlər.
Mənbə: Trend.az
XƏBƏR LENTİ
Klintondan prezident seçiləcəyi təqdirdə sürpriz vəd
Obama 16 nəfərə medal verdi
Rənglərin öyrədilməsi
Sony liderə dönür
Sabah qar yağacaq
Ayaqdakı çatları aradan qaldıran üsullar
İnsan əti yeyən manyak saxlanıldı - Dəhşətli faktlar/Foto
Son günlər müşahidə edilən hava şəraiti ilə
Uşaq gördüyünü götürər
HAVA necə olacaq? 7 İyul
"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."
Qadınlarda sonsuzluğun göstəriciləri
Mensturasiya dövründə qadınlar nə istəyir?
Orucunuzu pozmadan baş ağrılarını kəsməyin 10 üsulu
Ronaldo rekordları alt-üst edir
Demət Akalın: "Ailəmiz böyüyəcək" -FOTO
"Azərbaycanda sosial məsələlər uğurla həll olunur"
Sosial şəbəkələrin insanda hansı xəstəlik yaratmasından xəbəriniz var?
Eminemdən ikinci Dünya Rekordu-VİDEO
Ən çox səyahət edilən yerlər
Bezeli vafli tortu (foto resept)
Deyl Karnegidən 12 məsləhət (1)
Bakı ən romantik şəhərlər siyahısında
Azərbaycanda sağlamlıq imkanları məhdud vətəndaşlar üçün aksiya başlanır
Ədviyyatlar haqqında bilmədiklərimiz (2)
Sabah küçəyə çıxmayın
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Koronavirusa görə "WhatsApp"da yenilik edildi
Baş Prokurorluqdan Qarabağa gələn xarici ölkə vətəndaşlarına MÜRACİƏT - VİDEO
Gözəlliyinizə gözəllik qatın
Qaz olmayacaq!
700 bal toplayan tələbə: "Ən böyük arzum - Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olmaq idi"
77 kq-lıq balıq ovladılar-FOTO
Daimi makiyajın incəlikləri
ASAN səyyar xidmət Ucar və Zərdab sakinlərinə xidmət göstərir
Sabahın HAVAsı
Rəşad Sadıqovdan ibrətamiz addım - cehiz üçün 7000 verdi
Azərbaycan tarixindən yüz şəxsiyyət-43
Gözəllik müsabiqəsinin qalibi öldü-SƏBƏB
İlon Mask oğlu ilə bağlı VİDEO paylaşıb
Xərçəng haqqında bilmədiyiniz faktlar
Aslı Murata “yox” dedi - SƏBƏB
Sevgilisi koronavirusa yoluxan Hadisədən ayrıldı
İş axtaranlara şad xəbər
Hörgülü piroq (foto resept)
"Spaqetti" (foto-resept)
Bəyin 35, gəlinin 80 yaşı var - Dünya bu toydan DANIŞIR (FOTOLAR)
TQDK imtahan keçirəcək
3 günə sürətli arıqladan pəhriz
Qadınların ayrılıq sonrası suallara 17 cavabı
- ŞƏRHLƏR