Bakıda hava
USD AZN
EUR AZN

Johanna Spyri - Heidi (8)

Johanna Spyri - Heidi (8)

Alp dağlarına səyahət

Cənab Seseman Heidinin sağlamlğını düşünüyü üçün onu Sebastiyanla birlikdə Alp dağlarına yola salmışdı. Klara onun getməyinə çox üzülürdü, amma atası ona vəziyyəti izah etdiyi üçün buna qarşı çıxa bilmirdi. Çünki o da Heidini çox sevir və ona həşeyin yaxşısını arzu edirdi.

     Heidinin əlində bir yol çantası, bir də səbət var idi. O, bu səbətin içinə ağ çörək qoymuşdu. Onu nənəyə aparırdı. Cənab Seseman bir məktub yazmışdı və tapşırmışdı ki, onu Heidinin babasına versinlər. Heidi ilə Sebastiyan qatarla uzun yol getdilər. Onlar mənzilbaşına demək olar ki, gəlib çatmışdılar.

     Stansiyada qatardan düşdülər. Sebastiyan bu səfərdən çox sıxılırdı və istəyirdi ki, gedəcəkləri yerə tez çatsınlar. O, qatardan düşən kimi kəndə getmək üçün minik axtardı. Bir kişi at arabasına un kisələri doldururdu, ondan gedəcəyi yeri soruşdu. Təsadüfdən onlar ikisi də eyni yerə gedirdilər. Sebastiyan xahiş etdi ki, Heidi ilə onu da həmin kəndə aparsınlar. Faytonçu əlavə yüklərinin olmadığı təqdirdə aparacağını dedi və Sebastiyan razılaşdı. Heidi Sebastiyana dedi:

 - Əsas odur ki, biz Dörfli kəndinə gedək. Oradan babamgilin evinə qədər olan yolu çox yaxşı bilirəm. İstiyirsənsə, sən ora qədər gəlmə. Mən özüm Dörfli kəndindən ora gedərəm. 

Əslində Sebastiyana tapşırılmışdı ki, qızı evinə qədər yola salsın. Ancaq bu onun heç də ürəyindən deyildi. Ona görə də Heidinin dediyi ilə həmin an razılaşdı. O, Heidini arabaçıya tapşırdı və özünü də bərk-bərk tənbeh etdi:

 - Bu məktubu babana verməyi unutma haa. Heç kimə də vermə. Qoy ancaq baban oxusun bunu.

         - Yaxşı, narahat olma. Heç kimə verməyəcəyəm.

Onlar sağollaşıb ayrıldılar. Heidi yolboyu arabaçı ilə danışır və başına gələnləri ona da nağıl etdi. Buna görə də onlar belə uzun yolu necə getdiklərini heç hiss belə etmədilər. 

Johanna Spyri - Heidi (8)

   Kəndə çatar-çatmaz Heidi dağa dırmanmağa və babasının yanına getməyə başladı. O, dağı elə cəldliklə çıxırdı ki, sanki günlərlə qatarda yol gəlməyib. Həyəcandan heç yatmamışdı da. Ancaq özünü elə güclü hiss edirdi ki...

   Nəhayət Pitergilin evinə çatdı.  Piter yəqin ki, indi keçilərlə dağdadır. Ona görə də onu görməyə ümidi yox idi. Ancaq nənə mütləq evdə olmalıydı. Gözü görməyən adam hara gedə bilər ki.

   Heidi həyəcandan qapını döymədən bərk açdı. Nənə gələnin Heidi olduğunu hiss edərək həyəcanlı halda soruşdu:

         - Kimdir?

Əslində o, “- Heidi, qızım, sənsən?”, demək istəyirdi. Ancaq məyus olmamaq üçün demədi.

        - Nənə, mənəm, Heidi.

        - Hə, elə bilirdim ki, sənsən, mənim gözəl balam, axır ki, qayıtdın.

Onlar bir-birilərini qucaqladılar, görüşdülər.

        - Nənə, bax, sənə ağ çörək gətirmişəm. Hələ bundan da çox idi, sənin üçün yığımışdım hamısını. Ancaq əlimdən aldılar. Əslində haqsız da deyildilər. Çünki onlar qalıb köhnəlmiş, bərkimişdi. Ancaq bax, bunların hamısı təzə və yumşaqdır.

   Qoca qadın göz yaşlarını saxlaya bilmirdi. O, Heidini qucaqlayır, qoxlayır, öpür və ağlayırdı. Onu buraxmaq istəmirdi, ancaq Heidi israr etdi:

 -  Mən gərək gedəm. Axı babamı da görməliyəm.  

Johanna Spyri - Heidi (8)    

  Heidi qaça-qaça yenə dağa çıxmağa başladı. Babası həmişəki kimi evin qabağında stolda oturub qəlyan çəkirdi. Heidi əlindəki səbəti yavaşca yerə qoydu və qışqıraraq babasına tərəf qaçdı. Babası onu görüncə qucağına aldı və:

           -  Demək, geri döndün, hə?- dedi. O, sevincindən ağlayırdı.

Heidi cənab Sesemanın məktubunu verdi və dedi:

           -  Baba, bax, bunu sənə cənab Seseman göndərib. Açgörək nə yazıb, nə deyir?

 Baba məktubu açdı, baxdı və dedi:

           -  Pul göndərib, qızım, istəyir ki, sənə yataq və pal-paltar alım.

     -  Mənim belə şeylərə ehtiyacım yoxdu axı. Klaranın çoxlu paltarı var idi. Yarısını da mənə verdilər. Yatağa gəldikdə isə mən öz otdan olan çarpayımı heç nəyə dəyişmərəm.

    Heidinin gəlişi bütün kəndliləri sevindirmişdi. Heçkimlə danışmayan və kəndlilər arasında qaradinməz kimi tanınan baba indi bütün kəndlilərlə salamlaşır, hətta onlara qonaq da gedirdi. 

Johanna Spyri - Heidi (8)

    Heidi ilə Piterin görüşü də həyəcanlı oldu. Piter bu dəfə də keçiləri gətirəndə fir çalırdı. Heidi onun səsini eşidən kimi çölə qaçdı. İki dost uzun müddət bir-birinə sevgi və şəfqətlə baxdılar. Nəhayət Piter diləndi:

          - Böyümüsən.

          - Böyümək nədi, mən yazıb, oxumağı da öyrənmişəm.

          - Doğurdan?

          - Hə, əlbəttə. Bəs sən? Yenə də oxumağı sevmirsən?

          -  Yoox, mən də oxumağı öyrənmişəm və sevirəm.

          - Çantamda çoxlu kitab var. Onlar bir yerdə oxuyarıq?

          - Hə, əlbəttə oxuyarıq. 

    Onlar günlərini kitab oxumaqla, keçiləri dağa aparmaqla və baba ilə birgə kəndə

getməklə keçirirdilər. Bir gün Piter əlində məktub Heidinin yanına gəldi. Məktub Almaniyadan idi. Onu Klara yazmışdı. Heidi məktubu görəndə çox həyəcanlandı və tez açıb oxumağa başladı:

         -  Aman Allah, onlar bu yay bizim tərəflərə gələcəklər. Klara bizə qonaq gəlmək istəyir. Ona görə də bizə də keçəcəklər. Bu necə də gözəl oldu. Bax bu əsl şad xəbərdir... 

Dörfliyə səyahət

Klara Heidiyə gəlirik deyə məktub yazmışdı, ancaq nə gələn var idi, nə də gedən.

Cənab Seseman qızını Alp dağlarına aparmağa söz vermişdi, ancaq həkim icazə vermirdi. Çünki bu səyahət Klara üçün təhlükəli idi. Seseman Həkimlə təklikdə danışmaq qərarına gəldi:

       -  Bax, dostum, mən qızıma söz vermişəm. O da səbirsizliklə günləri sayıb durur ki, nə vaxt gedəcək. Sənsə artıq üçüncü dəfədir ki, onu aparmağı qadağan edirsən. Axı belə olmaz.

       -  Alp dağlarında artıq qar mövsümü başlayıb. Ora getmək Klara üçün təhlükəli olacaq. Səyahəti gələn ilə saxlayın. Havalar isinəndə apararsınız.

       -  Yox, mən bunu edə bilmərəm. Klara bunu bilsə, çox üzüləcək.

       -  Vəziyyəti ona başa salmağa çalışın. Klara ağıllı qızdır. Əminəm ki, o hər şeyi başa düşəcək.

Johanna Spyri - Heidi (8)

              -  Yaxşı, mən çalışaram. Ancaq bir şərtim var. Klaranın əvəzinə ora sən gedəcəksən.

              -  Bu fikir hardan gəldi ağlına?

        - Bunun iki səbəbi var: birincisi bu Klaranı razı salacaq tək çıxış yoludur. Sən getsən çox sevinəcək, o qədər sevinəcək ki, sanki özü gedib. Çünki o, oraya Heidi üçün gedir. Onu unutmadığını və çox sevdiyini göstərmək üçün gedir. Sənin getməyin də elə bu mənaya gələcəkdir.

      - Yaxşı bəs ikinci səbəb nədir?

      -  İkinci səbəb isə budur ki, sənin özünün belə bir səyahətə ehtiyacın var...

    Həqiqətən də, həkimin belə bir səyahətə ehtiyacı var idi. Onun arvadı ilə qızı xəstəlikdən ölmüşdü. O da bu dərdlə barışa bilmirdi. Onun gəzməyə və fikrini dağıtmağa ehtiyacı var idi. O, özünü gümrah, nikbin göstərməyə çalışırdı, ancaq Seseman bilirdi ki, əslində o çox acı çəkir.

     Atası fikrini Klaraya deyəndə o, həqiqətən də, buna anlayış göstərdi və həkimin gedəcəyinə sevindi.

          - Gözəl həkimim, həqiqətən də, mənim əvəzimə siz getsəniz, çox yaxşı olar. Əgər getməyə razılıq versəniz, mənim üçün çox böyük bir yaxşılıq etmiş olacaqsınız. Heidiyə mütləq deyin ki, mən onu çox sevirəm və onun üçün darıxıram. Bunun əvəzində siz nə desəniz edəcəyəm. Hətta nə qədər balıq yağı tapşırsanız, hamısını qəbul edəcəyəm. Sizə söz verirəm.

    Həkim dedi:

           - Hə, bax bu başqa məsələ. Bir halda ki, sən balıq yağını içəcəksən, onda mən də getməyə razıyam.

Həkim onsuz da getməyə razı idi, ancaq Klaranın balıq yağını içəcəyini eşidəndə onu həvəsləndirmək üçün belə dedi.

              - Nə vaxt getməyimi istəyirsiniz, balaca şahzadə?

              -  Sabah tezdən.

Həkim səhər gedəndə hamı onu yola salmağa gəlmişdi. Xanım Rottenmayer Heidiyə çatmalı olan hədiyyələri bir-bir yığmış və hazır şəkildə çantaya qoymuşdu. Klara ona nəzarət edirdi, çünki o, əmin idi ki Rottenmayer simiclik edərək az şey qoyacaq. Ancaq o yanılmışdı. Rottenmayerin ya kefi yaxşı idi, ya da ki, o, Heidiyə etdiyi haqsızlığı başa düşmüş və bunun qarşılığı olaraq ona hər şeydən pol-bol qoymuşdu. O, Heidiyə qalın bir palto, babaya qəlyan üçün bir qab tütün, nənəyə şal və toxunma papaq, Piterə isə böyük bir kolbasa qoymuşdu. Klara da bir qutu hədiyyə vermişdi. Bunların hamısını bir yerə yığdılar. Hədiyyələr çox idi. Həkim bu qədər hədiyyəni görəndə çaşdı və zarafatla:

           -  Bu nədi? Siz məni yük arabası hesab edirsiniz? - dedi.

Klara dedi:

          - Yaman qorxdunuz ha. Aparmaq istəmirsiniz? Deməli, Heidini bu qədər sevirsiniz, hə?

           - Yox, əlbəttə ki, çox sevirəm!

           -  Ona görə ona balaca bir hədiyyəni aparmaq lazım gələndə belə təccüblənib qışqırırsınız?

Cənab Seseman dönə-dönə həkimə minnətdarlıq edirdi ki, onu qırmadı və təklifini qəbul etdi. Həkim həqiqətən də çox sadiq bir dost idi. Həm də onun belə bir dəyişikliyə ehtiyacı olduğu zaman Sesemanın belə bir təklif etməsi lap yerinə düşmüşdü. Cənab Seseman vağzala qədər həkimlə getdi. O, həkimi yola salanda ona bir qədər pul verdi ki, babaya versin. 

Gözlənilməyən qonaq

Heidi hər səhər duran kimi yollara baxır və Klaranın bura necə gələcəyini fikirləşirdi. Yəqin onun üçün xüsusi araba tutulacaqdır.

Günlər beləcə keçirdi. Ancaq nə gələn var idi, nə də gedən. Həkimin gəldiyi gün səhər tezdən durub südünü içdi. Babasının yanına getdi:

       - Baba bu gün hava necə də gözəldi, hər tərəf necə də gözəl görünür.

 - Düz deyirsən, gözəl balam. Ancaq mənə elə gəlir ki sən hər gün bunu deyirsən. Tufan da qopsa, yağış da yağsa, qar da yağsa, sən tərifləyirsən.

 Baba nəvə söhbət edərkən Piterin gəldiyini gördülər. Piter Heidiyə dağa getməyi təklif etdi. Ancaq Heidi razı olmadı:

  - Dəlisən? birdən biz dağda olanda Klara gəldi? O, məni burda görməsə, çox üzüləcək.

   Piter dodağını büzdü:

        - Hər gün eyni şeyi deyirsən. Əgər gəlsəydilər, bu günəcən gəlib çıxardılar da.

        - Demək istəyirsən ki, gəlməyəcəklər?

        - Təbii ki.

  - O sənə elə gəlir. Bax, görərsən, bu gün mütləq gələcəklər. Sən də axşam qayıdanda Klarayla tanış olarsan.

Piter babanın keçilərini də götürüb getdi. Neçə gün idi ki, Klaranın üzündən dağa təkbaşıba gedirdi və Heidisiz çox darıxırdı. 

Piter gedəndən sonra Heidi ətrafı gözəl təmizlədi. Həyətə çıxanda həyəcandan qışqırmağa başladı:

       - Baba, baba, gəlirlər. İndi Klaranı da görəcəksən.

       - Həə? Gəlirlər?

Baba tez Heidinin yanına gəldi və onun göstərdiyi səmtə baxdı.

(Ardı var)

Səslərin sayı: 4
27
2130
loading...
Şərhlər
Offline
Deniz N-va
Axiri kiiii qiz babasinin yanina qayitdi girl_ten
26 may 2014 20:54
Offline
Deniz N-va
Bunun filmini tapdim baxin canlarim maraqlidir kiss
21 may 2014 21:49
Offline
Deniz N-va
Maraqlidir ela
15 may 2014 20:47
Offline
AFET
Yene cox maraqliydi mende sebirsizlikle ardini gozluyurem tesekkurler.
14 may 2014 22:45
Offline
Agat_Kris
Paylaşdığın üçün sənə təşəkkür edirəm.

oxudugun üçün mən sənə təşəkkür edirəm ay bacı give_ros ardı mütləq olacaq dance

ardini isteyirem axiiiii

canee səbr elə olajax ardı biggrin
13 may 2014 13:31
imza: Pozitiv olun!
Offline
Nurka Glamurka
Ruhəngiz,
Day özümü ağıllı aparajam :)

wallah mende sen allah eseblewme mocking
13 may 2014 12:33
Offline
AFƏR
Cooox maraqli idi heqiqetende soz olsun deye yazmiram coooox xoshuma geldi sanki bir film izledim bitdiyinde cox meyus oldum recourse ardini isteyirem axiiiii dash
13 may 2014 12:00
Offline
Elif♡
Babası həmişəki kimi evin qabağında stolda oturub qəlyan çəkirdi. Heidi əlindəki səbəti yavaşca yerə qoydu və qışqıraraq babasına tərəf qaçdı. Babası onu görüncə qucağına aldı və:
- Demək, geri döndün, hə?- dedi. O, sevincindən ağlayırdı.

Bu yerinde kovreldim. Nene baba sevgisi gormediyimden, yasamadigimdan bele yazilarda kovrelirem recourse neyse.....Heididin qayitmagina sevindim. Indilik her sey yolunda gorununr. Bezen oxuyuram, serh yaza bilmirem. Amma izleyirem. Ardini gozleyirem. Tesekkurler Aqat
13 may 2014 10:18
imza: Her insan ölecek yaşdadır.....
Offline
Sonay Quluzade
Çox maraqlıdır, ay Aqat, çox maraqlı. Davamını böyük səbrsizliklə gözləyirəm. Paylaşdığın üçün sənə təşəkkür edirəm.
13 may 2014 09:09
Offline
Qəribə
Maraqlıdı oxuduqca film gözümün qabağına gəldi.
tesekkur give_ros
13 may 2014 01:04
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
Ruhəngiz,
Day özümü ağıllı aparajam :)
13 may 2014 00:49
imza: Pozitiv olun!
Offline
Ellada Babayeva
Maraqlıdı oxuduqca film gözümün qabağına gəldi. kiss
13 may 2014 00:12
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ruhəngiz
Agat_♥,
Nurka Glamurka,
Xanımlar,mövzudan kənar şərhləriniz silinəcək.Şəxsi ismarıclardan istifadə etsəniz yaxşı olar.
12 may 2014 23:43
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Nurka Glamurka
Xanım o nöqtəli şərh nədir ? elə şərhə icazə yoxdur silməli olacağıq birdə mövzu ətrafında müzakirə aprasanız yaxşı olar

yegane noqteli serhimdi buyrun silin onuda bilinki xeber etrafinda noqteden basqada serhim var belay
12 may 2014 23:37
Offline
Agat_Kris
bax baxajama

baxarsan cool olmasa dərd eləmə mən həmişə burdayam gəl yaz o saat peyda olajam crazy
12 may 2014 23:30
imza: Pozitiv olun!
Offline
Nurka Glamurka
Bax baxajama fellow
12 may 2014 23:29
Offline
Agat_Kris
gozleyirem hani

səhər balışıvın altında olajax crazy
12 may 2014 23:27
imza: Pozitiv olun!
Offline
Nurka Glamurka
Gozleyirem hani unknown
12 may 2014 23:26
Offline
Agat_Kris
yox tez-tez serh yaziram ki seni bura getirim artiq eziyetem,zerervericiyem)))))

Məni bu qədər çox sevdiyivi bilmirdim crazy sənə başımdan bir iki tük göndərəcəm mən lazım olanda onu yandır yanınad peyda olajam crazy
12 may 2014 23:24
imza: Pozitiv olun!
Offline
Nurka Glamurka
Yox tez-tez serh yaziram ki seni bura getirim artiq eziyetem,zerervericiyem))))) dash
12 may 2014 23:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış