Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Vicdanının səsini dinlə...

Vicdanının səsini dinlə...

Hər insana gözəl düşüncəni, gözəl hərəkətləri ilham edən səsdir vicdanın səsi... Sağlam mühakimə etdirən, doğrunu, yanlışı göstərən səsdir vicdanın səsi... Bir insan oğurluq edər, cinayət törədər, məzlumun, zəifin haqqını çeynəyər, biz də həmin adama vicdansız deyərik. Amma əxlaqsızlıq edən, haqqa baş qaldıran, insanlıq ölçülərini aşan insan vicdansız deyil. Sadəcə olaraq iradəsizdir. Vicdanını istifadə edəcək gücü olmadığı üçün yanlış yollarla gedər. Harda olmağımızdan asılı olmayaraq, istər çinli olaq, istər zənci irqindən, istər avropalı, istər azərbaycanlı fərqi yoxdur, vicdanla harada nə etmək lazım olduğunu çox yaxşı bilirik. Amma doğrunu bilməyimiz kifayət etməz ki... Mənə elə bir insan göstərin ki, müharibədən xoşu gəlsin, yoxluqdan, əzab çəkən insan görüntülərindən, zülmlərdən zövq alsın. Tapa bilməzsiniz. Hər insan dili ilə zülmə qarşıdır. Ancaq mövzu tətbiqə gələndə,  əsas olan insanın vicdanını nə qədər istifadə etdiyidir. İnsan var, özünə haqsızlıq edilmədiyi müddətcə laqeyd olur, özünə qarşı haqsızlıq görəndə isə “vicdanı” qabarır. İnsan var, haqsızlıqların olduğundan belə xəbərsizdir, yalnız öz rahatlığını düşünür, başqasına edilən haqsızlığı görmək o tərəfə qalsın, özü hamının haqqını çeynəyir. İnsan var, haqsızlıqdan dəhşət narahat olur, amma haqsızlığa qarşı ağıllı yollar tapa bilmir. İnsan var, bir məqama qədər mübarizə aparır, müəyyən mərhələdən sonra geri qayıdır. İnsan da var ki, haqsızlığı görən kimi səbəbini araşdırır, ən təsirli üsullarla mübarizə aparır. Elə bu insan vicdanını sonuna  qədər istifadə edən insandır. 

Vicdanının səsini dinlə...

“Bir az məntiqli olum, bu işdən mənə zərər gələr” deyərək mənfəətə görə şəkil almamalıdır vicdan. “Tək ağıllı mən çıxmışam? İnsan çiy süd əmib, yaxşılıq bilən deyil, özümə oda atmayım ona görə” kimi laqeyd düşüncələr ancaq vicdanı ləkələyir. Vicdanı təmiz tutmaq çox önəmlidir. Heç kim göstərməsə də, vicdan insana doğrunu göstərəcək çünki, onu haqqa tərəf aparacaq. İnsanın məsuliyyəti vicdanını eşitməsi və onun dediklərini etməsidir. Hər insan vicdani məsuliyyət sahibidir. Heç kim bunu danmamalıdır, ürəyi istəyəni etməməlidir. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə bacarığı qazanan hər insan vicdanının səsini dinləməli, iradəli olmalı, doğruları etməlidir hər zaman. Bu çətin görünür hamıya. Amma çox asandır. Sadəcə düşünmək lazımdır dərindən... İnsan beyninin qeyri-adi bir qabiliyyəti var. Möhtəşəm gücü var. Çox düşünərək, təfəkkürünü genişlədərək özünü zənginləşdirə bilər vicdani yöndən. İnsan beyninin hüdudu yoxdur. Yəni çox güclü inkişaf etmək yönü var.  Çox düşünərsən, o zaman vicdanla qəlbin istəyi toqquşar bir-biri ilə. Vicdan insanın mənfəətlərini əlindən alan kimi görünər. Qəlbin istəyi də insana mənfəət verən kimi. Kim qəlb istəyinin ardınca gedər, davamlı sürünər. Cəmiyyətdə insanların bəlalara düşməsi həmişə qəlb istəyəni etməkdən qaynaqlanır. Vicdanla hərəkət edəndə çox şey itirəcəklərini düşünürlər. Amma əksi olur. Ürəyin istəyəni edərsən, qazandığını zənn etdiyin anda çox şey itərərsən əslində. “Bu mənim çevrəmdir, bu mənim mənfəətlərimdir, insanlar haqqımda nə düşünər” ölçüsü ilə hərəkət edən bir insanın vicdanına təslim olmaq gücü çox zəif olar. İnsanların ona “Sadəlövhsən, səndən istifadə edirlər” dediyi məqama qədər köməksevər olar. Yaxınlarının ona “Səndən başqa adam yoxdur? Qoy başqaları etsin” dediyi məqama qədər qərarlı olar. Yoldaşlarının ona “Qəti ehtiyac yoxdur” dediyi məqama qədər məsuliyyət duyğusu ilə hərəkət edər. Yəni əxlaqı da vicdana görə deyil, cəmiyyətin dəyərlərinə görə formalaşar. 

 

Vicdanının səsini dinlə... 

Unutmayaq ki, hər birimiz vicdan adlı doğruluq rəhbərinə sahibik. Elə isə içimizdəki doğruları hayqıran bu səsə qarşı əsla etinasızlıq etməyək. Əgər biz vicdanın səsini  qulaqardına vursaq bir müddət sonra həvəslərimizin, istəklərimizin əsiri olacağıq. Bu tamamilə öz seçimimiz olduğuna görə heç kimi günahlandıra bilməyəcəyik. Ancaq bizə qalan peşmançılıq olacaq. Hər kəs bilər peşmançılığın necə canyandıran bir duyğu olduğunu. Bu duyğunun təməlindəki şey vicdanı eşitməməkdir. Bəzən insan yanlış seçimindən uzaqlaşana qədər bu peşmançılıq onu rahat buraxmır, mənəvi əzaba çevrilir. Doğrular bəzən bizə çətin görünsə də, vicdanımızın bizə doğrunu söylədiyinə əsla laqeydlik etməyək. Əgər biz vicdanlı olsaq, Allah sonsuz vicdan sahibi olaraq vicdanımıza təslim olaraq etdiyimiz zərrə qədər yaxşılığın qarşılığını- sonsuz rahatlıq, xoşbəxtlik, hüzur duyğusunu bizə verər.

 

Səslərin sayı: 4
21
3986
loading...
Şərhlər
Offline
Pərvanə
Vidansiz insnalar coxlib...

Çox təsüflər olsunki çoxalıb.
18 fevral 2015 10:42
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Leyla_
SUKUR Allaha hele vicdansiz iw gormemisem qurban olum Allahima hekcim vicdasniz iw gormesin sonra ezabi cox pis olar
17 fevral 2015 15:33
Offline
H.M
Xeber ucun tewekkurler.
16 fevral 2015 22:22
Offline
Xanim_Xatun
Vidansiz insnalar coxlib...
27 yanvar 2015 09:22
Offline
S.S.E.
Əgər biz vicdanlı olsaq, Allah
sonsuz vicdan sahibi olaraq
vicdanımıza təslim olaraq etdiyimiz
zərrə qədər yaxşılığın qarşılığını-
sonsuz rahatlıq, xoşbəxtlik, hüzur
duyğusunu bizə verər.
7 yanvar 2015 16:35
Offline
Zuleyxa Aliyeva
Vicdan hissi çox adamda yoxdur.
23 dekabr 2014 15:00
Offline
Aysel İ.
Vicdan hissi təəsüf olsun ki, hər adamda yoxdur.
11 noyabr 2014 11:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
S.S.E.
Əgər biz vicdanlı olsaq, Allah
sonsuz vicdan sahibi olaraq
vicdanımıza təslim olaraq etdiyimiz
zərrə qədər yaxşılığın qarşılığını-
sonsuz rahatlıq, xoşbəxtlik, hüzur
duyğusunu bizə verər.
13 sentyabr 2014 14:29
Offline
ZEHRAM
Xeberinize gore tesekkurler
1 may 2014 17:19
Offline
AFET
Yazi ucun cox sagolun.
1 may 2014 08:48
Offline
Jalə Məmmədli
Vicdan hamida olmur
30 aprel 2014 21:57
Offline
Şəri Babayeva
Əgər biz vicdanlı olsaq, Allah sonsuz vicdan sahibi olaraq vicdanımıza təslim olaraq etdiyimiz zərrə qədər yaxşılığın qarşılığını- sonsuz rahatlıq, xoşbəxtlik, hüzur duyğusunu bizə verər. good Maraqla oxudum təşəkkür edirəm give_ros
30 aprel 2014 19:49
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
GulenaY
Cox gozel movzudur,coxunda olmayan bir movzudur.Ele bu saytin girishinde de bir neche vicdan tapmisham axtaran olsa mene ismaric yaza biler!!!
30 aprel 2014 19:45
Offline
Seninle Bir Omur
Hər kəs vicdanın səsini dinləyə bilsə belkə həyat belə acımasız olmaz.Xəbərə görə təşəkkürlər give_ros
30 aprel 2014 19:37
Offline
Qəribə
Kaş ki hər atdığımız addımımızın sonunu əvvəlcədən düşünmüş olardıq.Xəbərə görə təşəkkürlər.
Xəbərə görə təşəkkürlər. give_ros
30 aprel 2014 18:48
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Gulum
Her bir isan da az da olsa nəfs deyilen bir hiss vardır Sadece kimisi bu nefsin esirine cevrile bilir kimisi ise daxilindeki zengin meneviyyat ve dürüst vicdan hesabına bu nəfsi def ederek icinde bogmağı bacarır Mene ele gelir ki buna görə düzgün tərbiyyə əxlaq vacibdir Hec kim deye bilmez ki onun heyatında kaş ki bunu etmezdim deyimi olmayıb Ğnemlisi odur ki əger her hansı ferq etmez cox ve ya az nefs ucbatından atdığı bir sehf addımı başa düşüb ayaq saxlamaqdır nefse DUR demeyi bacarmaqdır Əgər nefsə DUR demeyi bacarırıqsa ele bu özü insancun Allahdan gələn mükafatdır
30 aprel 2014 18:33
Offline
Gulnarə
Mene cox maraqlidir, siz de yuzarida qeyd etmisiniz yazinizda, o bawqlarinin haqqini yeyen, bawqsinin haqqini tapdalayan insanlarin hecmi vicdani sizildamir? goresen onlar hecmi vicdan ezabi cekmirler?

Axi nece yeni, bele bir wey mumkundurmu?Ya elelerinde vicdan deyilen bir hiss umumiyyetle olmur, ya da olsa da, zaman-zaman etdikleri emellerin tesiri neticesinde vicdanlarini itirib qelbsiz,ruhsuz bir zavallilara cevrilirler....
Vicdan muhakimesi...Cox aqrili olur...en boyuk muhakime de ele insanin oz-ozune etdiyi muhakimedir ki, sonda sehvlerini gorub de bundan netice cixararaq bir de o yolla getmir....tebii sohbet az-cox vicdani olanlardan gedir....
30 aprel 2014 18:25
Offline
Ruhəngiz
Ancaq bizə qalan peşmançılıq olacaq. Hər kəs bilər peşmançılığın necə canyandıran bir duyğu olduğunu. Bu duyğunun təməlindəki şey vicdanı eşitməməkdir.
Kaş ki hər atdığımız addımımızın sonunu əvvəlcədən düşünmüş olardıq.Xəbərə görə təşəkkürlər.
30 aprel 2014 17:32
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ceylan Mumoğlu
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
30 aprel 2014 15:51
Offline
AFƏR
"Her kes biler pesmanciligin nece can yandiran bir duygu oldugunu.Bu duygunun temelindeki sey vicdani esitmemekdir".Cox gozel yazidi baci ellerin derd gormesin . give_ros
30 aprel 2014 14:56
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış