Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Maraq zəkası - yaradıcı zəkanız

Maraq zəkası - yaradıcı zəkanız

Uşaqlar ibtidai sinfə  getməyə başlayarkən özlərini analarının qucağından elə indicə ayrılıbmış kimi hiss edirlər. Onlar üçün bu, yeni bir aləm olur. Onlar yeni insanlar görür və onlarda yeni maraqlar yaranır. Ətraf mühitə öyrənməyə çalışarkən iki şeyi unudurlar: təbii olmağı və marağı. Onlar zamanla hisslərini gizlətməyə başlayır və bəzi şeyləri yaxşı, bəzilərini isə pis qiymətləndirməyə başlayırlar. Hər şeyə ad qoymağı öyrədən təhsil sistemi hisslərii ifadə etməyi, onların adlarını öyrətmir. 
Marağın ilk səbəbi olan cinsi yetişkənlik barədə məlumatlandırılmaq, danışmaq cəmiyyətimiz tərəfindən ayıb kimi qəbul edilir və bu mövzulardan bacardıqca qaçmağa çalışırıq Bu barədə danışmamaq üçün uşaqların maraqları başqa şeylərə yönləndirilir. Qətiyyən belə etmək olmaz. Maraq qatili olmaqdansa, zamanında uşaqları məlumatlandırmaq və öyrətmək lazımdır ki, həyatda hər şeyə hazır olsunlar. 
Maraq zəkası - yaradıcı zəkanız 
Maraq zəkası yalnız dünyada olanlara qarşı deyil ,daxili dünyamızda olanlarla da maraqlanan, daim araşdıran, özünü tanımağa çalışan bir zəka növüdür. O, "Mən"in (eqo) zəkasıdır. 
Mən zəkası hər bir kəsin kimliyini büruzə verir. Maraq insan ruhunun təbii qabiliyyətidir. Mənimizi gizlətdiyimiz qədər maraq zəkamızı da gizlədirik və özümüzü mənimizin divarları içində dustaq edirik. Maraq zəkası insanın özünü və mövcudluğunun səbəbini axtarmasıdır. 
Özünü tanımaq duyğularımızı tanımaqdan irəli gəlir. Duyğularını tanımadığı üçün bioloji yaş olaraq səksən yaşında öldüyü halda əslində on yaşında ölmüş neçə insan vardır. Duyğularımızı gizlətdiyimiz, onlara yad olduğumuz zaman həyatda inkişaf etmək əvəzinə geri qayıda bilər və sadəcə var olarıq.
Maraq zəkası - yaradıcı zəkanız 
Özünü tanıma - dünyanın ən çətin, amma mükafatı həyat qədər böyük və dərin olan səfərdir. Bu səfərin yol göstəriciləri duyğularımızdır. Uşaq olarkən duyğularımızı dolu-dolu hiss edib, dürüstlüklə ifadə edirdik. Böyüdükcə onları itirdik. İndi onları yenidən kəşf etmə zamanıdır və bu dəfə şüurlu kəşflər etməliyik. 
Duyğuların necə ifadə olunduğunu  bilmədiyimiz üçün onları səhv başa düşüb səhv anlayarıq. Bu da həyatımızda qarışıqlıq və acı olaraq təzahür edər. Duyğuların dilini başa düşüb onları irəliyə apardıqda ani və əsəbi qərarlar vermərik. 
Duyğularımızın dilini öyrənmədən, duyğularımızın zəkasına hörmət etməyi bilmədən inkişaf və yetkinləşmək imkansızdır! 
Fərdi inkişaf səfəri duyğularımızı tanıma səfəridir. Məqsədi adamın özünü reallaşdırmasıdır.
Səslərin sayı: 4
16
2307
loading...
Şərhlər
Offline
leman
ÇOx maraqlı yazıdır hər şey dəqiq ifadə olunub,məncə biz uşaqları dinləyib onların ən yaxın dostu olmalıyıq..anam həmişə məni sonacan dinləyib indi başa düşürəmki o necə səbrli olub.
22 may 2014 11:17
Offline
איסון ממדוב.
AFET , give_ros
gozel eliyeva, give_ros
3 may 2014 23:51
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Deniz N-va
Menim ureyimnen kecenleri sen yaziya tokmusen canimmmm
3 may 2014 23:46
Offline
AFET
Fikirlerin coxusuyla raziyam.
3 may 2014 15:36
Offline
איסון ממדוב.
Agat_♥, give_ros
..., give_ros
Sonay Quluzade, give_ros
Ruhəngiz, give_ros
NiCaT_NiLuFeR, give_ros
2 may 2014 18:13
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
♥NiLuFeR♥
Maraqlı xəbərdi,təşəkkürlər mələyim give_ros air_kiss
2 may 2014 11:46
Offline
Ruhəngiz
Maraq zəkası yalnız dünyada olanlara qarşı deyil ,daxili dünyamızda olanlarla da maraqlanan, daim araşdıran, özünü tanımağa çalışan bir zəka növüdür.
İnsan özünü dərk edən gündən hər bir hadisəni özü üçün təhlil edir,öz şəxsi qərarını verir.Bu yolda düzgün qərar da çıxara bilər,yanıla da bilər.Əsas odur ki,qəlbdə ALLAH sevgisi olsun.ALLAH bizləri hər zaman düzgün qərarlar verməyimizdə yardımçımız olsun Amin.
Aysun canım bacım,maraqlı xəbərə görə təşəkkür edirəm.
kaş ki uşaq qalardım ,heç nəyi anlamayan,öz aləmini yaşayan uşaq

Bacı mən də nə zamansa elə düşünürdüm.Amma uşaq olsaq da yenə böyüyəcəkdik. girl_ang
2 may 2014 10:43
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Sonay Quluzade
Uşaq vaxtı imkan olmayıb, duyduqlarımı ifadə edim. Bir-iki dəfə dedim , gülənlər oldu deyə sonralar heç kimə heç nə demədim, amma analizimdən də qalmadım. Lap adi əşya olsun, ona hamı baxdığı kimi baxmıram, fərqli baxıram və özüm-özümə niyə belə baxdığımı analiz edir, hərdən yoldaşımla bölüşürəm, gah razılaşır, gah hiss edirəm ki, yola verir. Ona görə anamdan bir az incikəm, gərək mənim daxili aləmimin açılmasına kömək edəydi. Çox güman ki, mənim qapalı olmağımın səbəbi budur. İndi çalışıram ki, uşaqlarımda buna yol verməyim. Böyük nəsə deyəndə dodağım qaçır, o dəqiqə "Mama, niyə gülürsən ey" deyir, deyirəm "Heç, Eşqin, yadıma bir şey düşdü, sən danış" biggrin
Çox sağ ol, Aysun, əla xəbərdir.
2 may 2014 09:38
Offline
Qəribə
Nə gözəl xəbərdi bacı,lap özümü uşaqlığımdan indiki halıma qədər təhlil etdim,böyüdükcə insan məsumiyyətini də itirir,kaş ki uşaq qalardım ,heç nəyi anlamayan,öz aləmini yaşayan uşaq
2 may 2014 02:58
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
Belə başa düşdüm ki, bu xəbər Agat xanımın qalib istifadəçimizə hədiyyə xəbəridir , eləmi?

Dəsti xəttimi gördünüz ona görə ki mən redaktə etmişəm, əlim dəyib xəbərə cool Amma hədiyyə silsiləsinə aid deyildi bu xəbər.
1 may 2014 23:55
imza: Pozitiv olun!
Offline
איסון ממדוב.
hesenova tacire, Əla gününz olsun inşallah.
Onur Huseyn, wink
Ibrahimova Gulya♥S♥,Kaşki can bacim kaşki.
Ceylan Mumoğlu,
Xeyr Ceylan xanim men o sorquda istirak ede bilmedim o saatlarda isde idim bu xeberi saqolsun Xeyalə xanim tərcümə etməyimçin vermişdi.
Aylin Memmedova, give_ros
1 may 2014 23:48
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Seninle Bir Omur
Özünü tanıma - dünyanın ən çətin, amma mükafatı həyat qədər böyük və dərin olan səfərdir. Bu səfərin yol göstəriciləri duyğularımızdır. Uşaq olarkən duyğularımızı dolu-dolu hiss edib, dürüstlüklə ifadə edirdik. Böyüdükcə onları itirdik. İndi onları yenidən kəşf etmə zamanıdır və bu dəfə şüurlu kəşflər etməliyik.
Bu fikirle tam raziyam tesekkurler
1 may 2014 23:35
Offline
Ceylan Mumoğlu
Tam olaraq mənim marağıma tuş gələn xəbərlər silsiləsindən.
Belə başa düşdüm ki, bu xəbər Agat xanımın qalib istifadəçimizə hədiyyə xəbəridir , eləmi? smile
1 may 2014 23:14
Offline
Ibrahimova Gulya♥S♥
Özünü tanıma - dünyanın ən çətin, amma mükafatı həyat qədər böyük və dərin olan səfərdir. Bu səfərin yol göstəriciləri duyğularımızdır. Uşaq olarkən duyğularımızı dolu-dolu hiss edib, dürüstlüklə ifadə edirdik. Böyüdükcə onları itirdik. İndi onları yenidən kəşf etmə zamanıdır və bu dəfə şüurlu kəşflər etməliyik.

 
Nə gözəl xəbərdi bacı,lap özümü uşaqlığımdan indiki halıma qədər təhlil etdim,böyüdükcə insan məsumiyyətini də itirir,kaş ki uşaq qalardım ,heç nəyi anlamayan,öz aləmini yaşayan uşaq
1 may 2014 23:14
Offline
Onur Huseyn
Uşaq olarkən duyğularımızı dolu-dolu hiss edib, dürüstlüklə ifadə edirdik. Böyüdükcə onları itirdik bu fikirle tam raziyam
1 may 2014 23:13
Offline
hesenova tacire
Əl`adiki bu lap
1 may 2014 23:04
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )