Konserv məhsulları rahat istifadəsi, müxtəlif çeşid və dadı ilə istehlekçıları cəlb etsə də, saxlanılma qaydalarına düzgün riayət olunmadıqda zəhərlənməyə və sağlamlığımıza zərər vuran başqa problemlərə səbəb olur. Bu baxımdan, keyfiyyətsiz konserv məhsulları daha təhlükəlidir. Belə ki, konserv məhsullarına olan əlavələr orqanizmi tədricən zəhərləyir.
Tələbə Sənubər Ağayevanın sözlərinə görə, gündəlik qida rasionunda konserv məhsulları əsas yer tutur: "Tələbə üçün konserv məhsulları uzun-uzadı yemək hazırlamaqdan daha əlverişlidir. Düzdür, konserv məhsullarından zəhərləndiyim, həzm prosesində problemlərlə rastlaşdığım hallar da olub. Lakin məhsulu aldıqda istifadəyə yararlılıq müddətinə fikir verdikdə ciddi problemlərlə rastlaşmırsan".
Terapevt Rahib Həmidovun dediyinə görə, konserv məhsullarından çox istifadə və gündəlik qida məhsulları arasında konservlərə üstünlük verilməsi bədənin vitaminsizləşməsinə gətirib çıxarır: "Xüsusilə də, ət və balıq konservlərin tərkibi duz və zərərli maddələrlə zəngindir. Bu cür konserv məhsulları təzə ət və balığı əvəz edə bilməz. Belə ki, bu qidalar "ölü" qida sayılır. Tərəvəz konservlərini isə salatların hazırlanmasında istifadə etmək olar".
Konserv qabının şişməsi və deformasiyaya uğraması tərkibində təhlükəli mikrobların olduğunu göstərir. Konserv qablarının şişməsi mikrobioloji, kimyəvi və fiziki olur. Konservdə mikroorqanizmlərin inkişafı nəticəsində mikrobioloji şişmə əmələ gəlir. Bu əsasən məhsulun sterilizə rejimində problem, avadanlıqların və ya qablaşdırmanın aşağı keyfiyyətli olması zamanı baş verir. Fiziki şişmə isə məhsulun qaba artıq yığılmasıdan, donmasından və ya qabın əzilməsindən baş verə bilər. Konservi açarkən iyləmək, görünüşünə fikir vermək lazımdır. Əgər görünüşü sizdə şübhə doğurursa və konservdən kəskin, xoşagəlməz iy gəlirsə, belə məhsul xarab ola bilər.
Konserv məhsulları şəffaf olmayan qaba yerləşdirildiyindən onun keyfiyyəti barədə fikir söyləmək çətin olur. Ona görə də qabın özünü nəzərdən keçirmək lazımdır. Qab əzik, paslı, ləkəli və zədəli olmamalıdır. Qabda belə əlamətlərin olması onun tərkibinə mikrobların daxil olmasını göstərir. Belə konserv məhsulundan zəhərlənmək olar.
Konservin keyfiyyətini onu istifadə edərkən də bilmək olur. Konservin qapağını açanda möhkəm səs gəlirsə, deməli düzgün hazırlanmayıb. Konservin tərkibinin bir hissəsini çıxarıb qabın divarlarına nəzər salın. Qabın divarlarında ləkələr varsa, onu yeməkdən çəkinin. Demək, belə konserv artıq korlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, keyfiyyətsiz balıq konservləri insan orqanizmi üçün təhlükəlidir. Bu məhsulların konservlərini alarkən onların qablaşdırılmasına, markalanmasına, satış şəraitinə və bəzi amillərə diqqət yetirmək vacibdir. Metal bankalara yan tərəfdən, yaxud qapağın üstündən litoqrafiya üsulu və ya su aparmayan rənglə məhsulun istehsal, son istifadə tarixi həkk olunur. Eyni zamanda qablaşdırmanın üzərinə yapışdırılan kağız etiketdə istehsalçının adı, ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatlar əksini tapmalıdır.
Ət konservlərinin qapağının üzərində mütləq qabarıq şəkildə döymə üsulu ilə onun istehsal və son istifadə müddətini bildirən yazılar olmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq müddətinin göstərilməməsi həmin konservlərin keyfiyyətinə ciddi şübhələr yaradır. Şüşə bankalar isə çat və köpüksüz olmalıdır. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Qabın markalanması tam, dəqiq, doğru olmalıdır.
XƏBƏR LENTİ
Dünya bu anı gözləyir!
Valideynlər üçün testlər
Təmizlik şirkətlərinə niyə inam yoxdur?
Hava haqqında
Saçların ağarmasına qarşı maska
2021-ci ilin büdcəsindən işğaldan azad edilən ərazilərə nə qədər vəsait ayrılacaq? - RƏSMİ
Orhan Gencebayın vəziyyəti ağırlaşdı
Eyeliner çəkilmə qaydası
Azərbaycanda iş sahiblərinə isti hava xəbərdarlığı
Hərbçilərimiz müharibəyə hazırdır?
Hava haqqında
Qışın son ayı necə başlayacaq?
2016-cı ilin rəngləri
Azərbaycanda daha bir qadağa ləğv olundu
Qiymətlər dəyişdi - Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Beynəlxalq təşkilat Rusiyanı hərbi cinayətdə günahlandırdı
Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu
Qriplə mübarizənin 5 yolu
Geyimlərinizi xilas edəcək tövsiyələr
Eviniz həmişə işıqlı olsun
Hava haqqında
6 min gənc "Azərbaycan" yazdı
Azərbaycanda benzinin qiymətində dəyişiklik gözlənilirmi?
Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə qalacaqlar - QƏRAR+VİDEO
Necati Şaşmazdan Amerikada evlilik xəbərlərinə AÇIQLAMA
Həmyerlimiz Hollandiyada erməni idmançının çənəsini oynatdı
Təkrarlanan öskürək xəstəlik xəbərçisidir
Hollivud ulduzu İçərişəhərdə
Azərbaycanda vulkanların aktivləşməsi zəlzələdən xəbər verir?
İlin ən bahalı aktrisası oldu-FOTO
Körpə fabriki: burada sifarişlə uşaq doğacaqlar
Bilsəydim kaş...
Hava haqqında
Kliçko Yanukoviçlə razılığa gəldi
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
ABŞ-da ilin ən gözlənilən hadisəsi
Məktəbli olmağın qiyməti neçəyədir?
"Google" əlavə reallıq displeyi yaradacaq
Bir insan da sənin göz yaşlarına layiq deyil
Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi
Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
Məktəblilər üçün şad xəbər
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
Məşhur aparıcı “Fox TV”dən getdi
Rejissorlarmızın filmləri beynəlxalq kinofestivalda iştirak edəcək
“Qalatasaray” yeni mövsüm formalarını satışa çıxardı - VİDEO
Uğur Pektaşa gözlənilməz QADAДћA- FOTO
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Şirələr və kompotlar
Hadı Rəcəbli: Ünvanlı sosial yardım qoyunla verilsin
- ŞƏRHLƏR