Darıxmışam
Ana, sənin qara dönmüş,
Tellərinçün darıxmışam.
Yollarımdan daş, kəsəyi
Yığışdıra-yığışdıra qırış tapmış
Əllərinçün darıxmışam.
Dünya boyda bir qayğını,
Bir sinəyə cəmləşdirən,
Ürəyinçün darıxmışam.
Mənim həyat kitabımın varaqların
Nurlandıra-nurlandıra
nurdan düşmüş
Gözlərinçün darıxmışam.
Bir addımı səhv atanda,
Ya sözünə baxmayanda,
Məni şuluq eləməkdən çəkindirən,
Məzəmmətli sözlərinçün darıxmışam.
Qulağımda cingildəyən nəsihətin,
Dönə-dönə söylədiyin,
Əzbərlənib yaddaşıma
Həkk olunmuş nəsihətin,
Diləyinçün darıxmışam.
İlk gəlinlik yadigarın
Ələyinlə ələdiyin,
Mənim qoğal payımı da
Onunla bir bişirdiyin
İsti təndir çörəyinçün darıxmışam.
Hər biri bir günüm olan
Tellərinçün darıxmışam.
Əllərinçün darıxmışam...
Bircə kəlmə sözün üçün darıxmışam,
Ana, Vallah, mən tək sənin özün üçün
Darıxmışam.
Körpənəm
Ana, istəyirəm mən də bir qədəm
Boy atam, böyüyəm sənin dünyanda.
Yox, yox sənin üçün böyüyə bilməm,
Saçlarım ağarsa, yaşa dolsam da,
Sənin aləmində hələ körpəyəm-
Mən neçə körpəyə ata olsam da.
Gərək insanlığı səndən öyrənəm,
Yoxsa ki, bu ömür tez gedər bada.
Nə qədər həyat var-sən varsan, varam.
Qayğısız, duyğusuz körpə balanam.
De, mənə laylanı, bir bax, gör, mənəm.
Sənin aləmində dəcəl körpənəm.
Müəllif: Xəlil Mirzə.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Nusr-Et"in dəyəri 1 milyard dollara çata bilər
Müəllimə hər gün Kürü üzərək dərsə tələsir-Neftçalada
"Spice Girls"sevənlərə ŞAD XƏBƏR
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
Ən pis dizayn nümunələri
Edis də 21 günlük əsgərlik çəkdi
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam oldu!
AİB Azərbaycanda bəzi körpülərin yenidən qurulmasına 45 milyon dollar ayrılmasını bəyənib
Azərbaycanda boşananlarla bağlı ŞOK STATİSTİKA
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Ukraynada savaş başa çatır
Ətirli şamlar xərçəng yaradır
Avqust ayı üçün bayram və tarixi günlər
Şagirdlərdə ürək qüsurlu xəstəlik aşkar edildi
Arxeoloqlar Nizami Gəncəviyə hədiyyə edilmiş kəndi aşkarladılar
Xəz palto və papaqlar
Paltarların ömrünü qısaldan xətalar
BVF son proqnozu açıqlayıb
Xələf Xələfov: "Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində mübahisəli yatağın olması məsələsindən danışmaq yersizdir"
Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb
"Gilas mövsümü"nün baş qəhrəmanları evlənir-FOTO
Bakıda güclü şimal küləyi əsəcək
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ + VİDEO
"Heydər zirvəsi"nə yürüş başa çatıb
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
"Quba alması"na müştəri tapılmır
İrəvan İŞİD-lə üz-üzə
Günün ulduz falı
1 sentlik pul 2 milyon dollara satıldı
Roma papası Azərbaycana gələcək
Bu gün Mətbuat Günüdür
Günün qoroskopu: həllini tələb edən məsələlər çoxdur
Hava haqqında
Dünyanı bürüyən nəhəng şəbəkə
Yığcam, lakin möhtəşəm ağac evi (FOTO-lar)
Dırnaq yemək vərdişindən necə xilas olmalı?
DəmirBank “Məktəbli Bazarlığı” yeni güzəştli kredit aksiyasına başlayıb
Mətbəxdə yeni ideyalar
Qlobal istilУ™şmУ™nin yeni tУ™hdidi: Karbon
İspanaqlı toyuq (foto resept)
Nikah sərvət və xoşbəxtlik gətirir
Günün ulduz falı
Son 15 ilin ən aşağı tempraturlau iyun ayı
Qar yağacaq
Eviniz tikilsin
Günün qoroskopu:Gərgin gündür!
Günün ramazan təqvimi (9 iyul)
HAVA necə olacaq?- 2 APREL
E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-2
Quru saçları nəmləndirən maska
- ŞƏRHLƏR