Beşik körpə üçün çox vacib əşyadır. İlk beşiklərin yaranışı da demək olar, uzun minilliklər bundan əvvələ gedib çıxır. İlk beşiklər 15-ci yüzillikdə taxtadan yaradılıb və üzərinə döşək salınaraq körpə üçün rahat yatağa çevrilib. Zaman ötdükcə belə beşiklərin yellənməsi ağır olduğu üçün tavandan möhkəm iplərlə döşək asılmağa başladı. Həm rahat yellənməsi, həm də uzun müddətli yellənməsi analar üçün ideal çıxış yolu oldu. Günümüzdə beşiklər daha da rahat istifadə üçün dizayn edilir. Artıq istənilən uşaq mağazasından istənilən boyda və ölçüdə, özü yellənən, körpə musiqisi oxuyan modern beşiklər əldə etmək mümkündür.
Yellənən beşiklərin, yaxud ayaqda yellədilmənin körpəyə bir ziyanı yoxdur fikrini türk həkimlər qəbul etmirlər. Onlar hesab edirlər ki, körpənin ayaqda yellədilməsi körpədə hətta beyin qanamasına səbəb ola bilər. Körpə valideynlərinə səslənən türk nevroloq Kaya Aksoya görə, uşaqların ayaqda yellədilməsi "uşaq yelləmə sindromu" yaradır ki, bu da körpə üçün çox təhlükəlidir. Yelləmə uşaq beyin zərlərinin yırtılmasına, baş sümükləri arasında, yaxud beyinin sonuncu zərində yerləşən toplam damarların yırtılmasına səbəb olur ki, bu da uşaqda beyin qanamasına şərait yaradır. Həkim bu fikirdədir ki, uşaq yatana kimi yellənməməli, özü yatmalıdır. Ağlasa belə onu beşikdə, yaxud ayaqda yelləmək qəti qadağandır.
Bu günə kimi məhz yellənmədən beyin qanaması keçirən uşağın olmasına rast gəlinməsə də, bu ehtimalın tamamən mümkünsüz olmasını da demək olmaz. Pediatr Zemfira Yunisova da uşağın ayaqda yellədilməsinə qarşıdır, lakin o, bunu beyin qanaması ilə əlaqələndirmir. Pediatr bu fikirdədir ki, uşaq yuxuya gedənə qədər öz yatağında olmalı və sakit uzanmalıdır. Bu formada yata bilməyən uşaqlar isə qucaqda sarsıdılmadan gəzdirilməli, yuxuya gedən kimi dərhal yerinə aparılmalıdır: "Əvvəla uşaq beşikdə, yaxud ayaqda elə də möhkəm yellədilmir ki, bu, uşaq beynində qanamaya, yaxud hər hansı bir problemə şərait yaratsın. İkincisi, uşaq yatırmağın da qaydası var, üstəlik, körpə yeni doğulubsa, onun yatma formasına xüsusən diqqət yetirmək lazımdır. Körpə mütləq yellədilərək yuxuya getməz. Valideyn bu fikirdədir ki, körpəni hökmən yellətmək lazımdır. Bir müddət sonra körpə yellənməyə vərdiş edir və yellənmədikdə ağlayır. İlk gündən necə və nəyə öyrəşirsə, sonrakı günlər də bu formada davam edir. Xüsusən körpə qucaqda daşınmamalıdır. Ana qoxusuna öyrəşən körpəni yatağında yuxuya vermək çətin məsələdir. Təmiz hava, çox da yumşaq olmayan pediatrik döşək və əmzik körpənin daha rahat yatması üçün lazımlıdır. O ki qaldı körpənin beyninə qan sızmasına, körpələr möhkəm sarsılmamalı, yellədilməməlidir. Yüngül yelləmə ilə belə bir risk sıfırdır".
Pediatrın sözlərinə görə, ilk gündən uşaq nəyə vərdiş etsə, eləcə də davam edəcəyi üçün mümkün qədər uşağı qucağa və valideyn yatağına öyrətməmək lazımdır. Bəzən 4-5 yaşına çatmış uşaqların belə ayaqda yellədildiyinin, valideyn yatağında yatdığının şahidi olan həkim deyir ki, belə yatmaq uşaqlar üçün düzgün deyil:
"Körpə olmayan, ayağı yer tutan uşaqların ayaqda yellədilməsi artıq ərköyünlük göstəricisidir. Uşaqların valideyn yatağında yatması isə qətiyyən yolverilməzdir. Əvvəla körpəyə çox asanlıqla mikrob keçə bilər. İkincisi, əgər körpədirsə valideynin çevrilməsi nəticəsində boğula, əzilə bilər. Uşaq üçün ən düzgün yataq öz yatağıdır. Buna xüsusən diqqət etmək lazımdır. Körpələrin daim eyni istiqamətdə yatmamasına, eləcə də yumşaq döşəklərdə yatmamasına diqqət etmək lazımdır. Yumşaq döşək uşaq onurğası üçün ziyandır. Daim eyni istiqamətdə yatmaq isə uşaqların başlarında yastılanma və vərdiş yaradar".
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlara kitab oxumağı sevdirmək üçün 7 qayda
Saçları canlandıran gil maskası
Çantadan 60 milyon il yaşı olan dəniz ulduzunun qalıqları tapılıb
Hərəkətin möcüzəvi gücü (2)
Bakıda yarış keçiriləcək
Ünvanlı dövlət sosial yardımı alanlara müjdə
Ben Robinsin əl işləri
Prezident İlham Əliyev: Azərbaycan və Koreya əlaqələri inkişaf üçün yaxşı potensiala malikdir
Bu il Azərbaycanda qış sərt keçəcək
"Gül çələngi" piroqu (foto resept)
Kiçik evlər üçün səliqəli dekorasiya nümunələri
Həftənin ilk iş günü yağış yağacaq
Tarixi-mədəni sərvətimiz - Xan Bağı
Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
Zövqlü brend çantalar
Gizli otaqlar
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Azərbaycanda ilk dəfə: yalnız kasıblar üçün
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Pendirli qatlama (foto resept)
200 manatla başladı indi milyonerdir-FOTO
Ballı tort (foto resept)
Hamiləlik proqramı
Həsən Həsənov dəfn olunur
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Zövqlü manikür nümunələri
Düşmənləri sevindirməmək üçün oxuyun
Dünyanın ən uzun pilləkənları
"Çarpışma" serialının FİNAL AÇIQLAMASI
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Dünyanın ən möhtəşəm su mənzərələri
Günün ən xoşbəxt anı
Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO
Manat möhkəmləndi
Kəmər modelləri
Aparıcı Mətanət yeni imicdə-FOTO
Şəkər xəstələri, günəşə diqqət!
Keçmişin 3 milyarderi
Saç uzadan banan maskası
Alcaqdaban ayaqqabılar
Ruzinizin artmasını istəyirsinizmi?
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İnci tək sözlər-2
Evinizdə kitab oxumaq üçün yer düzəldin
Android maşınlar üçün də proqram hazırlayır
Kəs və yapışdır-32
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb
Moskvadan Qərbə müharibə xəbərdarlığı
Ağ atlı şahzadə
Yay ayları üçün uzun paltarlar
- ŞƏRHLƏR