Qeysəriyyə kəsiyi əməliyyatının üstünlükləri və riskləri
Son illərdə qadınlar qeysəriyyə kəsiyi əməliyyatına daha çox üstünlük verirlər. Bəs qeysəriyyə kəsiyi əməliyyatı nədir, onun üstünlükləri və riski nədən ibarətdir?
Bununla bağlı, Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev AzərTAc-a müsahibəsində hamiləlik zamanı qadınların orqanizmində əlavə tələbatlara ehtiyac yarandığından daha həssas və tez təsirlənən olduqlarını deyib. Ancaq bu proses həm ana, həm də uşaq üçün böyük stress yaradır və bəzən xüsusi tibbi müdaxilə tələb olunur.
Professor bildirib ki, ilk baxışda qeysəriyyə kəsiyi əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir. Digər cərrahi müdaxilələrlə müqayisədə, o daha təhlükəsizdir. Təbii yolla doğuşdan fərqli olaraq daha rahat, tez və qabaqcadan düzgün proqnoz verilə bilən bir metoddur. Əməliyyat narkoz altında aparıldığı üçün, adətən ağrısız olur. Bu cəhətlər qeysəriyyə kəsiyi əməliyyatını hamilələr üçün daha cəlbedici edir.
Lakin daha dərindən araşdırdıqda, mühüm çatışmazlıqlar meydana çıxır ki, bu zaman qeysəriyyə kəsiyi əməliyyatının istifadəsini məhdudlaşdırmağa ehtiyac yaranır.
N.Quliyev deyib ki, qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Daha uzun müddət hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq, ağrılar davam edir və yeni doğulmuş, həmçinin digər uşaqlara qulluq etmədə çətinliklər yaradır.
Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə, ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır. Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır. Bunlardan əlavə, bu üsulda təbii yolla doğuşla müqayisədə maddi baxımdan xərclər daha çox olur.
Qeysəriyyə kəsiyi ilə dünyaya gəlmiş uşaqlarda, ümumiyyətlə, sancılar hələ başlamamış hallarda, daha çox tənəffüs və hərarətin tənzimlənməsi ilə bağlı problemlər meydana çıxır. Hətta uzun müddət davam edən və çətin doğuşlarla müqayisədə qeysəriyyə əməliyyatında bu risk mövcuddur. Bəzən yanlışlıqla uşağı skalpellə zədələmək olar.
Professor deyib ki, qeysəriyyə kəsiyi əməliyyatına qərar verməzdən əvvəl hər bir hamilə qadın həkimi ilə birgə bu əməliyyatın risk və üstünlüklərini ölçüb-biçməlidir. Normal doğuşda ana və uşaq daha az riskə məruz qaldıqları halda qeysəriyyə əməliyyatında bu riskin səviyyəsi daha yüksək ola bilər.
N.Quliyevin sözlərinə görə, təbii yolla doğuşu reallaşdırmaq üçün qadınlar öz sağlamlıqlarının qayğısına qalmalı, o cümlədən düzgün qidalanmalı, fiziki hərəkətlər etməli, stressdən, alkoqoldan və tütündən uzaq olmağa çalışmalı, əvvəlcədən xəstəxanaya və həkimə müraciət etməlidirlər. Dərman və tibbi müdaxiləni yalnız ehtiyac yarandıqda istifadə etməyi qabaqcadan müəyyənləşdirmək lazımdır, çünki adətən onlar doğuşun normal gedişini poza bilər.
Əgər hamilə qadın bütün bu məsləhətlərə riayət edirsə və buna baxmayaraq ana və uşağın həyatı üçün ciddi problem yaranırsa, təhlükəsizlik baxımından yalnız o zaman qeysəriyyə kəsiyi əməliyyatına ehtiyac yaranır.
N.Quliyev diqqətə çatdırıb ki, anada və döldə heç bir patologiya yoxdursa, təbii yolla normal doğuşa üstünlük vermək məsləhətdir.
Səhiyyə Nazirliyinin baş pediatrı bildirib ki, qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulmuş uşaqlar daha çox patologiyalarla qarşılaşırlar. Əməliyyat ilə doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması hallarına rast gəlinir. Bu körpələr allergik xəstəliklərə daha çox meylli olurlar.
Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir. Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Əslində isə qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda üstünlük verilməlidir. Professorun fikrincə, bu kimi hallar baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu bir əməliyyatdır və bunun da riskləri və fəsadları var.
Ölkəmizdə başqa sahələrlə yanaşı, səhiyyənin inkişafını da daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2013-cü il 25 noyabr tarixli Fərmanına əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
XƏBƏR LENTİ
Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq
“Qarabağ”da şok itki
Liderlər və ağıl xəstəlikləri (2)
Adobe photoshop - İlk dərs
İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ərdoğandan Qarabağ şərti
Qoyun ili nə vəd edir?
Rəsmi Moskvadan Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi ilə bağlı AÇIQLAMA
500 metr hündürlükdə körpəni tək qoydu
Zamanın təsiri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Neftin qiyməti nə vaxt qalxacaq?
İmam sarığı tortu(foto resept)
TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
Sabahın hava proqnozu
Dünyaya sərt mesaj verdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Hadisə yeni FOTOsunu paylaşdı
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
UNO qatarı haqlamaq istədi
Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər
Diş qıcanmasının səbəbləri
Gəlin buketləri
Dəniz suyunun faydaları
MSK seçkinin ilkin nəticələrini açıqladı
HAVA necə olacaq?-12 yanvar
Erməlnilərin şərti: Sarkisyan getməlidir
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Ərdoğana cəza verildi
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
36 milyonluq fincan
Zəlzələdə 13 mindən çox adam yaralandı
Rus dili - РЎСЃ
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
Külək nə vaxta kimi davam edəcək?
Rezidenturada 24 plan yeri boş qaldı
"Kit-Kat"lı brauni (foto resept)
Qadınlar hansı ölkəyə bənzəyir?
İlham Əliyev Moskvaya getdi
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
WhatsApp niyə çökdü?
MƏHƏBBƏT HAQQINDA
Acı bibərlı pomidor sousu (foto resept)
Gündəlik normal qidalanma
Artıq ünvanlar daha tez və rahat tapılacaq
- ŞƏRHLƏR