Bakıda hava 13°
USD 1.7022 AZN
EUR 1.8242 AZN
12:44. Olmaya biler heyat bu !
37102

Ailədaxili rəqabət

Ailədaxili rəqabət

Ailədə bacı-qardaş arasındakı münaqişə əsrlər boyu davam edir və bu mübahisəni  həll etmək valideynlər üçün heç də asan olmur.  Bugünkü xəbərimizi psixoloq İrina Dimiunun təqdim etdiyi  nümunələr əsasında hazırlamışıq. Odur ki, hər bir ana üçün bu xəbərdə lazımi məlumat var.  

1. "Mənim  8 yaşlı oğlum və 6 yaşlı qızım var. Onlar hər gün xırda bir şeyin üstündə mübahisə edirlər. Artıq bu mübahisələrə səbr edəcək taqətim qalmayıb. Zəhmət olmasa, mənə çıxış yolu göstərin." Mariya Dinu (33 yaşlı ana).

Adətən bu növ mübahisələrin daim davam edəcəyi düşünülür, lakin heç də belə olmur. Müəyyən zaman çərçivəsində bütün sular durulur. Ana, adətən, bu vəziyətdə bir səhv edir. Səhvi qızını müdafiə etməkdir. Bilərək və ya bilməyərək qızını haqlı çıxarmağıdır. Bunu istəmədən də edə bilər. Məsələn, qardaş 8 yaş, bacı 6 yaşındadırsa, mübahisə zamanı ananın ilk cəhdi “Axı o səndən balacadır” və ya “Axı o qızdır, sən oğlan” kimi ifadələr işlətməyidir. Bu cümlələri dəfələrlə eşidən 6 yaşlı qız hər xırda səbəbə görə qardaşı ilə mübahisə etməyə hazır olar. Çünki bilir ki, anası hər dəfə onu müdafiə edəcəkdir.

Ailədaxili rəqabət

Əslində isə bu vəziyətdə ananın etməsi vacib olan çıxış yol tapmaq və mübahisənin hər iki tərəfə nə bəxş etdiyini izah etməkdir. Məsələn, televizorda gedən cizgi filmini bacı bəyənmirsə, qardaş bəyənirsə və məhz bu səbəbdən mübahisəyə başlayıblarsa, ananın etməsi gərəkən ilk cəhd onları yanına çağırıb soruşmaqdır. Əvvəlcə qızdan ” Sən bu cizgi filmini niyə sevmirsən?”-deyə soruşmalıdır. Sonra isə oğuldan “Bacın bu cizgi filminə baxmaq istəmədiyini deyəndə sən nə hiss edirsən?”-deyə soruşmalıdır və uşaqlarının verdiyi cavablara qarşı da diqqətli olmalıdır. Çıxış yolu isə elə seçilməlidir ki, hər iki  tərəf xoşbəxt olsun və heç bir tərəfi günahlandırmadan “Mən görürəm ki, hər ikiniz bu məsələyə görə üzülürsünüz” cümləsi ilə sözə  başlaya bilərsiniz. Qəti şəkildə unutmayın ki, şiddət çıxış yolu deyil. İzah edərək qarşılıqlı anlayış sayəsində bir çox problemin öhdəsindən gəlmək mümkündür. Eyni zamanda valideynlər uşaqlarının adədən nə üstündə mübahisə etdiklərini qabaqcadan təxmin edə bilərlər. Məhz bu yolla da mübahisə “səbəbkarını” gizlətməklə və ya ümumiyyətlə” yox” etməklə baş verəcək mübahisənin qarşısını əvvəlcədən ala bilərlər.

Ailədaxili rəqabət

2. "Mənim üç oğlum var. Böyük oğlanın 12, ortancılın 10, kiçiyin isə 7 yaşı var. Böyüklə ortancıl oğlum, adətən, birlikdə oynayırlar. Lakin kiçik kənarda qalır. O özünü tənha hiss edir. Qardaşları tərəfindən sevilmədiyini düşünür". Klaudiya Petraçe (40 yaşlı ana).

Bu hallar adətən üçuşaqlı ailələrdə rast gəlinən problemdir. Kiçik oğlunuzun özünü tənha hiss etməməsi üçün onun tərəf müqabili məhz siz olmalısınız. Daha yaxşı olar ki, hər üç uşağın birlikdə edə biləcəyi əyləncələr və ya oyunlar düşünəsiniz. Məsələn, düşərgəyə gedə və ya təbiət qoynunda bir neçə “kəşfiyyat” oyunları oynaya bilərsiniz. Birlikdə topla bağlı olan istənilən oyun (basketbol, voleybol, futbol və.s), stolüstü oyunlar, məntiqi oyunlar və s. oynaya bilərsiniz. Yetər ki, oyunlarda siz özünüz də iştirak edin. Zamanla sonbeşiyiniz də qardaşları tərəfindən “qəbul” ediləcəkdir. 

Ailədaxili rəqabət

3. "Mənim iki qızım var. Birinin 11 yaşı var. O, nisbətən dolu bədənlidir. Böyük qızımın isə 14 yaşı var. Kiçikdən fərqli olaraq incə olmaqla yanaşı həm də zövqlə geyinməyi sevəndir. Kiçik qızım böyük bacısına həsəd aparır. Halbuki, hər ikisi eyni yemək yeyir, eyni münasibət görür. Bilmirəm çıxış yolunu nədə axtarım." Laviniya.P. (37 yaşlı ana).

Bir valideyn iki fərqli xasiyyətə malik uşağa eyni cür davranmamalıdır. İlk olaraq buna nəzər yetirin. İstəkləri, zövqləri, arzuları fərqli olan iki uşağın hər ikisi ayrı bir şəxsiyyətdir. Kiçik övladınızın dolu bədən olduğundan başqa nə bilirsiniz? Onun şirniyyata olan meyli və ya sizin təqdim etdiyiniz yeməkdən əlavə çərəzlərə həvəsli olması barədə dəqiq öyrənin. İncə bədənli qızınızın zövqlə geyindiyini qeyd etdiyiniz üçün belə nəticəyə gəlmək olar ki, kiçik qızınız nəinki bədən quruluşuna görə, hətta geyim zövqünə görə də həsəd aparır. Demək, siz kiçik qızınıza yetərincə diqqət ayırmalısınız. Onun dolu bədənli qızların və xanımların çox gözəl insan ola biləcəyini, hətta misal olaraq bir neçə nümunə də göstərə bilərsiniz. Onun incə beli yoxdur, əvəzində səmimiyəti, sadəliyi və gözəl gülüşü var. Bunun kimi özünə inam və özünəsevgi hisslərini aşılamağa çalışın. Uşaqlar yaşından asılı olmayaraq bir şəxsiyyətdir. Şəxsi dünyası və marağı da fərqlidir. İlk növbədə ana olaraq onun dolu bədənli olmasını problem olaraq görməyin. Onu olduğu kimi sevin və ona özünəinam hissini aşılayın.

Tərcümə etdi: Xəyalə Murad

Səslərin sayı: 8
26
2840
Şərhlər
Offline
Hacət-i Vuslat
Bizdə də qızlar mübarizə aparır daim.
24 noyabr 2014 19:42
Offline
Xalidə Həsənzadə
Maraqlı idi...TƏŞƏKKÜR
6 noyabr 2014 16:15
Offline
♥NiLuFeR♥
Xəyalə təşəkkürlər xəbərə görə give_ros
28 aprel 2014 19:08
Offline
HUSNA
Bizimkiler butun gun dalasir,bezen cox hirslenirem onlara diablo
27 aprel 2014 02:03
Offline
Ruhəngiz
Maraqlı mövzuya görə təşəkkürlər,Xəyalə bacım.
Pərvanə bacımın fikrinə mən də qoşuluram.Uşaqlar arasında yaş fərqi çox olanda rəqabət olmur.Olsa da çox cüzi olur.Amma belə olan halda yenə də valideynlər buna əngəl olmalı,hər şeyi yaxşılıqla başa salaraq öz yoluna qoymalıdılar.
26 aprel 2014 17:38
Offline
Agat_Kris
İnşAllah yeni xəbərlər axtarışındayam. əlbəttə ki, yenə də Maldova dilində )))

Halaldı Vallah, mənim də öyrənəsim gəldie lap o dili give_hea
25 aprel 2014 20:09
imza: Pozitiv olun!
Offline
Xanim_Xatun
Bəli məktəbdə belə sağlam rəqabətin üstünlüyünü hiss etmək mümkündür.

Biz iki bacıyıq.Davalarımız çox olub.O mənimdi vermirəm sənə və s.Amma məktəbdə sağlam rəqabətdə idik.Bir sinifdə oxuyurduq.Riyaziyyatdan məsələləri bacım ayrı üsulla mən ayrı üsulla edirdik.Heç vaxt köçürmürdük.Bir dəfə bacımda səhv oldu məndə düz.Müəllimə dedki siz bir evdə qalmırsız?)))Çox müəllimlərdə inanmırdıkı biz bacıyıq.Sima baxımdan da bənzətmirdilər.Dərsdə bir-birimiz ötmək istəyirdik.İndi də eləyik.Rəqabətimiz sağlamdı.Bu sağlam rəqabət bizim ikimizədə böyük xeyri oldu.Hər ikimiz ali təhsilliyik.Düzdü bacımın naliyyətləri məndən daha çoxdu.Mən ailə qurdum uşaqlara başım qarışdı.Amma İndi bacıma baxıram niyə mən magistr dokrantura təhsilim yoxdu deyə pis oluram...
25 aprel 2014 15:37
Offline
Gulum
Əslində bu düşünüdürücü məqamdır. Allahs axlasın hər iki balanızı da. MaşAllah yekə uşaqlardı artıq. Hal-hazırda həmin fərqi hiss edirsiz?

Elbetde Xeyalecan feq demek olar ki onlar böyüdükce böyüyür Şükürler olsun indi evladlarım özlerinden önce biri-birilerini düşünürler
25 aprel 2014 12:03
Offline
Xəyalə Murad
Ailədaxili rəqabətin olmasının müsbət tərəfləri də var. Misalçun, bizim ailədə Alpay tək uşaq kimi böyüdüyü üçün rəqabətin nə olmasından xəbərsizdir. Gərək məktəbə getsin və orda artıq dostları ilə münasibətdə öyrənəcək. Sağlam rəqabət bilirsiz ki, inkişaf üçün kömək edir.

Bəli məktəbdə belə sağlam rəqabətin üstünlüyünü hiss etmək mümkündür. Lakin sağlam olmayan rəqabət hissi paxıllıq hissinin güclənməsinə səbəb olur. Orta məktəbdə, Universitetdə və hətta iş yerlərdində bu rəqabətə rast gəlmək mümkündür. Digərinin uğurunu heç cürə həzm edə bilməmək asan olmur. Amma sağlam rəqabətə meyilli olsa o digərinin uğurunu görüb paxıllıq deyil, öz üzərində daha çox çalışmaqla irəli gedə bilər. İndiki dövrdə ayaq altından quyu qazanların sayı çoxdur. Bu da sağlam olmayan rəqabətin nəticəsidir.
Rəfiqənə də, sənə də xəbər üçün təşəkkür edirəm, hörmətli redaktorumuz.

Siz sağolun Ceylan xanım. Bu mənim üçün bir yenilik oldu. Mütləq davam edəcəm.
25 aprel 2014 11:32
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
AFET
Iki oglum var butun gun qirillar bir-birin 1 ilin usaqlaridi qaliram aralarinda indi usaqdilar ayira bilirem goresen boyuyende nece olacaq.
25 aprel 2014 11:24
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
Əslində rəfiqəm sağolsun. O milliyətcə Maldovalıdı. öz ana dilidir deyə çox rahatlıqla mənə izah etdi. Sayəsində xəbəri hazırlayıb sizlərə təqdim etdim. İnşAllah yeni xəbərlər axtarışındayam.

Rəfiqənə də, sənə də xəbər üçün təşəkkür edirəm, hörmətli redaktorumuz.
Ailədaxili rəqabətin olmasının müsbət tərəfləri də var. Misalçun, bizim ailədə Alpay tək uşaq kimi böyüdüyü üçün rəqabətin nə olmasından xəbərsizdir. Gərək məktəbə getsin və orda artıq dostları ilə münasibətdə öyrənəcək. Sağlam rəqabət bilirsiz ki, inkişaf üçün kömək edir. smile
25 aprel 2014 11:04
Offline
Xəyalə Murad
MARAQLI XƏBƏRDİR.MƏNİM DƏ 2 ÖVLADIM VAR .İNANIN BİRİ BİRİLƏRİNİ AŞIRI DƏRƏCƏDƏ HƏM SEVİRLƏR HƏM DƏ DÜŞMƏNDİRLƏR.

Allah saxlasın smile

Uşaqlar arasındakı fərq-1 ildir və maraq dünyaları o qədər fərqlidirki,heç mübahisə etmirlər,yeganə dalaşdıqları şey varsa.o da budurki-ana məni çox sevirsən ya qaqaşı?-bəzən izah etməkdən yoruluramki-ikinizi də

Adətən belə suallara cavab olaraq izah yox onlara nümunə lazımdır. Gündəlik olaraq hər ikisinə də sevdiyinizi deyin və ya nə iləsə ikisini də sevindirin. Arxasınca da "ananız sizi çox sevir və buna görə buna icazə verir2 və s. deyə bilərsiz. Allah saxlasın hər ikisini də smile



BOYUK QIZIM KICIK BACISINI FURSET DUSEN KIMI AGLADIR,SONRA GEDIB OPUR.ONDA DA BALACA ONU VURUR.

Bəlkə sevgisini belə göstərir balaca bacısına?
Böyükcün her bir işi sen danışırsan amma kicik hec bir şeyin sene gelib catmagına imkan vermir yeni hazırlıq vaxtını müxtelif test kitabları filan Ve başa düşdüm ki bu mene bir siqnaldır ve onların her bir catışmayan cehetlerinde günagı hemişe özümde axtarmışam

Əslində bu düşünüdürücü məqamdır. Allahs axlasın hər iki balanızı da. MaşAllah yekə uşaqlardı artıq. Hal-hazırda həmin fərqi hiss edirsiz?


Çox böyük əziyyət şəkibsən bu xəbəri ərsəyə gətirmək üçün. Moldova dilindən hər adam tərcümə edə bilməzee

love love love Dəyməz Dəyməz. Əslində rəfiqəm sağolsun. O milliyətcə Maldovalıdı. öz ana dilidir deyə çox rahatlıqla mənə izah etdi. Sayəsində xəbəri hazırlayıb sizlərə təqdim etdim. İnşAllah yeni xəbərlər axtarışındayam. əlbəttə ki, yenə də Maldova dilində )))


toma676,
Allah saxlasın hər ikisini də.
ESNA,
Esna xanım mənim də uşaqlarımın arasında 4 yaş fərq var. Böyük uşaq həmişə balacasını sevdiyindən opur qucaqlayır. amma anlamır ki, o hələ balacadı. Əzilə bilər, ağrıda bilər. Yavaş -yavaş alışacaq böyük uşağın hərəkətinə. Onsuz da başqa çarəsi yoxdu biggrin Allah saxlasın balalarınızı

.Men ona deyendeki ola bilsin senin bacin ya qardashin olsun..ushaq sevindiynnen meni o qeder opduki onda cox kovreldim..Dedi mama haminin bacisida var qardashida.O gun menede qismet olacaq yani.Yani cox yaxshi normal qebul etdi..11 il aralarinda ferq var..

Allah saxlasın hər iki balanızı. Əslində ilk uşağı ikinciyə hazırlamaq lazımdır. siz də bunu etmisiz zamanında.


Ən vacibi odur ki, ananın sevgisinin əskikliyini hiss etməmələridi.Hər birinə eyni dərəcədə sevgi göstərmək lazımdı.
25 aprel 2014 10:49
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
toma676
Menimde qislarim bir biri ile yola getmir amma ne edim yenede yola vermeli men oluram.
24 aprel 2014 22:41
Offline
AFƏR
Menimde 2 ovladim var oglum 6 yasin icindedi,qizimsa 1 yasi var herden ele olurlar ki,mehriban ,qucaqlasib ,opushmeler ay allah dehset,sonra ise bir deqiqe kecir gorurem qiz ele qisqirir ki,oglanda ordan girl_cray ,sonra yene sakitciliy ,sonra yene.......ve belece heyat davam edir yavash yavash boyelirler girl_ang allahim butun balalari qurusun bizimkileride,mohtesem xeber ucun coooox sag olun.
24 aprel 2014 22:01
Offline
PƏRVANƏ ƏLİYEVA......
Bu gun shukur ediremki deyiremki ne yaxshi ushaqlarimin arasinda boyuk ferq varimish..Shukur Allahin meslehetine..Cunki adam eshidirde ordan burdan ushaqlar yola getmirler..Menim boyuk oqlum mene cox komey destey oldu balacami boyutmemde..Amma qisqancliq gormedim hec..Eksine ushaqlarim bir birine o qeder baqlidilarki boyuk adi derse gedende balaca onun arxasinca aqliyir..Ama bu gun qardashimin iki qizi var biri 3 yashin icindedi biride 7 ain icinde..Evde balacani qoruyurlarli boyuk onu vurmasin..Ushaq cox aqresivleshir..Birce mennen qorxur ushaqa yaxin getmir..Amma hemishe fikirleshirdimki boyuk oqlum tek boyuyub deye birden ikinci ushaqim olsa deli olar..Eksine men hamile olduqumuda ilk onnan bolushdum.Men ona deyendeki ola bilsin senin bacin ya qardashin olsun..ushaq sevindiynnen meni o qeder opduki onda cox kovreldim..Dedi mama haminin bacisida var qardashida.O gun menede qismet olacaq yani.Yani cox yaxshi normal qebul etdi..11 il aralarinda ferq var..Cox shukur Allahimnan cox raziyam..Allah butun ovladlari xetadan beladan pis nezerlerden qorusun..Aminnnnn.Xeyale bacim cox saqol gozel movzudu..Dastan yazdim lap..
24 aprel 2014 21:39
Offline
Gulum
Xeyale xanım teşekkürler xebere göre give_ros Bu cure hadiseler iki ve daha artıq olan ailelerin her birinde yaşana biler Artıq bele hadiseler menden uzaq olsada Uşaqlarımın kicik yaşlarında buna oxşar problemler men de yaşamışam unknown Oğlanlarım artıq 22-21 yaşlarındadılar girl_ten Onlar balaca olanda hemişe ele fikirleşirdim ki onları düzgün terbiyye edib boyudurem cünkü hec vaxt onlardan aəır bir şikayet eşitmirdim hercend ki balacam decel de olub smile Bir defe böyük oglumun ingilis dili müellimesi (onu da deyim ki cox savadlı müellime oldugu ücün böyuk oglumun hazırlıqları bitdikden sonra kiciyi de onun yanına gönderirdim )mene dedi ki iki evlad böyütmüsün düzdü terbiyyelerine ve savadlarına bir sözüm yoxdu amma tamam ferqli ferqli xasiyyetleri var pardon Böyükcün her bir işi sen danışırsan amma kicik hec bir şeyin sene gelib catmagına imkan vermir yeni hazırlıq vaxtını müxtelif test kitabları filan greetingVe başa düşdüm ki bu mene bir siqnaldır ve onların her bir catışmayan cehetlerinde günagı hemişe özümde axtarmışam elece de zaman-zaman düzeltmeye nail olmuşam girl_ang Amma qeyd edim ki uşaqlara etraf mühütün ve cemiyyetin de tesiri böyükdür ona göre de hemişə calışmaq lazımdır ki onları menfi tesirlerden uzaq tutaq Hamıya saglam düşünceli evlad arzulayıram
24 aprel 2014 20:39
Offline
qenire atasova
Allah saxlasin bu gozel balalari
24 aprel 2014 20:32
Offline
Zehra.
Maraqlı məlumatdı.
24 aprel 2014 20:15
Offline
Qəribə
Ailədə bacı-qardaş arasındakı münaqişə əsrlər boyu davam edir və bu mübahisəni həll etmək valideynlər üçün heç də asan olmur.
hər bir ana üçün bu xəbərdə lazımi məlumat var.

Deyerli meslehetler ucun tesekkur edirem. give_ros kiss
24 aprel 2014 19:42
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
QARA QIZ
ƏLA BİR MÖVZUDUR UŞAQLIQIM YADIMA DÜŞDÜ LAP
24 aprel 2014 19:30
imza: Allahım,məni sən qaldır ki,kimsələr yıxa bilməsin
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!