Gecə qapınız aralanır, balaca övladınız özünü sizin yatağınıza salıb "ana, səninlə yatmaq istəyirəm" deyir. Övladınızı öz otağına göndərmək istəsəniz də, o, qorxduğunu və ancaq sizinlə yata biləcəyini bildirir.
Yuxu uşaq həyatının önəmli bir hissəsidir. Uşaqlar yuxu zamanı inkişaf edir, beyinləri rahatlanır. Davamlı olan yuxu problemləri həm valideynləri, həm də uşaqları narahat etməklə yanaşı, onların səhhətinə də öz təsirini göstərir.
Mütəxəssislərin fikrincə, uşaqların rahat və qorxmadan yatması üçün yatmamışdan öncə uşağa güvən hissi aşılanmalıdır. Bu hiss isə ana və uşaq arasında qurulan müsbət əlaqə ilə təmin edilir. Çalışmaq lazımdır ki, yatmamışdan əvvəl ana ilə uşaq arasında mübahisə yaşanmasın, ana övladına çığırmasın və ya nəyisə qadağan etməsin. Xoş dillə, mehribanlıqla danışsın.
Psixoloq Aynur Əlibəyli deyir ki, uşaq fərqli səbəblərlə ana-ata ilə yatmaq istəyə, hətta bəzən uşaqla birlikdə yatmaq istəyən ana-atanın özü də ola bilər. Ana-atalar bəzən uşaqlarına daha yaxın ola bilmək, bəzən isə gün içində yetərli zaman ayıra bilmədiklərini düşündüklərindən uşaqlarıyla birlikdə yatmaq istəyə bilərlər. "İlk altı ay uşağınızın sizin otağınızda yatması, əmizdirmə ya da əmziklə bəslənmə ehtiyacı olduğu üçün təbiidir. Ancaq ən gec 6 aylığından sonra uşağın otağını ayırmaq, onun təkbaşına yatmağa alışması baxımından doğru bir addım hesab edilir".
Psixoloqun sözlərinə görə, birlikdə yatmaq istəyi erkən körpəlik dövrlərində də, məktəb yaşlarında olan uşaqlarda da müşahidə edilə bilər. Körpəlik dövründə başlayan birlikdə yatma istəyi valideyinlərə bağlı olsa da, məktəbyaşlı uşaqlarda uşağın narahat olduğu faktorlarla əlaqəlidir.
Birlikdə yatma davranışı uşağın şəxsiyyət inkişafına mənfi təsir etməklə yanaşı, ailənin də tarazlığını poza bilər. "Ana-atanın əlaqələrində problemlər ortaya çıxmasına, cinsi problemlərin yaranmasına səbəb ola bilər. Bu səbəbdən uşaqlarınızın sizinlə yatmaq istəyinin zamanında qarşısını almalısınız".
Ana-ata ilə uşağın birlikdə yatması ruhi inkişaf içindəki fərdiləşmə, özünə güvənmə, müstəqilləşmə mərhələlərinin sağlam olaraq ortaya çıxmasına mane olur. Valideynləri ilə yatan uşaqlar ailədən, anadan həddindən artıq asılı, etibarsız, müstəqil qərar alma və həyata keçirmə problemləri yaşayan problemli insanlar kimi yetişəcək. Bu səbəbdən valideyin çalışmalıdır ki, övladının yatağını hələ körpə ikən ayırsın. "Uşaqlar ana və atanın yanında yatmağı istədiklərində, valideynin bu vəziyyətdə həssaslaşmadan, vəziyyəti bir vərdişə çevirməmək üçün uşaqlarını xəbərdar etməsi, lazımlı şərhləri etmələri lazımdır. Bəlkə həftənin yalnız bir günü seçilərək, uşaqlarının bu istəkləri həyata keçirilə bilər. Məsələn, uşağınıza deyə bilərsiniz ki, mənimlə ancaq şənbə günləri yata bilərsən. Uşaq gecə oyanırsa, ata və ya ana onu yatağına almamalıdır. Uşaq valideynlərinin otağına gəlirsə, öz otağına aparılmalıdır. Bu, əsasən oğlan uşaqlarına aiddir. Çünki valideynləri ilə yatan oğlan uşaqları gələcək həyatda daha çox problemlə qarşılaşır. Qız uşaqlarına isə valideynlə yatmaq olar. Çünki qızlar elə bir az valideyndən asılı olsalar, daha yaxşı olar".
Uşağı təyin olunmuş yuxu saatında otağına gedib yatması üçün yatağına yatırtmaq, tək buraxmaq, yatması üçün məcbur etmək olmaz. Həmsöhbətimizə görə, bu məcburetmə zamanla qorxuya çevrilə bilər. Bunun əvəzinə yuxusu gəlməyən uşağı erkən saatlarda yatmağa məcbur etməmək, yatmadan əvvəl yanında oturaraq nağıl oxumaq və ya o gün olanları danışmaq, yatdığı otağın işığını və qapısını açıq buraxmaq, sevdiyi bir oyuncağı ilə yatmasına icazə vermək, əgər yataqdan kənarda yatmaq istəyirsə, yatdıqdan sonra yatağa qoymaq lazımdır. Bir çox ana körpənin ehtiyaclarını daha asan təmin etmək üçün uşağını özü ilə yatırır. Zamanla bu, körpədə vərdiş halını alır. Hər bir uşağın fərdi xüsusiyyətləri fərqli olduğundan yuxuya getmə, yatma prosesi də fərqli olur. Məsələn, hərəkətli uşaqlar enerjili olduqları üçün və çox zaman enerjiləri tükənmədiyi üçün tələb edilən zamanda yatmaqdan imtina edirlər.
Bəzi uşaqlar yatağında tək qalıb yuxuya gedə bilmədikıəri üçün valideynlərdən birinin onlarla yatmasını istərlər. Bəziləri də öz yatağında deyil, başqa bir otaqda yatmağı sevirlər. A.Əlibəylinin dediyinə görə, hər bir valideyn çalışmalıdır ki, övladı ilə birlikdə yatmaq vərdişinə son qoysun.
"Ana-atadan ayrı yatmaq böyük mənada fərdiləşməklə yanaşı, özünə güvən duyğusunun da inkişaf etdiyinin göstəricisidir. Bu mərhələlər ruhi inkişafın əhəmiyyətli addımlarıdır. Unutmamaq lazımdır ki, özünə inamı kafi olan adam cəmiyyətdə özünü kafi və balanslı hiss edəcək, əlaqələrində müvəffəqiyyətli olacaq, utancaq və çəkingən olmayacaq. Uşaqların gələcəkdə necə insan olmasını valideynlər formalaşdırır. Övladlarınızı sərbəst, ağıllı, özünü idarə edə biləcək vəziyyətdə görmək istəyirsinizsə, ilk öncə yataqdan başlayın, onları öz otaqlarında yatmağa həvəsləndirin".
XƏBƏR LENTİ
Kəndlilər kəndi satın aldılar
İspanaqlı qayğanaq (foto resept)
Unutmamalıyıq...
Məşhur modelin FOTOları Diqqət Çəkdi
Fahriye Evcen Şərtlərini Açıqladı
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım
Məhşurların uşaqlıq şəkilləri
Şəhzadə kababı (foto-resept)
Zəifləmiş saçlar üçün maska
Birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“WhatsApp”da yenilik!
Şokoladlı konfet blinilər(foto resept)
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Soyuq su içməyin zərərləri
Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək
Heyvanlar atasına oxşayır, yoxsa anasına?
Uşaqlar texnologiyadan necə istifadə etməlidirlər?
Niyə qocalmaq istəmirik...
Hıçqırıqdan xilas olmağın yolları
Günün qoroskopu: Qətiyyətli olun!
Qadınlar niyə hərbçi kişiləri bəyənirlər?
Bakı rəsmən imtina etdi
Dünyanın ən gözəl yerləri (2)
Gülməli ev heyvanları
Qışda sağlam hamiləlik keçirmək üçün...
Yeni doğulan qızı ilə ilk fotosunu paylaşdı
Saç boyanızı bəyənmədiniz?
Dünyanın ən eybəcər kişisi
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
Küncütdən konfet (foto resept)
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
İzləməli olduğunuz möhtəşəm filmlər
Payız peyzajları
Afrikada bir gün
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Uçan fantastik kitablar
Yuliya Naçalova 38 yaşında vəfat etdi-FOTO
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Bilirsinizmi?
DİM abituriyentlərə müraciət etdi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Ermənistanın hərbi rəhbərliyi eynəkli qadınları belə cəbhəyə göndərir - FOTOFAKT
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Bakıda çox ucuz bazarlar açılıb
Hande Erçeli məhkəməyə verdilər-SƏBƏB
"Eurovision" da bir ilk
İlham Əliyev Antalyada
- ŞƏRHLƏR