Bakıda hava 20°
USD AZN
EUR AZN

Ayın ən maraqlı xəbəri (Mart ayı)

      Həyat gözəldir, ancaq həyat öz gözəlliklərini bunu anlaya bilənlərə göstərir. Gün ərzində çoxlarımız işlərinin öhdəsindən gələ bilmək üçün bütün gücünü səfərbər edir. Günün sonunda isə gözəl bir yorğunluq hissi ilə dincəlməyə doğru addımlayır. Bizim məqsədimiz istifadəçilərimizi maarifləndirmək, dincəlmələri üçün əlimizdən gəldiyi qədər şərait yaratmaq və onları əyləndirməkdir. Necə deyərlər əylənərək öyrətmək. Bu dəfə isə sizinlə bir müsabiqə keçirmək qərarına gəldik.  Belə qərara gəldik ki, mart ayında saytımızda yayımlanan xəbərlərin içindən ən maraqlı olanını seçək. Bunun üçün də mart ayında reytinqi yüksək olmuş xəbərlər bu yarışmaya qatılacaq.

Siz də yarışa qatılmaq, qalib olmaq istəyirsinizmi? Onda nəyi gözləyirsiniz? Buyurun bu saytımız, bu da siz!

Etməli olduğunuz şey çox sadədir. Əvvəlcə gözəl, maarifləndirici və ya əyləndirici bir xəbər hazırlayın və onu saytımıza yerləşdirin. Əgər sizin xəbər də reytinq üzrə yüksək göstəricisi olan xəbərlər siyahısına daxil olsa, o zaman növbəti müsabiqələrdə siz də bu yarışda iştirak edə bilərsiniz.

Elədirsə, nəyi gözləyirik?! Hər kəs öz bacarığını göstərsin! Hər bir istifadəçi nəyə qadir olduğunu göstərərək bacarığını bir daha sübut etsin!

Beləliklə, TOP 10 xəbər 

Xəbər № -  "9 hərəkətlə arıqla!" , müəllif - Ayten Ismayilova

Ayın ən maraqlı xəbəri (Mart ayı)

Xəbər № - 2  "Zolaqlı badamdura (foto resept)" , müəllif - Ləman_

Ayın ən maraqlı xəbəri (Mart ayı)

Xəbər № - 3  "Gecə üçün ziyafət geyimləri" , müəllif - OzDuNyAm

Ayın ən maraqlı xəbəri (Mart ayı)

Xəbər № - 4  "2014-cü ilin ən yaxşı gün eynəkləri" , müəllif - Ulker.Agamali

Xəbər № - 5  "Yerkökü salatı (foto resept)" , müəllif - Aytac Mammedova

Ayın ən maraqlı xəbəri (Mart ayı)

Xəbər № -6   "Cinsi əlaqənin bilinməyən tərəfləri" , müəllif - Narın

Xəbər № - 7  "Əllərə necə qulluq etməli" , müəllif - NiCaT_NiLuFeR

Ayın ən maraqlı xəbəri (Mart ayı)

Xəbər № - 8  "Madam" tortu (foto resept)" , müəllif - MAYA EL

Ayın ən maraqlı xəbəri (Mart ayı)

Xəbər № - 9  "Evliliyi nələr öldürür?" , müəllif - AYSUN MEMMEDOVA

Ayın ən maraqlı xəbəri (Mart ayı)

Xəbər № - 10  "Dəri ağardıcı maskalar" , müəllif - Qizil Gul

 

Bu 10 xəbər mart ayında reytinq üzrə ilk onluqda yer alan xəbərlərdir. Xəbərləri baş redaktor müxtəlif kriteriyalara görə seçmişdir. Qeyd edim ki, yarışmamız iki mərhələdən ibarət olacaq. Bu ilk mərhələdir. Bu mərhələdə seçilən 3 xəbər ikinci mərhələyə keçəcək.

Qalibimizə nə hədiyyə ediləcək? Bunu ikinci mərhələdə öyrənərsiniz. girl_ten

Yaxşı, bəs o 3 nəfəri necə seçəcəyik? - Hər kəs bəyəndiyi xəbərin adını şərhlərdə qeyd edəcək. Şəxsən özüm səslərin sayını hesablayacağam və heç bir qayda pozuntusunun olmamasına da şəxsən özüm nəzarət edəcəm! diablo   Sizə düşən isə xəbərin adını və sizin üçün onu maraqlı edən cəhətləri qeyd etməkdir.

Qeyd: Unutmayın, ikinci mərhələyə yalnız və yalnız üç xəbər və onun müəllifi daxil ola biləcək. Biz bununla da kifayətlənməmişik! Hörmətli istifadəçilərimiz, bu müsabiqənin ikinci hissəsində siz özünüz də digər bir müsabiqəyə qatılacaqsınız. Müsabiqənin ikinci mərhələsi elan edilən andan etibarən həmin xəbərə şərh yazan hər bir kəs avtomatik olaraq yeni bir müsabiqəyə daxil ediləcək. Onun qaydaları nə olacaq? O necə bir müsabiqə olacaq və qalibə hədiyyə nə olacaq? Bax buna artıq müsabiqəmizin ikinci mərhələsində cavab tapacaqsınız. 

Səsvermə bu andan etibarən açıqdır və 22 aprel saat 00:00-dan etibarən verilən səslər artıq etibarsız olacaq. O zamana qədər çalışın səsinizi verin. Heç kəs özünə səs verə bilməz! Səs verərkən isə mən filankəsin filan xəbərinə səs verirəm - deyə yazmaq lazımdır. smile 

Nəyi gözləyirsiniz? Buyurun, səsverin. Bu 10 şəxsən birini və özünüzü qalib edin! Hər birinizə ayrılıqda uğurlar arzu edirəm!!! dance

22.04.2014, 00:00 -Nəticələr  

Səsvermə zamanı ümumilikdə 77 səs qeydə alındı! Göndərilmiş 77 səsdən 76 səsin etibarlı, 1 səsin isə etibarsız olduğu aşkarlandı. 

Etibarsız olma səbəbi isə həmin istifadəçi adın yarışma elan ediləndən sonra qeydiyyatdan keçməyidir. Bununla yanaşı eyni istifadəçi adı iki dəfə ardıcıl günlərdə açılıb. Buna görə də həmin səs etibarsız hesab edildi. İndi isə buyurun ikinci mərhələyə keçən müsabiqə iştirakçılarımızın adına nəzər salın.

1-ci yer: Ləman_ - "Zolaqlı badambura" xəbəri - 19 səs + 150 QN

2-ci yer: NiCaT_NiLuFeR - "Əllərə necə qulluq etməli" xəbəri - 16 səs + 150 QN

3-cü yer: AYSUN MEMMEDOVA - "Evliliyi nələr öldürür" xəbəri - 16 səs + 150 QN

Bu üçlükdə yer alan hər bir iştirakçı müsabiqəmizin ikinci mərhələsinə keçmək şansı və hər biri ayrı-ayrılıqda 150 QN hədiyyə olaraq qazandılar. Sizlərin hər birinizə ikinci mərhələdə uğurlar arzu edirəm!

İndi isə ümumilikdə bütün göstəricilərə nəzər salaq.

Xəbər № - 1 - "9 hərəkətlə arıqla!", müəllif - Ayten Ismayilova - 5 etibarlı, 0 etibarsız səs 

Xəbər № - 2 - "Zolaqlı badamdura, müəllif - Ləman_  - 19 etibarlı, 0 etibarsız səs 

Xəbər № - 3 -  "Gecə üçün ziyafət geyimləri", müəllif - OzDuNyAm - 2 etibarlı, 0 etibarsız səs

Xəbər № - 4 - "2014-cü ilin ən yaxşı gün eynəkləri", müəllif - Ulker.Agamali - 2 etibarlı, 0 etibarsız səs 

Xəbər № - 5 -  "Yerkökü salatı (foto resept)", müəllif - Aytac Mammedova  - 3 etibarlı, 0 etibarsız səs

Xəbər № - 6 - "Cinsi əlaqənin bilinməyən tərəfləri", müəllif - Narın - 3 etibarlı, 0 etibarsız səs

Xəbər № - 7 - "Əllərə necə qulluq etməli", müəllif - NiCaT_NiLuFeR - 16 etibarlı, 1 etibarsız səs

Xəbər № - 8 - "Madam" tortu (foto resept)", müəllif - MAYA EL - 7 etibarlı, 0 etibarsız səs

Xəbər № - 9 - "Evliliyi nələr öldürür?", müəllif - AYSUN MEMMEDOVA - 16 etibarlı, 0 etibarsız səs

Xəbər № - 10 - "Dəri ağardıcı maskalar", müəllif - Qizil Gul - 3 etibarlı, 0 etibarsız səs

Müsabiqənin 2-ci mərhələsi 

Hörmətli istifadəçilərimiz, bu andan etibarən müsabiqəmizin ikinci və final mərhələsi açıq elan edilir. Müsabiqənin ilkin mərhələsində qalib gələn 3 xəbər və onların sahibi  bu mərhələdə birincilik üçün mübarizə aparacaq. Yarışma  26 aprel 18:00-a qədər aktiv olacaq. Həmin andan etibarən isə verilən səslər artıq hesablanmayacaq. Bu dəfə müsabiqəmizdə bir sıra qaydalarımız olacaq. Buyurun qydalarla tanış olun. Qaydaları pozan şəxs müsabiqədən uzaqlaşdırılacaqdır.

- Müsabiqədə iştirak edən bu üç xəbərin sahibi səsvermə hüququna malik deyil.

- Heç kim şərhlərdə digər hər hansısa bir  istifadəçini səsverməyə təşviq etməməlidir.

- Müsabiqənin ikinci mərhələsi açıq elan edilən andan sonra saytımızda qeydiyyatdan keçənlərin səsləri qəbul edilməyəcəkdir.

- Müsabiqə barədə səlahiyyətli şəxslərə mesaj yazıb istənilən şeyi soruşmaq qəti qadağandır! 

Qalib olan şəxs idarə heyyəti tərəfindən 300 QN-lə mükafatlandırılacaqdır. Nəzərinizə çatdırım ki, bu ilk geniş miqyaslı müsabiqəmizdir. Növbəti müsabiqəmizdə hədiyyə tamamilə ayrı, eyni zamanda da Azərbaycan portallarında ilk və möhtəşəm bir mükafat olacaq. Ona görə də, ey iştirak etmək istəyənlər, tələsin və gözəl, keyfiyyətli xəbərlərinizi göndərin ki, müsabiqədə iştirak etmək və qalib olmaq haqqını qazanın. Və unutmayın ki, əgər Qadın.Net-lisinizsə, demək siz artıq Qalibsiniz!!! yahoo 

 

Lap əvvəldə qeyd etmişdim ki, səsverənlərin özü də müsabiqəyə qatılacaqdır. Demək,  25 aprel saat 13:00 - 16:00  aralıqlarında məhz elə bu xəbərin altında 3 sual yayımlanacaqdır. Bu 3 saat ərzində sualların hamısına düzgün cavab tapan şəxs qalib olacaq. Bu suallara isə hər kəs cavab yaza bilər. Əsas odur ki, doğru cavabı ilk yazan olasınız. Əgər 3 sualın 3-ünə də ilk və doğru cavab verən olsa, o qalib elan ediləcək və rəhbərlik tərəfindən 25 QN ilə mükafatlandırılacaqdır. 

Bundan əlavə qalibə sırf mən özüm tərəfindən 3 tərcümə edilmiş xəbər verəcəyəm ki, saytımıza yerləşdirsin. Heç bir əziyyət çəkmədən 3 xəbər qazanmaq şansınız var. Bilmək olmaz, bəlkə də elə bu xəbərlərin hansınınsa sayəsində növbəti aylardakı müsabiqəyə də avtomatik qatılılmış ola bilərsiniz. Ona görə də diqqətli olun və ən əsası da cəld olun ki, doğru cavabı ilk göndərən olasınız.

Mən sualların hər birinə bir xəbər uduş qoymuşam. Yəni  ilk olmaq şərtiylə 1 düzgün cavab tapana 1 xəbər, 2 düzgün cavab tapana 2 xəbər, 3 düzgün cavab tapana isə 3 xəbər verəcəyəm. Ancaq QN yalnız 3 sualın üçünə də düzgün cavab tapana veriləcəkdir.

Elə isə  buyurun səs verin, bu üç iştirakçıdan birini və eləcə də özünüzü qaliblərin qalibi edin!

Unutmayın, səsvermə 26 aprel 18:00-da sona çatacaqdır. Sualları isə 25 apreldə 13:00-dan 16:00-a qədər cavablandıra bilərsiniz.

Buyurun ikinci mərhələdə səsverməyə daxil olan xəbərlərdən birini seçib səsinizi verin.

Ləman_ - "Zolaqlı badambura" 
NiCaT_NiLuFeR - "Əllərə necə qulluq etməli" 
AYSUN MEMMEDOVA - "Evliliyi nələr öldürür" 

Hər birinizə uğurlar arzu edirəm! 

Suallar: 

1) O, fotokamera kimi işləməsi ilə məşhurdur. Onun işləmə mexanizmi belədir ki, işıq şüalarını sındıraraq əşyaları kiçiltmiş təsvir şəklində əks etdirir.  O nədir?

2) Orada günün uzunluğu cəmi 18 saatdır və ora çox soyuq bir yerdir. Ora haradır?

3)O, güzgü kimi şəffafdır. Vaxtilə yerin altında közərmiş və ərimiş maye halında idi. O nədir?

 

Bəzi səbəblərə görə suallar bir qədər gecikib. Ona görə də suallara 17:15-ə qədər cavab verə bilərsiniz. Sonda gəlib sualların cavabına baxıb doğru cavabı və onu deyən şəxsi elan edəcəyəm. Hər birinizə uğurlar!  

 

Nəticə: 

 

 Müsabiqəmiz artıq sona çatdı! Müsabiqədə iştirakınız üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm!  smile

Səsvermə zamanı ümumilikdə 49 səs qeydə alındı!   Qeydə alınan səslərin hər birinin etibarlı olduğu qərarlaşdırıldı vəəə qalibimiz Ləman xanımın "Zolaqlı badambura" oldu. Ləman xanımı öz adımdan və eləcə də saytımızın rəhbərliyi və üzvləri adından təbrik edirəm! 

Gəlin ümumi verilən səslərə nəzər salaq.

 

1. Ləman_ - "Zolaqlı badambura" - 21 səs

2. AYSUN MEMMEDOVA - "Evliliyi nələr öldürür"   - 20 səs
3. NiCaT_NiLuFeR - "Əllərə necə qulluq etməli" - 8 səs

 

Yeni və daha da maraqlı müsabiqələrdə görüşənə qədər. Hər birinizə uğurlar arzu edirəm və untmayın ki, əgər Qadın.net-lisinizsə, demək, siz artıq qalibsiniz və hər kəsdən bir addım öndəsiniz!  dance
 

Səslərin sayı: 21
511
9915
loading...
Şərhlər
Offline
Aysel İ.
Təbriklər))) Uğurlarınız bol olsun)
8 iyun 2014 11:08
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Asi
Ləman_ - "Zolaqlı badambura" give_ros
AYSUN MEMMEDOVA - "Evliliyi nələr öldürür" give_ros
NiCaT_NiLuFeR - "Əllərə necə qulluq etməli" give_ros

hamiya tebrikler kiss
26 may 2014 12:27
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Nigar
...ŞiRiN_QıZ...,
Cox sagolun xanim)))
16 may 2014 13:28
imza: Allahın cümləmizə yar olsun amin
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Tebrikler,Leman xanim.......,..
4 may 2014 13:34
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Nigar
Iceberg,
Cox sagolungive_ros
30 aprel 2014 18:49
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Iceberg
Təbrik edirəm, Ləman.
30 aprel 2014 12:55
imza: shafaabdulla.blogspot.com
Offline
Nigar
Aytac Mammedova,
Gozel bacim yalan demirem inan sen biwirdiklerin qeyri adidir men biwirinler sade 8 gundur men biwrirem yeyirler men yemirem wukr
29 aprel 2014 00:00
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Aytac Mammedova
Ləman_,
Bacışka yalandanda olsa təriflə,yenədə fəxirfi.Amma sən supersən,nəmişə belə ol amma özün yemə,sən bişir özgələri yesin air_kiss
28 aprel 2014 22:44
Offline
Nigar
Aytac Mammedova,
Cox sagol bacim Allah razi olsun
Yox o ne sozdur sen hazirladiqlarin lap superdir men sene catmaram sukani bele saxla
28 aprel 2014 19:26
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Aytac Mammedova
Ləmancım təbriklər gözəlim,qoy daim zirvələrdən gəlsin səsin.Sənin yanında da mənə biş düş düşməz da baş pover sənsən.Məndə səin bişirdiklərinə baxıb ağzımın suyun silərəm
28 aprel 2014 14:09
Offline
Nigar
Lemowum layiq oldugun yerdesen canim.tebrik edirem.

can bacim cox sagol kiss
Heç məni belə bir müsabiqə üçün təbrik eliyən yoxduee aaa küsəcəme sizdən aaa

can kusme ele sagol eslinde sene duwur eziyyet cekmisen cox sagollllllllllllllllllllllllll give_ros
27 aprel 2014 16:42
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Agat_Kris
Heç məni belə bir müsabiqə üçün təbrik eliyən yoxduee aaa küsəcəme sizdən aaa crazy
27 aprel 2014 15:23
imza: Pozitiv olun!
Offline
Aminim
Lemowum layiq oldugun yerdesen canim.tebrik edirem.
27 aprel 2014 15:19
imza: qadin.net
Offline
Nigar
ESNA,
Cox sagolun
Ruhəngiz,
Cox sagol gozel bacim amin inwAllah cumlemize Allah komey olsun amin
27 aprel 2014 15:17
imza: Allahın cümləmizə yar olsun amin
Offline
AFƏR
Mende tebrik edirem sizi LEMAN xanim give_ros
27 aprel 2014 14:26
Offline
Ruhəngiz
Ləmanım,canım bacım,səni səmimi qəlbdən təbrik edirəm.ALLAHDAN diləyim budur ki,həmişə zirvələrdə olasan,sevinəsən,xoşbəxt olasan Amin. give_ros
27 aprel 2014 13:04
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Nigar
Zeyneb-Esger,
Cox sagol bacim
27 aprel 2014 11:27
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Zeyneb-Esger
Məndə qalibi təbrik edirəm uğurlarınız,uğurlarımız cox olsun.Düzdür biz hamımız qalibik çünki biz QADIN NETLİYİK müsabiqe üçündə sağ olun
27 aprel 2014 11:21
Offline
Nigar
Gülbəniz,
Cox sagol gozel bacim
Xəyalə Murad,
InwAllah cox sagol Allah razi olsun
27 aprel 2014 10:51
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Xəyalə Murad
Təbriklərə mən də qoşuluram Nigar yorulmayasan və inşallah yeni-yeni resepptlərində bizləri sevindirəsən give_ros give_ros give_ros
27 aprel 2014 10:19
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış