Bakıda hava 19°
USD 1.7007 AZN
EUR 2.0368 AZN
19 sentyabr 22:18Xəyalə Murad Hər vaxtın xeyir) 19 sentyabr 21:58Iceberg Axşamınız xeyir))
37690

"Ayıb" mentaliteti bizi hara aparır?

"Ayıb" mentaliteti bizi hara aparır?

Bu yaxınlarda evdə ailəmizlə birlikdə yerli telekanalların birində seriala baxırdıq. Birdən kiçik oğlum heç gözləmədiyimiz halda “Ata, bu qızı zorlayıblar” dedi. Yoldaşımla bir-birimizin üzünə baxdıq. Təbii ki, deməyə sözümüz yox idi. Böyüklər də bizimlə bərabər olduğu üçün uşaqdan daha çox biz utandıq. Kanalı dəyişdik və bir daha bu seriala baxmadıq.

Lakin bir müddət keçdikdən sonra düzgün qərar vermədiyimizi anladım. Uşaqlara vaxtında bu cür hadisələr haqqında ətraflı məlumat verilməlidir. Çünki valideynlər uşaqları nə qədər qorumağa çalışsalar da, istər-istəməz onlarda qadağa qoyulmuş mövzulara daha çox maraq yaranır. Bunun üçün də övladlarımızı düzgün məlumatlandırmalıyıq. Yadıma orta məktəbdə oxuyanda sinfimizdə baş verən bir hadisə düşdü:

O zaman  “İnsan” dərsliyində uşağın doğulması ilə bağlı mövzu var idi. Mövzuya aid də müxtəlif şəkillər və s. Sinif yoldaşlarımız bu şəkilləri bir-birinə göstərir və pıçıldaşırdılar. Sinifdəki qızlar müəllimə şikayət etdilər. O da  hələ bizə tədris edilməmiş dərslikdəki mövzu ilə bağlı bütün vərəqləri cırdı. Həm də hamımızın dərsliyindən! O zaman bu hərəkəti bütün sinif qızları alqışladı. Çünki oğlanlar bu şəkillərə baxanda nədənsə biz özümüzü günahkar hesab edirdik! 

"Ayıb" mentaliteti bizi hara aparır?

İndi müasir zamanda, informasiya bolluğunda uşaqları qorumaq daha çətin və daha məsuliyyətlidir. Beyin hər gün yeni informasiyalar qəbul edir, amma onları analiz və sintez etməyə zaman yoxdur. Əgər nəzərə alsaq ki, bu beynin sahibi hələ ətraf aləmi o qədər də dərk eləmir, onda vəziyyət daha da mürəkkəbləşir. Düzdür, cinsi tərbiyə həm oğlan, həm də qız uşaqları üçün vacibdir. Amma mən istəyərdim ki, bu dəfə diqqəti kiçikyaşlı oğlan uşaqlarının üzərində cəmləşdirim.

Tərbiyə ilk öncə ailədən, daha sonra isə məktəbdən başlayır. Ailələrdəki uşaqların bəzən  yalnız oğlan olması müəyyən məsələlərə xüsusi yanaşma tələb edir. Belə ki, yalnız oğlan uşaqlarından ibarət olan ailədə oğlanlar özünü daha sərbəst hiss edir, hərəkətlərinə və sözlərinə sərhəd qoymurlar. İş bununla bitmir. Məktəb yaşına çatdıqda isə bu uşaqların sinif yoldaşları da yalnız oğlanlar olur. İlk olaraq problem özünü burada göstərir. Oğlanlardan ibarət bütöv bir sinif! Artıq sərbəstlik öz sərhədlərini tamamilə itirir. Çünki burada onların hərəkətlərini və sözlərini bir növ nizama salan “qurum” – qızlar yoxdur. Onlar bir-birinin yanında istədikləri kimi danışır, hərəkət edir, bir sözlə, utanmırlar. Bu cür oğlan uşaqları böyüdükcə əks cinsə deyil, öz həmcinsi ilə münasibət qurmağa başlayır. Bəzən valideynlər bununla o qədər də maraqlanmır, bəzən isə uşaqları cəzalandırmaqla kifayətlənirlər. 

"Ayıb" mentaliteti bizi hara aparır?

Təəssüf ki, oğlan uşaqları arasındakı bu cinsi istək, təkcə istək olaraq qalmır. Ən pisi isə budur ki, belə hadisələrdən əksər vaxtlarda heç kim xəbər tutmur.  Valideynlərdən qorxu, başqa uşaqların hədələri, şəkillərin və ya videoların yayılması və “ayıb” faktoru oğlanların öz həmyaşları tərəfindən cinsi istismara məruz qalmasına səbəb olur. Ən acınaqlısı isə odur ki, belə hadisələrin üstü açılanda hüquq-mühafizə orqanları işə qarışmır. Hadisələr gizlədilir. “Böyüklər” öz aralarında məsələni həll etməyə, mümkün qədər işi açıb-ağartmamağa çalışırlar. Lakin uşağı, onun aldığı və ala biləcəyi istər fiziki, istərsə də mənəvi zədələri düşünən olmur. Nəticədə bir uşaq, gələcəyimiz məhv olub gedir. 

Ona görə də uşaqlarla vaxtında “ayıb” dediyimiz söhbətləri etmək lazımdır. Bəlkə də mənimlə razılaşmayanlar da olacaq. Amma bir faktı da unutmayaq ki, söhbət bizim gələcəyimiz olan genimizin daşıyıcısı – kişilərdən gedir.

Səslərin sayı: 6
22
4006
Loading...
Şərhlər
Offline
Iceberg
Yaxwi ki oglum yoxdy ((
Deyerdim amma bes oglu olanlar ne etsin
10 aprel 2016 18:36
imza: shafaabdulla.blogspot.com
Offline
Deniz N-va
Ceylan Mumoğlu,
Heqiqeten dehsetdir Ceylan xanim ... give_ros
3 avqust 2014 17:41
Offline
Ellada Babayeva
Çox çətin zamanədə böyüyür uşaqlar.Qohum - qonşunun övladlarının hərəkətlərini,danışıqlarını görəndə təəccüblənirəm.Məndən çox bilirlər.Bir yaş dövrü var ki,uşağa başa salmaq lazımdı hər şeyi..2-3 yaşlı uşaq onsuz başa düşən deyil.
1 may 2014 01:21
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
AFET
Maraqli movzudur menimde iki oglum boyuyur cox cetindi mene bu haqda nese yazmaq.
25 aprel 2014 11:17
Offline
Aşk Meleği
Çünkü bura Azərbaycandır.. cool
23 aprel 2014 14:20
Offline
Hacət-i Vuslat
Maraqlı və aktual mövzudur. Düzdür. məqalədə çox geniş müzkirə tələb edən məqamlara toxunulub deyə, fikri bir yerə toplayıb bir istiqamətdə fikir bildirməyə çətinlik çıkirəm. Amma yenə də bəzi önəmli məsələləri qeyd etmək istəyirəm.
Bəlkə yenə də məni qınayanlıar tapılacaq ki, yenə başladı dinədn danışmağa - olsun. Bu danılmaz faktdir ki, bütün bəlaların başı məhz elə dindən uzaq düşməyimizdir. Qurana uyğun tərbiyəyə üstünlük verilən
ailələrdə məqalədəki problemlər baş vermir.(çox vaxt).
O zaman “İnsan” dərsliyində uşağın doğulması ilə bağlı mövzu var idi. Mövzuya aid də müxtəlif şəkillər və s. Sinif yoldaşlarımız bu şəkilləri bir-birinə göstərir və pıçıldaşırdılar. Sinifdəki qızlar müəllimə şikayət etdilər. O da hələ bizə tədris edilməmiş dərslikdəki mövzu ilə bağlı bütün vərəqləri cırdı. Həm də hamımızın dərsliyindən! O zaman bu hərəkəti bütün sinif qızları alqışladı. Çünki oğlanlar bu şəkillərə baxanda nədənsə biz özümüzü günahkar hesab edirdik!

Müasir "insan" özünü Allahdan ağıllı sayır. Allah buyurubsa ki, əks cinslər eyni ortamda olmamalıdır - deməli doğrusu da budur. Əksinə getməyin nəticəsi isə belə olur da - uşaqlar bir fəndən çolaq qaldılar. Hər zaman cinslərin ayrı təhsil almalalarının və işləmələrinin təərəfdarı olmuşam. Məqalədə bu deyilir:
Oğlanlardan ibarət bütöv bir sinif! Artıq sərbəstlik öz sərhədlərini tamamilə itirir. Çünki burada onların hərəkətlərini və sözlərini bir növ nizama salan “qurum” – qızlar yoxdur. Onlar bir-birinin yanında istədikləri kimi danışır, hərəkət edir, bir sözlə, utanmırlar. Bu cür oğlan uşaqları böyüdükcə əks cinsə deyil, öz həmcinsi ilə münasibət qurmağa başlayır.

Bu ona görə baş verir ki, yenə də - səhv tərbiyə, yəni Allahın qanunlarına uymadan.
Bu yaxınlarda evdə ailəmizlə birlikdə yerli telekanalların birində seriala baxırdıq. Birdən kiçik oğlum heç gözləmədiyimiz halda “Ata, bu qızı zorlayıblar” dedi. Yoldaşımla bir-birimizin üzünə baxdıq. Təbii ki, deməyə sözümüz yox idi. Böyüklər də bizimlə bərabər olduğu üçün uşaqdan daha çox biz utandıq. Kanalı dəyişdik və bir daha bu seriala baxmadıq.

Yenə də səhv yaşam tərzi -seriallara bu qədər baş qoşmaq ki, nalayiq mövzuları bütün ailə ortamında izləmək...
Ona görə də uşaqlarla vaxtında “ayıb” dediyimiz söhbətləri etmək lazımdır. Bəlkə də mənimlə razılaşmayanlar da olacaq. Amma bir faktı da unutmayaq ki, söhbət bizim gələcəyimiz olan genimizin daşıyıcısı – kişilərdən gedir.

bu isə yaralı yerimdir. recourse mən hələ də tam bilmirəm ki, artıq 10 yaşa keçmiş qıızıma belə ayıb" mövzularda necə danışmalıyam, həqiqətən də yardıma ehtiyacım var.
22 aprel 2014 18:31
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Realist
Ceylan Mumoğlu,
Mən də elə bir hal eşitmişəm. Gözümlə görməmişəm, ancaq eşitmişəm. Allah islah etsin, elə xəstə ruhlu insanları. İnanıram, belə insanların varlğına...
Mövzu çox gözəl mövzudur. Əla xatırlayıram, bizə də insan anatomiyası tədris olunarkən, həmin səhifələr təhrif olunmuşdu. Muəllim heç üstünü vurmaq əziyyətinə qatlanmamışdı. Çünki, çox gözəl bilirdi ki, o kitab bizlərə verilən gündən biz o səhifələri vərəqləmişik. Əlbəttə ki, müəllim o seçimi ilə doğru etməmişdi, ancaq bilirdi ki, o mövzuları bizə izah etmək istəsə, uğursuzluqla nəticələnəcək. Pıçıltılar və qəribə təbəssüm bürüyəcəkdi sinif əhlini... Tərəfdarıyam ki, valideyin hər şeyi zamanında, məkanında övladına izah etsin. Bir şərti üstün tutaraq: Valideyin-övlad pərdəsini qaldırmamaq şərtilə! Ana oğlunu tərbiyələndirmək vəzifəsini daşıyır. Ancaq bəzən bunun əksi ilə də qarşılaşırıq. Ananın maarifləndirmək qabiliyyəti aşağı səviyyədə, rəftarı da ki, pərdəni aradan qaldırırmaqda...Həmin oğlan uşağı tam sərbəst, hərəkətləri ziyanverici, qüsurlu...Buna görə də ana və ata son dərəcə ehtiyyatlı olmalıdır. Xüsusilə də qeyd etdiyiniz, eynicinsliliyə maraq və şəhvətin artığı cəmiyyətimizdə...Allah bizləri o uçurumdan qorusun. Allah böyüdüyümüz balaları hifz , yollarını şeytandan əfv eləsin. Amin!
Dəyərli və son dərəcədə gərəkli bir mövzu üçün təşəkkür edirəm. Sayğılarla!!!
22 aprel 2014 17:23
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
PƏRVANƏ ƏLİYEVA......
Ceylan Mumoğlu,Boyyyyy bunnan sonra daha neler eshideciyik biz?Shoka dushdume men..
Men ushaqlarin hec birini baxcaya vermedim..Cunki etibar etmedim..Indi ele zemanede yashiyiriqki Ceylan xanim o yazilanlara mektebdede kucedede her yerde rast gelmey olar.Gor ne zemaneye gelib cixmishiq ay Allah..
Bizim balaca kinoya baxiriqsa birden nese opushen bir sehne gorse o anda qiyamet qoparirki pis sheye baxirsiz gozlerini eli ile yumur..girir stolun altina cixmirki bashqa kanala getirin..Kanali deyishirik onnan sonra stolun altinnan cixir..Amma men boyuk oqluma ele sheyler varki basha salmisham..balacamda boyudukce bawa salacam..Gozel movzudu.Cox saqolun..
22 aprel 2014 16:56
Offline
leman
Çox maraqlı gəldi,mən sizinlə razıyam istər qız istərsə də oglan müəyyən bir yaş dövründə lazım olan məlumatı valıdeynləri tərəfindən almalıdır.Nəinki ona başqa cür başa salıb başqa istiqamətə yönəldə biləcək dost və ya tanışlardan.Oğlanı qızdan daha çox qorumaq lazım məncə,təşəkkürlər mövzuya görə
22 aprel 2014 11:00
Offline
GülnaR
Ceylan Mumoğlu,-nitqim qurudu,movzu üçün yazacagım şərhi də unutdum...mən baxçadan evə gələndə yol boyu soruşuramki bu gün nə etdiniz,nə yediniz,tualeə neçə dəfə getdiniz,paltarlarımı kim komək etdi geyinməyə...ola bilərmiki uşaq nəyisə gizlətsin məndən?
22 aprel 2014 10:36
Offline
Qəribə
Bes hemin baxcadaki usaqlar ne yaxsi gedib evde muellimenin neynediyini demirdiler?Maraqlidir.
cox saq olun.
22 aprel 2014 02:19
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ceylan Mumoğlu
Agat_♥,
Elə mən də oxuyanda şok olmuşdum recourse

Onur Huseyn,
Bes hemin baxcadaki usaqlar ne yaxsi gedib evde muellimenin neynediyini demirdiler?Maraqlidir.

Mən də sizi kimi, bilmirəm ki, uşaq ağlı ilə bəlkə elə biliblər bu cür də olmalıdır. Kiçik yaşlı uşaqlar olub yəqin. Bu cür xəstə psixologiya ilə olanlar məharətlə maslakanmağı bacarırlar. angry
22 aprel 2014 00:31
Offline
Onur Huseyn
Ceylan Mumoğlu .Bes hemin baxcadaki usaqlar ne yaxsi gedib evde muellimenin neynediyini demirdiler?Maraqlidir.
22 aprel 2014 00:22
Offline
aylin youlin
Cox gozel movzudu tewekkur smile
22 aprel 2014 00:05
Offline
Xema Agamirova
Oğlumu bağçaya qoymaq istəəyirəm artıq 4 yaşı var hələ də tərəddüd edirəm.baş verə biləcək bütün mənfi situatsiyalardan əlbətdəki heç kim sığortalanmayıb.biz övladlarımıza qarşı diqqətli olmalıyıq əlbətdəki lakin unutmayaq ki ətrafıızdakılara qarşı daha diqqətli olmalıyıq.hər bir halda allah haını qorusun amin
21 aprel 2014 23:47
Offline
איסון ממדוב.
Cox gozel monzudu cox saqolun.
21 aprel 2014 23:22
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Agat_Kris
Ceylan Mumoğlu,
Vaaaay şok oldum wassat
21 aprel 2014 23:21
imza: Pozitiv olun!
Offline
Ceylan Mumoğlu
Əvvəl saytımızda Ayten xanım psixoloq kimi çalışarken, bir istifadəçi yazmışdı psixoloq məsləhətxanası bölməmizə, kömək istəyirdi. Yazmışdı ki, uşaq bağçasında işləyirəm, özümlə bacara bilmirəm , kiçik oğlan uşaqlarının cinsi orqanları ilə oynayıram.
Ay bunu oxuyanda o qədər pis olmuşdum ki, dəhşət idi. Sonra psixoloq təbii ki. o xəstə psixologiyalı xanımı yönləndirdi müalicə üçün. Amma mənim ağlımda qaldı bu. Düşündüm ki, indiki zəmanədə heç nəyə etibar yoxdu. Uşağını bağçaya verirsən, səhər 8-dən axşam 5-6-ya qədər orda qalır. Hardan bilirsən başına nələr gəlir orda? Bu səbəbdən, əziz valideynlər övladlarınıza qarşı çox diqqətli olun, lütfən no
21 aprel 2014 23:17
Offline
Seninle Bir Omur
Çox gözəl mövzudur
21 aprel 2014 22:49
Offline
Nigar
Movzuya gore tewekkurler
21 aprel 2014 21:59
imza: Allahın cümləmizə yar olsun amin
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır