Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər.
Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
XƏBƏR LENTİ
Hava haqqında - 14.08.2013
Azərbaycanın qəhrəmanları
Bu körpəni görənlər gözlərinə inanmır
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Kinoteatrlarda Google Glass yasaqlandı
"Son zəng"in vaxtı məlum oldu
Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər
Seren Serengil də boşandı
Geyim nümunələri
Noyabrda 3 gün iş olmayacaq
"Miss Universe" iştirakçılarının milli kostyumları
“Amfibiya adam” koronavirusdan öldü
Qəlbini dinlə ümidlərinə sarıl
“Papanin”də metro tikilir
"Bavariya"dan yeni rekord
Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO
Tənbəl heyvanlar
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA
“Survivor”2020-in ən maraqlı kadrları-FOTO
Bu yerə gedən adamlar ölür-FOTO
Avro tarixi minimumu yeniləyib
Məşhur rəsmlər karantin dövründə çəkilsəydi...
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Soyadın sənədlərdə dəyişilməsi problemi
Pul sevgi hissini möhkəmləndirir?
Ailə qurmaq üçün ideal vaxt
Payızda virusun yayılması gözləniləndir - TƏBİB rəsmisi
WhatsApp-da problem yaranıb
Qapalı paltarlar
Körpələrdə soyuqdəymə
DİQQƏT! Bu ərazilərdə su olmayacaq
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Robert Prosineçki Bakıda!
Venesuelaya meteorit düşdü
Kosmosda tərəvəz yetişdiriləcək
Bu günün hava proqnozu
Demet Özdemir Bakıya gəlir
Buğda salatı (foto-resept)
2018-ci ilin ən yaxşı filmləri bəlli oldu
Dərinizə təbii gözəllik bəxş edin
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Britaniyanın varisi: anasının yanaqları, atasının saçları...
Maraqlı köynəklər
Dahi azərbaycanlının əziz xatirəsinə
Uçan təhlükə
Sabahın HAVAsı
Azərbaycan və Türkiyə arasında pasport rejimi ləğv edilir
ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib
Məşhur futbolçu bu gün evlənir
- ŞƏRHLƏR