Təsbeh insan diqqətini çəkən əşyalardan biridir. Hansı ki, bəzi insanlar üçün dini baxımdan müqəddəsdir, bəziləri üçün isə hədiyyə olaraq əvəzedilməzdir. İstənilən halda bu gün təsbehə maraq, belə demək mümkünsə, varla yox arasındadır. Nə çox tələbat var, nə də tamamilə imtina olunur.
Bu gün əksər suvenir dükanlarında təsbeh satılsa da, əl işi olan təsbeh tapmaq çətindir. Bu isə təsbeh ustalarının azlığı ilə əlaqəlidir. Pənah Kərimliisə yaşı az olmasına baxmayaraq, təsbehə maraq göstərir. Kompüter elmləri ixtisası üzrə təhsil alan həmsöhbətimizin maraqlı hobbisi var; təsbeh hazırlamaq. Deyir ki, gəncləri bu cür əl işlərinə yönləndirmək çox çətindir. Çünki xüsusən oğlan uşaqlarını saatlarla muncuq üzərində çalışdırmaq mümkün deyil. Təsbehə maraq və bunun üçün insan çalışmaq həvəsində olmalıdır: "Rayon yerində böyüdüyüm üçün yaşlı insanların yanında daha çox vaxt keçirmişəm. Babamla birlikdə axşamlar nərd oyununa yığılan yaşlı insanların əllərindəki təsbeh hər zaman diqqətimi çəkib. Baxmadan əldə fırladılan təsbehlərin formaları da fərqli və maraqlı olurdu. Babam da bu marağımı görüb mənə təsbehlərindən birini vermişdi, amma mən tezliklə təsbehin özümə məxsus olmasını istəyərək ipini dəyişmək qərarına gəldim. Təsbehin ipini kəsdim və onu yerinə yenidən əvvəlki kimi yığa bilmədim. Bundan sonra təsbehə marağım daha da artdı. Demək olar ki, hər gün dərsdən qayıtdıqdan sonra saatlarla təsbeh üstündə çalışırdım. Daha sonra babamın təsbeh ustası olan dostunun yanına getdim. Beləcə, təsbeh düzəltməyin sirlərini öyrəndim. İndi düzəltdiyim təsbehləri dost-tanışlara hədiyyə edirəm".
P.Kərimli deyir ki, təsbeh hazırlamaq üçün əl qabiliyyəti vacibdir. İncə hərəkətli olmaq, səbr və sevgiylə çalışmaq şərtdir. Təsbeh hazırlamaq fərqli bir hissdir. Məsələn, əhvalın pis olanda təsbeh alınmır. Ya əyri alınır, ya muncuqlar fərqli olur. Təsbehin özəlliyi də bundadır. Standart zavod istehsalı kimi təsbeh üçün xoş əhval lazımdır: "Təsbehin materialı müxtəlifdir. Taxtadan, daşlardan, fil dişindən, şüşədən, gümüşdən, hətta qızıldan hazırlanan təsbehlər var. Yəni təsbeh hazırlamaq üçün materialda sərhəd yoxdur" deyən müsahibimiz hesab edir ki, indi təsbeh sənəti ölmüş vəziyyətdədir. Çünki olduqca ucuz olan təsbehləri qoyub heç kim bahalı əl işi olan təsbehlərə maraq göstərmir. Təsbeh zövq işidir, odun parçasından gözəllik yaratmaq üsuludur.
İlk xristian təsbehləri 33 muncuqdan ibarət olub. Çünki o dövrdə Fələstin xristianları arasında bu rəqəm İsa Məsihin bu dünyada 33 il ömür sürməsini xatırlatdığından müqəddəs sayılırmış. Buddist ölkələrdə əl təsbehləri ilə yanaşı iri məbəd təsbehləri də mövcuddur. Onların ipinin uzunluğu 5 metr, taxtadan olan dənələrinin böyüklüyü isə dəvəquşu yumurtası boydadır. Onlardan yalnız xüsusi bayram və mərasimlərdə istifadə edilir. İslam ölkələrində isə təsbeh dini ibadət zamanı işlədilən əşyadır. İslam aləmində zikir əşyası da sayılır. Müsəlman təsbehləri 11, 33 və 99 muncuqdan ibarət olur və bu say Allahın doxsan doqquz adının rəmzi kimi qəbul edilir. Ümumiyyətlə isə müsəlmanlar arasında iki təsbeh növü yayılıb. Biri ənənəvi formaya malik olub, sapa düzülmüş muncuq halqadan, digəri isə yastı düzbucaqlı dənələrdən yığılmış, iki başlıqlı aşırma təsbehlərdən ibarətdir. İkincisi, əsasən, Qafqazda yaşayan dağ xalqlarının nümayəndələri arasında geniş yayılıb. Birinci növ təsbehlərdən dindarlar ibadətlərin icrasından sonra dua və zikrləri saymaq məqsədilə istifadə edirlər.
Təsbehlərin qiymətinə gəlincə, materialdan asılı olaraq qiymətlər də dəyişir. Ən ucuz təsbehi 60 qəpiyə, ən baha təsbehi isə materialına uyğun olaraq 800 manata qədər almaq mümkündür.
XƏBƏR LENTİ
“Jet sosyete” serialı final edir
Unlanaraq qızardılan balıq xərçəngə səbəb olur-ALİMDƏN ŞOK Rəy
Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Azərbaycanda hotellərin gəlirləri artıb
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Göbələkli zapekanka(foto resept)
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
Kişilərin 6 sirri
Bu gün Lavrov və Çavuşoğlu Rusiyada Qarabağ məsələsini müzakirə edəcəklər
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO
Viktoriya Bekhemin QANINDAN krem hazırlandı -Qiyməti 1500 dollar
Saç rezini modelləri
Komandan ön cəbhədə
Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
Tramp yenidən prezidentliyə namizəd oldu
Günün ulduz falı
55 yaşlı Treysi miqrenə belə qalib gəldi
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Ümidini ipotekaya bağlayanlar, xoş xəbər var!
Tanınmış obrazlar fərqli qələmdən
Müdhiş layihə - Kosmik internet!
Toppuş qızlar arasında gözəllik müsabiqəsi - FOTO
Obama: İŞİD qruplaşması məhv ediləcək
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
BÜRCLƏR bizə nə vəd edir?-1 Yanvar
Qlobal istiləşmə - Afrikada rekord istilər
İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər - VİDEO
Seda Sayanın geyimi DİQQƏT ÇƏKDİ-FOTO
Noyabr üçün dəbli kombinlər
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Bu maska ilə saçlarınız daha tez uzanacaq
Azərbaycan elminə ağır itki üz verdi
50 qəpik at, avtomobilini özün yu- BAKIDA
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Meyvələrə tələbat artıb
Aforizmlər
Neftimiz neçəyə satılır?
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
İnstaqramda Yenilik
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb
Burun qanaxmasının səbəbləri və müalicəsi
Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
Apple təbiət meneceri axtarır
“Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında
Nazik saçlara qulluq
190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Ece Erkenin sözləri məsxərəyə qoyuldu-FOTO
- ŞƏRHLƏR