Bu xəbərimdə sizlərə bəzilərimizin başına gələn və hələ də gəlməkdə olan reallıqlardan danışacağam. Bəlkə də bir çoxlarınızın avtobus səyahətində və ya ümumilikdə hansısa bir səyahətdə başınıza gələn belə maraqlı hallar olub. O zaman buyurub bizimlə paylaşa bilərsiniz.
Bəlalı Cəmil
Cəmil kimiləri oturduğunuz yerdən görən kimi "Aha, bəla gəlir" dedirdəcək tiplərdir. Gəlib yanınıza oturan kimi deyinməyə başlayar: "Mən əslində pəncərənin yanında oturmaq istəmişdim. Bu oturacaq arxaya getmir. Bu avtobusda oturacağın arxasında ekran yoxdur. Bu pərdəni çəkər bilərsən? Oturacaq çox narahatdır. Sürücü avtobusu çox pis sürür. Yollar da pisdir. Bu firmadan şikayət edəcəyəm" kimi deyinmələrin ardı-arası kəsilməz. İki yol var: ya meditasiyaya keçib dünyayla əlaqəni kəsmək, ya da "Allah bəndəsidir" deyib səbr etməkdənsə onu o ki var döymək. Allah göstərməsin, belə hallarla qarşılaşanlar bunun acısını yaxşı bilir. Allah səbr versin.
Xoruldayan Zakir
Zakir kasıbçılıq üzündən opera sənətçisi ola bilməmişdir, amma gizli bir qabiliyyəti var. Yuxuya getdiyi zaman bir xoruldayar, bir xoruldayar ki, nəinki qulaq pərdəsi, hətta beyniniz zərər görər. Əslində bu, avtobusda olan bütün sərnişinlər üçün bir əziyyətdir. Yəni siz tək deyilsiniz. Ancaq onun yanında oturduğunuz üçün bütün avtobusun "Allah səbr versin" duaları həmişə sizinlə olar. Hər səfərə gedəndə qulaqcıqla yola çıxmaqda fayda vardır.
Yola salınmayan Murad
Murad kimiləri kədərli olur, yola salanı olmasa da yenə bir ümidlə pəncərəyə baxıb təkliyinə ağlayar. Bütün həyatını sizə danışmağa başlayar və özünü elə aparar ki, guya siz onun 70 illik dostusunuz. Siz isə məcburən ona qulaq asıb azca təsəlli verirsiniz. Amma bir də görərsiniz ki, söhbət bitmək bilmir ki, bilmir, elə danışdıqca danışır. Yanında oturub qulaq asdığınıza, ağınızı açıb təsəlli etdiyinizə peşman olarsınız
Adamı zorla yedizdirən Seymur
Seymur əslində çox yaxşı adamdır. Mehribandır, hər kəsin sevimlisidir. Amma onunla səfərə çıxdıqda adama əziyyət verər. Yanında həmişə həyat yoldaşının, anasının hazırladığı yeməklər olar. Qabın içindən tortlar, kökələr, börəklər çıxar. Təbii ki, bunların hamısını təkbaşına yeyib qurtara bilməz. Yaxşı insan olduğu üçün yanındakına və ətrafında olan hər kəsə təklif edər. Səfər 10 saat çəkəcəksə, deməli, 10 saat boyunca oturduğun Seymurla birlikdə yemək yeyəcəksən. Yəqin ki, gedib çatana qədər 5 kq kökəlmiş olarsan. Mədəndə yanma, ağzında xəmir qoxusu... Avtobus səfəri dəhşət olar.
Baş bəlası ailə və baş bəlası yeganə uşaqları
Avtobus bileti əlinizdə oturmaq üçün yerinizi axtarırsınız. Yavaş addımlarla ağıllı birinin yanında oturacağınıza ümid edərək irəliləyirsiniz və bəxtiniz sizə surpriz edir. Şən ailə və təkbaşına oturan yeganə uşaqları Kamal sizi gözləyir. Artıq səfər bitənə qədər Kamalın sevimli böyük qardaşı olmaq məcburiyyətindəsiniz. Arxa oturacaqda oturan ana və atanın diqqəti isə yolboyu üzərinizdən əskik olmaz. Bunu başlarına gələnlər daha yaxşı bilər
Pis qoxu və avtobus
Pis qoxulu insan hər yerdə başa bəladır. Amma avtobus səfərindəki qoxulu insanla həmsöhbət olmaq kimi pis bir şey yoxdur. Hələ qış ayıdırsa, deməli bir fəlakətlə qarşılaşmısınız. Kondisioner işləməz, pəncərəni aça bilməzsiniz ki, soyuq olar. Hələ istilik sisteminin işləməsi qoxunu beş qat artırar. Bu qoxu burnunuzun ən dərin nöqtələrinə qədər nüfuz edər. Allah göstərməsin, hələ o ayaqlar ayaqqabıdan çıxarsa
Əli küt Şakir
Hörmətlə xatırladığımız böyük ustad Kamal Sunalın canlandırdığı “Əli küt Şakir” xarakterini sizə məsəl çəkə bilərəm. Bəlkə də bir çoxlarınız bu filmə baxmısınız və məzmununun nədən ibarət olduğunu bilirsiniz. Film xarakteri olmasına baxmayaraq, bu, kədərli bir həqiqətdir. Yəni belələri həyatda da var və yetəri saydadırlar. Avtobusda adamın yanında oturar, əvvəl üstünüzə çay tökər, sonra yatarkən başı boşluğa düşüb sizin başınıza dəyər, oturacağı endirərkən qırar və s. kimi bir çox fəlakətlər törədər. Avtobus qəza törədib özünüz rəhmətə gedənə qədər belələrindən xilas ola bilməzsiniz
XƏBƏR LENTİ
Gözəllik maskaları
56 yaşlı Səda Sayan FOTO paylaşdı
Bred Pitt Ancelinadan boşanma səbəbini İlk Dəfə AÇIQLADI
Türkiyəyə getmək istəyənlərin nəzərinə
Çağatay Serenay haqqında yeni iddialar-FOTO
Ermənistanı beş yerə bölürlər
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Çində son sutka ərzində COVID-19-a daha 8 yeni yoluxma aşkarlanıb
Hamı onları əkiz zənn edir, əslində isə..- FOTO
Girovlarla bağlı bəyanat
Romanı ayaqyalın fəth edən afrikalı
Prezident İlham Əliyevə DGB-in ən ali mükafatı "Qızıl Ordeni" təqdim edilib - FOTO
Şeyma Subaşı göz yaşlarına hakim ola bilmədi
Sarılıq xəstəliyinin xalq təbabəti ilə müalicəsi
Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsi dayandırıldı - RƏSMİ
Qadınları dəyərli edən 8 ortaq xüsusiyyəti
Qanaxmanı 10 saniyədə dayandıran üsul
Azərbaycanda peşə təhsili ilə bağlı strategiya hazırlanacaq
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
Dəbli kişi gödəkçələri
"Sevgidə şikəstlik" halı nədir?
Sobada qatıq souslu kartof (foto resept)
Ağ atlı şahzadə
"Ermənilər Azərbaycan torpaqlarından çıxmalıdır"
Pomidor və bolqar bibərli toyuq langeti (foto resept)
İnsultdan sonra musiqi sağaldır
Aforizmlər
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Samsung ucuz Galaxy J1 göstərdi
Qadin.Net - 2 Yaşın mübarək!
Uşağınız idmançıdırsa, nə yesin?
Əlfəcinlərim-1
Hava haqqında - 24.08.2013
Abituriyentlərin diqqətinə: 4 gün vaxtınız var
Simsiz şəbəkələrin təşkili, "Wi-Fi"
Gül kimi xəbər
Gəlinlər üçün boyunbağılar
Xaçapuri (foto resept)
2010 yaz-yay makiyaj və saç düzümləri
Millət vəkili: “Səfərbərliklə bağlı qanunvericiliyi dəyişməliyik”
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı QƏRAR
Biliyini yoxla (2)
Can Yaman Demet Özdemir haqqında danışdı
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Laçın şəhərinin görüntüləri - VİDEO
Azərbaycanda maskanın qiyməti niyə bahalaşıb?
İçindəki qadını həbsdən çıxar
Uşaqların sosial-psixoloji inkişafı-28
Pensiyaçıların NƏZƏRİNƏ!
Məşhur idmançı hər kəsi qəzəbləndirdi-FOTO
- ŞƏRHLƏR