Bakıda hava 12°
USD AZN
EUR AZN
08:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41128

Dülgər oğlu

Dülgər oğlu

Nazim ətraf məhlələrdə tanınmış usta idi. Kimə dülgər işi lazım olsa, ona müraciət edərdi. Əlindən hər iş gəlirdi. İki mərtəbəli evinin birinci mərtəbəsini emalatxana üçün ayırmışdı. Onun işi əvvəllər yaxşı gedirdi. Hətta iki işçisi də var idi. Lakin plastik qapı-pəncərələr çıxdıqdan sonra sifarişləri azaldı. İmkansızlıqdan işçilərini işdən azad etdi. O zəhmət çəkirdi ki, ailəsi imkansızlıqdan korluq çəkməsin. Nazimin bir oğlu var idi. Adı Elxan olan oğlu atası üçün əlindən gələni edirdi, dərsləri ilə əla məşğul olurdu. Elxan bir neçə dəfə demişdi:

 -Ata qoy sənə kömək edim.

 -Yox, oğlum, sən dərslərinlə məşğul ol. Sənin mənə ən böyük köməyin budur.

 Bir gün usta Nazimin bir sifarişi var idi. Sabaha 4 qapı çatdırmalı idi. Səhər tezdən durub işləməyə başladı. Yenicə dəzgahını işə salıb, taxtaları kəsməyə başlamışdı ki, birdən elektriklər kəsildi. Nazimin qanı qaraldı. “Bu işıq verənlərin heç insafı yoxdur” - deyə düşündü. Bir müddət dəzgahını təmizlədi. Amma işıq yanmırdı ki, yanmırdı. Nəhayət, səbri tükəndi. Emalatxanadan çıxıb, elektrk lövhəsinə nəzər saldı. “Aaa, bu elektrik dəstəyini kim aşağı salıb?” Ətrafa boylandı, amma ətrafda heç kim görünmürdü. Nazim emalatxanaya döndü. Aləti işə salırdı ki, yenidən elektrik kəsildi. Qaça-qaça elektrik lövhəsinin olduğu yerə getdi. O, pilləkənlərlə cəld yuxarı qalxan Elxanı gördü.

 Dülgər oğlu

- Dayan! Sən burada nə edirsən?! Düş aşağı görüm. İşığı sən söndürdün?
 -Hə.
 -Mən bütün günü çalışıarm ki, evə pul gətirim. Sən isə mənimlə oyun oynayırsan?!
Elxan ağlamağa başladı və tez evə getdi.
Axşam evdə hamının qanı qara idi. Hamı Elxanın niyə belə hərəkət etdiyini düşünürdü. Şam yeməyindən sonra Elxan öz otağına getdi. Nazim qapını örtüb yoldaşına dedi:
-Özün də görürsən ki, səhərdən axşamacan işləyirəm, yoruluram. Niyə Elxanın tərbiyəsi ilə məşğul olmursan?
-Nazim, vallah, bilmirəm bu gün ona nə olmuşdu. Bilirsən ki, o elə uşaq deyil. Sən Allah, get, könlünü al. Yoxsa dərslərindən də zəifləyər.

Dülgər oğlu

Nazim Elxanın otağına tərəf yollandı. İçəri girəndə Elxanın yatdığını gördü. Amma gecə lampası yanırdı.
-Görünür, lampanı söndürmək yadından çıxıb. Heç nə olmaz, sabah danışaram.
Nazim getmək istəyirdi ki, birdən gözü masadakı dəftərə, Elxanın günlük xatirələrini yazdığı dəftərə sataşdı. İçini açdı, oxudu, sanki oğlunu daha da yaxşı tanımağa başlayırdı. Sonuncu qeydin üstündə bu tarix yazılmışdı:
“21 noyabr 2012-ci il. Səhər saat 8.30. Bu gecə pis bir yuxu gördüm. Gördüm ki, atam emalatxanada işləyərkən onu elektrik vurur. Allahım, yalvarıram, onu qoru. Mən bunun olmaması üçün əlimdən gələni edəcəyəm”.
Nazim ayaq üstə qala bilməyib stula əyləşdi. Onun gözləri yaşarmışdı.

 

Səslərin sayı: 5
13
2052
loading...
Şərhlər
Offline
Aysel İ.
Maraqlı hekayədir. Belə hadiələr çox olur. Ona görə hər işdə pis nə isə axtarmaq lazım deyil.
2 mart 2015 08:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Zumrud Nurullayeva
Maraqla oxudum,beyendim,Heyatin beledir bezen edilen pisliyin ([hemen an pislik edti qebul edirik) amma bilmirik ki,geelceyimizi qoruyurlar,ehh veasiz dunya
29 aprel 2014 13:59
Offline
truskari aysel
Çox maraqli hekayedi ellerinize saliq
29 aprel 2014 09:45
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Mahmudzade,
Zehra.,
Ellada Babayeva,
Farida_Asadova,
ZEHRAM,
Ruhəngiz,
...,
AFET ,
 Şəri Babayeva,
cox tesekkurler,hele indi gorurem ki xeberim cixib/
24 aprel 2014 17:55
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Şəri Babayeva
Maraqla oxudum,təşəkkür edirəm. give_ros
23 aprel 2014 21:00
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
AFET
Cox sagol sirin SIRIN QIZ maraqla oxudum.
23 aprel 2014 15:57
Offline
Qəribə
Maraqla oxudum,tesekkur edirem.
23 aprel 2014 11:27
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ruhəngiz
Mənalı hekayədir,çox sağ ol bacı.
23 aprel 2014 10:26
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
ZEHRAM
Əla,tesekkur ellerine sagliq
23 aprel 2014 08:51
Offline
Farida_Asadova
Əllərinə,düşünən beyninə sağlık...
23 aprel 2014 07:36
Offline
Ellada Babayeva
Maraqla oxudum..Gözəl yazmısız.. i_am_so_
Lakin plastik qapı-pəncərələr çıxdıqdan sonra sifarişləri azaldı.
23 aprel 2014 00:04
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Zehra.
ŞİRİN QIZ...TƏŞƏKKÜRLƏR girl_ang
22 aprel 2014 23:04
Offline
Aida M-ova
Xoşum gəldi girl_ten good
22 aprel 2014 22:56
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!