Bakıda hava
USD AZN
EUR AZN
8 dekabr 20:33Ayla Ayla Sənnən uzağ qızdırma imkan vermir 8 dekabr 20:33Ayla Ayla Cann Surayyə xəstəyəm bacı 8 dekabr 18:58Surayye sima peri ayla gozellerim hardasiz 8 dekabr 18:57Surayye Qizlarim qizillarim necesiz? 8 dekabr 15:24Sima bazar gunude hami yatibki
41210

Qarabağ həsrəti

Qarabağ həsrəti
Balacalar üçün böyük nağıl
Qarışdırdım röyamı, 
Qəlb sevgidən doyarmı. 
İtirdim Qarabağı, 
Şirin şəkər dünyamı.  
Biri vardı, biri yохdu, yох, yох, biri vardı, biri var və daim оlacaq Azərbaycan adlı böyük, ulu bir dünyanın Qarabağ adlı ağır еlli-еlatlı, şirin sözlü-söhbətli, tоrpağı bərəkətli, insanları sədaqətli gözəl bir оylağı, dilbər bir guşəsi var. Bağışla, balası, mən səni оra apara bilmirəm. Çünki о yurd əsirdir, dustaqdır. О yurda aparan yоllar tikanlıdır. Sənin də ayaqların çох zərifdir, dözməz tikanlara. Ayaqları möhkəm, qоlları güclü əmilər, dayılar bir gün о yurdu əsirlikdən çıхarar və mən səni о yurdun həsrətli köksünə sıхaram. Dоlanarıq
başına о dərdli dağların, о gözəl yaylaqların. Gözəlliyinə dünyada tay оlmayan, səadətdən pay almayan gəlin Şuşamın yaralarına dağ
güllərindən məlhəm qоyarıq.  
Dərd çırpdı daşa məni. 
 Vеrdi qan-yaşa məni. 
 Kimsə yanmamış оdla, 
 Yandırdı Şuşa məni. 
Qarabağ həsrəti
Ağdamın qara günlərini yaralı şikəstə ilə unutdurarıq, Kəlbəcəri ulu sazın səsi ilə оvudarıq. Cəbrayılı, Qubadlını, Laçını, Хankəndini, Zəngilanı şirin məhəbbətlə, isti səmimiyyətlə bağrımıza basar, göz yaşlarını silərik. Хоcalının qanlı tоrpağında sеvinc yaşları ilə
əlvan güllər əkərik. Bu gün olacaq, balası, Vallah, olacaq. Bir gün nağıl kimi dinlədiyin həqiqəti sabah özün görəcəksən, biləcəksən və ardını özün yaradacaqsan. Nisgillərimizi əridəcəksən, həsrətlərimizi ovudacaqsan, vüsalımızı oyadacaqsan. Qarabağ adlı bir məkanı sevə-sevə böyüdəcəksən, bu istək də sənlə bərabər boy-boy artacaq, böyüyəcək. Həsrətdən sozalan, qəmdən sızıldayan nənələrini, babalarını Vətənə məhəbbətinlə, xoş əməlinlə ovudacaqsan, ağrısını soyudacaqsan.  
Həsrətəm apar məni, 
Bu dərddən qurtar məni, 
Dərmanım orda qalıb, 
O yurda qaytar məni.
Qarabağ həsrəti
Bağışlayın bizi, yurd yerləri 
Bu toyun ortasında, çal-çağırın içində dəli bir hönkürtüylə, boz bayatı deyib ağlamaq keçir könlümdən. Boylu-buxunlu, geyimli-keçimli cavanların, lüt-üryan müğənni qızın köntöy səsi ilə bağıra-bağıra dediyi “Qarabağ da bizimdir” – sözlərinə atılıb düşmələrinə baxa-baxa için-için ağlayıram. Qəlbə axan göz yaşı sifətə axan göz yaşından daha acı, daha göynərtili imiş. İllərdən bəri doğma nəfəsə, doğma hənirə həsrət yurd yerlərinin adı müğənninin şit dodaqlarında çeynəndikcə ürəyim sıxılırdı. Toydan yarımçıq çıxdım, amma bu səs qulaqlarımda gur-gur guruldayırdı:  
“Qubadlı da bizimdir, 
Zəngilan da bizimdir, 
Ağdam da bizimdir...”  
 Bağışlayın bizi, yurd yerləri. Bu boyda dərdi oxuyuruq, oynayırıq, bağışlayın. 
“Qarabağ bizimdir” deyirik amma, 
İllərdir o yurda dönə bilmirik. 
Gəl indi bu dərdə odlanıb yanma, 
Vallah, elə yannıq sönə bilmirik.
 
Qəlbində Qarabağ atəşi olan, 
Qardaşlar, bacılar gəlin birləşək. 
Dildə deyilənlər olmasın yalan, 
Bu odda bir yanaq, birlikdə bişək.
 
Tonqaltək çatılsın ürəklərimiz, 
Məşəli nur saçsın yollarımıza. 
Bir güclə vuruşsun biləklərimiz, 
Bir yerdə qayıdaq yurdlarımıza.
Qarabağ həsrəti

Al dözümümüzü, Allahım!

Dözüm insan xarakterinin ən gözəl xüsusiyyətlərindən biridir. Deyirlər, səbr, dözüm müvəffəqiyyətin açarıdır. Mənim buna şübhəm yoxdur. Amma elə hey son illərin olub keçənlərini xəyalımdan keçirib təhlil elədikcə bir sual məni düşündürür. Dözüm həmişə lazımdır, həmişə müvəffəqiyyətə aparır? Ağlımız söz kəsib, Vətən kəlməsinin şirinliyini duyan gündən bir həsrət, bir nisgil də qarışdı Vətən adlı ülvi bir məhəbbətə, doyulmaz bir eşqə. Bu cənub həsrəti, Təbriz həsrəti hər bir azərbaycanlının qəlbində özü ilə bərabər böyüdü, özü ilə bərabər dolğunlaşdı. Hər kəs öz kəndindən, öz evindən boylandı bu həsrətli yollara. “Həyatda ən böyük arzu nədir” sualına çoxlarımız “Təbrizi görmək, cənublu yurddaşlarımızla görüşmək” cavabını verdik. Bircə dəfə də üzünü görüb, havasını udmadığımız Cənub, Təbriz həsrəti ilə yandığımız vaxtlar ağlımıza da gəlməzdi ki, yaylaqlarında sərinlənib, bulaqlarından içdiyimiz doğma Qarabağ həsrəti də qarışacaq bu həsrətə, bu dərdə. Bir nalə asılıb göylərin sinəsindən – Qarabağ naləsi. Bir fəryad yandırır dağların sinəsini – Qarabağ fəryadı. Didərgin ellərin, qaçqın ruhların sızıltısı, göynərtisi bağrımızı dəlir, yaşa dönüb gözlərimizdən axır. Amma dözürük. Niyə dözürük, necə dözürük? Bu dözüm bizi hara aparır? Bu dözüm deyil, mütilikdi, köləlikdi. Dərdə, möhnətə baş əymək, qul olmaqdı. Dözümün də bir həddi-hüdudu var axı. Bəs mübarizlik, bəs qəhrəmanlıq? Hamımız vətənə məhəbbətdən dəm vururq. Bu məhəbbətlə iş bitirmi? Quru-quru qurban olmaq vətənə nə verir? Vətənə ulu məhəbbət bəs eləmir, düşmənə nifrət bu məhəbbətdən güclü olmalıdır ki, bəlkə dilimizdə oxşayıb, qəlbimizdə əzizlədiyimiz Vətənə çata bilək, itirdiklərimizi tapa bilək. Dərd verəndə dözümü dərddən ağır eləmə, güclü eləmə, Allahım! Qoy tükənsin dözümümüz, qoy daralsın səbrimiz, tufan kimi coşsun-çağlasın, dərdlərimizi, qəmlərimizi yuyub aparsın. Bəsdir daha gözlədiyimiz. Rəhm elə, Allahım, al dözümümüzü, kəs səbrimizi. Koroğlu qüvvətini, Babək hünərini, Cavanşir qeyrətini yerit qanlarımıza, Vətən adlı mələyin uğrunda döyüşə apar bizi. Gözlərimizə ox olan, ürəklərimizi dələn tikanlı sərhəd məftillərini qırıb-tökək və bütün dünyaya sübut edək ki, biz əsarət üçün deyilik, biz müqəddəs hisslər uğrunda ölümə də getməyə hazırıq.
Qarabağ həsrəti
“Şuşanın dağları”  itdi dumanda 
Hamımızın çox sevdiyi bir mahnı var: “Şuşanın dağları”. Nə vaxt yaranıb, kim bəstələyib, ilk ifaçısı kim olub, məlum deyil. Məlum olan odur ki, onu hamı sevib. Oxuyanlar da sevə-sevə dinləyib. Son illərə qədər mən bu mahnını şərbət içmiş kimi şirin bir qəhər boğazımı acışdıra-acışdıra dinləmişəm. Həzin bir intizar, məftun bir iftixar hissi köksümü qabardıb, qəlbimi döyündürüb. Şuşanın gözəlliyini görüb, şirinliyini duyanlar bu mahnı ilə o hissləri dönə-dönə yaşayıblar. Şuşanı görməyənlər isə bu mahnı ilə onun gözəlliyini görüblər, lətafətini duyublar, təsəvvür ediblər. Vurulublar ona. Amma indi bu mahnını dinləyə bilmirəm. Həm utanıram, həm də yanıram. İtirdiyimizə yanıram, qaytara bilmədiyimizə utanıram.
“Şuşanın dağları başı dumanlı”...
İtirdik dumanda bu dağları. Qatı, qaranlıq duman aldı Şuşamızı. Bu dumanı əridən işıq gözləyir dağlar. 
 “Dərdindən ölməyə çoxdur gümanlı”...
Hanı, hanı ? Görmürəm. Şuşanın azadlığı uğrunda qatarlaşan igidlərim, hardasınız? Toplayın təpərinizi, cəmləyin qeyrətinizi!
“Şuşanın hər yerdə vardır sorağı”... 
Bu hansı soraqdır, bu hansı səsdir? Mədəniyyət, musiqi beşiyimizin dustaq, əsir sədası, sorağıdırmı? Bu sorağı car çəkməkdən yorulmadıqmı? 
Qarabağ həsrəti
“Tərifə layiqdir İsa bulağı”... 
Yox, yox, daha İsa bulağının baldan şirin suyu göz yaşı kimi acıdır. O bizdən qeyrətlidir, içirməz yadlara şərbət suyunu. 
“Şuşada axşamlar yanar ulduzlar”... 
Daha yanmır ulduzlar, ağlayır. Ulduz-ulduz göz yaşı yağır göylərdən. 
 “Onlardan gözəldir gəlinlər, qızlar”... 
Aman Allah, bu gözəllər yad əllərdə, əsir düşərgələrində neyləyir görəsən?! Solğun bənizlər, qan-yaş dolu gözlər yaddaşımdan silinmir ki, silinmir!
 “Oturub yol üstə yarını gözlər”... 
Yol üstə çıxan, elini gözləyən, gözü yollarda dumana düşən, bağrı qan olan Şuşam mənim! Harayına çatıb, gözünü yollardan yığacağıqmı? Sənsizliyi daş edib bağrımıza basa-basa nə qədər dözəcəyik axı? 
Oxumayın bu mahnını siz Allah! Şuşasız oxumayın!  
Şuşanın dağları itdi dumanda, 
Ürəyi əridi ahda-amanda, 
Ümidi çırpınır şirin gümanda, 
Yollardan gözünü yığın, Şuşamın.
Xuraman
Səslərin sayı: 5
17
6713
loading...
Şərhlər
Offline
Xalidə Həsənzadə
Əla yazi təşəkkür
14 sentyabr 2014 11:33
Offline
Nurka Glamurka
recourse Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.
12 may 2014 23:15
Offline
V_E
Insallah Allaha Penah bizim ve butun Alemin Rebbidir tek gucumuz insallah Amin
12 may 2014 09:58
Offline
ÖzDüNyAm
Zehra., give_ros
Ruhəngiz, give_ros
Minira Aslanzade, give_ros
♥Aynişka Gülüm♥, give_ros
..., give_ros
toma676, give_ros
Farida_Asadova, give_ros
QARA QIZ, give_ros
Gulnarə, give_ros
S,S,N, M, give_ros
Sedef , give_ros

Cox sagolun xanimlar. X
eberi beyenim serh yazdiqiniz ucun.
25 aprel 2014 13:12
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Sedef
Gozel yazi uchun tebrik edirem ama gorunur qarabagin yoxluguna alishmishiq
24 aprel 2014 10:04
Offline
S U S E N _BACI
YA QARABAG YA OLUM BASQA YOL YOX ARTIQ YOL YOX ARTIQ girl_cray
24 aprel 2014 09:55
Offline
Gulnarə
Bağışlayın bizi, yurd yerləri...Sizcə bağışlanası hərəkətdirmi? Xəyanət bağışlanarmı?...Heyif şəhidlərimizdən,heyif! Çox heyif!..

Gör neçə illərdir, ümid edə-edə gözləyirik ki, torpaqlar qayıdacaq,Eh! Bundan əvvəlkilər qayıtdı ki, onlar da qayıda...çox təəssüf, çox təəssüf!

Vaxtilə olmuşam Ağdamda da, Şuşada da...Cıdır düzünü də görmüşəm...İsa bulağında şəkil də çəkdirmişik...Atam aparmışdı...
Hər o şəkildə Şuşa yazısını görəndə ürəyim parçalanır...

Şuşanın dağları itdi dumanda,
Ürəyi əridi ahda-amanda,
Ümidi çırpınır şirin gümanda,
Yollardan gözünü yığın, Şuşamın.

Xuraman
24 aprel 2014 08:40
Offline
QARA QIZ
İNŞALLAH GERİ ALARIQŞCANIM GÖZƏL MÖVZUDU BU MÖVZU NABAROT REYTİNQDE BİRİNCİ OLMALIDIR AMA NƏDƏNSƏ NƏZƏR YETİRƏN AZDI COOOOOOOOOOOOOOX PİSDİ BU DA cray
24 aprel 2014 07:59
Offline
Farida_Asadova
Görək də Qarabağı nə vaxt verirlər bizə........Təbii sərvətləri tükənəndəmi,gözəl təbiəti zay etdikdən sonramı.......
24 aprel 2014 07:50
Offline
toma676
Allahin komeyi ile qarabaq bizimdir ve bizimde olacaq.
24 aprel 2014 04:14
Offline
Qəribə
İnşaAllah bir gün işğal altında olan torpaqlarımız geri qayıdar.Təşəkkür edirəm. girl_ang
24 aprel 2014 03:36
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥Aynişka Gülüm♥
Innsallah geri qaytarariq Qarabagimizi!Tesekkurler baci bu menali yazi ucun!
23 aprel 2014 23:49
Offline
Minira Aslanzade
Gözəl yazıdı İnŞeAllah qələbə bizimlədir hər şey düzələcək
23 aprel 2014 23:25
Offline
Ruhəngiz
Yazıya görə çox sağ ol bacı.inşaAllah bir gün işğal altında olan torpaqlarımız geri qayıdar.
23 aprel 2014 23:20
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Zehra.
Çox gözəl yazısınız.Təşəkkür edirəm.İnşallah qarabağın alındığı günüdə görərik. girl_ang
23 aprel 2014 23:17
Offline
ÖzDüNyAm
AYSUN MEMMEDOVA,
InsAllah. Amin.
23 aprel 2014 21:13
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
איסון ממדוב.
Canim cox gozel yazidi seve seve oxudum Allah tala biz xanimlara mes isqal altinda olan torpaqlarimizda gorusu qismet elesin torpaqlarimizi geri qayitsin insallah.
23 aprel 2014 21:05
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış