"Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib".
Bunu Trend-ə açıqlamasında NİİM-in İctimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, NİİM tərəfindən aparılan araşdırmalar göstərir ki, Bakıda qanunsuz parkinqlərin sayı həddindən artıq çoxdur: "Məsələn, araşdırma aparılarkən 2012-ci ildə 3050 qanunsuz avtomobil parkinqi qeydə alınmışdırsa, 2013-cü ildə onların sayı 8 minə çatıb. Qanunsuz parkinqlərə daha çox isə Üzeyir Hacıbəyov, Bülbül və Zərifə Əliyeva küçələrində rast gəlmək olur".
NNİM-in sözçüsünün fikrincə, Bakı Şəhər İcra Hakimiyyətinin yol kənarlarında avtomobil saxlanılmasına qoyduğu qadağanı icra etmək isə heç də asan olmayacaq. Çünki hələ ki, yerüstü qanuni parkinqlər yoxdur. Vəziyyətdən çıxış yolunu isə NİİM müasir intellektual parkinqlər yaradılana qədər müvəqqəti parkinqlərin yaradılmasında görür: "Mərkəz 2 il müddətində 185 nöqtədə apardığı araşdırmaların əsasında paytaxtda küçə parklanması üçün 288 müvəqqəti duracaq yeri təklif edir. Hazırda bununla bağlı NİİM və BŞİH arasında müzakirələr aparılır".
Ş.Məhmanqızı qeyd edib ki, NİİM-in işinin bir hissəsi də qanunsuz parklanmaya nəzarət etməkdən ibarətdir. Mərkəzin bütün texniki avadanlıq və kameraları, NİİM-in dayanacaqlarda avtobus-informasiya terminalları, DİN-in ümumi sistemə inteqrasiya olunmuş müşahidə kameraları, eləcə də sürücülərin baza məlumatları ona imkan verir ki, parklanma işlərinə nəzarəti tam həyata keçirə bilsin.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 17-də paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
"Öpüş" salatı (foto-resept)
iPhone-dan Galaxy S5-ə...
ABŞ müharibə elan edir
“Survivor 2020”nin iştirakçısı eşq dedi-qodularına aydınlıq gətirdi
Quzuqulağının (turşəngin) xeyri və zərəri
Xalçaların təmizlənməsi
Toyuqlu qovurma (foto-resept)
Sadə donlar
Artıq məni sevmirsən
Mayli Sayrus onunla da ayrıldı
Bakı rəsmən imtina etdi
Devid Bekhem aşpazlığa başladı
Koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb
Temperatur yüksəlir - Sabahın HAVAsı
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO
Kolbasa istehsalında xəstə heyvan ətindən istifadə olunurmu?
Bu ilin trend saçları
Türkiyə 1915-ci ilin arxivlərini açdı
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Diktator 4 yaxın mənzilli raket buraxdı
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
Mədən faciəsində hamını ağladan mənzərə
Hicablı xanımlar üçün qış geyimləri
Zəmzəm suyunun faydaları
Azərbaycanlı aktrisa Hollivud filmində
Gülməli heyvanlar (son)
Yaponiyaya gələn turistlərə pul veriləcək
Badamlı Brauni (foto resept)
Ərzaq məhsulları ucuzlaşıb
iPhone 6 belə olacaq?
"Göydələn"lərdə mənzillərin qiyməti ucuzlaşıb
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
Bağçalar yayda açılacaq? - RƏSMİ AÇIQLAMA
Günün qoroskopu: Bədxərclik etməyin!
Tiflisdə Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsi anıldı
ADNA qurbanları
Gürcü alimi erməni xülyalarını dəfn etdi - FOTO
Paytaxtda böyük təhlükə kök salıb
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edildi
Dəbli köynək modelləri
Eqor Qrid Bakıda gəlir
Folqada dana dili (foto resept)
Quşları yaxından tanıyaq
Xanımlarımıza "8 MART" hədiyyəsi!
Kosmetik preparatlar
"1918-ci ilin mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir"
Megan Marklın təbii saçı hər kəsi təəccübləndirdi-FOTO
Bu şəhərə 1 ildə 300 milyon turist gəlib
Avtobusların gediş haqlarını süni şəkildə qaldıran kimlərdir?
Obamadan şok etiraf