2014-cü ilin üç ayında Azərbaycanda dərmandan 70 nəfər zəhərlənibMilli.Az xəbər verir ki, modern.az-ın apardığı araşdırma zamanı məlum olub ki, zəhərlənənlərin 49 nəfəri qadın, 20-si kişi, 11-i uşaqdır. Həmin müddətdə dərmandan zəhərlənən 3 kişi və 1 qadın dünyasını dəyişiblər.
Dərman zəhərlənmələrinin qarşısının alınması üçün monitorinqlər necə təşkil olunur? Saxta dərman dövriyyəsi Azərbaycanda hansı səviyyədədir?
Milli.Az xəbər verir ki, modern.az-ın suallarını cavablandıran Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, əksər dərman zəhərlənmələri intihar məqsədilə qəbul nəticəsində baş verir:
“Qanunvericiliyə görə Azərbaycana qanunsuz yəni, qeydiyyatdan keçməmiş dərmanların gətirilməsi qadağandır. Bildiyimə görə bu müddəaya kifayət qədər əməl olunur. Bazardakı dərmanların beş-altı faizi qeydiyyatdan keçməyə bilər. Amma qeydiyyatdan keçən dərmanların hamısı gələndə onlardan nümunələr götürülür, analiz olunur. Ondan sonra aptek şəbəkələrinə buraxılır. Dərmandan zəhərlənmə müxtəlif səbəbdən ola bilər: Aptekdə dərmanların saxlanılma şəraitinə uyğun normativlər pozular, dərmanın müddəti keçmiş olar, dərmanı işlədən vətəndaşlar onu həkim təlimatına uyğun olmayan şəkildə işlədə bilər, yəni dozasını lazım olan qədər və ya uyğun seçməzlər, dərman onunla ziddiyyət təşkil edən başqa dərmanla bir yerdə qəbul oluna bilər. Zəhərlənmə intihar məqsədi ilə içilən dərmanlardan da ola bilir. Toksikoloji mərkəzə düşən dərman zəhərlənməsi olan xəstələrin böyük faizi özləri qəsdən yəni, intihar məqsədilə dərman içənlərdir. Bu, statistikadır. Amma bütövlükdə Azərbaycanda dərman maddələrindən zəhərlənmə halları, yaxud fərdin pisləşməsi hallarının artması barədə məndə məlumat yoxdur”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda 30-35 faiz saxta dərman dövriyyəsi var: “Həftədə 2-3 dəfə bizə zəhərlənmə yox, dərmanın keyfiyyətsizliyi ilə bağlı, qeydiyyatdan keçib-keçməməsi, qalaqramının olub-olmaması xarakterli telefon zəngi gəlir. İnsanın dərmandan zəhərləndiyini müəyyən eləmək asan məsələ deyil və bunun diaqnozunu qoymaq çox çətindir. Ümumiyyətlə, Azərbaycanda kütləvi istehsal malları ilə zəhərlənmələrin qeydiyyatı çox cidd-cəhdlə gizlədilir. Çünki bütün mallara Səhiyyə Nazirliyi “hər şey yaxşıdır” və buna bənzər gigiyenik sertifikat verir. Bunu müəyyənləşdirmək əsas məsələ deyil. Dövlət orqanlarının verdiyi sertifikatı təkzib edən müstəqil laboratoriyalar yoxdur. Lakin onu deyə bilərəm ki, Səhiyyə Nazirliyi bu işlə ciddi məşğul olur, qarşısını almaq istəyir. Bu da istisna olunmur ki, Azərbaycanda ən azı 30-35 faiz saxta dərman dövriyyəsi var. Bütün dünyada isə bu göstərici 50-60 faizə qədərdir, Azərbaycanda da istisna olunmur. Biz dərman zəhərlənməsi ilə bağlı halların monitorinqini aparıb müəyyən edə bilmərik. Bu, çətin məsələdir”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin fikrincə, zəhərlənmələrin hamısı dərmanların keyfiyyəti ilə bağlı deyil:
“Araşdırmaların nəticəsi göstərir ki, zəhərlənmə ya sui-qəsd halı, ya da dərmanların həkimin nəzarəti olmadan qəbul edilməsi ilə bağlı olur. Təyinatsız, yaxud evdə saxlayıb vaxtı keçəndən sonra qəbul edirlər. Keyfiyyətsiz mal respublikaya buraxılmır. Biz apteklərdə də monitorinqlər aparırıq. Qeydiyyatdan keçməyən dərmanın apteklərə buraxılması baş verir. Onu monitorinq nəticəsində müəyyən edir, tədbir görürük. Bu səbəbdən ildən-ilə belə faktların sayı azalır”.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Aktrisa 22 aya 90 kiloqram arıqladı - FOTO
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Dünya liderlərinin ən sevimli içki və təamları
Labirint-9
Makaronu necə bişirək?
Limonlu yaşıl çay detoksu
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Amerika salatı (foto resept)
Dünyanın ən “şirin” haker hücumu - FOTO
Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
Yer kürəsi bu tarixdə məhv olacaq - DƏQİQ VAXT
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma
Oktyabr ayında HAVA necə olacaq?
Cəbhədə silah səsləri
Azərbaycanda hamiləlik və doğuma görə ayrılan vəsaitlər artırılır
“Mall”lar açıldı? - RƏSMİ CAVAB
Kəsmikli, qaymaqlı tort (foto resept)
Ronaldo Yeni İmicdə-FOTO
Qeyri-adi görünüşə malik tortlar
Uzunburunlu ayaqqabılarınızla vidalaşın
DÇ-2018-nin loqotipi təqdim olundu
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı
İntiharların 15 ümumi səbəbi (1)
Love you forever
Heyvanlar daha böyük olsaydı...
Hava haqqında
Qatığın faydaları
Gəncədə III Beynəlxalq Şərab Festivalı başlayıb
Qadın boksçularımız dünya birinciliyinə uğursuz başladılar
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
Qadin.Netlilərlə səyahət(Son)
Hər 40 saniyədə bir nəfər intihar edir
Məşhur aktyor sərxoş halda qəza TÖRƏTDİ
Sensasiya: Marsda həyat tapıldı
İstirahət gününün HAVAsı
Holland pendirli spagetti (foto resept)
Məzəli şəkillər
Neslihan və Kadir Doğulunun İsveçrə tətili Diqqət Çəkdi
Qadınlar üçün xüsusi icadlar
Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA
Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
Sobada souslu toyuq qanadı (foto resept)
Sosial şəbəkələr iş tapmaqda yardımçı olurmu?
Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO
Kilimancaro dağının ətəklərində təbii həyat
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Molla Nəsrəddin demişkən
Ziyafət geyimləri
Can Yaman "Diriliş Osman"a qatılır?
Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?
- ŞƏRHLƏR