"Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin birinci rübünün yekunlarına dair iclasında çıxışında xarici siyasət və Dağlıq Qarabağ məsələsi ilə əlaqədar çox dəqiq fikirlər ifadə etdi. İclasda hazırda dünyada beynəlxalq münasibətlərdə yaşanan böhran və onu törədən səbəblər barədə danışılıb". Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bu gün beynəlxalq münasibətlər sistemində çox dərin bir böhran yaşanmaqdadır: "BMT, digər qurumların qətnamələri, qərarları yerinə yetirilmir və bu da bir anormallıqdır. Ona görə də cənab Prezident bu məsələlərə toxundu və haqlı olaraq qeyd etdi ki, sanksiyalar sistemi, sanksiyaların tətbiqi məsələsi gündəmdədirsə, bu sanksiyalar Ermənistana və Dağlıq Qarabağda işğalçılıq hərəkətləri yerinə yetirən şəxslərə də tətbiq olunmalıdır. Bu sanksiyaların zamanında təcavüzkar Ermənistana və bu təcavüzkarlığı həyata keçirənlərə tətbiq edilməməsi ikili standartın bariz nümunəsidir".
Deputat hesab edir ki, bu kimi hadisələr indiki şəraitdə beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaradıb: "Əgər bu gün hansısa bir ölkə başqa ölkənin ərazisini özünə birləşdirməyə görə sanksiya ilə üzləşirsə, bu sanksiya Ermənistana da tətbiq olunmalıdır. Yəni beynəlxalq münasibətlər sistemində ikili yanaşma baş verdikdə, istər-istəməz bir bumeranq kimi qayıdıb ikili yanaşmanı tətbiq edənlərin özünə dəyəcək. Ona görə də cənab Prezidentin söylədiyi fikirlər tamamilə haqlıdır və hesab edirəm ki, bizim diplomatiyamızın da bu istiqamətdə gördüyü işlərə bir dəstəkdir və bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz üçün bir örnəkdir".
M.Qurbanlı hesab edir ki, Ermənistana da mütləq sanksiyalar tətbiq olunmalıdır və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir: "Yəni Ukrayna hadisələrində beynəlxalq münasibətlər sisteminin bütün qanunlarını və qaydalarını tətbiq etməyə çalışdıqları halda, Dağlıq Qarabağ məsələsində biz bunu görmədik. Ölkələrin ərazi bütövlüyü ilə bağlı beynəlxalq təşkilatlar bir araya gəlib sanksiyalar tətbiq edirlərsə, qərarlar qəbul edirlərsə, etsinlər, amma bunu hamıya tətbiq etsinlər, hamıya eyni gözlə baxsınlar".
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Boşanmaq sağlamlığa ziyandır
Vərəmdən qorunmağın və sağalmanın yolları
Yumurtadan düzgün istifadə etməyən qız məhkəməlik oldu-NƏTİCƏ
Peşə məktəblərinə qəbulla bağlı YENİLİK
Abituriyentlərin nəzərinə!
Manat yenə düşdü
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
İran Prezidenti ölkənin nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir
I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq
2012-ci ilin mirvari boyunbağı modelləri
İllərə görə ən çox qazanan filmlər (2001-2019)
İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapıldı
Bəs pulu kim ödəyəcək?
7 yaşı var, amma ağır texnikaları sərbəst idarə edir - Azərbaycanda
Nəmli və canlı dərinin təbii sirri
Hind qadınlarının gözəllik sirləri
Sellulit üçün qəhvə masajı
Rəqsi sevənlər üçün 7 film
Ən yaxşı qadın ətirləri
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Zəlzələdə 13 mindən çox adam yaralandı
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Dahi yazıçının kədərli sarışını
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Külək kəsib, yağış gələcək
Kreativ duz ve istiot qabları
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Dünyanın tanınmış moda brendləri
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Albalı parfe (foto-resept)
Qısa kurtkalar və montlar
"Buraxılış vərəqəsi" verilir
Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
"Son İmperator" Bakıya gəlir
Psixoloq, yoxsa şarlatan?
Nənələrimizin cehizi - sinilər
Beyazıt Öztürk bu xəstəlikdən əziyyət çəkirmiş
Aleyna Tilki 18 yaşını tamam edər-etməz hesab açdı
Ayda nəhəng tunel aşkarlandı - FOTO
Sinoptiklərdən istirahət günü ilə bağlı bəd xəbər
Xamada toyuq filesi (foto resept)
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Sağlam bədəndə sağlam ruh olur
Yaş hamburger (foto resept)
Azərbaycanda yeni zavod tikiləcək
Bir yerdə idman edək (1)
Boşanmaq qadınlar üçün xeyirlidir?
200 gözü olan yeganə canlı-ƏSLİNDƏ