Azərbaycanda bəzi şirkətlər qanunla nəzərdə tutulmuş hüquqlarımızı bizə hədiyyə kimi təqdim edirlər, hətta pulla da satırlar. Telefon satışı ilə məşğul olan şirkətlər müştərilərini bu yolla aldadırlarMəsələn, ölkənin tanınmış telefon satışı şirkətlərindən olan “İrşad telecom” və ya “Worldtelecom” telefon satarkən müştərilərinə "Standart" və "Qızıl" zəmanət təklif edir. "Standart" zəmanətdə müştərilərə telefon alınandan sonra geri qaytarılmayacağı bildirilir. Müəyyən məbləğ ödəməklə "Qızıl" zəmanət təqdim olunur ki, telefonun xarici görkəminə ziyan vurulmadığı halda dəyişdirilə biləcəyi deyilir.
Eyni zəmanət qaydası “Worldtelecom” və digər telefon satışı şirkətlərində də mövcuddur. Bu haqda həmin şirkətlərin saytlarında da məlumat göstərilir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 5-ci maddəsinin 4-cü bəndində yazılıb: "İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir".
Sözügedən qanunun 6-cı maddəsinin 1 və 2-ci bəndlərində isə vurğulanır: "İstehsalçı (icraçı) malın, həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin edir. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında, yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır".
Qanunun 14-cü maddəsində deyilir: "Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır".
Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyində satılan malların zəmanəti, satıcının öhdəlikləri və s. ilə bağlı məsələlər dəqiq tənzimləndiyi halda, "Qızıl" zəmanət heç bir halda müştəri üçün satış müəssisəsinin məcburi və ya könüllü qaydada tətbiq edə biləcəyi şərt sayılmamalıdır və sayıla da bilməz.
Bundan savayı, inkişaf etmiş ölkələrdə "Qızıl" zəmanət yalnız fiziki şəxslərin, yəni vətəndaşların depozit hesablarının qızılla təmin olunmasını nəzərdə tutur. ABŞ və ya Avropada hər hansı supermarket, yaxud da dükanın (reseller, riteyler və ya françayzer - fərqi yoxdur) satdıqları mallara "Qızıl" zəmanət tətbiq edərsə, üstəlik bunun üçün malın qiymətinə "əlavə məbləğ" qoyarsa, mütləq şəkildə vergi qurumları qarşısında cavab verməli olardı.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirdi ki, istehlakçıların zəmanət adı ilə aldadılması halları ilə bağlı dəfələrlə şikayətlər gəlib və bunlar araşdırılması üçün dövlət orqanlarına göndərilib. Araşdırılması üçün İqtisadiyyat və Sənaye, Vergilər nazirliklərinə göndərilib. "Qızıl" zəmanət adı ilə istehlaçıların aldadılması faktı ilə bağlı həmin qurumlar tərəfindən heç bir iş aparılmayıb. Bu məsələ ilə bağlı operativ şəkildə mövqe ortaya qoymayıb və bu aldatma bu vaxta kimi davam edir.
Birlik sədri hesab edir ki, zəmanətin qızılı, gümüş olmur. Şirkətlərə istehlakçılara aldadıcı zəmanətlər edirlər, insanlardan əlavə pul alırlar. Elmdə və Azərbaycan qanunlarında belə bir zəmanət anlayışı yoxdur. Firmaların belə bir addım atması qanunla qadağan olunmur, amma təhlillər göstərir ki, istehlakçıların aldadılmasına yönəlmiş bir addımdır.
E.Hüseynovun fikrincə, dövlət orqanları belə zəmanətləri ləğv etməli, istehlakçıdan alınan pullar geri qaytarılmalıdır, şirkətlər cərimə olunmalıdır, "Qızıl" zəmanət adı ilə satılan telefonlardan gələn gəlirin bir hissəsi dövlət büdcəsinə köçürülməlidir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas ƏliyevMilli.Az-a bildirdi ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə telefon zəmanətləri ilə bağlı şikayət daxil olmayıb. Onun sözlərinə görə, dövlət xidməti bu məsələ ilə bağlı məlumatlandırıldı. Zəmanətlərdə qoyulan şərtlərə baxılacaq və araşdırılacaq.
Nazirlik rəsmisi tövsiyə etdi ki, zəmanətlə bağlı problemləri olanlar İqtisadiyyat və Sənaye Nazirliyinin “qaynar xətt”inə müraciət edə bilərlər.
Anar Məmmədov
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Məşhur aktyor və aktrisa sevgili olduqlarını etiraf etdilər - FOTO
Yemək yeyərək sərvət qazanır - FOTO
Sobada badımcan dolması (foto-resept)
Hamar dəri üçün maska
Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır
Sünnət üçün ideal yaş
13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ
Dolu Tovuzda meyvə bağlarını məhv elədi
Ölü Dənizdə 1200 illik tapıntı
Futbol rəqsi: ingilislərə qarşı almanlar
Serenay Sarıkayadan hamiləlik xəbərlərinə "cavab"-FOTO
Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial
Ermənilərə tutarlı cavab
Hindular 3 yaşlı qızı Allah elan etdilər – AДћLASIДћMAZ ƏNƏNƏ - FOTO
Kağız halva (5)
Cəbhədən XƏBƏR VAR
Qubadlı rayonundan görüntülər - VİDEO
"Bizim mobil telefonlar"
İlham Əliyev Gürcüstana traktor bağışladı
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Ahmet Kural 10 ay həbsdə yata bilər
İtalyan üsulu çiyələkli keks (foto resept)
Dünyaya sərt mesaj verdi
Kartof Kroket (foto-resept)
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Amsterdam
Ruh sağlamlığını qoruyaq
Psixi inkişafda ünsiyyətin rolu(1)
Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Geyimlərin rənginə görə xarakter
İtaliya şokda
Azad Söz (5-ci hissə)
Kakoslu piroq (foto resept)
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Pinokkio
Cinsi əlaqənin bilinməyən tərəfləri
Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib
HAVA necə olacaq?
Aclığın ipini çəkən tapıldı
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümüdür
"Şirin" üzüklər
Rusiyaya meteorit düşdü
Bürclər və daşlar
Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər
Öz təbibin ol
Kişilər azalıb
Nəqliyyatçıların maaşı artıb