"2014-cü ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri ölkəmizin sürətli iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır".
Bu sözləri Milli.Az-a açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, əlamətdar günlərə həsr olunmuş tədbirlər, bu və ya digər sahənin inkişafına dair Dövlət Proqramlarının icrasına həsr olunan konfranslar, eyni zamanda ümumilikdə Nazirlər Kabinetinin müxtəlif dövrlər üçün ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasları əldə olunan uğurların hesabatı, yeni-yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından hesabat xarakteri daşıyır.
"Açıqlanan rəqəmlər ölkənin inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası da xüsusi əhəmiyyət kəsb edir. İlin ilk üç ayı üçün səsləndirilən rəqəmlər ümumilikdə 2014-cü ili necə başa vuracağımızı şərtləndirir", - V.Rəhimzad vurğulayıb.
Hər bir inkişafın təməlində iqtisadi tərəqqinin dayandığını deyən V.Rəhimzadə cari ilin birinci rübünün nəticələri ürəkaçan və qürurverici olduğunu söyləyib.
"Möhtərəm Prezidentimiz İlham Əliyevin hələ 2003-cü ildə qarşıya mühüm vəzifə kimi qoyduğu "İqtisadi artım qeyri-neft sektorunun da hesabına olmalıdır" tezisinin reallığa çevrildiyi bugünkü rəqəmlərdən də aydın görünür. Qeyri-neft sektoru 8,8 faiz artıb. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırıması üçün biri-birindən əhəmiyyətli addımlar atılır. Azərbaycanın investisiya cəlbediciliyini qoruması da diqqətdədir. Ölkəmiz birbaşa xarici sərmayələrin qoyuluşuna görə MDB məkanında liderlik rolunu saxlayır. Son on ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 160 milyard dollara çatması təbii ki, ölkəmizdə sabitliyin və əlverişli biznes mühitinin mövcudluğundan qaynaqlanır. ÜDM-də özəl bölmənin payının artması da dövlətimizin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir", - o əlavə edib.
Əməkdar jurnalist Vüqar Rəhimzadə xatırladıb ki, iqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır. O, həmçinin qeyd edib ki, cari ilin ötən dövründə əhalinin pul gəlirləri 4,5 faiz, orta əməkhaqqı 7 faiz artıb.
"Bu gün ölkəmizdə orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artmalıdır. Bu qətiyyət təbii ki, ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Son on ilin uğurları fonunda deyə bilərik ki, hər bir vəd konkret əməli işdə öz təsdiqini tapıb. İqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artır", - o bildirib.
Regional, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin inkişaf Proqramlarının uğurlu icrasıdan söz açarkən V.Rəhimzadə deyib ki, bu proses ölkənin hərtərəfli inkişafını daha da sürətləndirir: "Məlum olduğu kimi, qeyd olunan sahələr üzrə artıq iki Proqramın icrası başa çatıb. Cari ildə üçüncü Dövlət Proqramları qəbul olunub. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı 2014-2018, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı isə 2014-2016-cı illəri əhatə edir. Bu əminlik ifadə olunur ki, bu proqramlar da vaxtında icra olunacaq və qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olacağıq".
Rəhimzadənin sözlərinə görə, atılan hər addıma diqqət yetirsək, bu reallıq öz təsdiqini tapır ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Dövlət başçısı İlham Əliyevin "İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır" tezisi də bunun təsdiqidir.
"Ümumiləşdirilmiş şəkildə qeyd etsək, cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında böyük əminliklə söylədiyi " 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır" fikrinin reallıq olacağına əsas verir. Bildiyiniz kimi, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2014-cü il "Sənaye ili" elan olunub. Bu il çərçivəsində görüləcək işlərin, həyata keçiriləcək tədbirlərin də miqyası genişdir. Yenə də qeyd etdiyimiz kimi, məqsəd ölkəni hərtərəfli inkişaf etdirmək, xalqın rifah halını daha da yaxşılaşdırmaq, Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirməkdir", - əməkdar jurnalist yekunda qeyd edib.
Teymur Hacıyev
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Qocalmağa səbəb olan qidalar
Azərbaycan kubokunun dəyəri artdı
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Saç tökülməsinin qarşısını alan vasitələr
Davudoğlunun Ermənistana səfərdədir
Dünyanın ən qəribə 3 festivalı
Məşhur veriliş bu dəfə Bakıya həsr olundu - VİDEO - FOTO
Küncütlü, qaymaqlı keks (foto resept)
Günün ulduz falı - 26.02.2014
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Xaricdə təhsil almaq istəyənlərə müjdə
Şəkər xəstələri, günəşə diqqət!
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Pirojki xərçəng yaradır, əgər...
Modapərəst qadınların Must-have geyimləri
Monika Belluççinin qızı reklama çəkildi – FOTO
Ispanaq piroqu(foto-resept)
İbrahim Erkal
Günün qoroskopu: xırda da olsa, çətinliklər istisna deyil
Azərbaycanda ailə qurmaq istəyənlər üçün tələblər DƏYİŞDİ
Ramazan bayramı namazı necə qılınır?
Pakistanda yenə güclü zəlzələ oldu
Arıqladıcı çayları və həqiqətlər - Xanımlar mütləq izləsin!
Bavariya mətbəxindən sobada toyuq (foto resept)
2020-ci ilin 6 dəbli rəngi
Qeyri-iş günlərində hava
Günün qoroskopu: dostlar və yaxınlarla ünsiyyət müsbət emosiyalar bəxş edəcək
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
2016 Olimpiada Qalası
Bir az gülək...
Titan ürək ilk dəfə insan üzərində sınaqdan keçirilib
Şeyma Subaşı geyimlərini satır-FOTO
2035-ci ildə dünyanı nə gözləyir?
COVID-19 arayışını bu klinikalar verəcək - SİYAHI
Avropa ondan imtina edir
Rekord qıran klip plagiat çıxdı - FOTO
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İstidə südü bu cür saxlayın
40 yaşına çatmadan nələri etməliyik?
Kələmli toyuq salatı (foto resept)
Smartfonlar insanı koronavirusa yoluxdura bilərmi?
Bakıda "qaşqabaqlı" yaz havası
Yayın qorxulu dəbi: gəlin arıqlayaq!
Xoşbəxt ailə həyatı ürəyi qoruyur
İlham Əliyevdən sərt xəbərdarlıq
Balıq mövsümü başladı
Azərbaycan coğrafiyasının inkişaf tarixi-6
“Polad Alemdar"ın qardaşından GÖZLƏNİLMƏZ QƏRAR
Türkiyə və İordaniyaya hərbi zərbə endiriləcək - Suriyadan BƏYANAT
Ronaldo bu davranışı ilə gündəmdədir-FOTO