Bakıda hava 11°
USD AZN
EUR AZN

Johanna Spyri - Heidi (6)

Xoşbəxt günlər 

Evin başçısı cənab Seseman işlərilə əlaqədar başqa şəhərə getmişdi.

Növbəti gün Aşer müəllim dərsini başlayacaqdı ki, qapı bərk döyüldü. Hər kəs gələnin cənab Seseman olduğunu fikirləşdi. Ancaq gələn o deyildi. Gələn küçələrdə mahnı çalıb-oxuyaraq pul qazanan bir uşaq idi. Sebastiyan soruşdu:

       - Nə istəyirsən?

        - Klaranı görmək görmək istəyirəm.

Sebastiyan əsəbiləşdi:

  - Tərbiyəsiz, əvvəlcə xanım Klara deməyi öyrən! Xanım Klaradan nə istəyirsən?

 - Mənə borcu var, onu almağa gəlmişəm.

 O nə borcdu elə?

  - Dünən qülləni axtarırdı. Mən də ona evə qayıtmağına kömək etdim. Bunu qarşılıqsız edəsi deyildim ki.

 Ay səni yalançı, xanım Klara evdən çıxa bilməz. Ona görə də o qülləyə də gedə bilməzdi.Yalan danışma.

 Ancaq uşaq yalan demirdi. Ona görə də inad edirdi. Sebastiyan məcbur olub onun evə girməyinə icazə verdi.

Johanna Spyri - Heidi (6)

  Uşaq qonaq otağına girən kimi laternasını çalmağa başladı. Heidi sevincindən az qala dəli olmuşdu. O, mirvari dənələri kimi düzülmüş dişlərini göstərərək gülür və Klaraya baxırdı. Klara təəccüblənmiş, müəllim isə yerində donub qalmışdı. Qulluqçular bu mənzərəyə gizlincə baxır və bunun nə ilə nəticələnəcəyini gözləyirdilər.

 Səsə Rottenmayer gəldi. O, uşağın üstünə elə qışqırdı ki, şamdanlar yerindən titrədi.

 Kəs onun səsini!

Uşağın üzərinə hirslə gedən qadın az qala yıxılacaqdı. Onun ayağının büdrəməsi hamını güldürdü. Ayağının ilişdiyi şey isə bu uşağın hər zaman yanında gəzdirdiyi tısbağası idi. O, uşağı çölə atdırdı. Ancaq Sebastiyan az da olsa uşağa gizlin pul verə bilmişdi.

 Baş verənlərin səbəbkarı Heidi idi. Rottenmayer də bunu çox yaxşı bilirdi. O, Heidini cəzalandırmaq qərarına gəlmişdi. Ancaq Heidi hər şeylə razılaşan uşaq idi. O, cəzalandırılacağını eşidəndə buna da razı olmuşdu. Halbuki, Rottenmayer onu siçanlar olan zirzəmiyə aparmaq fikrində idi.

 Ancaq Klara buna imkan vermədi. O, Rottenmayeri atasının gəlməyini gözləməyə razı sala bildi.

 Əvvəllər Klara dərslərdə sıxılsa da, Heidinin gəlişi bu dərsləri çox maraqlı etmişdi. Dərsin ortasında Heidi mütləq nəsə edib onu güldürürdü. Rottenmayer evin sakitliyini, qayda-qanununu pozan bu balaca qızı sevmirdi və açıq-aydın ona əsəbiləşirdi.

 Heidi isə öz babası üçün çox darıxırdı və hamıya babası, babasının evi və oraların mənzərəsi barədə danışırdı. Artıq evdəkilər onun bu söhbətlərindən yorulmuşdular. Heidi həm darıxır, həm də nənəyə aparmaq üçün ağ çörəklər yığırdı.

Johanna Spyri - Heidi (6)

Bir neçə aydan sonra o, gözəl paltarını geyindi, quru çörəkləri bir torbaya doldurdu və ətrafına baxdıqdan sonra nənəsinin, babasının və Piterin yanına getmək üçün qapıya doğru getdi. Elə bu vaxt Rottenmayer qapını açdı və evə daxil oldu.

 Belə gözəl geyinib hara gedirsən?

 Mən babam və nənəm üçün darıxmışam. Ora, evimizə gedirəm.

Qadın şirin dillə uşağı yola gətirmək əvəzinə onun üstünə qışqırmağa başladı və dedi ki, o bu evə gələndən evin qayda-qanunlarını alt-üst edib və bu azmış kimi indi də evdən qaçmağa çalışır. Heidi ağlamağa başladı.

 Xanım Rottenmayer, axı siz nə deyirsiniz? Mən babamdan, nənəmdən ötrü darıxmışam. Nə olar, icazə verin, gedib onları görüm. Söz verirəm ki, tez qayıdacağam.

Rottenmayer Heidini bir qulluqçuya tapşırdı. Ertəsi gün isə müəllim gələn kimi onu bərk-bərk tənbeh edib diqqətli olmağını tapşırdı. Müəllim isə dedi:

 Sizin səhviniz var. O, çox sağlam və ağıllı qızdır. Vətəni üçün darıxmağı da təbii bir haldır.

Johanna Spyri - Heidi (6)

 Ancaq Rottenmayerin fikri başqa idi. O istəyirdi ki, müəllim də onun dediklərini təsdiqləsin və Heidini evdən qovsun.

 Cənab Sesemanın gəlməyinə az qalırdı. Rottenmayer Heidinin yaxşı görünməsi üçün Klaranın köhnə paltarlarından bir neçəsini ona vermək istədi. Klara razılığını verən kimi Rottemayer onun paltarlarından bəzilərini Heidi üçün seçib ayırdı. O, Heidinin şkafına bir neçə paltar qoymaq istəyirdi. Ancaq şkafın qapısını açan kimi oranın quru çörəklə dolu olduğunu görüb dəli oldu.

 Adelhayt!

        O elə qışqırdı ki, onun səsinə ev az qala uçacaqdı. Heidi onsuz da onun yanında idi. Tez Rottenmayerin qarşısında durdu.

        - Mənə de görüm, bunlar nədir?

        - Nənə üçün yığıram bunları. Həmin gün aparacaqdım, amma siz icazə vermədiniz.

        - Bu qız məni dəli edəcək! Sənə elə bir cəza verəcəyəm ki, ölənəcən unutmayacaqsan.

Heidi ağlamağa başladı. Klaranın ona yazığı gəldi. Heidinin “Xahiş edirəm, çörəkləri əlimdən almayın. Onlar nənənindir” deyib ağlamağına kimin yazığı gəlməzdi ki.

Klara cəld Heidini sakitləşdirməyə çalışdı:

Sənə istədiyin qədər çörək verəcəyəm. Həm də təzə çörək. Axı bunlar köhnəlibdir.

 Klaranın bu sözləri Heidini sakitləşdirdi.

Johanna Spyri - Heidi (6)

Seseman ata evdə

Həmin gün cənab Seseman evə qayıtmışdı.

Heidi otağından çıxanda o yana-bu yana qaçışan, tələsən xidmətçiləri görəndə çaşmışdı. O, divarın dibi ilə gəzərək qonaq otağına gəldi. Uzun sürən həyəcan, o yana-bu yana qaçmalardan sonra yekə bir fayton evin qarşısında dayandı. Xidmətçilər cənab Sesemanı qarşılamağa qaçdılar və onun ardınca çoxlu çantalar gətirdilər.

 O, hər dəfə iş üçün gedib qayıdanda qızı Klara üçün belə hədiyyələr gətirirdi. O, evə girən kimi qızının yanına getdi, onu öpdü və hədiyyələri dağ kimi onun dizinə yığdı. Sonra isə Heidini gördü. Əlini ona uzadaraq dedi:

Deməli, İsveçrədən gələn qız sənsən, hə?

Bəli, cənab.

Həm qızından, həm də Heididən soruşdu:

Yola gedirsinizmi?

Qızların ikisi də sevinə-sevinə başlarını yelləyib təsdiqlədilər.

Seseman çox yorulmuş və acmışdı. O, yemək otağına getdi. Xanım Rottenmayer həmişəki kimi sifətini sallayıb, qeyri-məmnun şəkildə onu gözləyirdi. O isə Rottenmayerin bu hərəkətindən artıq bezmişdi:

- Yenə nə olub? Niyə hamının kefi yaxşıdır, hər kəs sevinir, ancaq sənin üzündən zəhirmar tökülür?

Cənab, bu İsveçrəli qız barədə danışmaq istəyirəm. Bizi aldadıblar. Bizə kələk gəliblər, biz də aldanmışıq. Bu qızın həm ağlı yoxdur, həm çox dəcəldir, həmdə ruhi pozğunluğu var. Bu qız qızınız Klara üçün pis örnək olacaq. Müəllim də mənim kimi fikirləşir.

Johanna Spyri - Heidi (6)

  Cənab Seseman təcili olaraq müəllimlə bu mövzuda danışmaq istədi. Cənab Aşer isə nə deyəcəyini bilmirdi. O, bir qədər qızardı və kəkələyə-kəkələyə dedi:

- Cənab, düzdür, kənd yerindən gəlib və ona görə də bəzi davranışları bizim davranışlarla üst-üstə düşmür. Ancaq çox şirin və sevimli bir qızdır.

 Cənab Seseman Klaranın yanına getdi. O gülürdü. Çünki xanım Rottenmayerin danışdıqları: Heidinin evə pişik balası gətirməsi, çörəyi qurutması onun xoşuna gəlmiş və onu güldürmüşdü. O, qızından soruşdu:

De görüm, mənim balam, Heidi haqqında nə fikirləşirsən?

        Klara Hedinin etdiklərinin hamısını bir-bir atasına danışdı.  Atası isə dedi:

       - Görürsənmi, evimizə xoşbəxtlik gətirib. Cənab Seseman yeni bir iş səyahətində çıxanda xanım Royttenmayerə pis bir xəbər verdi:

 - Bu yaxınlarda anam gələcək. Sənə də ev işlərində kömək edər. Ən azından uşaqlara o baxar.

 Bu xəbərdən Rottenmayerin kefi qaçmışdı. 

 O, cənab Sesemanın anası ilə heç bir zaman yola getmirdi. O bu qadının evdəki bütün hakimiyyəti onun əlindən alacağından çox qorxurdu.

(Ardı var)

Səslərin sayı: 2
16
1560
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Bu qız qızınız Klara üçün pis örnək olacaq. Müəllim də mənim kimi fikirləşir.
13 iyun 2015 12:15
Offline
Deniz N-va
Ay Insallah anasi xeyirxah qadin olar
7 may 2014 16:48
Offline
Agat_Kris
toma676,
davamı inşəallah olacaq smile
29 aprel 2014 16:28
imza: Pozitiv olun!
Offline
toma676
Davami hani bes
28 aprel 2014 23:38
Offline
Agat_Kris
Ruhəngiz,
aylin youlin,
...,
AFET ,
 Şəri Babayeva,
Ardını mütləq gözləyin dance
20 aprel 2014 21:29
imza: Pozitiv olun!
Offline
Şəri Babayeva
Maraqlıdı,ardını gözləyirəm.Şirin qızdı. air_kiss blush
20 aprel 2014 19:32
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
AFET
Maraqla oxudum ardini gozluyurem tesekkurler.
20 aprel 2014 15:38
Offline
Qəribə
Çox canlı və təbii yazılıb,elə bilirəm film izləyirəm. Təşəkkürlər baci. give_ros
20 aprel 2014 13:44
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
aylin youlin
Cox maraqlidi ardini sebirsizlikle gozleyirem. girl_ten
20 aprel 2014 10:25
Offline
Ruhəngiz
Təşəkkürlər Aqata,izləyək görək hadisələr necə cərəyan edəcək
20 aprel 2014 10:25
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Agat_Kris
Zeyneb-Esger,
dəyməz canım, sən sağol ki, oxudun. give_ros
20 aprel 2014 04:04
imza: Pozitiv olun!
Offline
Zeyneb-Esger
Maraqlidir oxuduqca axrinin nece olacagini fikirlesirem tesekkurler sebirsizlikle ardini gozleyirem sag olun
20 aprel 2014 04:00
Offline
Agat_Kris
Dəniz84,
Ellada Babayeva,

Sevindim ki bədiiliyi qoruyub saxlaya bilmişəm smile ardı mütləq olacaq bizi izləməkdə davam ediiin dance
20 aprel 2014 02:37
imza: Pozitiv olun!
Offline
Aysel İ.
Həqiqətən də insana elə gəlirki, film izləyir. Çox canlı və təbii yazılıb. Təşəkkür.
20 aprel 2014 00:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Maraqlıdı.Oxuduqca elə bilirəm film izləyirəm canlı..Ardı gəlsin. yes
19 aprel 2014 23:23
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Bilirem bu hekayeni.ingilis dili kitabimizda var bir hissesi...
19 aprel 2014 22:33
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 00:04 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (353)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://vk.com/topic-904310_40756623 http://www.pinterest.ru/pin/842102830308259205 http://www.pinterest.ru/pin/824440275520433879 http://www.pinterest.ru/pin/650770214890981290 http://vk.com/topic-904237_43525937 http://vk.com/topic-904054_39896679 http://vk.com/topic-904310_40755030 http://www.pinterest.ru/pin/693624780093883519 http://www.pinterest.ru/pin/611011874429754325 http://www.pinterest.ru/pin/627055948101490127 http://www.pinterest.ru/pin/816699713661793907 http://vk.com/topic-904263_40722389 http://www.pinterest.ru/pin/627759635544052133 http://vk.com/topic-904054_39896323 http://vk.com/topic-904191_39876034 http://www.pinterest.ru/pin/586312445222111197 http://vk.com/topic-904218_40531639 http://vk.com/topic-904464_39898015 http://vk.com/topic-904017_43526491 http://www.pinterest.ru/pin/677862181401939778 http://vk.com/topic-904141_39871419 http://vk.com/topic-904174_39907928 http://vk.com/topic-904237_43507752 http://vk.com/topic-904265_40510072 http://www.pinterest.ru/pin/626211523171596386 http://vk.com/topic-904332_40136145 http://www.pinterest.ru/pin/856035841655677258 http://www.pinterest.ru/pin/676736281491602647 http://www.pinterest.ru/pin/676314069027059474 http://www.pinterest.ru/pin/765119424178705135 http://vk.com/topic-904062_40129532 http://vk.com/topic-904332_40138367 http://www.pinterest.ru/pin/757097387343168575 http://vk.com/topic-904252_40125030 http://vk.com/topic-904111_39877424 http://www.pinterest.ru/pin/830984568729158611 http://www.pinterest.ru/pin/794392821757794856 http://vk.com/topic-904062_40126561 http://vk.com/topic-904039_40168194 http://www.pinterest.ru/pin/842102830308274134 http://www.pinterest.ru/pin/826480969102017314 http://www.pinterest.ru/pin/858358010214257781 http://vk.com/topic-904310_40751150 http://www.pinterest.ru/pin/853291460633138237 http://vk.com/topic-904017_43518377 http://www.pinterest.ru/pin/721279696556085902 http://vk.com/topic-904141_39875640 http://www.9damaomods.com/space-uid-1400274.html http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://rockby.net/profile.php?mode=viewprofile&u=151929
  • Sonu çətin başa düşülən filmlər

    Ilk dəfə sonunu başa düşə bilməyəcəyiniz, düşündürən filmləri sizə təqdim edirik. Hansılar izləmisiniz?
  • Ballı, darçınlı alma cipsi (foto-resept)

    Ballı, darçınlı alma cipsi (foto-resept)
  • 17:16 - Müəllif: PERI
    Kim olmaq istəyirsən? (1)

    Kim olmaq istəyirsən?

    Yalçın dedi: "Müəllim, gülünc gələ bilər. Ancaq ədəbiyyat sahəsinə marağım çoxdur. Şair olmaq istəyərdim".
  • 17:14 - Müəllif: PERI
    Bürclərə Əsasən Ətir Seçimi (1)

    Bürclərə Əsasən Ətir Seçimi

    Ətirlər dünyasının mütəxəssisi, peşəkar ətriyyatçı Anne Nelson Sanford uzun illər ulduz falı ilə qızların ətir seçimləri arasındakı əlaqəni araşdırıb.
  • Qədim dövrlərdə istifadə olunan gözəllik üsulları

    Dərini nəmləndirmək, qara nöqtələrdə xilas olmaq və parlaq görüntü əldə etmək üçün gül suyu əvəzedilməzdir. Qədim Misirdə sevilən məhsul idi. Qədim Misir qadınları, hər səhər və axşam gül suyu ilə dərilərini nəmləndirirdi.
  • Məşhur model körpəsinin cinsiyyətini açıqladı

    sag salkamat gelsin dunyaya
  • Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO

    Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO
  • Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ edildi

    Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ edildi
  • Ballı, darçınlı alma cipsi (foto-resept)

    Bunu yemişəm yaxşı olur. Darçınlı lap əladı
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!