Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Düşüncə dərsi (6)

Filosoflardan Rene Dekart "Mən düşünürəm, odur ki, varam" kəlamını işlətmişdir. Həmin kəlama orta məktəb dövründə rast gəlmişdim və çox bəyənmişdim. Kanta görə, "Düşünmək mühakimə etməkdir". Düşünmək müxtəlif şəkillərdə ortaya çıxır. Yaşanmış müəyyən həyat təcrübəsindən sonra insanlarda düşüncə fikirlərlə ifadə olunur. Dekartdan sonra fransız filosofu Jan Pol Sartr "Mən düşünürəm, odur ki, varam" fikrinin xətalı olduğunu kəşf etdi və ona qarşı "Mən deyən şüurla, düşünən şüur eyni deyil" fikrinə gəldi. Mən hələ o mərhələyə çatmadığım üçün bu günə qədər düşündüklərim barədə laughing

Düşüncə dərsi (6)

Beynimizi nə ilə bəsləyiriksə, həyatımıza da onları qatırıq.

Düşüncə dərsi (6)

Bütün qadınlar qadındır, amma hər qadın xanım deyil!

Düşüncə dərsi (6)

Rahat bir ruhla zamana və ya qədərə üsyan etmirəm. Mənə aid olan onsuz da mənə gələcək.

Düşüncə dərsi (6)

Xəyallarınıza gülən, sizi alçaldan insanlara heç nə deməyin. Sadəcə gülümsəyin və xəyal qurmağa davam edin.

Düşüncə dərsi (6)

Həyatınızda rastlaşdığınız hər acıya inkişaf nərdivanınızdakı bir pillə kimi baxın.

Düşüncə dərsi (6)

Bir insanın gerçəkdə necə olduğunu bilmək üçün uzun zaman xərcləməyə dəyməz. Onu özünüzdən bir balaca irəliyə buraxın, çox keçmədən görmək istədiyiniz kartları üzünüzə açacaqdır.

Düşüncə dərsi (6)

Həyat o zaman gözəl olacaq ki, özünüzü ətrafında kəpənəklərin uçuşduğu bir işıq lampası halına gətirəcəksiniz...

Düşüncə dərsi (6)

Hər şeyə ciddi-cəhdlə yanaşdığınız zaman yaşamaq zövqünü itirirsiniz. Həyatın komediya tərəflərini də görmək lazımdır, həyat ciddiyə alınmayacaq qədər də rənglidir. Yalnız ağ və qara rəngdən ibarət deyildir. Həyata çox ciddi yanaşan insanlar tez yaşlanırlar. Həyat əslində sadədir, onu mürəkkəb hala gətirən insanların düşüncələridir. Gülməyi öyrənin, güldükcə yaşamaq sizə daha asan gələcək. Nə edirsən et, onsuz da hər kəsi məmnun etmək olmur.

Düşüncə dərsi (6)

Dünənin sənin istədiyin kimi olmamasına üzülmə. Dünən keçdi və bitdi. Bu gün isə tamam başqadır. O, sənin qarşındadır. Hələ toxunulmamış və pozulmamış bir şəkildədir. Bu günü ən gözəl gün halına gətirə bilmək səndən asılıdır. Bunu səndən başqa heç kim
sənin kimi yaxşı edə bilməz. Günə daxili hüzur və könül rahatlığı ilə başla. Burax, daxili dincliyin içini doldursun və sənə sarılsın.

Düşüncə dərsi (6)

Xanımlıq qadının ipək saçlarında, incə boynunda, can alan gözlərində, qu quşu kimi zərifliyində deyil, ilk əvvəl ruhunda olacaq ki, tamamlansın.

Səslərin sayı: 9
44
13469
loading...
Şərhlər
Offline
Agat_Kris
Mənə aid olan mənə gələcək. Əla!!! Ceylan xanım, sizin xəbərləri hər dəfə yenidən oxuduqca yeni məlumatlar öyrənmiş kimi hiss edirəm özümü.
4 noyabr 2014 00:07
imza: Pozitiv olun!
Offline
Ceylan Mumoğlu
Fatima_,
Felsefeni cox sevirem ozumde yaziram ruhum aglayanda mene yaz deyende))

Yazdıqlarınızı paylaşa bilərsiz bizlərlə.
12 iyun 2014 15:15
Offline
Fatima_
Cox beyendim ruhuma iz qoydu sanki bu sozler..Felsefeni cox sevirem ozumde yaziram ruhum aglayanda mene yaz deyende))
21 aprel 2014 13:46
Offline
Ceylan Mumoğlu
Mahmudzade,
HUSNA,
Təşəkkür edirəm,əziz xanımlar. Gözəl görən sizin gözlərinizdir smile
13 aprel 2014 01:27
Offline
HUSNA
Ceylan xanim,bu gun bir daha ne qeder gozel qelbli oldugunuzun sahidi oldum
Gozel redaktor---gozel ana---eyni zamanda gozel xanim give_ros
13 aprel 2014 00:09
Offline
Aida M-ova
Xanımlıq qadının ipək saçlarında, incə boynunda, can alan gözlərində, qu quşu kimi zərifliyində deyil, ilk əvvəl ruhunda olacaq ki, tamamlansın. give_ros

Düz sözə nə deyəsən ? heç nə razılaşmaqdan başqa bir şeyə ehtiyac qalmır unknown
12 aprel 2014 22:30
Offline
Ceylan Mumoğlu
APENAS,
Təşəkkür edirəm, bəyəndiyinizə şad oldum. Bilsəydim bunları daha əvvəl paylaşardım winked
12 aprel 2014 22:25
Offline
APENAS
Ceylan xanım inanın həqiqətən nə yazacağım haqqında çox fikirləşdim amma bu sözlər qarşısında nə deyəcəyimi bilmirəm. Çox düzgün düşüncələr qeyd etmisiz. Hər cümlədə dərin məna var. Nə deyə bilərəm ki? Sadəcə sizə sonsuz minnətdaram, oxumaqdan doymadım...
12 aprel 2014 22:09
Offline
Ceylan Mumoğlu
ESNA,
Təşəkkür edirəm, sizlərin motivasiyası da əladır good
12 aprel 2014 22:03
Offline
AFƏR
Cox menali ,dushundurucu sozlerdi,ne gozel qelbiniz var ve o gozel qelbi dashiyan cox duygulu ruhunuz var, yazdiginiz sozlerden bize shexsen mene yansidi,goren gozleriniz,dushunen beyniniz,yazan elleriniz agrimasin Ceylan xanim. good
12 aprel 2014 21:44
Offline
Ceylan Mumoğlu
PƏRVANƏ ƏLİYEVA......,
.Yazdiqlarinizi o qeder beyendimki..Yazilanlara Mudrik kelamlar deyerdim.Hetta her zaman ehtiyac duyduqumuz mudrik kelamlar..

Lap utandım e request Özümü müdrik görmürəm , minnətdaram fikirlərinizə və dəyərləndirmənizə görə.
Ləman_,
Ayan,Abiyeva,
Təşəkkürlər laughing
12 aprel 2014 20:38
Offline
Ayan,Abiyeva
HAMISI DUŞUNDURUCU SOZLERDIR HAMISINI OXUDUM TEŞEKKURLER CEYLAN XANIM
12 aprel 2014 19:47
Offline
PƏRVANƏ ƏLİYEVA......
Bütün qadınlar qadındır, amma hər qadın xanım deyil! give_ros Xanımlıq qadının ipək saçlarında, incə boynunda, can alan gözlərində, qu quşu kimi zərifliyində deyil, ilk əvvəl ruhunda olacaq ki, tamamlansın. give_ros
Rahat bir ruhla zamana və ya qədərə üsyan etmirəm. Mənə aid olan onsuz da mənə gələcək. give_ros
Xəyallarınıza gülən, sizi alçaldan insanlara heç nə deməyin. Sadəcə gülümsəyin və xəyal qurmağa davam edin. give_ros

Bir insanın gerçəkdə necə olduğunu bilmək üçün uzun zaman xərcləməyə dəyməz. Onu özünüzdən bir balaca irəliyə buraxın, çox keçmədən görmək istədiyiniz kartları üzünüzə açacaqdır. give_ros

Həyatınızda rastlaşdığınız hər acıya inkişaf nərdivanınızdakı bir pillə kimi baxın. give_ros

Cox saqolun Ceylan xanim..Yazdiqlarinizi o qeder beyendimki..Yazilanlara Mudrik kelamlar deyerdim.Hetta her zaman ehtiyac duyduqumuz mudrik kelamlar..Cox saqolun var olun..Allah sizden razi olsun..Qeleminize ureyinize quvvet.. give_ros
12 aprel 2014 19:43
Offline
Nigar
Cox sagolun Ceylan xanim cox gozel sozlerdirgood
12 aprel 2014 19:22
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Ceylan Mumoğlu
Gulum,
Ceylan xanım sizi daha cox sevdim

Şərhiniz üzümdə təbəssüm oyatdı, xüsusən də bu cümlə
Nedense bu andan sonra size KƏPƏNƏK xanım demek kecdi qelbimnen

Kəpənəklərə özəl bir həssas yanaşmam var. Onlar anı yaşayırlar çünki. Ömürləri qısa da olsa, yaşamaqdan həzz ala bilirlər. girl_smi
vefa elizade,
Təşəkkürlər )
12 aprel 2014 19:09
Offline
vefa elizade
Cox sagolun maraqli sozlerdir
12 aprel 2014 18:55
Offline
Gulum
Ceylan xanım sizi daha cox sevdim kiss Bezen mende ele olur ki hec hec kimin daha dogrusu etrafımdakıların görmedikleri gözellikleri görürem Belkede hec orda gözellik yoxdur sadece gömek istedikleimi görürem Amma sizin kelamlarıniz heqiqeten gözellilkle nikbinlikle doludur Nedense bu andan sonra size KƏPƏNƏK xanım demek kecdi qelbimnen give_hea Ne yaxşı ki varsız
12 aprel 2014 18:35
Offline
Realist
Onları göndərin sizin üçün də bu cür şəkillərlə hazırlayım maraqlı olar.

Çalışacam ki, bir gün göndərim. Diqqətiniz üçün minnətdaram. girl_ten
12 aprel 2014 17:56
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Ceylan Mumoğlu
Xedice  Aliyeva,
Elvina Sayar,
Təşəkkür edirəm, xanımlar.

Realist (A-N),
Müdrik kəlimələri məən də sevirəm və təbim oyananda mən də belə ifadələr yazıram.

Onları göndərin sizin üçün də bu cür şəkillərlə hazırlayım smile maraqlı olar.
Bu arada 2-ci şəkli görəndə üzümdə təbəssüm oyandı. Ayy mənim avatarımmışki, dedim.

Zövqümüz üst-üstə düşüb blum
12 aprel 2014 17:44
Offline
Realist
Çox gözəl sözlərdir, Ceylan xanım. Düşünən beyninizə, qiymət verən ürəyinizə sağlıq...
Doğrudur, hər qadın xanım adına layiq deyil. Bunu əyani şəkildə beynimə qazımışam.
Mən evdə tək olanda hər zaman özümlə söhbət edirəm. Ürəyim fikirləşir, beynim analiz edir. Mən özümü mühakimə edən insanam. Və inanıram ki, mən özümü tam tanıyıram. İnsan ilk növbədə özünü tanımalıdır ki, ətrafında olanlara da dəyər verə bilsin.
Bir insanın bu dərəcəyə yetişməsi üçün uzunnnnnnnn illər lazımdır.

Ceylan xanım, bu hər zaman belə olmur. İnsana fitrətdən verilən bəzi xüsusiyyətlər vardır. Eyni yaşda, misal üçün 18 yaşlı 2 eynicinsli həmyaşıd. Biri həddindən artıq şıltaq, dəlisov, ərkəsöyün, digəri isə təvazökar, uzaqgörən. Bəlkə də bu insanın yetişdiyi mühitin, ailənin əsəridir. Amma nəticədə iki həmyaşıdın xarakterində dağlar qədər fərq var.
Bu arada 2-ci şəkli görəndə üzümdə təbəssüm oyandı. Ayy mənim avatarımmışki, dedim. crazy
12 aprel 2014 17:11
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )