Avropa tarixində ən iri xəzinələrdən biri iki həvəskar arxeoloq tərəfindən Cersi adasında tapılıb. Gizli yerdən tapılan on minlərlə qızıl və gümüş sikkənin ümumi çəkisi ¾ tona çatır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Britaniyanın "Press Association" agentliyinə istinadən xəbər verir.
Ekspertlərin hesablamalarına görə, tapıntının iki min ildən çox yaşı var. Təxminən e.ə. 50-ci illərə aid edilən sikkələr müasir Bretanın şimalında məskən salmış kelt tayfası koriozolitlərin zamanında dövriyyədə olub.
Alimlər ağla sığmayan məbləğdə pulun romalıların yürüşləri ərəfəsində, yəni e.ə. I əsrin ortalarında legionerlərin Yuli Sezarın komandanlığı altında qal tayfalarını işğal etdiyi dövrdə Cersidəki fransız keltlər tərəfindən gizlədildiyini hesab edirlər.
Tədqiqatçılar hələlik sikkələrin dəqiq sayını müəyyən etməkdə çətinlik çəkirlər. Çünki ötən yüzilliklər ərzində gillə qarışan metal sıx şəkildə bir-birinə yapışaraq böyük külçəni xatırladır. İlkin qiymətləndirmələrə görə, bu rəqəm 30 mindən 50 min arasında dəyişə bilər. Bununla yanaşı, numizmatlar hər bir sikkənin dəyərinin 1-2 yüz funt sterlinq təşkil edə biləcəyini qeyd edirlər. Beləliklə, qədim xəzinənin ümumi dəyəri 5 milyondan 16,5 milyon dollaradək təşkil edə bilər.
Qeyd edək ki, Cersi adasının şərq sahillərində yerləşən Qruvil keçidindəki sahə yerli xəzinəaxtaranların diqqətini çoxdan cəlb edirdi. Sensasiyalı tapıntını aşkara çıxaran 70 yaşlı Req Med öz tərəfdaşı Riçard Maylzla birlikdə 30 ildən artıqdır ki, bu yerlərdə xəzinə axtardığını etiraf edib. Onları bu axtarışları aparmağa tufanın kökündən qopardığı ağacların altından tapılan sikkələr haqqında söhbətlər həvəsləndirib.
Mənbə:trend.az
XƏBƏR LENTİ
Azərbaycan üçün Həcc kvotası üç dəfəyə yaxın artırıla bilər
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
"Zalım İstanbul" serialına yeni aktyor dəvət edildi-FOTO
Sağlamlıq, ya gözəllik?
Maddi imkansızlıq ailələrin dağılmasının əsas səbəbidir
Armudlu desert (foto resept)
Azərbaycanda 9 və 11-ci siniflərdə tədris erkən bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA
Rekordlar kitabına düşmək 3 ilini aldı - FOTO
Marsda “pinqvin” tapıldı - FOTO
Məşhur həkimdən xəstəliyi yüngülləşdirən qaydalar
Qeyri-adi binalar
Rusiya səfiri: Azərbaycanda müxtəlif xalqların ənənə və mədəniyyətlərinin qorunması üzrə iş aparılır
"Azərsu" sakinlər qarşısında şərt qoydu
Fotoşopsuz daha gözəl olan şəkillər
Azərbaycanda peşə məktəblərində yenilik
Haqlı olmaq hüzur verir
Yumurtalı ət ruleti (foto resept)
Mehriban Əliyeva Mərdəkan və Binədə körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı
Azərbaycanda bütün hava limanları BAĞLANDI
Günəş eynəkləri
Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur
Dünyaca məşhur nəşrdən ermənilərə zərbə: Tərtərə atılan ağ fosfor mərmisinin partladılma anı
Hansı daha vacibdir?
Kitabsevərlər üçün
10 ən pis lunatizm faktı
Whatsapp-da yeni funksiyalar
Dərini gəncləşdirən yeməklər
Yeni Maserati GranCabrio
14 kq-lıq yeniyetmə-FOTO
Gökçə Bahadır klip çəkdirdi-FOTO
İnsanlara xoşbəxtlik verən 7 qoxu
Məşhur aktrisa canlı yayımda utandı
Avro kəskin ucuzlaşacaq
Türksayağı tomat şorbası (foto resept)
Aleyna Tilki reklam qiymətini qaldırdı
Mənzil-istismar sahələri ləğv olunacaq
Azad Söz (8-ci hissə)
Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - RƏSMİ
50 yaşlı kişi 3 qadınla eyni vaxtda evləndi
İnsan bədəni haqqında maraqlı faktlar
"Kurtlar Vadisi Pusu"da diqqətçəkən Ayasofya detalı - Şok görüntülər
Bələdiyyə başçısının zarafatı sosial şəbəkədə müzakirə olundu
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
“Emmy” mükafatları yeni formatda təqdim olundu - FOTO
Bakıda mənzillər ucuzlaşır
Gəlin toya atını da apardı - FOTO
Bəlğəmi təmizləmək üçün xalq təbabəti üsulları
Məşhur futbolçu evlənir
- ŞƏRHLƏR