Nicat tapmaq, səadətə çatmaq istəyirsiznisə, birinci şərt budur ki, səbir edin. İkincisi budur ki, başqalarını da səbrə dəvət edin. Üçüncüsü, müqavimət gücünə malik olun. Dördüncüsü, Allahdan qorxun. Bu mərhələləri keçəndən sonra fəlah gəlir. Fəlah, yəni səadətə çatmaq, nicat tapmaq, Allaha qovuşmaq.
İnsanın Allaha qovuşması üçün səbir ən vacib mərhələlərdən biridir. Çünki insan həyatda yaşadığı müddətdə muxtəlif hadisələrlə qarşılaşır. Bu hadisələr bir az acı olur, bir az şirin. Hadisələr bir-birindən fərqlidir. Bütün bu hadisələr tufanı qarşısında sarsılmamaq ücün dağ kimi olmaq lazımdır, dağ kimi qorunub qalmaq üçün səbrə ehtiyac var.
İnsan hadisələr tufanı qarşısında sarsılmamaq ücün ilk əvvəl başa düşməlidir ki, hadisələrin, bəlaların müddəti çox azdır. Qısa bir müddətdən sonra onlar keçib gedir. Başa düşməlidir ki, o hadisələr ki insanın başına gəlir - gün ərzində, il ərzində, ömrü boyu - bu hadisələr hamısı insan üçün imtahan vasitəsidir. Allah Təala insanı hadisələr vasitəsi ilə sınayır. Hər hadisə ki, insanın qarşısına çıxır, hər hadisə müqabilində insanın vəzifəsi var, gərək o vəzifəsini tapa bilsin. İnsan hadisədən çox öz vəzifəsinə diqqət eləməsi vacibdir. Biz bəzən hadisələri dua edirik ki: "Ay Allah bunu ver mənə, bunu vermə", amma daha çox hadisə müqabilində tutduğumuz mövqeyi nəzərdən keçirtməliyik. Hər hansı bir hadisə, hər hansı bir nemət bizim boynumuza bir vəzifə gətirir - əsas məsələ budur.
Fəcr sürəsində Allah insan haqqında belə buyurur: "Elə ki, Rəbbi onu imtahana çəkir və ona bir sərvət, nemət verdi, İnsan məğrur olur deyir ki, Allah məni əzizlədi, məni çox istəyir ki, nəsə verdi, mən Allahın sevimli bəndəsiyəm ki, Allah bunu mənə verdi. Ardınca deyir ki, elə ki, onu imtahana çəkmək üçün onun ruzisini əlindən aldıq, o zaman da deyir ki, Allah məni təhqir elədi. Ona bir şey bəxş edəndə məğrur olur, əlindən alanda məyus olur". Quran bildirmək istəyir ki, hadisələr və nemətlər sizin üstünlüyünüzə, alçaldığınıza dəlil ola bilməz. Allahın nəsə verməsi, nəsə alması sizin şəxsiyyətinizin meyarı, göstəricisi deyil. Sizin şəxsiyyətinizin meyarı, sizin həmin hadisələr müqabilində tutduğunuz mövqedir. Əsas budur.
Allah sənə var dövlət verib, sevinmə. Bil ki, sənin boynuna vəzifə gəlib. Onun üçün verib. O vəzifə nədir? Vəzifə odur ki, o vəzifəni halal xərcləyəsən, Allah istəyən yerə xərcləyəsən. Bunu edə bilsən, onda sevin. Mühüm var-dövlət deyil, mühüm odur ki, sən var-dövlətin müqabilində nə mövqe tutacaqsan.
Allah birdən səndən aldı, sən fəqir oldun, o saat demə ki, nəsə pis bir şey baş verdi. Fikirləş ki, bunu aldı, mənim vəzifəm nədir bunun müqabilində? Vəzifən budur ki, Allaha şükr edim, izzət-i nəfsdən kənara çıxmayım.
Bizdə adət var, birinə vəzifə verəndə camaat zəng edib təbrik edir. Amma vəzifə islam baxımından yükdən başqa bir şey deyil. Vəzifə imtiyaz deyil. Vəzifə adından bəlli olduğu kimi yükdür. Allah ki, birinə vəzifə verir bu şadlıq əlaməti deyil. Məsələ bundadır ki, sən bu nemətlə necə davranacaqsan? Bunu sənə veriblər ki, sən insanlara xidmət edəsən. Özü də vəzifə sahibinin xəyanət eləməsi çox təhlükəlidir. Qiyamətdə neçə dəstə insanlar var ki, xüsusi əzaba duçar olacaq, o insanlardır ki, vəzifələrindən sui-stifadə ediblər, insanlara zülm ediblər. Onların xüsusi əzabı var. Məqam, vəzifə insan üçün məsuliyyət gətirir. Hadisə müqabilində insanın əsas işi budur ki, müəyyən etsin, özünə sual versin ki, "Mənim vəzifəm nədir bu işin müqabilində?"
Müəllif: Hacı Şahin Həsənli
XƏBƏR LENTİ
Milano Moda Həftəsi: 2021 yaz/yay dəbi
Ağ kələmin 4 şəfalı xüsusiyyəti
İtmiş şəhərlər
Hollivud gözəllərinin arıq qalma sirləri
Nikaha görə tibbi yoxlama həmişə effektlidirmi?
Qəbul imtahanların TARİXləri açıqlandı
Kamran Ağayev - Azərbaycan yığmasının ən yaxşısı
Mərciməkli kuskus plovu (foto resept)
Məşhur yazara vəzifə verildi
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Ancelina Colinin oxşarı-FOTO
1-ci sinfə qəbul başlayır
Hava haqqında
Vanqa - həyatı haqqında bilmədikləriniz
Hamamdakı sarı ləkələri necə təmizləməli?
Çinli koronavirusdan qorunmaq üçün zürafə kostyumu geyinmək qərarına gəldi - VİDEO
Badam yağı qaş və kirpik uzadırmı?
Doğru geyim alın
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Adriana Lima ƏSƏBLƏŞDİ-SƏBƏB
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
İnsan
Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA
Payız depressiyasından xilas olmağın yolları
Məşhurları daha əvvəl belə görmədiniz
Gəlinliklərdə Meghan Markle tərzi
Arda Turan ilk dəfə oğlunu göstərdi - FOTO
“Qara qızıl” kəskin bahalaşdı
Saç düzümləri
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Koronavirusdan SAДћALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı - VİDEO
Ağcaqanad boyda düşüncə
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
"Firdevs Yöreoğlu kimi tanınmaqdan yoruldum"
Azərbaycanda mənzillərin qiyməti artıb
Dünyanın ən zəngin şəhərləri
Ad günü keksi
Rayona iri buz parçaları yağdı, ciddi fəsadlar yarandı
Qar və buz festivalı
Prezidentdən Tovuzla bağlı daha bir VACİB SƏRƏNCAM
Londonda unikal Xocalı aksiyası
Çörəyin qiyməti artacaq?
Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirildi - RƏSMİ
Qadağan olunmuş şəhər
Qaymaqlı - şaftalılı piroq (foto resept)
COVID-19-la bağlı son STATİSTİKA
Bu il bizi bizi nələr gözləyir?
Mikayıl Cabbarov məktəblərlə bağlı əmr verdi
Limonlu keks (foto resept)
- ŞƏRHLƏR