Bakıda hava 14°
USD AZN
EUR AZN
13 noyabr 20:35Surayye Hec mene yazib elemirsiz iki baci 13 noyabr 20:35Surayye salam canim menim sen necesen 13 noyabr 18:32Sima salam axsamiz xeyir necesiz
41119

Johanna Spyri - Heidi (5)

Johanna Spyri - Heidi (5)

Cənab Sesemanın evində

Heidi Frankfurtda varlı adam olan cənab Sesemanın evinə gətirildi.

Onun qızı Klara gəzə bilmir və ömrünü əlil arabasında keçirirdi. Onun anası vəfat etmiş, atası da bütün günü işdə olduğu üçün çox darıxırdı.

Evin işlərini Rottenmayer adlı baxımsız bir qadın idarə edirdi. O, Klaranın günlük cədvəlini hazırlayır və hamıya əmrlər yağdırırdı. Bu onun çox xoşuna gəlirdi.

Heidi ilə xalası qapını döyəndə qapını gözəl geyinmiş bir uşaq açmışdı. Xalası vəziyyəti uşağa başa salandan sonra o bir düymə basdı. Onun yanına başqa bir uşaq gəldi:

-Nədi? Yenə nə istəyirsən?

-Bu adamlar Rottenmayer xanımla görüşmək istəyirlər.

Qulluqçu heç bir şey demədən çıxıb getdi. Sonra da nərdivanın başından:

-Rottenmayer xanım sizi gözləyir, - deyib yoxa çıxdı.

Heidi ilə xalası qapını açan xidmətçinin ardınca qonaq otağına getdilər. Onlar evdəki əşyaların bahalığı, evin böyüklüyü, xidmətçilərin soyuqqanlığı qarşısında donub qalmışdılar.

Xanım Rottenmayer gəldi. O, Klarada dostluq etmək üçün gətirilmiş bu qızı diqqətlə incələməyə başladı. O, Heidiyə elə baxırdı ki, elə bil qaşısındakı adam yox pişik balasıdır.

-Adın nədir?

-Heidi.

-Bu nə addır. Başqa adın yoxdur?

-Bilmirəm.

-Bu necə cavabdır, axmaq.

Heidinin xalası işlərin korlanacağını görüb tez irəli atıldı:

-Üzr istəyirəm, tərbiyə görməyib. Ona görə də belədir. Adı Adelhaytdır.

-Hə, bu ad pis deyil. Ancaq bu qız balacadır. Klaranın isə on iki yaşı var.

-Yox, xanım, elə də kiçik deyil. Onun doqquz yaşı var.

Heidi cəld xalasının səhvini düzəltdi:

-Doqquz yox, səkkiz.

-Deməli, səkkiz. De görüm, bu günə qədər hansı kitabları oxuyubsan?

-Mən oxumağı bacarmıram.

-Nə? İnana bilmrəm. Oxumağı bacarmayan birinin bizim evdə nə işi var?!

Ancaq Detie o saat dedi:

-Xanım, əmin olun ki, bu, elə sizin axtardığınız uşaqdır. Bir-iki gündən sonra özünüz də buna əmin

olacaqsınız. Mən tələsirəm, təcili getməliyəm. Bir neçə gündən sonra gəlib məmnun olub-olmadığınızı öyrənəcəyəm.

Xalası bu sözləri deyən kimi çıxıb getdi. Heidi baş verənləri anlamağa çalışırdı, ancaq bir şey başa düşmürdü. Birdən yan tərəfdən ona verilən sualla üz-üzə qaldı:

-Deməli, adın Adelhaytdır, hə? Yoxsa Heididir?

O, sağ tərəfə çönəndə arabasında oturub ona baxan Klaranı gördü.

-Məni həmişə Heidi deyə çağırırlar.

-Lap yaxşı, onda mən də səni belə çağıracağam. Bura gəldiyin üçün sevinirsənmi?

-Yox, bir azdan nənənin yanına qayıdacağam. Hə, bir də ona ağ çörək aparacağam.

-Yoox, burda qalacaqsan və səninlə çox gözəl dost olacayıq. Bura hər gün müəllim gəlir. O, sənə

də oxumağı öyrədəcək.

-Burada qalacağımı mənə heç kim deməyib axı. Axşam evə qayıdacağam.

Rottenmayer əsəbi halda saga-sola əmrlər yağdırırdı:

-Bu qız üçün cəld bir otaq hazırlayın!

Yemək zamanı Rottenmayer uzun-uzadı danışdı. O, Heidiyə evin qayda-qanunlar və özünü necə aparmaq lazım olduğu barədə danışırdı. Ancaq Heidi çox yorulmuşdu. Ona görə də bir neçə dəqiqədən sonra o, başını stola qoyub yuxuya getdi.

Klara Heidini bu vəziyyətdə görüb bərkdən gülməyə başladı.

-Çox şirin qızdır. Çoxdandır ki, belə gülmürdüm.

Heidi səhər yuxudan duranda özünün gözəl bir yataqda uzandığını gördü. Ətrafına baxdı. Otaqda olan bütün əşyalar bahalı idi. Pəncərəni aşmağa çalışdı ancaq xarab oduğu üçün aça bilmədi.

O, stulda oturub dağları düşünməyə başladı. Orada olmadığı üçün ağlamaq istəyirdi, ancaq Rottenmayerin gəlişi ona mane oldu. Rottenmayer Heidinin bu saata qədər yatmağına əsəbiləşmişdi. Heidi onun ardınca tullana-tullana gedib əl-üzünü yudu və Klara ilə birlikdə qəlyənaltı etdi.

Johanna Spyri - Heidi (5)

Səhər yeməyindən sonra uşaqlar Aşer müəllimin yanına gəldilər. Rottenmayer Heidi haqqında qabaqcadan müəllimə bir neçə şey demişdi:

-Biz Klaranın yaşında bir uşaq gözləyirdik. Ancaq bu ondan həm çox balacadır, həm də cahildir. Xahiş edirəm, onu Klaraya layiq bir yoldaş kimi tərbiyə edin. Bunu etmək mümkün olmasa, bunu mənə mütləq deyin.

Onlar müəllimin otağına yaxınlaşanda Heidi həyətdə gedən arabalara baxmaq üçün qaçdı və ayağı ilişib yıxıldı. Heidi müləlimlə belə bir vəziyyətdə tanış oldu. Klara isə müəllimə dedi:

-Onu cəzalandırmağınızı istəmirəm. Çünki onun günahı yoxdur.

Günortaya qədər onların dərs keçəcəyi otaq təmizləndiyi üçün müəllim Heidi ilə tanış ola bilməmişdi.

Heidi günorta qulluqçuların birindən xahiş etdi ki, pəncərəni açsınlar. O, düşünürdü ki, babanın evini buradan görə bilər. Qulluqçudan soruşdu:

-Mən dərəni haradan görə bilərəm?

Xidmətçi də qarşıdakı qülləni göstərdi.

Johanna Spyri - Heidi (5)

Heidi tez evdən çıxdı, ancaq o qülləni tapa bilmədi. O, küçədə harasa tələsən adamları görəndə çox təəccüblənmişdi. Bu adamlar heç bir-birilərinə salam da vermirdilər. Heidi bir qədər getdikdən sonra adamların birindən qüllənin harada olduğunu soruşdu.

Nəhayət, o, qüllənin yanına gəlib çatmışdı. Heidi bir azdan babasının evini, dərəni görəcəkdi. Ona görə də çox həyəcanlanmışdı. Ancaq bir problem var idi. O, qülləyə necə çıxacaqdı? Qüllənin hər tərəfini dolaşdı. Yan tərəfdə bir adam durmuşdu. Heidi cəld onun yanına qaçdı.

-Bağışlayın, mən bu qülləyə çıxmaq istəyirəm. Mənə onun qapısını göstərə bilərsinizmi?

-Sənin kimi balaca bir qız ora çıxa bilməz.

-Axı mən ora çıxmalıyam, babamın evinə baxmalıyam. Xahiş edirəm, mənə kömək edin.

Həmin adam gülümsəyərək Heidiyə baxdı və onun əlindən tutaraq qülləyə çıxartdı. Bütün evlər qüllədən görünürdü. Heidi qarşısındakı mənzərəni görəndə təəccübləndi:

Johanna Spyri - Heidi (5)

-Axı buradan heç nə görünmür. Belə bərbad bir şeylə heç bir zaman qarşılaşmamışdım.

Həmin adam Heidinin bu sözünə əsəbiləşdi.

-Sənin belə şeylərdən başın çıxmaz. – dedi və Heidinin əlindən tutub onu aşağı düşürdü.

Qapıdan çıxanda Heidi səbətin içində iki dənə pişik balası gördü və onları özü ilə aparmaq üçün icazə istədi.

-Neyləyəcəksən ki, bu pişikləri?

-Mən cənab Sesemanın evində yaşayıram. Pişikləri də ora aparacağam.

Heidi cibində pişik balaları ilə qonaq otağına girəndə hər kəsin orada olduğunu gördü. Hamı sakit durmuşdu. Birdən Rottenmayer qışqırmağa başladı:

-İcazəsiz evdən gedibsən və gec gəlibsən. Bu necə ola bilər?! Mən sənin necə rəftar etməli olduğumu belə bilmirəm!

Johanna Spyri - Heidi (5)

Rottenmayer sözünü yenicə bitirmişdi ki, Heidinin cibindəki pişik miyoldadı!

Rottenmayer düşündü ki, bu səsi Heidi çıxartdı.

-Hələ miyolduyursan da, həə?

-Yox, yox, bu mən deyildim, pişiklər idi. Baxın necə də şirindirlər, bunları hamımız üçün gətirmişəm.

Klara qəhqəhə çəkib gülürdü, Rottenmayer isə qəzəblənmişdi. O, öz otağına getmiş, qapısını da bağlamışdı.

Klara Sebastiyana dedi:

-Pişiklər evdə qalacaq. Onları elə yerdə saxlayın ki, Rottenmayer görməsin.

Sonra isə gülümsəyərək əlini Heidiyə tərəf uzatdı.

(Ardı var)

 

Səslərin sayı: 2
14
1700
loading...
Şərhlər
Offline
Deniz N-va
Rattenmayer ne pis arvaddi yaziq qiza gun vermir eyyy ireful ireful dir dir dir...
7 may 2014 16:40
Offline
DENIZ
Maraqlıdır ardını gözleyirem teşekkürler
2 may 2014 01:30
Offline
Zeyneb-Esger
OXUDUM COX MARAQLİ İDİ ARDİNİ GOZLEYİREM TESEKKURLER
16 aprel 2014 11:19
Offline
Agat_Kris
Bu xanım kimə oxşayıb belə? Saytımıza bir dənə Rottenmayer lazım


mənlik deyil crazy
14 aprel 2014 16:12
imza: Pozitiv olun!
Offline
AFET
Cox maraqlidir ardini gozluyurem tesekkurler.
14 aprel 2014 14:38
Offline
Ceylan Mumoğlu
Agat_♥,
Nə? İnana bilmrəm. Oxumağı bacarmayan birinin bizim evdə nə işi var?!

Bu xanım kimə oxşayıb belə? Saytımıza bir dənə Rottenmayer lazım biggrin
14 aprel 2014 13:41
Offline
ÖzDüNyAm
Cox maraqlidi. Ardi tez gelsinnn.

give_ros shout
14 aprel 2014 12:09
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Sonay Quluzade
Qız Rottenmayerə ot yolduracaq mocking Çox xoşum gəldi Heididən.
Xalaya da sözüm yox, öz xeyri üçün qızı ayırdı. Ümid edirəm ki, Heidi üçün faydalı olacaq Klara ilə qalmaq. Heç olmasa təhsil alar. Bəlkə Heidi Klaraya əlilliyində də yardımçı olacaq, bəlkə də scratch_
Çox sağ ol, Aqat, davamını gözləyirəm shout
14 aprel 2014 09:33
Offline
Qəribə
Maraqlidir ardini gözləyirəm.
14 aprel 2014 03:34
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
toma676,
Dəniz84,
Ellada Babayeva,
Fatima Ahmedova,

Oxudugunuz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm.
Ardını sabah inşəallah çalışacam qoyum girl_smi
14 aprel 2014 01:22
imza: Pozitiv olun!
Offline
toma676
Maraqlidir ardini tez verin
14 aprel 2014 01:15
Offline
Aysel İ.
Maraqlı gəldi.) Ardını gözləyirəm.
14 aprel 2014 00:41
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Maraqla oxudum.Belə bir filmdə var düz yadımdadısa.Ardı maraqlıdı. yes
13 aprel 2014 23:32
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
HAPPY SMİLE :)
Hmm maraqlidirr
13 aprel 2014 22:31
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 21:03 - Müəllif: ChapoLoatsKV
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    Лучший магазин по продаже программаторов кодграбберов. На рынке с 2010г. Всегда на связи. Качественный продукт с гарантией качества! kodgrabbr.ru kodgrabber.club кодграббер.ру кодграббер.клуб Telegram: +19193482124 @kodgrabber_club кодграбберы, программаторы ключей, ретрнаслятор длинная рока, прогрмматор toyota lexus, купить кодграббер Pandora
  • Məşhurlardan qısa saç modelləri

    Haydi sacini hec qisaltmir
  • Mandalinin bilinməyən faydaları

    Potasium tərkibi yüksək qa təzyiqinin qarşısımı alaraq infarkt riskini azaldır. Xolesterin azalmasına kömək edir.
  • Leonardo Di Kaprio haqqında bilinməyən məlumatlar

    O gun 45 yasi oldu axi hele de evlenmir
  • İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel

    yerim melum Beyendim
  • Necati Şaşmazın verəcəyi təzminat bəlli oldu

    Qeyd edək ki, Nagehan Necatidən 60 min lirə təzminat istəmişdi. 2012-ci ildə evlənən cütlüyün 6 və 3 yaşında iki övladı var.
  • Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF

    O iki yuzu de verene kimi anadan emdiyin sud burnunan gelir
  • 20:17 - Müəllif: LeslieNapAA
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    уводили аккаунт или испытывали проблемы доступом на HYDRA? Сам неоднократно обжигаясь наконец нашел Тут всегда всегда ровно! Единственный реальный сайт от администрации проекта. Hydra2web http://6ejio4ka.ru/
  • Məşhur aktrisa 20 il sonra ETİRAF etdi

    HBO şirkətinin istehsalı olan reytinqli ABŞ serialı "Sex and the city"nin aktrisası Kristin Deyvis (Kristin Davis) ekran işindəki intim səhnələrlə bağlı açıqlama verib.
  • 18:34 - Müəllif: Sima
    Mandalinin bilinməyən faydaları (2)

    Mandalinin bilinməyən faydaları

    Zəngin C vitamini tərkibi sayəsində immunitet sistemini gücləndirir.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )