Bakıda hava 11°
USD AZN
EUR AZN
08:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41128

Johanna Spyri. Heidi (4)

 Johanna Spyri. Heidi (4)

Qonağın gəlişi

 Heidi babasının evində iki qış qarşılamışdı. Artıq yaz gəlirdi. Havalar yavaş-yavaş düzəlir və qarlar əriməyə başlayırdı. Yazın gəlişi Alp dağlarında xüsusi gözəllik yaratmışdı.

Bir gün səhər Heidi həyətə çıxanda qapıda qara paltarlı birinin durduğunu gördü və qorxdu. Həmin adam ona baxaraq dedi:

 - Qorxma, qızım, mən heç bir uşağa pislik etmərəm.

O, görüşmək üçün əlini Heidiyə uzatdı. Qızın əlini sıxanda dedi:

- Sənin adını bilirəm. Sən Heidisən, eləmi?

- Bəli, mənim adım Heididir.

- Baban evdədirmi?

 - Bəli. İçəridədir. Taxta qaşıqlar hazırlayır.

- İçəri girə bilərəmmi?

- Əlbəttə ki.

- Baba, baba, bir adam gəlib. Səni görmək istəyir.

Baba gələn adamı görəndə təəccübləndi. Neçə ildir ki, bu evə bir adam da qonaq gəlmirdi. O,

gələn adama baxıb ciddi-ciddi dedi:

- Xoş gəlibsən.

Deməli, onlar çoxdan tanış idilər. Heidi maraqla onlara baxırdı. Gələn adam aşağıdakı kənddən imiş. Babanın uzun müddətdir kəndə gəlmədiyini və onlarla görüşmədiyinin səbəbini soruşdu. Baba dedi:

- Elə mən də səni uzun müddətdir ki, görmürəm.

Baba hiss etdi ki, bu adam ciddi bir mövzuda danışmaq üçün gəlib. O, Heidiyə dedi:

- Heidi, qızım, sən tövləyə get, keçilərə su ver.

Johanna Spyri. Heidi (4)

Heidi gedəndə gələn adam dedi:

- Heidinin məktəb yaşı çatıb. Sənə xəbər göndərmişdim, amma əhəmiyyət vermədin. De, görüm bu nə qədər davam edəcək?

- Onu məktəbə göndərmək fikrim yoxdur. Burada, təbiətin qoynunda mənimlə qalacaq. İnsanların içində yaşayıb onların pisliklərindən xəbərdar olmağına razı ola bilmərəm.

-Sən demək istəyirsən ki, o pis adamlardan burada heç yoxdur?

- Təbii ki, yoxdur. Burada quşlar, çiçəklər, keçilər, dağlar var və bunların heç biri pslik etmək iqtidarında deyillər.

-Ancaq haqqında danışdığımız keçi, quş deyil, insan balasıdır. Əvvəl-axır insanlarla birlikdə yaşamaq məcburiyyətində olacaq.

-Mən qərarımı vermişəm və bu qərarımdan da dönməyəcəm. Qışın soyuğunda, boranda, qarda bu uşağı təkbaşına küçələrə buraxa bilmərəm. Onu təhlükəyə ata bilmərəm, nədi-nədi ki, məktəbə gedəcək. Məni fikrimdən döndərməyə çalışmayın. Fikrim qətidir. Lazım gəlsə, lap elə məhkəməyə də gedər və orada da bunları deyərəm.

-Düzdür, bunu edə bilərsən və hakim də Heidinin qışda məktəbə getməməsi barədə qərar verə bilər, ancaq...

Adam susdu və babanın diqqətini cəlb etmək istədi. Ancaq görəndə ki, onun dedikləri babanı heç maraqlandırmır, danışmağa davam etdi:

-Onun məktəbə getməyi, təhsil öyrənməyi üçün fədakarlıq etməlisən. Yəni, qışda kəndə köç, orada yaşa. Məgər bunu da edə bilməzsən?

Johanna Spyri. Heidi (4)

-Yox, edə bilmərəm.

-Deməli, sən Heidini bu qədər sevirsən!

Adam bu son cümləsi ilə babanı sarsıda bilmişdi. O, getdikdən sonra babanın halı pisləşdi.

Bir neçə gündən sonra Heidinin xalası gəldi. O, qəribə bir paltar geymişdi. Baba onu görəndə çox əsəbiləşdi. O, babanın yanına elə bir təkliflə gəlmişdi ki, baba bunu biləndə qəzəblənmişdi.

Onun işlədiyi şəhərdə varlı bir ailə var imiş. Bu ailədə Heidi ilə yaşıd bir uşaq var idi və o əlil idi. Bu uşaq tək yaşadığı üçün çox darıxırmış və xalası belə qərara gəlib ki, Heidini oraya, həmin qızın yaşadığı ailəyə aparsın. Heidinin orada qalmağı onun özü üçün də yaxşı idi. Bir müddətdən sonra ailənin bu qızı vəfat edər və Heidi onların tək qızı olar. Onsuz da baba Heidini xoşluqla qəbul etməmişdi.

 Baba əsəbindən rəng alıb rəng verirdi. Xala onun bu halından çox qorxdu.

-Sən deyəsən məni yaxşı başa düşmədin. Sənə dediklərimi kimə desəm, mənə haqq qazandırar. Ancaq sən əsəbiləşirsən.

-Çox yaxşı, onda get, kimə istəyirsən danış. Qoy sənə haqq qazandırsınlar.

Qadın qərarını çoxdan vermişdi. O, Heidini buradan aparacaqdı. Düzdür, o, bunu öz xeyri üçün edirdi, ancaq bu Heidi üçün də yaxşı idi. 

Johanna Spyri. Heidi (4)

-Mən onun xalasıyam və onun taleyinə görə mən cavabdehəm.

-Yaxşı, götür, istədiyin yerə apar. Ancaq bir də geri gətirmə. Onu sənin kimi ala-bəzək paltarlar geyinmiş halda görmək istəmirəm.

 Qadın heç babaya qulaq asmırdı. O, cəld Heidini səslədi:

-Heidi, gəl, gedirik.

Ancaq gözləmədiyi bir halla qarşılaşdı. Heidi ona etiraz etdi:

-Mən səninlə getmək istəmirəm.

-Necə yəni istəmirsən? Dəli olmusan sən? Əgər getdiyimiz yer xoşuna gəlməsə, istədiyin zaman geri qayıda bilərsən. Səyahət etmiş olarsan da, nə itirirsən ki.

Johanna Spyri. Heidi (4)

 Heidi razılaşdı. Xalası cəld onun əşyalarını topladı və Heidini də götürüb getdi. Heidi yolda nənəni görmək istədi, ancaq xalası bir yalan uydurub onu bu fikrindən daşındırdı:

-İndi vaxtımız yoxdur, qayıdanda görərsən.

Heidi məcbur razılaşdı. O, elə bilirdi ki, Frankfurt axşam evinə geri dönə biləcəyi qədər yaxın bir yerdədir.  

(Ardı var)

 

Səslərin sayı: 3
17
1353
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Əvvəl-axır insanlarla birlikdə yaşamaq məcburiyyətində olacaq.
13 iyun 2015 12:06
Offline
Deniz N-va
Hmm menim bu hekayeden cox xosum geldi qizi niye aparir eyyy pis xalasi gul kimi yassiyirdi da babasiyla recourse
24 aprel 2014 16:22
Offline
♥NiLuFeR♥
Çox maraqlı hekayədir yes
13 aprel 2014 11:41
Offline
Agat_Kris
Maraqlıdır,ardını gözləyək görək nələr baş verəcək.

mütləq. ən maraqlı hadisələr hələ qarşıdadır :)
12 aprel 2014 16:44
imza: Pozitiv olun!
Offline
Ruhəngiz
Aqata bacı.Maraqlıdır,ardını gözləyək görək nələr baş verəcək.
12 aprel 2014 16:29
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
AFET
Yene maraqla oxudum ardini gozluyurem tesekkurler.
12 aprel 2014 16:19
Offline
Agat_Kris
Alp dağlarından söhbət gedir hekayədə, lap orda olmaq istədim e)Xalaya bax, qoca kişini istifadə elədi bir müddət, indi də vecinə almır. Lap əsəbləşdim o xalaya

mən də ora gedib yaşamaq istədim bu əsəri oxuyanda biggrin o xala da ki Alah heç kimə elə xala qismət eləməsin dash
12 aprel 2014 16:03
imza: Pozitiv olun!
Offline
Ceylan Mumoğlu
Agat_♥,
Səndə tərcümə gözəl alınır, oxunaqlıdır, oxuduqca oxumaq istəyi yaranır.
Alp dağlarından söhbət gedir hekayədə, lap orda olmaq istədim e)
Xalaya bax, qoca kişini istifadə elədi bir müddət, indi də vecinə almır. Lap əsəbləşdim o xalaya lol
12 aprel 2014 15:42
Offline
Agat_Kris
Olmazki hamini birlikde veresiniz.

olmaz air_kiss əsər böyükdür, mən bacarıgım ədər coxluqda vrirəm hər dəfə, bunan da uzun olsa oxuyan hamı bezər və belə maraqlı qalmaz da hamıya i_am_so_

Tərcümə əıa alınıb.Yazıq Heidi. Ardını gözləyəcəm.

təşəkkür edirəm canım. ardını qoymuşam bir iki günə çıxar give_ros
12 aprel 2014 07:56
imza: Pozitiv olun!
Offline
Qəribə
Maraqli hekayedi,cox saq ol paylasdiqin ucun.
12 aprel 2014 03:00
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Tərcümə əla alınıb.Yazıq Heidi. recourse Ardını gözləyəcəm.
12 aprel 2014 00:15
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
toma676
Olmazki hamini birlikde veresiniz.
11 aprel 2014 23:59
Offline
איסון ממדוב.
Cox maraqli hekayedi
11 aprel 2014 23:39
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Agat_Kris
♔Fira♔,
təşəkkür edirəm. demək tərcümə ugurlu alınıb smile
11 aprel 2014 23:33
imza: Pozitiv olun!
Offline
ÖzDüNyAm
Cox maraqlidi. Sebiriszlikle davamini gozleyirem. give_ros
11 aprel 2014 23:29
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Agat_Kris
melek hesenlisoy,
oxudugun üçün sən sagol air_kiss
11 aprel 2014 23:08
imza: Pozitiv olun!
Offline
♥melek hesenlisoy♥
Hm maraqlidir cox saq ol paylasdiqin ucun
11 aprel 2014 22:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!