Bakıda hava
USD AZN
EUR AZN

Johanna Spyri - Heidi (3)

- Yanğın, yanğın. Orada, uzaqda bir ev yanır.
- Nə yanğını? 
- Ora bax, Piter, hər tərəf qıpqırmızıdır. Yanğın deyil o? 
- Yox. Hər axşam günəş batanda belə qızarır. O yanğın deyil, günəşdir.
- Həə?
- Hə. Əgər sabah da baban gəlməyə icazə versə, özün görəcəksən. Təbii ki, əgər hava buludlu və yağışlı olmasa.
Johanna Spyri - Heidi (3)
Onlar geri qayıdanda günəş dağların ardında batırdı. Baba qapının ağzında durub nəvəsini gözləyirdi. Keçilər tövləyə girdi. Piter digər keçiləri kəndə apardı. Sağollaşanda şərtləşdilər ki, sabah yenə görüşsünlər.
 Heidi yığdığı çiçəkləri babasına verəndə çox sevinirdi. Qoca başa düşürdü ki, bu qız özü ilə bərabər xoşbəxtlik gətirib. Onun gəlişi ətrafdakı hər şeyi gözəlləşdirib. Əgər bu qızcığaz olmasaydı, o, gecə vaxtı qapıda durub heç kimi gözləməz və heç kimin qeydinə qalmazdı.
 Baba çiçəkləri götürüb Heidiyə baxdı. Heidi dedi:
- Hamısını sənin üçün dərmişəm. Bir neçəsini də öz otağıma aparmaq istəyirdim. Ancaq hamısı solub. Necə oldu, heç özüm də bilmədim. Mən onları dərəndə elə gözəl idilər ki.
- Çiçəklər günəş şüaları altında, torpaqda oduqları zaman canlı qalırlar.
- Onda mən də bu gündən onları gözəl olduqları yerdə izləyəcəm və bir də heç vaxt onları dərməyəcəm.
Johanna Spyri - Heidi (3)
Pitergildə
 Heidi bütün yayı Piterlə birgə keçiləri dağa aparmaqla keçirtdi. Hər gün eyni yerdə dayanır, istirahət edir və axşam günəşin batmağını izləyərək təzə süd içir, təmiz dağ havası udurdu.
 Babası bəzi günlərdə ona Piterlə dağa getməyə icazə vermirdi. Belə olan halda isə Piter və onun keçiləri dağda çox darıxırdılar. Babası Heidiyə deyirdi ki:
- Bax, Heidi, bu dağ küləkləri sən bildiyin küləklərdən deyil haa. Əgər bunlardan ən güclüsü əssə, səni apara bilər. Bax buna görə də külək şiddətləndiyi günlər sənə Piterlə dağa getməyə icazə vermirəm.
 Ancaq Heidi üçün heç bir fərqi yox idi. Çünki o, babası ilə qalanda da çox xoşbəxt olurdu. O, bütün işlərdə babasına kömək edirdi. Ən çox sevdiyi iş isə keçi südündən pendir hazırlamaq idi. Pendirlər yavaş-yavaş hazır olanda Heidi həyəcanlanırdı. O, sanki bir möcüzəyə baxırdı və hər dəfə sevincindən qışqırırdı.

Johanna Spyri - Heidi (3)

 Bir gün birdən-birə qar yağdı. Səhər tezdən duranda Heidi hər tərəfi bəyaz qarla örtülmüş gördü. Üstəlik, külək də getdikcə şiddətlənirdi. Təbii ki, belə havada nə Piter gələ bilərdi, nə də keçilər. Qar o qədər yağmışdı ki, pəncərəyə qədər gəlib çatırdı. Heidi fikirləşdi ki, görəsən, qar belə yağmağına davam etsə, evimiz qar altında qala bilərmi. O, babasının yanına qaçıb dedi:
- Baba, əgər qar belə yağsa, biz qarın altında qalacayıq. Sonra da gündüzlər də lampa yandırmalı olacayıq.
Babası güldü.
- Ola bilər.
Birdən qapı bərk döyülməyə başladı. İkisi də çox təəccübləndi ki, belə havada kim ola bilər.
Onlar qapını açanda Piteri gördülər. Piter başdan-ayağa qarın içində idi. Onu içəri dəvət etdilər. Piter ocağın yanında oturdu. O, uzun müddət səssizliyini qoruyub saxladı. Heidi ilə babası bu gözlənilməz qonağın gəlişinə həm sevinmişdilər, həm də narahat olmuşdular. Görəsən, onun bir problemi yoxdur ki.
Johanna Spyri - Heidi (3)
Baba Piterə baxıb dedi:
- Hə, Piter, artıq keçiləri otarmaq dövranı keçib getdi. Bu gündən məktəbə getməli və həmişəki kimi qələmini çeynəməli olacaqsan.
Heidi soruşdu:
- Necə yəni, sən qələm çeynəyirsən?
Ancaq Piterin zarafat etməyə kefi yox idi. Baba yemək vaxtı olduğunu deyəndə Piter sevindi. Bir neçə dəqiqədən sonra o babanın gətirdiyi qızardılmış əti böyük iştahla yedi. Uzun bir müddət idi ki, onun dilinə ət dəymirdi.
 Piter evinə qayıdanda dedi:
- Nənəm Heidini görmək istəyir. Deyir ki, Heidi bizə gəlsə çox şad olaram.
Ertəsi gün Heidi səhər tezdən babasına bu dəvəti xatırlatdı. Çünki o, Pterin nənəsini görmək istəyirdi. Babası isə:
- Getməsən olmaz? - dedi.
- Axı söz vermişik. Necə getməyək? Ancaq getməyimi istəmirsənsə...
Johanna Spyri - Heidi (3)
Beləcə Heidi düz bir həftə gözləməli oldu. Babası hər dəfə bir bəhanə taparaq onu getməyə qoymurdu. Çünki havalar çox soyuq idi və baba qırxurdu ki, Heidi xəstələnər.
 Bir həftədən sonra hava bir qədər düzəldi və baba Heidinin Pitergilə getməyinə razılıq verdi. Baba odunları yığdığı yerdən böyük bir xizək gətirdi və üstünü silib təmizlədi. Heidi xizəyi görəndə çox sevinmişdi. O, ömründə birinci dəfə idi ki, xizəyə minirdi. Babası çuval tapıb Heidinin üstünü onunla örtdü ki, külək ona təsir etməsin. Onlar yoxuşdan enişə doğru xizəklə sürüşməyə başladılar. Heidi qışqırır və sevinirdi. Təəssüflər olsun ki, xizəyin sayəsində onlar mənzilbaşına çox tez çatdılar.
  Baba onu Pitergilin qapısının yanına qoyaraq geri döndü və dönməzdən əvvəl onu tənbeh etdi ki, hava qaralmamış mütləq evdə olsun.
 Heidi evə girəndə ətrafa baxdı. Evdə iki qadın oturmuşdu, biri yaşlı idi. O, Piterin nənəsi idi və yun əyirirdi. Anası isə Piterin köynəyini yamayırdı.
Johanna Spyri - Heidi (3)
Heidi yüksək səslə:
- Mən gəldim, - dedi.
Nənə başını qaldırdı və yanına gələn qızcığazın əllərini əlinə aldı:
- Sənin barəndə Piter bizə o qədər danışıb ki. Çox sevimli bir qız olmalısan.
- Çox sağ olun. Bilirsinizmi, məni buraya babam xizəklə gətirdi. Elə gözəl sürüşdük ki.
- Ola bilməz. Onun barəsində elə şeylər danışırlar ki...
Piterin anası da onun dediklərini təsdiqlədi:
- Mənim də heç inanmağım gəlmir.
Heidi bunları eşitmirmiş kimi dedi:
- Aaa, pəncərəniz hər an qırıla bilər.
Yaşlı qadın dedi:
- Hə, qızım, səsini eşidirəm. Hiss edirəm ki, qırılmaq üzrədir.
- Hə, hər an qırıla bilər. Bir özünüz baxın.
- Qızım, mən baxsam da görə bilməyəcəyəm ki. Mənim üçün hər yer qaranlıqdır.
- Axı siz yun əyirirsiniz, nəsə toxuyursunuz.
- Bunları edə bilməyim üçün gözümün görməyi vacib deyil ki. Əsas odur ki, əllərim görür.
Heidi nənənin görməməyinə çox üzülmüşdü. Nənə günəşin ən parlaq, işıqlı olduğu vaxtlarda belə
heç nə görmürdü.
- Bunun bir çarəsi vardırmı?
Heidi birdən ağlamağa başladı. Piterin anası və nənəsi onu sakitləşdirməyə çalışdı. Nənəsi dedi:
- Bax, gözəl balam, sənə toxuna bilirəm, səni eşidə bilirəm. Bunun özü də böyük xoşbəxtlikdir.
Heidi bir qədər sakitləşdi.
- Babama deyəcəm qoy qırıq pəncərənizi düzəltsin. Mən əminəm ki, o, sizin görməyiniz üçün də bir şey fikirləşib tapacaq.
Johanna Spyri - Heidi (3)
 Hava artıq qaralmağa başlamışdı. Piterin anası lampaları yandırmağın vaxtı olduğunu deyəndə Heidi özünə gəldi. O, babasına hava qaralanda evdə olacağına söz verdiyini xatırladı. Piterin anası dedi:
- Piter, hava soyuqdur, dur, qızı evinə yola sal.
Ancaq buna ehtiyac qalmadı. Heidinin babası onu həyətdə gözləyirmiş. Hamı onun həyətdə nəvəzini gözlədiyini görəndə çox təəccüblənmişdi.
 Nənə dedi:
- Bu balaca qız mənim çox xoşuma gəldi. Piter, onu yenə gətirərsən, yaxşı?
- Yaxşı.
Heidi evə çatar-çatmaz dedi:
- Baba, sabah mütləq yenə ora getməliyik.
- Niyə?
- Pəncərələri qırılmaq üzrədir. İnana bilirsən? Əgər qırılsa, yazıqlar bu soyuq havada nə edəcəklər? Onu ancaq sən təmir edə bilərsən. Bir də, başqa bir şey var.
- O nədir elə?
- Piterin nənəsinin gözləri görmür. Ona kömək etməlisən. Mən onlara edim ki, sən onlara kömək edə bilərsən. Sən çox bacarıqlısan.
 Babası güldü. Pəncərəni düzəltmək mövzusunda isə könlüncə olmasa da nəvəsinin xatirinə söz verdi.
 Ertəsi gün xizəyə minəndə Heidi sevincindən az qala uçurdu. Onlar xizəklə yolu gələrkən Heidi qışqırırdı:
- Qarşılayın bizi, biz gəlirik. Pəncərə düzələcək, nənə görəcək.
Heidi evə girəndə nənə onun gəldiyini hiss etdi və qollarını açdı. Heidi cəld qaçıb onu qucaqladı. Birdən evi bir səs bürüdü. Baba pəncərəyə mismar vururdu. Heidi dedi:
Qorxmayın, babam sizin pəncərənizi elə qəşəng düzəldəcək ki.
 Nənə eşitdiklərinə inana bilmirdi. O, Piterin anasına babaya təşəkkür etmək üçün onu evə dəvət etmək lazım olduğunu dedi. Qadın babanın yanına getdi və çəkinə-çəkinə nənənin dediklərini ona dedi. Baba isə cavabında dedi:
Johanna Spyri - Heidi (3)
- Təşəkkür etməyə heç bir ehtiyac yoxdur. Mən nə etdiyimi və mənim barəmdə nə fikirləşdiyinizi yaxşı bilirəm.
 Qadın çarəsiz qalıb evə döndü. Baba təkcə pəncərəni düzəltmədi, o, bütün günü evə nəzarət etdi və evdə düzəldiləsi nə var idisə, hamısını təmir etdi. Axşam düşəndə isə nəvəzini də götürüb evinə geri döndü.
 Günlər beləcə bir-birini əvəz etməyə başladı. Piterin nənəsi ilə Heidi bir gün belə bir-birilərini görmədən dayana bilmirdilər. Hava çox soyuq olanda onlar görüşə bilmir və bir-biriləri üçün çox darıxırdılar. Alp dağlarının başındakı bu iki evdə ab-hava çox dəyişilmişdi. Heidinin gəlişi bu evlərə xoşbəxtlik gətirmişdi.          
Hər kəs yavaş-yavaş dəyişilmiş, bir-biriləri barədə gözəl düşünməyə və yolda bir-birilərinə salam verməyə başlamışdı.
 Beləcə fəsillər də gəlib keçirdi.              
 (Ardı var)
 

 
Səslərin sayı: 5
17
1578
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Çiçəklər günəş şüaları altında, torpaqda oduqları zaman canlı qalırlar.
13 iyun 2015 10:41
Offline
SON
Maraqliydi tewekkurler give_ros
26 may 2014 21:35
Offline
♥NiLuFeR♥
Çox bəyəndim bu hekayəni good
13 aprel 2014 11:44
Offline
AFET
Bu hisseside cox maraqli idi ardini gozluyurem tesekkurler.
9 aprel 2014 16:58
Offline
Şəri Babayeva
Maraqlıdı,yanılmıramsa mən bu hekayənin kinosuna baxmışam çox xoşuma gəlmişdi,oxuduqca yadıma düşür,təşəkkür give_ros air_kiss blush
9 aprel 2014 16:31
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
AFƏR
Ne maraqli hekayedi bitmesini hec istemeden bitdi ardini mutleq tezlikle gozleyirem,Baba mene allah rehmet etsin oz babami xatirlatdi o da bele saci saqqali agarmis shekilde dunyadan kocdu onu hec onutmaram,mekanin cennet olsun menim mehriban BABAM recourse
9 aprel 2014 15:40
Offline
Agat_Kris
Elif♡,
Babaya baxee))) dəyməz canım sən sagol ki oxuyursan smile
9 aprel 2014 15:29
imza: Pozitiv olun!
Offline
Elif♡
Ilk hisseden mende musbet teesuratlar yaradan baba sagolsun umidlerimi dogrultdu:) babani cox sevdim. bu hissede maraqli idi. ellerine sagliq. ardini gozleyirem.
9 aprel 2014 15:15
imza: Her insan ölecek yaşdadır.....
Offline
Ellada Babayeva
Ardını tez paylaşın maraqlıdı. smile
9 aprel 2014 14:17
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Agat_Kris
Jalə Məmmədli,
ardını sistemə coxdan qoymuşam. İnşəallah nə vaxt yayımlasalar o vaxt olacaq give_ros
9 aprel 2014 13:49
imza: Pozitiv olun!
Offline
Jalə Məmmədli
Ardi ne vaxt olacaq?
9 aprel 2014 13:44
Offline
Südabe
Cox sagolun..amma sebrim catmadi oxumaga sarcasti
9 aprel 2014 13:42
Offline
Agat_Kris
Sonay Quluzade,
sən sagol ki, zamanını sərf edib oxuyursan give_ros


Hacət-i Vuslat,
Ondansa səbr et, dərc olunanda ya da redaktə edəndə oxu da bəs diablo

Leyla,
sənə də oxuduğun üçün təşəkkürlər. give_ros
9 aprel 2014 12:45
imza: Pozitiv olun!
Offline
Hacət-i Vuslat
Çox sağol, maraqla redaktə etdim crazy Yalan nə deyim, yoxsa xəbərə daxil olub oxumazdım blush Getdim 4-cü hissəni oxumağa dance1
9 aprel 2014 12:19
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
DANGER
Coooox gozel ardini mutleq oxuyacam tesekkurler Agat
9 aprel 2014 11:08
Offline
Sonay Quluzade
Aqat, çox sağ ol, belə gözəl bir əsəri bizimlə paylaşdığına görə. Çox maraqlıdır və sevinirəm ki, tez-tez dərc olunur. Təşəkkürlər sənə give_ros
9 aprel 2014 11:07
Offline
toma676
Ay ne gozel gor bir qiz evelere ne boyuk sevinc getirdi.
9 aprel 2014 10:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış